Ardını oxu...
Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.

Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.

Bizimyol.info
 
Ardını oxu...
“Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir”. Teref.az bildirir ki, üzləşdiyi problemlə əlaqədar Yenicag.az-a üz tutan vətəndaş Quattrocchi Salatın Məmməd qızı ona məxsus torpaq sahəsinin zəbt olunduğunu və müvafiq məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, mülkiyyət hüququnu bərpa etməyinə imkan verilmədiyini deyir.

Şikayətçinin sözlərinə görə, Elşad Abbasov adlı şəxs ona məxsus olan torpaq sahəsini bir neçə il əvvəl zəbt edərək orada kababxana tikdirib:

“Elşad Abbasovla aramızda məhkəməyə qədər uzanan mübahisə var. Çünki qanunla verilən torpaq şəhadətnaməsi əsasında bizim təxminən 19 kv/m ərazimiz hazırda Elşad Abbasovun istifadə etdiyi əraziyə düşdüyü və tələbimiz əsasında boşaldılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ancaq bundan əvvəl ona bir qonşu kimi bildirdiyim iradlar nəticə vermədi. Elşad Abbasov isə mənə “get, hara müraciət edirsən, et, torpaq mənimdir”, – deyəndən sonra mülkiyyət hüququmu məhkəmə vasitəsilə bərpa etməyə qərar verdim.

Mən Azərbaycan vətəndaşı olaraq başqa nə edə bilərəm? Mənə məxsus olan torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəməyə müraciət etdim. Qarşı tərəf də Bakı İnzibati Məhkəməsində mənə qarşı əsassız iddia qaldırdı. Dövlət şəhadətnaməsi ilə torpaq mənə məxsusdur, sənəddə mənim adım yazılıb. Elşad Abbasov isə ərazimi zəbt edərək orada özünə kababxana tikdirib”.

Salatın Quattrocchi əlavə edib ki, qanunla ona məxsis olan torpaq sahəsinin zəbt edilməsi azmış kimi, sözügedən obyektdən evinə girilib və əmlakına xeyli ziyan vurulub:

“Həmin kababxana mənim eyvanımla üz-üzə tikilib. Evimə bir yerdən girildiyini düşünmürəm”.

Şikayətçi haqlarının məhz hüquq müstəvisində bərpa olunmasına çalışdığını vurğulayaraq, bu işlə əlaqədar davam etdirilən məhkəmə prosesinin illərlə uzanmasından narazılığını ifadə edib:

“Əsas problemlərimdən biri məhz məhkəmənin çox uzanmasıdır. Mübahisə artıq üç ildir, davam edir. Məhkəmə bu işi ekspertizanın, ekspertiza isə məhkəmənin üstünə atır. İndi isə işə baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi Elşad Abbasovun əsassız iddiasını, ümumiyyətlə, icraata götürməməli idi. Ancaq hakim mənə qanunla verilmiş torpaq şəhadətnaməsinin ləğv olunması haqqında qərar çıxarıb.

Əlimdə dəlillərim ola-ola, haqlılığımı sübut edə bilmirəm. Daha doğrusu, edirəm, ancaq illərlə əziyyət çəkirəm. İllərdir, davam edən məhkəmə prosesində üç-dörd hakim dəyişib. Mənim işimə baxan hakim ya işdən çıxarılıb, ya da iş başqa hakimə verilib. Hələ ki cəmi bir hakim prosesi sona qədər apararaq zəbt olunan torpaq sahəsinin qanuni sahibinə, yəni mənə qaytarılması ilə bağlı qərar çıxarıb”.

Xanım Quattrocchinin sözlərinə görə, həmin torpaq sahəsi lap əvvəldən “başıbəlalı” olub və onunla bağlı Elşad Abbasovdan öncə “Ataholding” MMC ilə də uzun müddət mübarizə aparıb: “Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX № 1308321 saylı 29.05.2018-ci il tarixlı Çıxarışa əsasən, mülkiyyəimdə olan həmin torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər – “Ataholdinq” MMC və “İnter-Servis” firması tərəfindən boşaldılaraq mənə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciıət etmişdim.

