"MedEra hospital" morqa çevrilir: ölümlərin statistikası, şikayətlər...
Bakıda “Medera” Hospitalı artıq morqa çevrilməkdədir. Klinika ölüm işləri, səhlənkarlıq üzrə ad çıxarmaqdadır. Belə ki, tibb mərkəzi qəssabxana təsiri bağışlamaqdadır. Sonuncu belə qurban elə hospitalın öz işçisi oldu. Plastik əməliyyat etdirən qadın vəfat edib. Anaxeber.info məlumat verir ki, bu haqda mətbuatda xəbərlər yayılıb. “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib. Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib. Lakin bu ilk belə hadisə deyil. MedEra Hospital”ında bu cür müəmmalı ölüm halları birinci hal deyil. 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər sirrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olmuşdu. Daha sonra qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib. Bundan əlavə, 2017-ci ildə də ölüm baş verib. 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu sözügedən klinikada dünyasını dəyişib. 2019-cu ildə isə Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Çakır Əcəmi Naxçıvani küçəsində yerləşən “Medera Hospital”da qəfildən ölüb.
Klinikadan şikayətlər də gün-boldur. İnternet resurslarında hospitaldan narazılıq edən vətəndaşların müraciətlərinə rast gəlmək olur. Misal üçün Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib. Evelina Şükürovanın sözlərinə görə, ödədiyi məbləğə baxmayaraq onun əməliyyatı uğursuz olub.
Digər bir şikayətə diqqət edək: Mustafayeva Məryəm İbrahim qızı deyir ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək 1000 manat pulunu ələ keçirib dələduzluq edib. Onun sözlərinə görə, hazırda türkəçarə vasitəsi ilə müalicə olunub yaxşılaşmaq üzrədir, həkimin müalicəsi isə effekt verməyib, əvəzində pulu gedib. Həkim isə bildirib ki, kimə istəsən şikayət elə.
Habelə, vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçi olmuşdu. Cahangirova Günay “MedEra” Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia etmişdi. Bir sözlə, faktlar göz deşir və son olaraq da öz işçisi qurbanına çevrildi.
Qeyd edək ki, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur. Yazıda adı keçən bütün tərəflərin, o cümlədən klinika rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Anaxeber.info
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti