Ulu Önderimiz Heydər Əliyevin bir gözəl kəlamı yadıma düşdü . Dövlət iki şeydən sarsıla bilər , cinayətkar cəzasız qalanda , günahsızsa cəza aldıqda. Söz açdığımız Əlikram Cavadov isə çox təəssüfler ki, 30 ildən artıqdır ki, qanunsuz əməllərlə məşğul olaraq dövlət büdcəsini talamaqda davam edir. Cənab Prezident Ali baş komandan İlham Əliyev gece - gündüz çalışaraq Respublikamızda iş yerlərinin açılması və vətəndaşlarımızın yeni iş yerləri ilə təmin olunması üçün çalışmağına baxmayaraq Əlikram Cavadov isə 2019 cu ildə 7-saylı Yİ –rı MMC ilə Şamaxı rayonunda yerləşən 19-saylı Yİ -rı MMC nin birləşməsindən sui istifadə edərək dərhal 50 nəfərə yaxın Şamaxı sakinlərini işdən heç bir əsaslı səbəb olmadan qanunsuz olaraq işdən çıxardaraq öz yaxın qohum əqrəbalarını onların yerinə təyin etmişdir. Əlikram Cavadov barəsində AAYDA -nın Sədri Saleh Məmmədova çoxsaylı şikayətlərdən sonra 7-saylı Yİ-rı MMC-ni ayıraraq həmin münaqişənin qarşısı xestexanasının adının çəkilməsini istəməyən yol idarəsinin işçisi olan vətəndaşın söylədiklərinə əsasən Əlikram Cavadov 7-Saylı Yİ-rı MMC-nin işçilərini növbəli şəkildə dövlətimizin, xalqımızın, yol strukturumuzun inkişaf etdirilməsinə deyil Əlikram Cavadovun öz şəxsi Fermer biznesinə, şəxsi ailə mənafeyinin gücləndirilməsinə sərf edir. İmtina eden içşiləri isə işdən qovulacaqları ilə təhdid edərək sözün əsl mənasında hegomonluq etməkdə davam edir. Nəzərinizə çatdırırıq ki, Cavadov məlum idarəyə rəis təyinatından sonra çox milyonluq biznes imperiyasına və bahalı mülklərə sahib olub. Dövlət büdcəsindən taladığı dövlətin və xalqın pulları hesabına. Əlikram Cavadov Qobustan rayonundan Paytaxt Bakıya gələrkən Cəngi perevalına enməmiş yolun sağ tərəfində yüz hektarlarla əraziyə sahib çıxaraq böyük fermer imperiyasına sahib olub. Bilmək olmur Cavadov fermerdir yoxsa 7-saylı Yİ-rı MMC-nin direktoru . Onuda nəzərinizə çatdırırıq ki, həmin fermalarda 300 baş iribuynuzlu , 5000 min baş xırda buynuzlu qoyun sürülərinə sahib olan Əlikram Cavadov hansı pullar hesabına malik olduğunu özünüz təsəvvür edin. Yəqin ki, qısa bir müddət ərzində hüquq mühafizə orqanları və qara maskalı qardaşlar Cavadov barəsində layiqli ölçü götürəcəklər. Onda isə Əlikram Cavadovu oğlu Ədliyə nazirliyində çalışan Nicat Cavadovda qurtara bilməyəcək. Dövlət büdcəsindən yol idarəsinin işçilərinə maaş ödənilir ki, işçilər yol infrastrukturunda çalışsınlar, Cavadov isə işçiləri pulsuz - parasız öz fermasında işlədir. Əhsən Cavadovda fərasətə bax.
Hər bir insan övladı dünyaya göz açdığı anlardan, öz arzuları, öz ideyaları , öz düşüncələri , qarşısına qoyduğu məqsədləri və yaşadığı dünyaya öz baxışları olur. Bələlərindən biridə Əlikram Cavadovdur. Əmma, əmması var. Çünki Əlikram Cavadov və onun kimi xislətləri olan bir çox dövlət qulluqçuları , nəzarətsizlikdən, məsuliyyətsizlikdən, kimlərəsə arxalandıqdan öz çirkin əməllərini , öz çirkin xislətlərini davam etdirərək, dövlətçiliyimizin inkişafına, imicinə, güclənməsinə zərbə vuraraq, öz şəxsi mənafeyini dövlətimizin və xalqımızın mənafeyindən üstün tutaraq Dövlət büdcəmizi talayaraq oğurluqla meşğul olmaqda davam edirlər. Yalnız Əlikram Cavadov və onun kimilər unudurlar ki, hər bir şeyin bir başlanğıcı olduğu kimi, bir sonluğu da olur. Bu anda Mövlanənin bir kəlamı yadıma düşdü ədaləti görərək, həqiqəti bilərək, nahaqqı dəstəkləmək iblisin xarakteri şeytanın əməlidir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, Cavadova himayədarlıq edərək onun 30 il müddətindəki talançılıq idialogiyasına göz yumaraq hansısa şəxsi mənfəət sayəsində dövlətimizin inkişafını zəiflədərək şeytanın əməlinə və iblisin xarakterinə xidmət etmekdə davam edirlər. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Cavadovun talancılıq xüsusiyyətləri sərhəd tanımamaqda davam edir. Belə ki, uzun müddətdir AAYDA -nın maliyə rəisi Müseyib ilə iş birliyinə girən Əlikram Cavadov 7-saylı Yİ-rı MMC-e hər ay dövlət büdcəsindən ayrılan küllü miqdarda vəsaitı, yanacagı və idarənin nəzdində olan texnikalara ayrılan ehtiyat hissələrini saxta sənədlər üzərində silərək öz şəxsi mənafeyləri naminə talancılıq əməllərini davam etdirirlər. Apardığımız uzun müddət araşdırma zamanı məlum oldu ki, məlum yol idarəsinin dövlət büdcəsindən müavinət alan 80 nəfərə yaxın işçilərinin heç biri və texnikaların biri də olsun belə heç biri iş başında deyil, heç biri fəaliyyət göstərmir. Belə olduğu halda çox müəmmalıdır ki, Əlikram və Müseyib cütlüyü dövlətin vəsaitini nə haqqla talayırlar. 70 yaşlı Cavadov səhhəti ilə uzun müddətdir ki, evdən belə çölə çıxmır lazım gəldikdə öz nəhəng fermer təsərrüfatını inkişaf etdirmək üçün canfəşanlıq göstərir. Əlikram Cavadova belə bir sual ünvanlayaq Cavadov əgər işçilər və texnikalar heç bir ərazidə çalışmırlarsa onda nə haqqla dövlətin ayırdığı yanacagı, texnikaların ehtiyat hissələrini , və küllü miqdarda vəsaiti saxta ünvanlar və ağıla sığmayan oyunlarla necə talan edirsən ? Idarənin texnikalarını kimlərə və aylıq neçəyə arendaya vermisən ? Bakıda bəzi deputatların yaşadığı Tusi adına xəstəxanaya yaxın hündürmərtəbəli binadan aldığın mülkləri hansı vəsaitlə eldə etmisən?
Dövlətimizdə vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Prezidentin etimadını yüksək səviyyədə doğrulda bilməyən məmur problemi tarixən olmuş, bu günkü günümüzdədə Qobustan rayonunda yerləşən 7 - saylı Yol istismarı MMC – də direktor vəzifəsində 30 il müddətdən artıq zaman ərzində çalışan Əlikram Cavadovun talançılıq problemi olmaqda davam edir . Belə ki, Cavadov AAYDA - nın sədri Saleh Məmmədovnan yaxın dostluq münasibətinin olduğu əvvəllər polis sistemində çalışmış qardaşının etibarından məharətlə istifadə edərək 65 yaşını keçməsinə, yəni pensiya yaşını neçə illərdir keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin yaş həddi ilə vermiş olduğu göstəriş və tapşırıqlarına məhəl vermədən Cavadov öz şəxsi ailə mənafeyini, dövlətimizin, xalqımızın və gənclərimizin mənafeyindən üstün tutub AAYDA - nın maliyə rəisi Müseyib müəllimlə qarşılıqlı anlaşma sayəsində dövlət büdcəmizi talamaqda davam edirlər. Hansı ki, 7-saylı Yİ-ı MMC-yə ayrılan vəsait ilə Qobustan rayonunda yerləşən bütün kəndlərə bir kərə yox, üç dəfə asfalt yol çəkmək olardı. Qobustan rayon İH-nin müavini Məharət müəllimlə əlaqə saxladıqda Əlikram Cavadovun işgüzar bir məmur olduğunu, birbaşa olaraq AAYDA-nın tabeliyində olduğunu söyləsədə, Qobustan rayonunun yollarına ayrılmış vəsaitlərin təinatı üzrə düzgün olaraq xərclənməməsi Cavadovun çirkli yollarla əldə etdiyi daşınan və daşınmaz əmlaklarının siyahısından açıq aşkar bəllidir. Ümüdvarıq ki, bizimlə yanaşı Qobustan rayon icra başçısı Adil Məcnun oğlu Məmmədov Əlikram Cavadovun talançılıq xislətləri barədə Ali Baş Komandan Cenab İlham Əliyevi məlumatlandıraraq zəruri tədbirlər görəcəkdir. Onuda qeyd edirik ki, Cavadov dövlətdən taladığı çirkli pullarla Bakıda Tusi xestexanasının yaxınlığında yerləşən yeni tikilmiş hündürmərtəbəli binadan 3 yerdə ev alaraq əldə etmişdir. İnanırıq ki, yaxın günlərdə Dövlətimizin Prezidenti Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə hüquq mühafizə orqanları Əlikram Cavadov barəsində layiqli tədbir görəcəkdir.
Arasdirmamiz davam edir .
Qarsi terefinde movqeyini derc etmeye haziriq . azerbaycaninsesi.com.az/