Ardını oxu...
Redaksiyamıza daxil olmuş məlumata görə, Lerikdə meşələrə qənim çıxan Sultan və Xalid Mirzəyev qardaşlarının cinayət əməllərinə görə növbəti məhkəmə oktyabrın 3-də baş tutacaq. Qardaşlar 2012-ci ildən başlayaraq ta 2022-ci ilədək 4-5 dəfə inzibati qaydada məsuliyyətə cəlb olunaraq müxtəlif məbləğlərdə cərimə olunublar. Axırıncı dəfə isə 2022-ci ilin dekabr ayında Girdəsər meşəbəyliyinin 7 saylı dolayında gecə ilə bir neçə ədəd ağac kəsərək bir neçə içlik materialı şpal halına salıb oğurlayanda meşə idarəsi işçiləri tərəfinden yaxalanıblar və 2300 manata yaxın cərimə olunublar, işləri hüqüq-mühafizə orqanları tərəfindən istintaqa verilmiş, Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə iş açılıb.

İşləri məhkəmədə ola-ola özlərinə qoyulmayan Sultan və Xalid qardaşları növbəti cinayətlərini törədiblər. Belə ki, onların tədarük etdikləri yük maşını avqustun 12-də polis tərəfindən saxlanılıb. Məlum olub ki, yük maşınının kuzovuna alt tərəfdə işlik material yığan oğrular üst hissəyə oduncaq yığaraq örtməyə çalışıblar. Bu isə qardaşların əvvəllər də sınaqdan keçirdikləri cinayət metodudur. Əgər onların cərimələnmələrinə səbəb olan aşkarlanmış əməllərinin sayı 5-6-dırsa, təxmin etmək olar ki, üstü açılmamış əməlləri dəfələrlə çoxdur. Üzə çıxmayanların sırasında isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mühafizəçilərinin təmənna qarşılığında göz yumduqları, əlbir surətdə həyata keçirdikləri də az deyil. Amma yenə sə sağ olsun, Lerik Rayon Polis Şöbəsinin vicdanlı əməkdaşları ki, meşə qənimlərinə güzəştə getməyiblər.

Di gəl, Lerik rayon Məhkəməsinin sədri cənab Atabəy Kiçibəyov 5-6 aydır ki, işi yubadaraq hələ ki, heç bir təsirli qərar qəbul etməmişdir. Məlumata görə, növbəti məhkəmə iclası oktyabr ayının 3-də keçiriləcəkdir. Ümid edək ki, bu dəfə Mirzəyev qardaşları layiqli cəzalarını alacaqlar. //azerinfo.info//
 
 
 

Ardını oxu...
DİA.AZ: - "Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq
MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm".
Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı,
imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə
vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə
olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə
elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin
himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə
min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su,
qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.

Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul
vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara
“əzələ” nümayiş etdirir.

Onu da qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar
mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli
elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə
altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin
Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində
restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min
manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük
isbatıdır".

İddia olunanlarla bağlı dia.az olaraq büttün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Eldar Mahmudovun keçmiş kadrı sadə vətəndaşlara divan tutmaqda davam edir

Salam hörmətli redaksiya.

Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm. Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.
Teref.az yazır ki, bunu Nemət Yusifov adında vətəndaş saytımızın poçtuna göndəırib. Nemət bəy daha sonra yazır:
Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara “əzələ” nümayiş etdirir.

Onud a qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır.

Hörmətli redaksiya!

Xahiş edirik ki, Ruslan Əliyevin fəaliyyətinin təftiş edilməsinə, bu şəxslə bağlı çoxsaylı şikayətlərin araşdırılmasına köməklik göstərəsiniz.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeytini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Bakı Slavyan Universitetindən şikayətlər dayanmır.Anar Nağıyev və onun əlaltılarının hərəkətləri ali məktəbdə getdikcə daha çox adamı dilə gətirir. İş o həddə çatıb ki, artıq tələbələr sosial şəbəkələrdə rektorluğun, dekanlıqların yarıtmaz idarəçiliyinə etirazlarını bildirirlər. Məsələn,Məlik Məlikov adlı facebook istifadəçisi öz hesabında yazır: “Bakı Slavyan Universiteti – BSU -də bizim qrup üçün yer yoxdur! Day işdən keçib, padvalda filan keçirilsin dərslər. Bir dərs üçün 4 dəfə otaq dəyişərlər???”

