QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... - BU DA FAKT!!!
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Mətbəə məhsulları” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “CBS-PP” MMC olub. Qalib şirkətə 294 901 manat ödəniləcək.

Dia-az.info-nun məlumatına görə, tender müsabiqəsinin qalibi olan "CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Qeyd edək ki, "CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Hikmət İsmayılov eyni zamanda "AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.

Yəni görünəni odur ki, QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... Yəni Heydərov cənabları "öz əlim, öz başım" deyib dövlət büdcəsinin üstünə rəsmən çöküb...
 
 
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
26 Aprel 2025 Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsi nə qədər qanunidir? - VMR Estetik Klinikasıdır VİDEOLAR
25 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
25 Aprel 2025 Pulun varsa Nizami rayonunda nə istəsən edə bilərsənn - Tik ha tikdir VİDEO
25 Aprel 2025 Gülarə Verdiyevanın GİZLİ PLANI... - İLGİNC İDDİALAR

Dünyapress TV

Xəbər lenti