Qağaməlinin DARĞALIĞI...
Bizim atalardan həmişə düz söz çıxır. İndiki zəmanəmiz sübut edir ki, kişilər nə qədər haqlı olublar, uzaqgörən imişlər. Misal üçün belə deyim var - elçisi Gülüm olanın başına külüm olar.

İndi bu sözü günümüzə uyğunlaşdırsaq, belə də demək olar – rəhbəri Qağaməli olan müəssənin başına külüm olar. Necə ki Qarabağ qazisi, erməni əsirliyindən sağ gələn Elnurun başına kül oldu.
Yəni düşmənin işgəncələrindən, əsirliyindən salamat gəlib çatasan vətənə, amma burada elə bir məmura rast gələsən ki, əsirlik günlərinə şükür edəsən. Çünki oradan sağ gəldi, burada isə məmur laqeydliyinin, məmur biganəliyinin qurbanı oldu.
Söhbət Neft-Qaz Təmir Tikinti Trestininin rəhbəri Qağaməli Seyfullayevdən və onun etinasızlığı ucbatından həyatını itirən Birinci Qarabağ müharibəsi veteranı, “Siyəzənneft”in işçisi Elnur Bayramovdan gedir. Bəli, məhz qazinin ölümündə dolayısı ilə Seyfullayevin də günahı var.
Bu, ittiham deyil, sadəcə, məmurun öz işçisinə, üstəlik, erməni əsirliyində olmuş Qarabağ veteranına göstərdiyi laqeydliyin nəticəsidir. Ona görə də düz deyiblər - rəhbəri Qağaməli olanın başına külüm olar...
Rubrika.Az dia-az.info-ya istinadla bildirir ki, erməni əsirliyində olmuş Elnur Bayramov vətənə qayıtdıqdan sonra üç dəfə infarkt keçirmiş, bir müddət əvvəl isə xərçəng xəstəliyinə düçar olmuşdu. Mərhum neftçi bu ilin yanvarında maddi dəstək üçün Neft-Qaz Təmir Tikinti Trestininin rəhbərliyinə, konkret olaraq Qağaməli Seyfullayevə müraciət etmişdi.



Amma ona birmənalı şəkildə rədd cavabı verilib. Neftdən-qazdan gələn gəlirlər sayəsində milyonçuya çevrilmiş, “qaz vurub, qazan dolduran” Seyfullayevin insafı çatmadı ki, qaziyə ölüm ayağında, canı ilə əlləşdiyi bir zamanda maddi yardım etsin.
Sanki idarə rəhbəri özünü Xudayar bəy kimi hiss edir. Halbuki bizim neft milyonçuları həmişə insanlara əl tutublar. Ancaq Qağaməli qağadan nə Tağıyev, nə Nağıyev olar.
Hərçənd, prezident həmişə çağırış edib ki, Vətən müharibəsi iştirakçılarına, Birinci savaşına qazilərinə kömək etmək lazımdır. Di gəl, düşmən əsirliyindən sağ gələn qazimiz xəstə yatağında can verdi, Seyfullayev “tükünü tərpətmədi”.
Qeyd edək ki, mərhum ağrıkəsən iynə dərmanlar almaq üçün müraciət etmişdi. Lakin Qağaməli kimi məmurlar ona rədd cavabı ilə demək istədilər ki, get, ağrılar içində qovrul...Və bu hadisə bir dərs oldu. Neftçilər də anladılar ki, idarə rəhbəri hansı şəxsi keyfiyyətlərə, xarakterə malik biri imiş.
Bəli, məmur da olmaq mümkündür, varlı da, savadlı da, ancaq mərhəmətli olmaq, səxavətli olmaq, geniş ürəyə sahib olmaq hər kəsin işi deyil. Ona görə də bu addım neftçilərin ciddi etirazına səbəb olub.
Onu da demək lazımdır ki, Seyfullayevin adı çirkli qüvvələrin “qara kassası” kimi hallanır. Mediada gedən xəbərlərdə səslənən ittihamlara görə, idarə rəisi ölçüyəgəlməz kapitala yiyələnib və oliqarxa çevrilib. Hətta onun sərvətinin siyahısı açıqlanıb və mal-mülk səltənəti üzə çıxıb.
Belə ki, Bakıda və doğulduğu Biləsuvarda çoxlu sayda evləri, dəbdəbəli villaları var. Bundan başqa, nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri var. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500 000 (beş yüz min) manat civarındadır.
Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin. Amma yarım milyonluq maşında gəzən idarə rəhbəri işçisi olan xəstə qaziyə ağrıkəsici iynələr almağa bir manat verməyə əli gəlmədi.
Göründüyü kimi, toxun acdan, varlının kasıb xəstədən xəbəri olmazmış. Təəssüf ki, belə bir keyfiyyətləri özündə əks etdirən məmur Neft-Qaz Təmir Tikinti Trestinin rəhbəri vəzifəsini daşıyır.
Ümumiyyətlə, sual olunur - qanunlarla bu qədər dövlət təminatı olan işçilər, xüsusən ağır xəstəlikdən əziyyət çəkən işçilər niyə pulsuz müalicə olunmamalıdır? Deməli, bu məsələ də Seyfullayevin marağında olmayıb.
Yeri gəlmişkən, bu günlərdə “Azəriqaz” İB-də rəhbər dəyişikliyi oldu. İndi böyük gözləntilər var ki, islahatlar davam edəcək. Bu da sıravi işçilərdə müəyyən ümidlər yaradıb ki, növbə Qağaməli Seyfullayevə çata bilər. Elə SOCAR prezidenti Rövşən Nəcəfə bununla bağlı müraciətlər edildiyi iddiaları var. Hətta onun məsuliyyətə cəlb olunmasını xahiş edirlər.
Bildirilir ki, Qağaməli Seyfullayev Neft-Qaz Təmir Tikinti Trestini, ondan əvvəl isə Qaz İxrac İdarəsini çapıb-talayıb. Bu azmış kimi, diplomsuz qohumlarını üç nəhəng təşkilata yerləşdirib. Beləliklə, şəhid ailələri, qazilər əziyyət çəksin, Seyfullayev və onun bisavad qohumları vəzifədən istifadə edib varlansınlar, kef çəksinlər.
Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb.
Onun haqqında yayılan məlumatlarda qeyd olunur ki, terstin gördüyü işlərin həcmini “Forma-2” sənədlərində “şişirdir”, eləcə də kollektiv üzvlərinin problemləri ilə qətiyyən qayğılanmır. Bütün bu detallar, yığılan narazılıq, neftçilərin hüquqlarının Seyfullayev tərəfindən pozulması, hətta qazilərə olan diqqətsizlik və digər faktlar, korrupsiya, özbaşınalıq halları da nəzərə alınaraq, SOCAR prezidenti Rövşən Nəcəfdən xahiş olunur ki, bu idarə rəhbəri ilə bağlı araşdırmalar aparılsın, eləcə də barəsində ölçü götürülsün. Əks halda, vəziyyət daha da pisləşəcək. Neft işçiləri R.Nəcəfə inanır, onun gənc və islahatçı biri kimi qəbul edir, bu müraciətlərin nəticə verəcəyini gözləyirlər.
Onu da qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir.

Rubrika az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO

Dünyapress TV

Xəbər lenti