BSU-ya gedib deyilən nöqsanların bəzilərini şikayətçilərin öz dillərindən eşitmişik.? Bir deyil, iki deyil. Bu universitet barədə bir neçə məqalə yazmışam. Hər dəfə yazanda ümid edirəm hansısa çatışmazlığı aradan qaldıralar. Amma əksinə olur.Belə hərəkət yalnız harınlıqdan, arxayınlıqdan irəli gələ bilər.Universitet sabiq rektor Nurlana Əliyevadan qalma qaydalarla idarə olunur. Çünki işçilərin çoxu da elə Nurlana xanımın əlindən su içib. Bunlar hamısı “bəlkə də qaytardılar” eşqi ilə yaşayanlardı. Stimulu da “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevdən alırlar. Tədris ocağını “beşinci kolon”un yuvalarından birinə çeviriblər.

Deyilənə görə BSU-da bütün vəzifələr bazarda kimi satılır. Bunun üçün başın Nurlana Əliyevanın adamlarından birinin qoltuğunun altında,əlin isə cibində olmalıdır. Seçim də var. Rektor Anar Nağıyeva bir neçə əməkdaş vasitəsilə çıxmaq olur. Bunlardan biri müşavir Elçin,digəri isə həmkarların böyüyü Əzimdir. Deyirlər Nurlananın dövründə prorektor işləmiş, hazırda kafedra müdiri olan Rafiq Novruzov da alıb-verməkdə yaxşıdı. Hətta rektor Anar Nağıyev “qara kassa”nı bu müəllimə həvalə edib.Bəlkə elə ona görə fars dili müəlliminin slavyan dili,ədəbiyyatı, tarixindən dərs keçməsinə göz yumur. Nurlananın sadiq kadrı olan Habil Məmmədov isə etnoqraf olduğu halda beynəlxalq münasibətlər üzrə mütəxəssisə çevrilib,”qeybət və söhbət daşıyan” funksiyanı icra edərək Anarın könlündə yer alıb. Başqa bir kafedra müdiri İbrahim Quliyev də BSU-nu qazanc yerinə çevirib, müəllimlərin dərs saatlarını kefi istədiyi kimi bölür, sonuncu kurs tələbələrindən diplom müdafiəsi üçün 1000 manatdan yığıb dərəbəylik edir. Nə sirdirsə, bəzi məqamlarda rektor Anar Nağıyev İbrahim müəllimə heç nə deyə bilmir. Görəsən BSU rektoru Anar kafedra müdiri İbrahimdən niyə çəkinir? Bu cür hallara görə kafedralarda müəllimlərin yerinə laborantlar dərs keçir, bu da ümumilikdə tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müəllimlərin bir çoxunun sorağı isə Maldivdən,Misirdən gəlir. Laborant düzəlmək də havayı deyil.Ya pulun olmalıdır,ya da dayağın.

Məsələn,tibb texnikumunu bitirən Hicran adlı işçi var.Magistr təhsili olmasa da kafedralardan birində laborant kimi çalışır.Nurlana Əliyevanın yaxın qohumu olduğu deyilir.

Bakı Slavyan Universiteti Anar Nağıyevin rəhbərliyi altında bir “ilk”ə də imza atıb.Respublikamızda mərkəzləşdirilmiş imtahan keçirilməsi səlahiyyəti Dövlət İmtahan Mərkəzinə məxsus olsa da BSU qaydaları aşaraq, Nazirlər Kabinetinin qərarlarını heçə sayaraq özbaşına şəkildə 2022-2023 tədris ilinin yaz-yay semestr imtahan sessiyasını keçirdib.Nəticələr də çox əcaib olub. Bir qrupda təhsil alan 30 tələbədən 30-nun da kəsilməsi bu işin içində bir iş olduğuna şübhə yaradır. Anar Nağıyevin bu hoqqaları barədə əvvəlki yazılarımda söhbət açdığıma görə təkrar etmirəm. Söhbət yenə də pula söykənir. Ciblərini doldurub günlərini xoş keçirmək üçün tələbələri öz oyunlarının qurbanına çeviriblər.
Sima Babayeva
Teref.az
Ardını oxu...
Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyö)

Bəli, özü də bu ədalətsizliyi ədaləti bərpa etməli olan hakim özü etdiyində bu, ədalətsizliyə uğramış hər kəs üçün çox qorxunc təhdiddir.

