Ardını oxu...
Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.

Şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir.

Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var.

Bu ilin iyun ayında "Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. \\Qaynarinfo
 
Ardını oxu...
Xatırladaq ki, “Elşad Həsənov Yasamalı səhraya çevirir” və bu yaxınlarda aktualxeber.az saytında “İcra başçısının Ümid adlı qoçusu” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Elşad Həsənovun “xeyir-duası” ilə A.M.Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilərək yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqların məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi.
Bundan əlavə qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A.M.Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla sökmüşdür. Vətəndaşın dediyinə görə Ümid icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr göstərişi icra edəcəyini israr edibdi. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ü.Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət belə yetirilməsinə bais olubdu.
Ardını oxu...
DİA.AZ bildirir ki, şikayətçi yeni məlumatlar və sənədlər təqdim edibdi. Həmin sənədlərdən məlum olur ki, Yasamal RİH-nin dəllal məmurları vətəndaşa məxsus aptekin qarşısını “Mansur” firmasının sahibi İlqar adlı şəxsə qanunsuz olaraq sataraq, hətta oranın özəlləşdirilməsinə belə nail olublar. Bundan xəbər tutan İ.Hümmətov məhkəməyə müraciət edərək həmin yerin çıxarışını ləğv etdirməklə haqlı olduğunu sübuta yetirmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 02.06.2022-ci il tarixli qərarını 14.02.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, 15.05.2023-cü il tarixdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası qüvvədə saxlamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı üçün rüşvət məhkəmə qərarından daha üstündür. Belə olmasaydı öz qoçu dəstəsini sahibkarın üstünə göndərərək hədə-qorxu ilə ona məxsus obyektini zorla, dəyər-dəyməzinə İlqara satdırmağa çalışmazdı. Onu da qeyd edək ki, vətəndaş ona qarşı olan haqsızlıqla bağlı dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ümidvarıq ki, Elşad Həsənov kimi məmurların belə özbaşınalığı yəqin ki, cəzasız qalmayacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
 

 
 
Ardını oxu...
 

Asif Əsgərov idman yarışında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq... 
Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun əməllərinə keçməzdən öncə onun ömür yoluna qısa bir nəzər salaq. Əsgərov Asif 1966-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirb. Sonralar idman məktəbində məşqçi, idman klubunun sədri, cüdo üzrə komandanın rəisi olub, sonra İdman Nazirliyində çalışıb və... 
Nəhayət 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub, 2015-ci ildən isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır. Əməkdar Məşqçidir. 
Biz bilirik ki, bütün peşələr cəmiyyət üçün vacibdir, o cümlədən idmançı peşəsi də. İdmançılarımız yarışlarda bayrağımızı qaldıranda hamımız qürur duyuruq. Amma.. 
Əmması odur ki, hər peşənin cəmiyyətdə öz yeri var, bax bu yeri səhv salmaq lazım deyil. Şair Qabil demişkən...Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz... 
Bəli, bizim məqsədimiz hansısa peşəni aşağılamaq deyil. Dahi Nizami deyəndəki...Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri... Məgər Nizami başqa peşələri, sənətləri aşağılayırdı..? Əsla. Amma alimin cəmiyyətdəki yerini göstərirdi. Biz də Asif Əsgərovun İDMANÇI olduğunu deməklə onun sənətini aşağılamırıq. Əgər Asif Əsgərov idman yarışlarında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq. Amma Asif Əsgərov məmur, özü də icra başçısı olmağı üstün tutub. Bir anlığa  70 il yaşadığımız sovet dövrünü gözümüzün önünə gətirək. İdman müəllimi nəinki rayonun 1-ci katibi, heç orta məktəb direktoru ola bilmirdi və olmayıbda.
Deməli, idmançının, məşqçinin rayona rəhbərlik etməsi kökündən yanlışdır. İndi nə edək ki, zəlzələdən, ya vəlvələdən Asif Əsgərov 20 ilə yaxındır ki, müxtəlif rayonlara, hətta Bakının ən böyük rayonlarına rəhbərlik edir. Amma necə edir..? 
Yuxarıda qeyd etdik ki, Asif Əsgərov yaxşı MƏŞQÇİ-dir. Və rayonların üzərində də sanki MƏŞQ eləyir, özü də RÜŞVƏT və KORRUPSİYA məşqi... Asif Əsəgrovun Nəsimi rayonu ərazisindəki yaşıllıqları məhv etməsi, əraziləri satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Bu adam icra başçısı olandan sonra Nəsimi rayonu ərazisində torpağın 1 sotunun qiyməti 10-15 dəfə bahalaşıb. Asif Əsgərov təkcə iş adamlarından, biznesmenlərdən pul tələb etmir ee...hətta utanıb qızarmadan məmurlardan, millət vəkillərindən də rüşvət tələb edir. 
Bir neçə il əvvəl millət vəkili ( hazırda Milli Məclis sədrinin müavini ) Adil Əliyevin dedikləri yəqin ki, yaddaşlarda qalıb: “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”. 
Təsəvvür edirsiniz, obyektə bir qapı açmağın qiyməti 30 min manat... İndi görün obyekt tikənlərdən, yüksək mərtəbəli bina tikənlərdən Asif Əsgərov kimilər neçə milyon tələb edir..? Həm də ən dəhşətlisi odur ki, icra başçısı 30 min manatı millət vəkilindən tələb edir. Və... Mediada yazılanlara görə, icra başçısı nə desə yaxşıdır: Mənim də xərclərim var də, ora-bura verirəm, 30 min versin, qapı açsın... 
Bax, indi gördünüzmü, idman müəlliminin, məşqçinin 100-150 minlik rayona rəhbərlik etməsi nə deməkdir. Yenə şair Qabil yada düşür: Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz... Cənab Asif Əsgərov, sənin yerin səhv düşüb...Get ....yerini tap. ...
Bəli, yeri tapmaq ən önəmli məsələlərdən biridir. Amma Asif Əsgərovun ən önəmli məsələsi isə, vəzifə pillələrində iri addımlarla irəlliləməsində ən güclü dayağı olan şəxsdən asılı idi. Bildiyimizə görə, Asif Əsgərovu vəzifədə həmişə irəli çəkən Ramiz Mehdiyev olub. Çünki, Ramiz Mehdiyevin həyat yoldaşı ilə Asif Əsgərovun anası yaxın qohum olublar. Məhz ona görə də, Ramiz Mehdiyev idman müəllimi olan Asif Əsgərovu icra başçısı postuna qədər gətirib çatdıra bilib. Əgər Ramiz Mehdiyev olmasaydı, Asif Əsgərov heç icra nümayəndəsi də ola bilməzdi. Çünki, onun gənc yaşlarında törətdiklərini Samirdən yaxşı bilən yox idi. Əgər həmin məsələlər araşdırılsa, Göyçədə olan "Qazangöl" yada düşəcək.
P.S. Kənddə idman müəlliminə “dombalaq” müəllimi deyirdilər...

22
sentyabr
18:33
Ardını oxu...
 6 223

Əxi Pərviz, Vilayət və Zaur qardaşları, Vüqar, “əmlakçı” Usubov  dəstəsi Qəbələdən Bakıya nə daşıyır..?  
Son 30 ildə Azərbaycanda ən gəlirli  biznes sahələrindən biri, bəlkə də birincisi qara və əlvan metal biznesi olub. Gözünüzün qabağına dağılmış SSRİ-dən qalan zavodları, fabrikləri, kolxozları, sovxozları və oradakı milyon tonlarla  qara və əlvan metalları  gətirin. Biz hələ dəmir yolu və tramvay xətlərinin yüksək keyfiyyətli relslərini demirik.
Təsəvvür edirsiniz, 1 manat xərcləmədən bu boyda mülkiyyəti sök və baha qiymətə xarici ölkələrə sat. Bilənlər bilir ki, OMON-la zamanında metal biznesi ilə məşğul olanların az qala silahlı qarşıdurması olub. Bu sahə ilə o zaman, yəni 1990-cı illərdə ən çox QUSKA ləqəbli sabiq deputat Hüseyn Abdullayev məşğul olurdu. 
Onu da yada salaq ki, sonradan Prezident Aparatında yüksək vəzifə tutan Əli Həsənov o zamanlar QUSKA-nın tərəzi çəkəni idi. Bunu dəfələrlə Hüseyn Abdullayev açıq şəkildə deyib. Daha sonra bu biznesin böyük gəlirini görən, o zamankı spiker Rəsul Quliyev və sabiq Dəmir Yolu İdarəsinin rəisi, sonradan nəqliyyat naziri olan Ziya Məmmədov bu sahəyə əl qoydular, dəmir yolu relslərini sökərək xaricə satdılar. Hətta buna görə, Ziya Məmmədovun həbs olunması üçün Naxçıvan prokuroru sanksiya vermişdi. Ziya Məmmədov bir həftə Ramiz Mehdiyevin bağ evinin qapısında yatandan sonra canını qurtara bildi, amma bu sahəyə Ramiz Mediyevi şərik elədilər. Bəli, o zamandan Ramiz Mehdiyev bu sahəyə əl qoydu, hətta ailə dostu, hazırda həbsdə olan Rasim Məmmədov “Baku Steel Company” şirkətini ələ keçirdi. 
Sözümüzün canı odur ki, Azərbaycanda metal biznesi ən gəlirli və eyni zamanda ən cinayətkar sahədir. Təsəvvür edirsiniz, bir çox nazirlik və komitələr bu biznesin cinayətinə bulaşıb. Təkcə bir faktı qeyd edək. XAMMAL olan metalı MƏHSUL adı ilə ölkədən çıxaranda ayrı-ayrı şəxslər milyonlar qazanır, dövlətin büdcəsi ilə milyonlar itirir. Bu işi isə ancaq Dövlət Gömrük Komitəsi həyata keçirir. Digər bir faktı da qeyd edək. Xəzər Dəniz Gəmiçiliyi, yaxud SOKAR min tonlarla borunu, yaxud köhnə gəmiləri balansdan silib...metal alverçilərinə satırlar. Metal biznesində xeyli sayda cinayətkarlar cəmləşib. 
Təsəvvür edirsiniz, Bakının bütün kənd və qəsəbələrində səhər açılan kimi  “Dəmir alıram...dəmir alıram..” səs-küyü aləmi bürüyür. Metal qəbul məntəqələrində  bir soruşan yoxdur ki, bu qədər metal haradan gəlib, kimlər gətirib.. Bu cinayətkar dəstə son zamanlar hətta elektrik naqillərini, transformatorları, həyətlərdəki kondisionerləri oğurlayıb metal qəbulu məntəqələrinə satırlar. Hətta son bir neçə ay əvvəl ATEF şirkəti ilə İdman Akademiyası arasındakı cinayətkar əlaqə ortaya çıxdı. Bəlli oldu ki, İdman Akademiyası tələbələrinin adına yüz tonlarla metal sənədləşdirib. 
İndi isə keçək əsas mətləbə. Redaksiyamıza daxil olan son məlumata görə, hazırda qara və əlvan metal biznesinin əsas fiqurlarından biri ƏXİ PƏRVİZ-dir. Bu işdə onun əsas ortaqları Vilayət və Zaur qardaşlarıdır. Oğurluq metal qəbulunu bu qardaşlar həyata keçirir. Əxi Pərvizin əsas ortaqlarından biri də Vüqar adlı şəxsdir. 
Yeri gəlmişkən, bu şəxslər PA-nın sabiq şöbə müdiri, vaxtilə QUSKA-nın tərəzi çəkəni olmuş Əli Həsənovun yaxın adamlarıdır. Yəni Əli Həsənov o zamankı əməllərini bu şəxslərin əli ilə bu gün də davam etdirir. Bu şəbəkənin başında isə “əmlakçı” Usubov dayanır. Bu cinayətkar şəbəkə hər gün Qəbələdən Bakıya nə daşıyır..? Bu barədə növbəti yazıda. Bizi izləyin.
P.S. Əgər dövlət büdcəmiz yüksək məbləğdə vəsaitlə dolmaq istəyirsə, bu məsələ Dövlət Ərkanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
Ardını oxu...
Bir gün eşidərsiz Rafil də köçdü...Kürdəxanıya...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov barəsində yazmağa nə həvəs var, nə də maraq...
Sadəcə, onun barəsində yayılan sonuncu informasiya bizi məcbur elədi ki, yenə bu adama bəzi mətləbləri başa salaq. Deməli son məlumata görə, Rafil Hüseynov əkin sahəsini suvarmaq üçün ona müraciət edən Ağdamlı məcburi köçkünə deyib ki... Torpağınız işğaldan azad olunub, rədd olun gedin öz rayonunuza... Və sonra icra başçısının göstərişi ilə Ağdamlı məcburi köçkünə 5 sutka həbs verilib... Su tələb edən Ağdam sakininin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar: “Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm.
Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”. Şikayətçinin sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib: “Mən icra başçısından su istədim, dedim ki, torpağım susuzluqdan yanır. Problemləri onun nəzərinə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər”.
Fikir verdinizmi, Su kanalın rəisi ilə icra nümayəndəsi əmiuşağı, əmioğludurlar, icra başçısı da bunların dalında dayanıb, yəni rayon bir dəstə adamın əlində əsir-yesirdir. Bəli, məhz əsir-yesir. Əgər belə olmasaydı, Rafil Hüseynov su istəyən vətəndaşa 1 dəqiqədə 5 sutka həbs verdirə bilməzdi.
İkincisi, Rafil Hüseynov məcburi köçkünə deyir ki, rədd ol get öz rayonuna... Onda adamdan soruşarlar ki, sən Ağcabədidə nə ...., sən də get Bərdəyə öz rayonuna... Sən Ağdamlıya deyirsən ki, rədd ol Ağcabədini tərk elə...Bəs sən niyə 30 ildir yapışmısan kreslodan, sən də get də... Masallallıda icra başçısı işləyəndə köhnə qəbristanlığı traktorla dağıdıb obyektlər tikib satdın...Bunu Allah sənə bağışalamayacaq... Ağcabədidə ən münbit torpaqları ələ keçirmisən, Novxanıda 10 milyon dəyərində villan, şəhərin neçə yerində mənzilin və s. Ağcabədidə bütün dövlət qurumlarını, fermerləri aylığa otuzdurmusan... Bir qadın fermer sənə rüşvət vermədiyi üçün həbsxanaya saldırdın... Ağcabədidə şəhidin atasına kəllə atmağın barədə bütün ölkə danışır... Oğlunun əməlləri isə əsl rüsvayçılıqdır, alnınızda qara ləkədir, Rafil Hüseynov... Bütün bunları qoyaq bir kənara... Vallah, incimə bizdən, Rafil Hüseynov. Səni görəndə hamının yadına Aşıq Alının sözləri düşür.. Yetmişi aşırmısan, səksəni xırdalayırsan...Qulaqların eşitmir, gözlərin tor görür, başın əsir...oturanda kreslodan dura bilmirsən...Yəni bu qədər kresloya yapışmısan..? Çıx get, qoy Ağcabədi camaatının canı dincəlsin, sənin əlindən beziblər... Vallah bir az da davam eləsə, Aşıq Alı demişkən, səni köçürdəcəklər Kürdəxanıya... İndi özün seçim elə...
P.S. Bu yaxınlarda sosial şəbəkələrdə Rafil Hüseynovla bağlı bir kadr gördüm. Ay Rafil Hüseynov, artıq idarəçiliyi bacarmırsan, zor deyilki. 
//gundelik-baku.com//
Ardını oxu...
11 Yanvar 2023-cü ildə "uşaq bağçalarında ölü canlar" başlıqlı məqalə dərc etmişdik. Məqalənin yükü o qədər güclü olmuşdur ki, həmin vaxt rüşvət müqabilində bağçaya təyin olunmuş müdirə geri çağırıldı. Həmin yazının sonuncu abzasını oxucularımıza yenidən təqdim edirik.
Gündəlik Bakı olaraq gələcəyimiz olan uşaqların problemi ilə bağlı ciddi araşdırmalarımız davam edir və yaxın zamanda belə bağça biznesmenlərinin adını açıqlayacağıq. İndi Təhsil Nazirliyinə verilmiş bağçalara əvvəllər katibə işləmiş şəxslər kuratorluq edir. Bağ qonşularını 30 min manat müqabilində bağçalara müdir təyin etdirirlər. Amma ixtisaslı kadrlar, imtahandan keçən şəxslər kənarda qalır. Bu məsələlərdən gərək ölkə başçısının xəbəri olsun ki, sonra nazir Emin Əmrullayev hərəkətə keçsin-və ya Bakı Baş Təhsil İdarəsinin rəhbəri?
Hamı bilsin, həyat yoldaşı polisdən qovulan şəxsin bu gün hansısa pullar müqabilində bağça müdirəsi təyin olunmasına görə, əziyyət çəkən Şıxəliyevlərə demək istəyirik ki, pulunuzu hədər yerə xərcləməyin. Həmin şəxsin o vəzifədə işləməsi qeyri mümkündür.
Buyurun, 9 ay öncə, yazılmış bir məqalənin araşdırılması üçün yaxın tarixə ekskurs edək. Bəli, biz yazmışdıq ki, heç bir imtahan vermədən, təhsil aldığı müəssisənin rəhbər mövqe tutmasına mane olan diplom, əvvəllər katibə işləmiş kurator, polisdən qovulmuş həyat yoldaşı, ən əsası isə rəfiqəsi olan bağ qonşusu. Kimdir bunlar?
Gəlin araşdırmalarımızı bir az da dəqiqləşdirək. Söhbətin kimdən getdiyini oxucularımıza daha dəqiq çatdıraq.
Əmr verilir Təhsil Nazirliyində, əmr hazırlanır Bakı Şəhər Baş Təhsil İdarəsində, rəy verilir əvvəllər katibə işləmiş kuratorun bağında. Budur, Elm və Təhsil Naziri Emin Əmrullayev 9 ay bundan öncə, alınmayan bir işi öz əmri ilə təsdiqləyir. Qarabağ qazisinin, ön cəbhədə döyüşən zabitin övladını 191 saylı məktəbin qarşısında boynu bükük qoyan Elm və Təhsil Nazirliyi heç bir imtahan vermədən, təhsili direktor vəzifəsini daşımağa yararsız olan bir şəxsə Nəsimi rayonu Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış Uşaq Bağçasında müdir vəzifəsini 3 aylıq həvalə edirlər. Bilinmir bağçanın müdirəsi qeyri-qanuni olaraq, imtahansız-filansız bağ qonşusu, əvvəllər katibə işləmiş, indi isə kurator olan Məfkurə xanım tərəfindən, vasitəçilik edilərək təyin olunmuş Nailə Məmmədovadır, yoxsa polisdən qovulmuş həyat yoldaşı.
3 gündür adı gedən bağçanın müdirə vəzifəsi həvalə olunmuş Nailə Məmmədova artıq qapıları bağlayıb, qəbulları arxa qapıdan edir. Ən maraqlısı odur ki, həmin bağçanı Nailə Məmmədovanın həyat yoldaşı Fərahim Məmmədov idarə edir.
Baxın, bütün kollektiv (fəhləni çıxmaq şərti ilə) qadınlardan ibarətdir. Amma qadın kollektivində hər hansı bir vəzifəsi olmayan yad bir kişinin, həmin kollektivin mətbəxindən, foyesindən, hətta ayaqyolusundan istifadə etməsi Elm və Təhsil Naziri Emin Əmrullayevin və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Mehriban Vəliyevanın nəzarətindən qaçmamalıdır.
Bu gün görəsən Elm və Təhsil Naziri Emin Əmrullayev və Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Mehriban Vəliyeva heç bir imtahan verməyən Nailə Məmmədovanı Nəsimi rayonu Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış Uşaq Bağçasında müdir vəzifəsinə necə təyin edib? Nailə Məmmədovanın hansı göstəriciləri həmin bağçada imtahan verərək yüksək bal toplayan müəllimələrdən üstündür?
Hamı açsın qulağını eşitsin Emin Əmrullayev bu təyinat haqqında bütün məlumatları detallı şəkildə biləcəkdir. Kimsə kiminsə qabağında 30 min dəfə əyilməsindən asılı olmayaraq, kimin adının çəkilməyindən asılı olmayaraq, Şıxəliyevin dostunun kimin adamı olmasından asılı olmayaraq, bu məsələ baş tutmayacaq.
P.S. Bu məsələdə Xəyalə xanımın da xəbəri olub. Amma Xəyalə xanıma bir məsələni çatdırmaq istəyirəm ki, güvəndiyiniz şəxsin yaxın adamları da bağça müdirəsidir. Onu da bilirik. Onu da bilirik ki, onların vasitəsilə çox yerə təzyiq göstərirsiniz, amma bilmirsiniz ki, günün birində həmin zabitin rəhbərliyinə yazılı şəkildə müraciət oluna bilər. Addan istifadə etməyin zamanı çoxdan keçib, Xəyalə xanım. Ardı var.
 //gundelik-baku.com//
Ardını oxu...
"Hamam suyu ilə özünə dost tutmaq" özü "fırıldaqçı" adamların xüsusi "istedad"ıdır. Çox təəssüflər olsun ki, bu cür "xüsusi istedadlı adamlar"a iş həyatında tez-tez rast gəlirik. .

Bəzən ya bizim saflığımız, ya qarşı tərəfin güclü inandırma bacarığı, ya da mərhəmət hissimiz üzündən biz də aldanırıq.

Əslində bizim aldanmamızda biraz da qurumların mətbuat xidmətlərinin payı var. Çünki, zamanında ya telefona cavab vermirlər, ya sorğularımıza cavab vermirlər. Beləcə biz də bizə verilən məlumatları məlumat verənin dilindən yazmaq məcburiyyətində qalırıq. Məlumat yayımlandıqdan sonra barəsində bəhs edilən qurum başlayır qarşımıza dəlillər yığmağa ki, məsələ heç də şikayətçinin danışdığı kimi deyil.

Biz deyərkən, biz demək olar ki, bütün medianı nəzərdə tuturuq. Çünki, əminik ki, bu kimi hallarla həmkarlarımızın böyük əksəriyyəti qarşılaşıblar.

Təəssüflər olsun ki, belə bir hal ilə elə bu yaxınlarda biz özümüz də rastlaşdıq. Özünü yazıq, çarəsiz, haqlı ola-ola məmur tərəfindən güya süründürməçiliyə məruz qalandığını deyən "iş adamı"nın yalanlarına inanmış olduq.

Belə ki, təqribən bir ay əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun barəsində başqa sayta istinadla bir tənqidi yazı yayımlanmışdı.

Məlumat portalımızda yayımlandıqdan bir neçə saat sonra özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyev adlı şəxs redaksiyamıza zəng edərək, məlumatı dərc etdiyimizə görə təşəkkür etdi.
Sual verdik, - "Sizin bu məsələlərlə nə kimi əlaqəniz var?".

Cavab verdi ki, - "O, yazıların hamısını mən yazdırıram".

Əlqərəz, bu adam bizimlə xeyli söhbətləşib, bizi inandırdı ki, Sumqayıt Bulvarını o, tikdirib. Zakir Fərəcov isə Bulvarı tikdirmək üçün xərclənən pulları geri ödəyəcəyini vəd etsə də 6 ildir ki, ödəmir.

Hətta, söhbət əsnasında dəfələrlə bildirdi ki, güya Zakir Fərəcov təkcə ona deyil, bulvarın tikintisi üçün xərc qoyan 640 nəfər iş adamına borclu qalıb və onların da içində güya "salamat qalanı təkcə budur, digərləri infarkt olub, iflic olub, şəkər xəstəliyinə belə tutulublar".

"DogruXeber.az"ın və "Kanal14"ün daimi izləyicisi olan bu adam, daim şəhid ailələrinin, qazilərin, ümumiyyətlə hüququ pozulmuş, çarəsiz vətəndaşların yanında olduğumuzu bildiyi üçün və mərhəmət hissimizdən, vicdanımızdan əmi olduğu üçün bizimlə danışarkən Bulvar tikintisində çalışan fəhlələrin də zəhmət haqqlarının Zakir Fərəcov tərəfindən mənimsənildiyini önə çəkərək, türkiyəlilər demiş, bizə "duyğu sümrüsü yapdı".

Fəhlələrə canı yanırmış kimi deyir, "yüzlərlə fəhlənin çörəyini kəsdi icra başçısı, heçolmasa onların zəhmətinin haqqını versin".

Söz yox ki, özünü "iş adamı" kimi təqdim edən bu adamın danışdıqlarını təktərəfli yayımlamadıq. Biz bütün deyilənlər barəsində qarşı tərəf olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladıq. Lakin, qurumun mətbuat katibi gah dedi, "məzuniyyətdəyəm", gah da göndərdiyimiz sorğuya qısaca, iddiaların doğru olmadığını yazıb göndərməsi, ətraflı açıqlama verməməsi məlumatların təktərəfli yayımlanmasına səbəb oldu.

Sonradan isə İcra Hakimiyyətinin açıqlaması və apardığımız əlavə araşdırmalardan bizə məlum oldu ki, sən demə bu özünü "iş adamı" kimi təqdim edən Müqayis Verdiyevin ömrünün yarısı həbsxanada keçib. Özü də hər dəfəsində məsələ pulla bağlı olub - hədə-qorxu ilə pul tələb etmə və sair maddələr ilə ...

Halbuki , bizimlə danışığı zamanı cəmi bir dəfə - onu da Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini, onun sifarişi ilə cəmi bir neçə gün həbsdə olduğunu deməklə, DİN əməkdaşlarına böhtan atmaqdan belə çəkinmədi. Hələ üstəlik onu da vurğuladı ki, "sifarişlə həbsdə olduğu" müddətdə "həbsxanada Heydər Əliyev adına muzey tikdirib. Onun ardından da dərhal həbsdən azad edilib".

Deyir, - "mən həbsdə olsam da çöldəki kimi idim, ayrıca otağım, telefonum əlimdə, oteldə dincəlirdim elə bil"...

Maraqlıdır, Müqayis Verdiyevin sözlərindən belə çıxır ki, Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanalarda özbaşınalıq hökm sürür.

Həmçinin, bizimlə bir neçə dəqiqəlik söhbətində belə bir neçə dəfə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin adını çəkərək, dəfələrlə onu yanına çağırdığını, tez-tez "səmimi" görüşdüklərin,i yaxşı münasibətlərinin olduğunu, güya bunun məsələsinə Görə Kamran Əliyevin də Zakir Fərəcova qarşı acıqlı olduğunu, ona kömək edəcəyinə söz verdiyini də vurğuladı.

Yeri gəlmişkən, bu adam məqsədlərinə çatmaq üçün hətta, ölkə başçısının və birinci vitse-prezidentin adlarını belə yalanlarına alət edir. Bizə bildirdi ki, güya Prezident adminstrasiyasında çalışan və onun xətrini istəyən biri ona deyib ki, "məsələdən ölkə başçısı da, birinci xanım da xəbərdardır və Zakir Fərəcovu işindən azad edəcəklər".

Yeni əldə etdiyimiz məlumata görə isə bizə aydın oldu ki, bu adamın sən demə Zakir Fərəcovdan tələbi vəzifə imiş. "Gündəlik Bakı" saytında qeyd olunur ki, "heç beşinci sinifə qədər düz-əməlli təhsili olmayan bu adamın könlündən, sən demə "mer" olmaq keçirmiş".

Özünün pul borclu olduğu adamları da Zakir Fərəcovu şantaj etmək, məqsədlərinə çatmaq üçün əlində alət edib.

Qeyd edək ki, Zakir Fərəcovun barəsində gedən tənqidi yazıları özünün yazdırdığını iddia edən Müqayis Verdiyevin adı o yazıların heç birində hallanmır. Sürəkli şəxsi Facebook hesabında Zakir Fərəcovla birlikdə çəkdirdiyi fotoşəkillərini paylaşaraq, görünür ikili rol oynamağa çalışır. Bir tərəfdən İcra başçısının yadına bir vaxtlar yaxın olduqlarını salır ki, ondan şübhə etməsin, digər tərəfdən də media nümayəndələrinə göstərməyə çalışır ki, "baxın, bulvarın açılışında mən də varam, deməli mən tikmişəm".

Bir sözlə özünü tərifləmək üçün bütün dövlət qurumlarının - hüquq-mühafizə orqanlarının, Ədliyyə Nazirliyinin, hətta prezident administrasiyasının belə fəaliyyətinə qarşı sıravi vətəndaşlarda nifrət yaradan bu adam, bu danışıqları ilə "bu ölkədə pulun qanunlardan üstün olduğunu" iddia edir. Bu isə insanların dövlətə və dövlət qurumlarına inamını, etibarını şübhə altına alır.

Demək ki, artıq vaxtdır. Bundan sonra söz hüquq-mühafizə orqanlarınındır.

Mövzunu davam etdirəcəyik...

Hələ danışılası nələr var, nələr...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az
 
Ardını oxu...
Qanunsuz torpaq satışı səbəbindən yaranmış mübahisə növbəti dəfə Abşeron Rayon İcra Hakimiyyətini məhkəməlik edib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Ələkbər Əliyev Mehralı oğlu Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırıb. Bu, ay ərzində icra hakimiyyətinə qarşı torpaq mübahisəsi, qanunsuz tikilinin sökülməsi kimi işlərlə bağlı irəli sürülmüş növbəti ittihamdır.

Bu dəfəki işin mahiyyəti də icra hakimiyyətinin aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisə, torpaq münasibətləri üzrə mübahisələrdir. İşə 13 oktyabr tarixində Sumqayıt İnzibati Məhkəməsində hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılacaq.
Ardını oxu...
Əziz dostlar,
Yenə də qərəzli yanaşdığımı deyərək, üzərimə hücuma keçəcəklər, gələcəkdə qrant almağım üçün əngəllər törədəcəklər. Qoy elə düşünsünlər.
Amma vətəndaş cəmiyyətinin qurulmasında az-çox xidməti olmuş insan kimi indi bu sektorun kimin əlində olmasına ürəyim ağrıyır.
Bu günlərdə QHT Agentliyi zoom üzərində QHT-lərlə görüş keçirib və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaları izah ediblər.
Sadəcə bir hissəni kəsib sizə təqdim edirəm. Özünüz qulaq asın və mənim haqlı olub olmadığıma vicdanla qiymət verin.
Deyilir ki, QHT-lərin digər donorlardan maliyyə almasında məhdudiyyətlər olduğu üçün biz qaydalar qoymadıq ki, hamı üçün bərabər şərait yaradaq.
Xatırlatmaq istəyirəm ki, Azərbaycanda nəinki yerli digər donorlardan, hətta xaricdən qrant almağa məhdudiyyət yoxdur. Sadəcə qanunvericiliyin tələbləri xarici donorlara sərf etmir və onlar əvvəlki illərdəki kimi qeydiyyatsız ölkədə fəaliyyət göstərmək istəyirlər.
Mən düşünürəm ki, QHT Agentliyinin rəhbəri belə siyasi səhvlər buraxmamalıdır.
Digər məsələ isə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar Nizamnamə istiqaməti deyil, bu sənəd Cənab Prezidentin 19 aprel 2021-ci il tarixli Fərmanının 7-ci bəndi ilə Nazirlər Kabinetinə tapşırılıb. Amma xanım icraçı ditekor deyir ki, biz ilk illər bunu özümüz yaratmadıq ki, hər kəs üçün platforma yaradaq, təşkilatları aydınlaşdıraq.
Ölkədə nə qədər fəal təşkilat var ki, 14 illik QHT Şurası dövründə aydınlaşdırılmadı?
Üstəlik bu çıxışda QHT-lərin aşağılanması açıq aydın görünür. Deyilir ki, QHT-lərdən bu illər ərzində qeyri-adi təkliflər almadıq, ona görə də bu qaydalar tətbiq olundu.
Bu qayda illərdən sonra QHT-lərin qeyri-adi təkliflərini ortaya çıxaracaqsa, biz buna yalnız sevinə bilərik.
Amma mən düşünürəm ki, istər QHT Şurasının, istərsə də QHT Agentliyinin ilk 2 ilində QHT-lərin təklif etdiyi əksər təşəbbüslər böyük ictimai əhəmiyyət kəsb edib. Təəssüf olsun ki, indi belə ənənə mövcuddur ki, yeni gələn köhnənin işini bəyənmir.
Samir Adigozell

 
Ardını oxu...
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etdiyi iddia olunur. İddialara görə, İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürür. İşə götürülən şəxslərin təqdimatını isə onun kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədovanın yazdığı bildirilir.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Lakin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir.

Məsələ ilə bağlı Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulan fitnes klubun rəhbəri Eyvaz Hüseynov Bizim.Media-ya danışıb.

O, Bakı şəhər Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Əliyevin əmri əsasında 3 ilə yaxındır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinində fəaliyyət göstərdiyini təsdiqləyib:

“Həmin klubda boks üzrə fərdi idman dərsləri vermək üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilk gündən mənə dəstək və icazə verib. Fəaliyyətimizi isə Baş İdarə öz rəsmi səhifəsində hər zaman işıqlandırıb. Amma Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə yeni təyin olunan direktor fəaliyyətimizə imkan vermir. Əsası olmayan bəhanələr gətirir. Ölkənin bütün aidiyyəti qurumlarına məktubla müraciət etmişəm. Sonadək haqqımı bərpa edəcəyəm”.

Eyvaz Hüseynov əlavə edib ki, atası Fazil Hüseynov və qardaşı Akşin Hüseynov da Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fiziki inkişaf kursuna ödənişli idman dərsləri vermək üçün müraciət ediblər:

“Baş İdarə onların da təqdimatına müsbət cavab verib, amma mərkəz direktoru əmr vermir. Anladım həmin direktoru Mədəniyyət Nazirliyi işə götürüb. Amma bu, haqsızlıqdır. Digər mədəniyyət mərkəzlərindəki fitnes klublar fəaliyyət göstərdikləri halda, bizə niyə məhdudiyyət qoyulur?”, - deyə Eyvaz Hüseynov etiraz edib.

Müsahibimizdən sözügedən qanuna əsaslanaraq klubda çalışması üçün müvafiq təhsili olub-olmadığını maraqlansaq da, o, məhudiyyətin əsas səbəbinin bu olmadığını deyib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevlə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, idarə rəhbəri zənglərimizə cavab verməyib.

Məsələ ilə bağlı Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə müraciət etdik.

Mərkəzdən saytımıza bildirilib ki, Gənclər və İdman Nazirliyi təhsili olmayan şəxslərin fitnes klublara rəhbərlik etməsini qanunsuz hesab edib:

“Eyvaz Hüseynov qanunsuz fəaliyyət göstərdiyi üçün onunla bağlı məktubla Gənclər və İdman Nazirliyinə müraciət edilib. Nazirlikdən müraciətimizə bildirib ki, peşəkar pedaqoji idman fəaliyyətinə bədən tərbiyəsi, eləcə də idman sahəsində ali və orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar”.

Mədəniyyət Nazirliyindən isə Bizim.Media-nın sorğusuna belə cavab verilib:

“Bildirək ki, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir.

Klublar, mədəniyyət evlərində (saraylar) sözügedən göstəricilər arasında müəssisələrdə ödənişli dərnəklərin olmasının zəruriliyi qeyd edilib.

Məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən kurs və dərnəklərin fəaliyyətinin tənzimlənməsi, bu istiqamətdə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə “Kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar” yenidən hazırlanaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunub.

Nazirliyin 09 dekabr 2022-ci il tarixli, 07/04-3742/2022 nömrəli məktubuna əsasən təqdim olunmuş layihəyə razılıq verilib”.

Nazirlikdən qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 31.01.2007-ci il tarixli, 43 nömrəli əmri ilə təsdiq edilmiş müəssisə və təşkilatlarında tətbiq olunan pullu xidmətlərin siyahısının 4-cü bəndində idman-sağlamlıq (qaçış, şahmat-dama klubları, tennis, nərd və s.) sahəsində kursların və dərnəklərin yaradılması nəzərdə tutulub.

İdarənin 14 dekabr 2022-ci tarixli, 164 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ödənişli kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar”ın 6.1. bəndinə müvafiq olaraq kurs və dərnəklərdə dərsləri (məşğələləri) tədris etmək üçün ali, orta ixtisas, peşə təhsili, xüsusi sertifikat və ya şəhadətnamə, əmək stajı, iş təcrübəsi, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan şəxslər Baş İdarə ilə yazılı razılaşdırma yolu ilə müəssisə direktorunun əmri əsasında cəlb edilirlər.

Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət Baş İarəsinin tabeliyində 66 mədəniyyət müəssisəsi və saysız musiqi məktəbləri fəaliyyət göstərir.

Xatırladaq ki, bu il ölkədə fəaliyyət göstərən idman klublarında iki uşaq ölümü baş verib. Aprel ayında Sumqayıtda 7 yaşlı Fərid Bakarovun tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq vəfat etməsi, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində isə 2020-ci il təvəllüdlü Gülay Məmmədlinin nəzarətsiz qalaraq hovuzda boğulması ölkə gündəmini zəbt etmişdi.

Hər iki bədbəxt hadisədən sonra ölkə başçısı Gənclər və İdman Nazirliyinə idman klublarının fəaliyyətinə ciddi nəzarət olunmasını tapşırıb.

Mövzunu diqqətdə saxlayacağıq...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bizim.Media
 

Dünyapress TV

Xəbər lenti