Məhkəmə araşdırmaları zamanı mülkiyyətimdə olan torpaq sahəsinin 74,79 kvadrat metr hissəsisinin “Ataholding” MMC tərəfindən zəbt olunduğu müəyyən edildi. Mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdı. Buna görə də iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-183/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh “Ataholing” MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kvadrat metr hissəsinin boşaldılaraq mənə qaytarılmasına dair qərar çıxarılıb.

Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilərək zəbt olunmuş 74,79 kvadrat metr torpaq sahəsi boşaldılaraq mənə təhvil verilib. Torpaq sahəsinin təhvil-təslimi zamanı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunaraq torpaq sahəsinin plan və ölçüsü sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatları xüsui cihazlar vasitəsilə müəyyən edilərək göstərilib. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 213020432903 saylı məktubda qeyd olunub ki, torpaq sahəsinin “Plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olub ki, mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsi hazırkı iş üzrə cavabdeh Elşad Abbasov tərəfindən zəbt edilib”.

Şikayətçi bildirib ki, hüquq və qanun onun tərəfində olsa da, “gizli əllər” onun öz haqqını bərpa etməyinə imkan vermir:

“Bu məhkəmə işi barəsində artıq bir sıra qurumlar – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Dövlət Torpaq Komitəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi məlumatlıdır. Dəfələrlə müxtəlif qurumlardan müqayisə aparmaq məqsədilə ekspertiza üçün yardım istəmişəm. Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC 2022-ci il iyunun 21-də Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin Abbasov Elşad İnşalla oğlu tərəfindən zəbt olunduğu ilə bağlı qərar çıxarıb. Ancaq bu qərarın icrasının və həmin torpaq sahəsinin mənə qaytarılmasının qarşısı hər vəchlə alınır”.

Qeyd edək ki, şikayətdə adı hallandırılan Elşad Abbasov “Embawood” şirkətinin təsisçisi və icraçı direktoru, eyni zamanda, Milli Məclisin deputatı Məşhur Məmmədovun qardaşıdır.

 
Ardını oxu...
Sakinlər nazir Vilayət Eyvazovdan kömək istəyir

Son illər DYP sistemində aparılan islahatlar, yollara çoxlu sayda radarların, müşahidə kameralarının, digər texniki qurğuların quraşdırılması bu sahədə kifayət qədər şəffaflığın yaradılmasına zəmin yaradır.Hazirda, demək olar ki, sürücülərlə yol polislərinin birbaşa təması minimum səviyyəyə endirilib. Ancaq təəssüf ki, bütün bu yeniliklər hələ də Samux rayonuna gedib çatmayıb. Bu bölgədə hələ də "dədə-baba" üsulu hökm sürməkdədir. Özü də çox kobud və çox rəzil bir formada...

Konkret faktlara müraciət edək: rayonun Qarayeri qəsəbəsinin girişində sürücülərin kabusuna çevrilən bir "post" var. " Post" deyəndə ki, DYP- nin ELGÜN və ZAUR adlı 2 əməkdaşı (99- 613 nömrə nişanlı maşınla) burada keçilməz bir" məntəqə yaradıb, sürücülərə qan uddurmaqla məşğuldurlar.

Hər gün ordan keçən yüzlərlə KAMAZ-in hər birindən 10 AZN alırlar. Minik avtomobilləri heç bir səbəb olmadan saxlanılır, müxtəlif bəhanələrlə sürücülərdən pul alınır. Cana doymuş sürücülər dəfələrlə onları videoya çəkərək sosial şəbəkələr vasitəsilə ictimailəsdiriblər. Ümid ediblər ki, bəlkə Elgün və Zaur haqqında ölçü götürülər.

Ancaq hər şey tərsinə olub. Polisi icazəsiz çəkmək ittihamı ilə vətəndaşlar özləri cəzalandiriliblar- döyülüb təhqir edilən kim, cərimə edilən kim... Hətta 10-15 sutkalıq həbs edilənlər də olub.

Adıçəkilən bu 2 DYP əməkdaşı barəsində dəfələrlə DİN- in 102 xidmətinə müraciət edilsə də, heç bir tədbir görülməyib. Ozləri də bəzi şəxslərin yanında deyiblər ki, biz o pulları özbaşına yigmiriq ki... Bizə də tapşıran var...O tapşıran kimdirsə, elə onları himayə edən də odur.

Elgünlə Zaurun son qurbanlarindan biri də Samuxun Qarayeri qəsəbəsinin sakini Əliyev Əflatun Nəcəf oğludur. Onun DYP əməkdaşları və eyni zamanda DİN-in 102 xidmətinin xanım əməkdaşı ilə olan söhbəti hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Gerçəkdən də tam bir rəzalətdi...

İndi söz DİN rəhbərliyinindir. İnanırıq ki, Samuxdakı real vəziyyət ciddi şəkildə araşdırılacaq və qanun çərçivəsində lazımi ölçü götürüləcək. Daha ətraflı VİDEODA tanış ola bilərsiniz:

/azia.az/
 
Ardını oxu...
"Bu korrupsioner məmurların qarşısı niyə alınmır? Kim onlara şərait yaradır? Rüşvəti necə rəsimləşdirib nazirlərə verirlər? Nədən Azərbaycanda kasıb-kusub bir qrup məmurun yemi rolunu oynamalıdır? Bunlar azmış kimi indi də millətin boğazına kal armud olub keçən “Azərlotoreya” hoqqabazlığı..." Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: ""Azərbaycan xalqın pulları ilə Türkiyədə, Rusiyada qurulan zavodlar, şirkətlər....Bizim pulları oğurlayırlar biz isə susuruq...
“Azərlotoreya”nın himayə edənlər təkcə kasıb-kusubu müflisləşdirmirlə, onlar hal-hazırda İqtisadiyyat və Maliyyə nazirliklərində mühüm vəzifələri tutub dövlət büdcəsini dağıdır, talayırlar.

Xalqın pulları ilə özlərinə bisnes qurur, kef edirlər. Keçmiş iqtisadi inkişaf naziri, indi baş nazirin muavini olan Şahin Mustafayev də burda pay sahibidir. Əslində İqtisadiyyat naziri Mikayıl Cabbarov əsas fiqurdur. Çünki hər yerdə onun adından istifadə edirlər. Niyə göz yumulur bütün bunlara? Niyə onlara şərait yaradıblar? Bu gü ölkədə "Azərlotoreya" adı ilə külli miqdarda pullar mənimsənilir. Rüşvəti rəsimləşdirib “sponsor” adı ilə “Azərlotoreya”dan istifadə edərək külli miqdarda pulları silirlər...

Şahin Mustafayev stolüstü tenis federassiyasının prezidentidir. “Azərlotoreya” isə o tenis federassiyasının sponsoru sayılır... Başqa faktlar da var. Bu faktları da təqdim edəcəyik..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti kuryoz hadisə baş verib. Dünən institutun direktoru Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd edib.
Harda görünüb ki, ciddi bir elm ocağının rəhbəri, özünü professor adlandıran şəxs vəzifə təyinatının ildönümünü (?!) qeyd etsin, çələnglər (bəli, gül dəstələri deyil, məhz çələnglər!), hədiyyələr, zərflər qəbul etsin?!(Sosial şəbəkələrdə bunu əks etdirən video və fotolar yayılıb)
Ölkə rəhbəri öz ad günlərini qeyd etmədiyi, yaxud çox sadə şəkildə, xalqın arasında qeyd etdiyi halda, institut direktorunun vəzifə təyinatını təmtəraqlı şəkildə qeyd etməsini necə başa düşmək olar? Bu, hansı məntiqə sığır?
Özü də bu hadisə nə vaxt baş verir?
Ölkə üçün taleyüklü məsələlərin həll olunduğu, Qarabağda lokal antiterror tədbirlərinin keçirildiyi, Azərbaycanın az qala hər şəhərinə şəhid cənazələrinin göndərildiyi, şəhid analarının gözüyaşlı qaldığı, millətin şəhidləri dəfn etməyə səfərbər olduğu bir vaxtda! Dünyanın əksər güclərinin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Azərbaycanın üzərinə gəldiyi bu günlərdə institut direktorunun, özünü bu millətin ziyalısı sayan şəxsin belə addım atmasına nə deyəsən?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın bu addımı presedenti olmayan, elm aləmində görünməyən bir hadisə, bəlkə də bir “ilk”dir. Yəqin, o, bir alim kimi bu “yeniliyi” ilə Ginnesin “Fəxri Rekordlar Kitabına” düşməyə “layiqdir”!
O da maraqlıdır ki, Gülnaz Dadaşova bu addımı kollektivin böyük əksəriyyətinin iradəsinin ziddinə olaraq atıb. İddialara görə, kollektivin iradı, narazılığı nəzərə alınmayıb. Məhz elə buna görə də “yubiley” tədbirində direktorun yaxın ətrafı – Kardiologiya İnstitutunun baş həkimi, elmi və klinik bölmədə çalışan həkimlər, inzibati şöbənin rəhbərliyi iştirak ediblər. Bir sıra şöbə müdirləri, adlı-sanlı həkimlər isə direktorun “yubileyini” boykot ediblər.
Əldə etdiyimiz məlumata görə, məhz direktorun yarıtmaz idarəçiliyi nəticəsində Kardiologiya İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti ondan narazıdır. Bəlkə direktor təntənəli “yubiley” tədbirini elə onlardan qisas almaq üçün keçirib? Sözün düzü, bu olayın komik, yoxsa tragik olduğunu ayırd etmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, Kardiologiya İnstitutunun direktoru belə şahşahlı tədbirləri, yubileyləri çox sevir. Əgər belə olmasaydı, o, bu yaxınlarda 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirməzdi! Elə buna görə institutda deyirlər ki, əgər həyatda olsaydı, yəqin ki, tanınmış müğənni İlhamə Quliyeva belə bu cəhətinə görə Gülnaz Dadaşovaya qibtə edərdi!
Və sonda. Görəsən, hörmətli səhiyyə naziri Teymur Musayev institut direktorunun vəzifəyə təyin olunmasının 5 illiyini qeyd etməsinə, kollektivdən bahalı hədiyyələr qəbul etməsinə necə baxır? Yəqin ki, normal. Çünki o, hələ 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirəndə institut direktoru barədə ölçü götürməli idi… Nə etmək olar, burası Azərbaycandır və biz hələ deyəsən, uzun müddət səhiyyə sistemində belə anormal hadisələrin şahidi olacağıq…
Məsələ ilə bağlı Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın mövqeyini dərc etməyə hazırıq.

www.cumhuriyyet.net
 

Ardını oxu...
     

Patrul.az-a illərdir Lənkəran meşələrinin bir şəxs tərəfindən talanması ilə bağlı məlumat ünvanlanıb.

İddiaçın sözlərinə görə Lerik rayonu Bırkandul kənd sakini Hüseynov İltifat Sərhəng oğlu artıq 20 ildir Lənkəran meşələrini talayır, meşədən topladığı çox saylı taxta materiallarını satır.

"Ekalogiya nazirliyinin, polis əməkdaşlarının, prokurorluq və məhkəmə əməkdaşlarına təhqirlər ünvanlayaraq - heçkim mənə heçnə edə bilməz, mən heç kimdən qorxmuram, qorxsaydım 20 ildir meşədən ağac oğurlamazdım, hər gün tırlarla material satmazdım."

"Yaz səsimi apar ver söydüyüm adamlar, gör onlardan kiminsə hünəri çatır mənə nəsə desin?!"

Hüseynov İltifatın bu kimi ifadələr işlədərək heç kimdən qorxmadığını deyən iddiaçı, təqdim etdiyimiz video görüntünün də ona aid olduğunu deyir:

     

Ardını oxu...

DogruXeber.az: - Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib. Vaqif Lətif oğlu Məmmədov bu gün bütün var gücü ilə ekologiyanin məhvi üçün əlindən gələni əsirgəmir.

Şəmkir rayon Kür qəsəbəsi Vaqif müəllim sayəsində günü-gündən geri gedir. Vaqif müəllim sözügedən ərazidə yalnız qanunsuz yolla fəaliyyət göstərərək öz cibini doldurmaqla məşğuldur. Əraziyə baxdıqda hər yerde qazıntı işinin aparildigini görürük. İri çaplı maşınlar öz fəaliyyəti ilə diqqət çəkirlər.

Vaqif müəllim kimə və nəyə arxayın olaraq qorxmadan çəkinmədən ekologiyanı məhv edir? Aidiyyatı qurumlar bu qanunsuzluğu heçmi görmürlər? Yoxsa görürlər özləri görməzdən gəlirlər.

Ekologiyanın qorunması üçün daima islahatlar keçirən bir ölkədə bu cür qanunsuzluq etmək çox böyük bir məsələdir. Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Vaqif müəllim və onun etdiyi bu qanunsuz hərəkət araşdırılmalı və ciddi tədbirlər görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. //regionxeberlericom.az//

 

 
Ardını oxu...
Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı bir nəfərin gülməsi sosial şəbəkədə reaksiyalara səbəb olub. Əldə etdiyimiz məlumata görə şəhidin dəfn mərasimi zamanı polislərin havaya güllə atmasından diksinib və daha sonra özünə hakim olmayıb “qəşş” edib gülən şəxs Qartal Tikinti Firmasının Direktoru, laçınlı tanınmış iş adamı, xeyriyyəçi Şahin Məmmədovdur. Onun yanında dayanan şəxslər isə Sumqaylt şəhər ucra hakimiyyəti nümayəndələridir. Xatırladaq ki, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..?
Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur.
Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..?
Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib.
Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq.
Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır.
Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir.
Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər….
 //cumhuriyyet.az//

VİDEO BURADA: https://www.youtube.com/shorts/EVo_RaDmKmE
 
Ardını oxu...
Xatırladım ki, Azəriqaz İB-nə 01 noyabr 2019 cu ildən Ruslan Əliyev baş direktor kimi rəhbərlik edir. Həmin müddətdən milyonlarla istehlakçıların əsasız olaraq Azəriqaz İB tərəfindən Standart Laboratoriya keçməklə Qoyulmuş Sayğaclar kütləvi halda dəyişdirilir və birmənalı şəkildə bütün dəyişən sayğaclarda güya “labarator” qaydada itkinin olduğunu bildirerek yüksek mebləğdə əlavə ödəniş yazılır və dərhalda sistemə otuzdururlar. Səndə qaz istifadəçisi kimi vəsait ödəyən kimi dərhal həmin pul Azəriqaz İB yükləməsinə yönəlir. Bir anlıq Təsəvvür edin Milyonlarla Abuneçi Sayqacı məcburi- daha doğrusu bəhanə ilə dəyişən zaman( 868m, 1276m, 670 m məbləğlərdə və sarə) əksər abunəçi bu cür maddi yüklənsə nəticədə toplanan məbləği düşünmək belə insanın başını gicəlləndirir. Bir onu nəzərə alın kı, Azəriqaz İB abonetnlərinin sayı bir neçə milyondu. Adi altı illik riyazi təhsili olan biri həmin məbləğlərin cəmini hesablamağı kifayət edir (Sayğacı Labaratoryadan keçirib quraşdıran özü, sonradan sayğacın labarator qaydada yoxlayıb itkinin olduğunuda bildiren özü yazıq camahat məttəl qalıb).
Əvəzində nə ilə raslaşırıq Əlahəzrət Ruslan Əliyev öz piyarına babat maya buraxır. Müxtəlif kənd-qəsəbələrdə güya vətəndaşları ayaqüstə dinləyir özünü qayğıkeş rəhbərə bənzədərək ictimayətin gözünə soxub, Öz Piar və Reklamını Sosial şəbəkədə, KİV də yüksək səviyyədə qurmağı bacararaq öz əməllərini tam şəkildə pərdələyir.
Minlərlə şəxsi narazı salmağa heç kəsin haqqı yoxdu. Hörmətli Ruslan müəllim öz reklamına ayırdığı vaxtın 1/10 sayğac oyununa ayırsa məncə daha səmərəli olar..
P.S Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün Araşdırma Materialı…
Araşdırma materialını hazırladı:
Ceyhun Yusifov
 

Dünyapress TV

Xəbər lenti