Lakin, çox təəssüflə qeyd edirik ki, ölkəmizdə hakim ədalətsizliyindən narazı vətəndaşların sayı günbəgün artır.
"Biz hüquqi dövlətdə yaşayırıq", "burda qanun şahdır" kimi ifadələr boğazdan yuxarı, bütün dillərdə şablon olub, reallığa gəldikdə isə banklar və dövlət qurumları ilə məhkəmə çəkişmələrində vətəndaşlar çox zaman haqsızlığa uğrayırlar ki, bu barədə illərdir Azərbaycan mediasında, həmçinin sosial şəbəkələrdə məlumatlar yayımlanır.

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

Yeri gəlmişkən, qeyd edək ki, elə bu yaxınlarda biz "DogruXeber.az" olaraq özümüz də hakim ədalətsizliyinə məruz qalmışıq. Hansı ki, bu barədə ötən yayımlarımızda da ətraflı məlumat vermişdik.


Hakim kürsüsünə gedən "ASAN" yol - Hələ çox şeylər görəcəyik...

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

Ən böyük hakim Allahdır ! - Qalanı təfərrüat

Və qeyd etmişdik ki, Hakim kürsüsündə əyləşən gənc Orxan Həsənov barəsində silsilə şəklində məlumatları diqqətinizə çatdıracağıq ki, iddiaçını evə göndərib ardından qərar verən bu gənc oğlanı siz də tanıyın.

Demək Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşən Orxan Həsənov 1990-cı il təvəllüdlüdür. 33 yaşlı Orxan Həsənovun şəxsi Facebook hesabında qeyd olunur ki, "2015-ci ildə Bakı Dövlət universitetində təhsil almağa başladı".

Ardını oxu...


Əgər, özünün paylaşdığı bu məlumatı əsas götürsək, belə çıxır ki, o 2019-cu ildə təhsilini başa vurub, 2021-ci ilin fevral ayına qədər (cəmi bir il) "ASAN" xidmətdə çalışıb, 2021-ci ilin fevral ayında da "Ələddinin çırağının köməyi ilə " hakim kürsüsünə əyləşib.

Amma, Ədliyyə Nazirliyinin rəsmi saytında isə qeyd olunur ki, 1990-cı il təvəllüdlüdür, 2008-ci ildən 2012-ci ilə qədər Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, 2013-cü ildən 2018-ci ilə qədər Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıb, 2018-ci ildə 13 saylı vəkil bürosunda çalışıb, 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Hüquqi Təminat Şöbəsi, Daxili hüquqi tənzimləmə sektorunda baş məsləhətçi işləyib, 2021-ci ilin fevral ayından bugünə qədər isə Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşir...

Aha... barəsində iki fərqli məlumat olan bu gənc oğlanın ümumiyyətlə Vikipediyası olmasa da barəsində ən azından Ədliyyə Nazirliyinin rəsmi portalında qeyd olunan məlumatlar adama çox şeyi deyir.

Ardını oxu...


Diqqət etdinizsə, orta məktəb illərindən - hətta doğulduğu ildən bugünə qədərki bütün fəaliyyəti ardıcıl olaraq qeyd olunub, bəs bu 33 yaşlı "ədalət qoruyucusu" vətən borcunu verməyibmi?

Gördüyünüz kimi, "dayısından yarıyan" dövlət məmuru kimi orta məktəbi bitirəndən işsiz qalmayıb. Yoxsa, hərbi xidmətini doğulmamışdan öncəmi yerinə yetirib ki, sonra vaxtı olmayacaq?..

Hərbi xidmətdə olubsa, nə zaman olub?, olmayıbsa necə hakim olub? Yəqin ki, bu sualın cavabı oxucularımız üçün də maraqlıdır.

Hə, onu da vurğulayırıq ki, qarşıdakı günlərdə BDU-ni bitirən və bugünə qədər fəhlə işləyən, yaxud işsiz qalan məzunlardan fərqli olaraq, işsiz qalmayan və sürətlə hakim kürsüsünə əyləşən Orxan Həsənovun "sehirli vəzifə yolu" barəsində də məlumatlar dərc edəcəyik.

Diqqətiniz bizdə olsun, mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Ağdam rayonundan məcburi köçkün kimi paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev – 1, mənzil – 8 ünvanda məskunlaşmış Hümbətov Rahim İbrahim oğlu redaksiyamıza müraciət edərək, qəsəbə üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovu şikayət edib.
Rahim Hümbətov bildirir ki, hazırda həyat yoldaşı və iki uşağı ilə həmin ünvanda yaşayır. Əvvəllər onun özündən başqa anası və iki bacısı həmin ünvanda yaşayıb və qeydiyyatda olublar. Sonra bacıları gəlin köçüb, anası isə ayrı yerdə özünə ev alıb. Rahim evi tərk edən anasının və bacılarının qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir ki, sonrakı hüquqi prosedurlarda, imtiyazlardan istifadə etməkdə bürokratik maneələrə rast gəlməsin. Bundan ötrü MKİS rəisi E.Nəcəfova müraciət edib. Rəis ona əməliyyatın mümkünlüyünü deyib və bundan ötrü 100 (bir yüz) manat rüşvət istəyib. R.Hümbətov onun tələbi ilə razılaşıb və istədiyi pulu verib.
Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, E.Nəcəfov nə söz verdiyi işi həll eləyib, nə də Rahimin pulunu qaytarıb. Əvvəllər aldadıb hər dəfə heç olmasa yayındırıcı sözlər desə də, sonradan ümumiyyətlə telefon zənglərinə cavab verməyib. Məlum olub ki, E.Nəcəfov öz profili üzrə Masazır qəsəbəsində vəzifə təyinatı alıb.
Redaksiya olaraq, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab etmişik.
 //azerinfo.info//

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kolleclə keçmiş işçiləri arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, kollecin keçmiş işçiləri Vəliyeva Aidə Zakir qızı, Nağıyev Ramil Əvəzağa oğlu, Babayeva Səidə Rasim qızı, Səməd Xəqani Səfər oğlu, Qədimli Aytəkin Yusif qızı və Əsgərova Arifə Nadir qızı apellyasiya mərhələsində bir nəticə əldə edə bilməyiblər. Bu baxımdan, Ali Məhkəməyə müraciət ediblər.

Onların kassasiya şikayətinə hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

Kollecin keçmiş işçilərinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci məhkəmə instansiyası onların iddiasını təmin etməyib. Müəllimlər apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Müəllimlər ümid edir ki, Ali Məhkəmə yenidən baxılması üçün işi geri qaytaracaq.

Humanitar Kollecin direktoru Nərmin Qaralovadır. Nərmin Qaralova bir müddət əvvəl tələbə qızı təhqir etməsi ilə gündəmə gəlmişdi. Direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmiş və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.

Ardını oxu...
Şikayət.
Ölkəmizin əmək qanunvericiliyi,əsasən də İnsan faktoru həm də, gəmiçiliyə ,orda fəaliyyət göstərən insanlara, işəgötürəninə və s.aiddir.
İgidəli müəllim İsgəndərov !!!
PSK-dan yazdılar
Gəmi Çilov adasında dayanmışdı.Hava bu gəminin hərəkəti üçün əlverişli deyildi.
Buna baxmayaraq gəmiyə komanda verdi ki,əvvəl Neft Daşlarına,ordan da Günəşli yatağına gedin və orda gözləyin. Etirazlara baxmayaraq məcburi yola saldi. Çətinliklə Neft Daşlarına çatanda anladı ki, hava şəraiti PSK üçün təhlükəlidir.Yenidən komanda verdi ki,yaxşı Neft Daşlarında qalın. Niyə,cənab rəis. Niyə bizi məcburi ,çətin havada dənizə çıxmağa məcbur edirsiniz ,əziyyət verirsiniz? .Təhlükə,insan həyatı , xərc və s. sizi narahat etmir ki? Etiraz edənə də: get kimə istəyirsən şikayət et deyir.
Qeyd: hal hazırda sahildə güclü külək olmasa da dənizdəki külək kiçik çay gəmiləri hesab olunan PSK-n məcburi açıq dənizə göndərilməsi işçi heyəti üçün təhlükə yarada bilər.
Mirvari Gahramanli
Teref.az
 
Ardını oxu...
Hörmətli media, bu dəfə "Bahar" karqoyla bağlı daxil olan şikayətin üzərində durmaq qərarına gəldik. Çünki, müştərinin təqdim etdiyi sübutlar onu deməyə əsas verir ki, sözügedən karqo, aşkar şəkildə istehlakçı hüquqlarını pozur və heç bir qaydaya məhəl qoymur. Digər vətəndaşların bu karqonun "tor"una düşməməsi və maarifçilik adına bu şikayətin mediada getməsini lazımlı və önəmli hesab edirik.
Hər halda müvafiq dövlət qurumuna göndərilən şikayət təəssüf ki,
nəticəsiz qalib. Daha doğrusu. qurumun geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumat olmadığını bildirib və bununla bağlı başqa quruma müraciət etməyi tövsiyyə edib.

Halbuki, əgər bir karqo özbaşına fəaliyyət göstərirsə, bu da zatən QANUN POZUNTUSUDUR və həm elə "Antiinhisar" qurumunun məsuliyyət arealına daxil olan bir məsələdir.
Düşünürük ki, bu cür qaydasız karqoların ifşa olunması və layiqli cəzasını alması üçün vətəndaşın ümid yeri, mediadır.
Bundan dolayı da "Bahar" karqonun müştərisi olmuş Loğman Hüseynov adlı vətəndaşın haqlı və dramatik şikayətini, gündəmə gətirməniz üçün sizə təqdim edirik.Təşəkkürlər!

Əvvəla onu bildirməliyik ki, "Bahar karqo" adı daşınma şirkətindən ilk dəfə yayda istifadə etmişdik. Hələ o zaman əcaib bir problemlə qarşılaşmışdıq: yay fəslində "Neftçilər anbarı"nda kondisioner yoxdur!
Şirkətin əməkdaşı problemin tezliklə həll olacağını desə də, sonradan bunun səbəbini, "əlavə xərc olması" ilə əsaslandırdı.
Lakin, artıq bağlama çoxdan sifariş edilib gəlmişdi və tez xarab olan məhsul, zərər görmüşdü. Etirazlardan sonra, şirkət, məhsulun dəyərini qismən kompensasiya etməyə razılaşdı.
Bu qüsur, böyük bir problem demək idi, çünki çoxlu müştəri, yay fəslində qida maddələri və kosmetika məhsulları sifariş edir..
Lakin, məsafə yaxınlığı, vəd edilən qiymətin ucuzluğu səbəbindən, sonradan yenidən "Bahar" karqodan istifadə etməli olduq. Təbii ki, sərinlər düşdüyü zaman. Bu dəfə isə daha dramatik və əcaib problemlə qarşılaşdıq: şirkət, SAYTINDA VƏD ETDİYİ TARİFƏ əməl etmədi! Bağlamanın çəki haqqını çox hesabladı.
Belə ki, rəsmi saytında elan etdiyi tarifə əsasən, 10kq və üstü bağlamaların çəkisini 1,1 dollardan hesablayacağını vəd etsə də, 1,5 dollardan hesabladı. Şirkətə dəfələrlə etdiyimiz xəbərdarlıqlara, məsulu ilə apardığımız telefon danışığına baxmayaraq, inadından və səhvindən dönmədi. Karqo, bu qərarını belə bir absurd arqumentlə əsaslandırdı ki, onlar sosial mediada başqa cür tarif qeyd ediblər və müştəri də saytı deyil, sosial medianı əsas götürməliymiş. (!!)

Halbuki bir şirkət üçün əsas olan məhz saytıdır və üstəlik də 2 fərqli tarif elan etmək, zatən müştəri haqlarını və müvafiq qanunları aşkar şəkildə pozmaqdır! Şirkət bəlkə də bundan sonra sudan quru çıxmaq üçün problemi, hansısa texniki səhvlə əsaslandırmağa çalışacaq, lakin xəbərdarlıqdan sonra da səhvlərini düzəltməmələri, bu arqumenti bəribaşdan inkar edir. Və bu da o deməkdir ki, Ortada, AŞKAR SAXTAKARLIQ VƏ İSTEHLAKÇI HAQLARI POZUNTUSU VAR!

Qeyd: Şəkildə gördüyünüz kimi, BHK1450634 nömrəli bağlamanın çəkisi 10kq-dır və tarifə əsasən 11 dollar hesablanmalıydı, lakin 15 dollar hesablanıb!
___
P.S. Məsələnin mediada gündəmə gəlməsindən öncə, bu gülünc saxtakarlıq barədə rəsmi istehlakçı hüquqlarının müdafiəsi qurumunu xəbərdar etsək də, onlar tədbir görmək bir yana, belə bir şirkəti tanımadıqlarını bildirdilər.
Odur ki, ümidimiz siz dəyərli mediayadır!
Sizə, karqoyla yazışmanı və onun əcaib izahını da göndəririk.
Loğman Hüseynov
Teref.az olaraq qeyd edilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti