Ardını oxu...
 

Azərbaycanda uşaq bağçasından yayılan görüntülər müzakirələrə səbəb olub.

 

Sfera.az bildirir ki, bağça tərbiyəçisi Cəmilə adlı azyaşlıya əmrinə tabe olmadığı üçün qışqırıb, fiziki təzyiq göstərib, qeyri-etik ifadələr işlədərək uşağın valideynlərini söyüb.

 

Görüntünün hansı bağçada çəkildiyi məlum deyil.

 
Ardını oxu...
 
 
 
 
 



Həmin görüntüləri təqdim edirik:

 

(Bizim.media)

 
 

Ardını oxu...
DİA.AZ: - Göyçayda kəndçilərə taxılı biçmək üçün kombayn vermirlər. Artıq narazı vətəndaşlar üsyan həddindədir. DİA.AZ bildirir ki, onlar Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova müraciət edərək kömək istəyirlər.

Göyçay rayonu Çaxırlı kənd sakini Baxışov Babək Cavanşir oğlu əkdiyi sahəsini ində biçə bilməməsindən, 1000 hektardan çox taxıl zəmisinin məhv olma təhlükəsi ilə üz-üzə qalmasından giley edir. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş onların kəndinə cəmi bir kombaynın ayrıldığını, onun da hər kəsə verilmədiyini bildirir.

Narazı vətəndaş Prezidentə xitabən bildirir: "Mən Göyçay rayonu icra hakimiyyətinə də bildirmişəm. Amma şikayətimə baxan yoxdur. Cənab Prezident, sizdən xahiş edirəm... kömək edin..."

Daha ətraflı aşağıdakı videoda:


Ardını oxu...
Öncəliklə xatırladaq ki, ötən həftə saytımızda (realmedia.az-red) “Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda söhbət l -ci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən əsir götürülərək 57 gün erməni girov saxlanılmış, bu müddət ərzində dəhşətli işgəncələr yaşamış, Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili, Şirinov Elşən Elman oğlunun indi də Xocavənd rayonunun bir qrup yerli məmurları tərəfindən üzləşdiyi haqsızlıqlardan və süründürməçilikdən yazmışdıq.



Hətta qeyd etmişdi ki, Elşən Şirinov üzləşdiyi problemlərdən dolayı onu süründürməçiliyə salan, haqqını mənimsəyən Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayevlə aralarında baş verən mübahisəni əks etdirən səs yazısını da redaksiyamıza təqdim edib. Və yaxın günlərdə həmin səs yazısını təqdim edəcəyimizi də vurğulamışdıq. Artıq vədimizə əməl edib, oxucularımızı çoxda intizarda saxlamaq istəmirik. Həmən səs yazısını həm oxucularımıza həm də aidiyyəti üzrə səlahiyyətli şəxslərin diqqətinə ərz edirik:



P.S. Elşən Şirinova Xocavənd rayon icra hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçinin də icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Və son 2 ilə qədər də Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyalardan yararlana da, artıq 2 ildir ki, Elşən Şirinov subsidiyaları ala bilmir. Daha doğrusu, KTN -nin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rafael Mustafayev bunu ona vermir. Ondan 5000 (beş min) manat rüşvət istəyir. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az




Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu energetika naziri Pərviz Şahbazova və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova müraciət edib.

O, qurumdakı özbaşınalıqlardan və qanunsuzluqlardan şikayət edib, həmçinin nazirdən və ASC rəhbərindən kömək istəyib.

Bu barədə mühəndis “Arqument.az”a göndərdiyi müraciətdə qeyd edir.

“”Azərişıq” ASC sədri cənab Vüqar Əhmədovun göstərişlərinə məhəl qoymadan, qanuna zidd hərəkətləri ilə qurumun nüfuzuna xələl gətirən “Azərişıq” ASC məmurları barəsində tədbir görülməsi üçün sizlərdən kömək istəyirəm”, – deyə o qeyd edib.

Şikayətçi yazır ki, Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən obyektin şəbəkəyə qoşulması üçün ASAN xidmətə ödənilməli olan rüsumun məbləği 27.500 AZN-dir.

Obyekt sahibi bu rüsumu ödəməyə hazırdır. Lakin “Azərişıq” ASC-nin Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədov “süründürməçilik siyasəti”ni işə salaraq “Azərişıq” ASC-nin xeyrinə olan bu işə qəsdən maneçilik edir.

Onun sözlərinə görə, abonent qeyd olunan məbləği ASAN Xidmətə ödəmək üçün Arif Məmmədov rəy verməlidir: “Amma Məmmədov obyektin transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyini bəhanə edərək “Azərişıq” ASC-nin xeyrinə olan bu məsələyə məqsədli şəkildə maneçilik edir. Şəbəkəyə qoşulmaq istəyən obyektin arxa divarı ilə 59 saylı Transformator məntəqəsinin arxa divarı arasındakı məsafə 60 sm-dir. Obyektin və Transformator Məntəqəsinin arxa divarlarında nəinki qapı nəfəslik belə yoxdur, təmamilə qapalıdır. “ASAN” və 13-cü xidmətin fəaliyyətinə V.Əhmədov tərəfindən xüsusi önəm verilir”.

Anar Quliyev yazır ki, texniki nəzarət idarəsinin rəisi A.Məmmədov bütün bunları bilə-bilə həm sahibkarı süründürməçiliyə salmaqla qurumun nüfuzuna zərbə vurur: “Bununla bağlı Arif Məmmədovun mobil nömrəsinə zəng edərək onun bu hərəkətinin “Azərişıq” ASC-nin mənafeyinə həm də qanuna zidd olduğunu bildirmişəm. Telefon danışığımız zamanı bu məsələni müsbət həll edəcəyinə dair mənə kişi kimi söz verdi, sonra nömrəmi blokladı və “Qurbanəli bəy” kimi “qaçıb gizləndi””.

“Məlumata görə, A.Məmmədovun rəhbəri olduğu Texniki Nəzarət İdarəsi yüksək gərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazırlar. Sözügedən obyektdən də 3000 manat “şirinlik” istəyiblər. Belə çıxır ki, bunlar “Azərişıq” ASC-nin mənafeyini pula satırlar. Bu idarə özünə aid işlə məşul deyil. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür. Bunların işi yarımstansiyalara, transformator məntəqələrinə nəzarət etməkdir. Öz işlərini yerinə yetirmirlər, yetirməsinlər heç olmasa qeyri-qanuni hərəkətlərilə “Azərişıq” ASC-ni nüfuzdan salmasınlar. 3000 manata görə “Azərişıq ASC-ni 27.500 manat ziyana salan bu idarə kimə gərəkdir?! Əminəm ki, cənab Vüqar Əhmədov bunlardan xəbərsizdir”, – deyə o bildirib.

Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi nazirdən və ASC sədrindən “Azərişıq” ASC-nin mənafeyini düşünmədən, qurumun nüfuzuna xələl gətirən Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədovun “süründürməçilik siyasəti”nə son qoyulmasını xahiş edir.

Ardını oxu...
SALEH MƏMMƏDOVUN KADR İSLAHATLARI PREZİDENTİ RAZI SALACAQMI?

Redaksiyamıza “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”ndə yaşananlarla bağlı maraqlı yazı daxil olub. Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu…

Aktuallığını nəzərə alıb yazını müəyyən düzəlişlərlə dərc edirik:

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) rəhbərliyinin YOL çəkmək adı altında son illərdəki fəaliyyəti konkret olaraq, dövlətimizin başçısının bu istiqamətdə yürütdüyü siyasətə ziddir desək, yəqin ki, yanılmarıq. Yəni, agentliyin sədri Saleh Məmmədovun rəhbərliyi ilə çəkilən və 2-3 ildən sonar dağılan yollarımız Azərbaycan Respublikasının Prezidentinin bütün tapşırıq, çağırış və göstərişlərinə ziddir. Belə çəkilən YOLlar xalqmızın bütün mənfəətlərinə əks olsa da, AAYDA rəhbərliyinin tam mənfəətinə uyğundur.”

Xatırladaq ki, ölkə başçısı tərəfindən tez-tez dövlət qurumlarının müvafiq rəhbərlərinə düzgün, şəffaf işləməyi, korrupsiya hallarından yayınmağı, Azərbaycan Respublikasının qanunlarına əks getməməyi, insanların işinin daha asan həll edilməsini, dövlət qurumlarına və onun rəhbərlərinə vətəndaşların əlçatanlığının rahat olması, problemlərin aradan qaldırılması üçün uyğun köməkliklərin göstərilməsi və s. kimi tapşırıqlar verilir. Bu səbəbdən ölkə başçısı tərəfindən kadr, struktur, siyasi və iqtisadi islahatlar aparılır. Kök salmış qocaman və dələduz məmurlar vəzifələrindən uzaqlaşdırılır. Korrupsiyaların qarşısı nisbətən alınır.

Bəs görəsən AAYDA-da bu istiqamətdə nələr baş vermir???

“Şəxsi biznes” kimi idarə olunan AAYDA kimi dövlət qurumu Cavid Qurbanovun rəhbərlikdən getməsindən sonra tam yaşlı məmurların yığışdığı kantora çevrilmişdir. Sədr postuna Saleh Məmmədov təyin olunar-olunmaz öz yaşlı ətrafını mühüm vəzifələrə təyin etmişdir.

1. Sədr müavini Əvəz Qocayev – çalışdığı illər ərzində haqqında yüzlərlə mənfi məqalə yazılan bu şəxs illər ərzində sərvətlər sahibinə çevrilib. Sədr müavini Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq olar. Yəni,demək istəyirik ki, bu bir yenilik deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yüksək vəzifə tutan, rəhbər heyətdə çalışanların hansı bu kimi imkanlara malik deyil?

Əvəz Qocayevin Agentliyin sədri və digər müavin Hüsnü Quluyevlə aralarında baş verənlər haqqında əvvəlki vaxtlarda xeyli məqalələr yayımlanıb. Qısa olaraq deyə bilərik ki, bu şəxslər arasında dövlət resurslarının bölüşdürülməsi aparılır. Hazırda Ə. Qocayevin bu qədər yazılanlardan sonar passiv mövqeyə çəkilməsi və vaxtının çox hissəsinin digər məmurlardan fərqli olaraq dövlətin xidməti işinə həsr etdiyi bildirilir.

Verilən rəsmi və qeyri-rəsmi məlumatlarda bildilir ki, 1959-cu il təvəllüdlü Hüsnü Ələkbər oğlu Quliyev 1984-cü ildə birtəhər də olsa, Bakı Kooperativ Texnikumunun “Əmtəəşünaslıq” fakultəsini bitirib. Müxtəlif xırda özəl vəzifələrdə çalışıb. Və Saleh Məmmədov AAYDA sədri təyin edildikdən dərhal sonra Hüsnü də 2015-ci ildə yol sistemindən elementar savada və anlayışa malik olmasa da, AAYDA “Yolların Yaşıllaşdırlması” MMC-yə rəis təyin edilir. Və üstündən 1 il keçməmiş H. Quliyev AAYDA sədrinə müavin vəzifəsinə təsdiq edilir. Strukturun idarə edilməsi zamanı S. Məmmədovun bütün işləri məcburən H.Quliyevə həvalə etməsi, 1-ci müavin olan Ə. Qocayevdə müəyyən qıcıq yaratsa da, sonradan başa düşmüşlər ki, H.Quliyev heç də aydın zəkası və yüksək intellektual bacarığına görə birbaşa bu vəzifəyə təyin edilməmişdir. Bu adam 2002-ci ildə “Odlar Yurdu” Universitetinə adını yazdıraraq 43 yaşında “maliyyə və kredit” ixtisasına yiyələnmişdir ki, gələcəkdə karyerasını inkişaf etdirsin. Baxmayaraq ki, o 7-ci sinif səviyyəsində elə indi də adi bir kvadtarat tənlik həll etmək iqtidarında deyil. Belə də olur. H.Quliyev Naxçıvan MR-nın Babək rayonundan olduğuna görə və S. Məmmədovu təyin edən naxçıvanlı iri oliqarxın tövsiyyəsilə o sədr müavini vəzifəsinə təsdiq edilmişdir.
Ardını oxu...
AAYDA sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev

Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də AAYDA sədrinə yaxınlığı ilə tanınan, bütün gizli maliyyə sövdələşmələri, xarici ölkələrə (Əsasən Böyük Britaniya, Almaniya, Avstriya, Rusiya və Türkiyəyə) transferləri həyata keçirən, “blatnoy” MMC-lərlə pul haqq-hesabını (Sifarişlərin eyni MMC-lərə verilməsini) edən mühüm bir açar fiqurdur. Azərbaycan Dəmir Yolları İdarəsinin mühasibatlığında Ziya Məmmədovun qardaşı oğlu ilə işlədiyi dövrdə peşəkar bir maliyyə maxenatoru kimi staj qazanmış, formalaşmışdır. Dövlət vəsaiti hesabına milyonluq sərvətə yiyələnən bu şəxs çirkli pulları xarici ölkələrdə leqallaşdıra biləcək, ölkədə sayılı şəxslərdən bəlkə də birincisi hesab oluna bilər. Türkiyədə son prezident seçkilərində Klıçdaroğlunun da tam qələbəsi üçün hansı maliyyə əməliyyatları apardığını hələlik bilmirik.
Ardını oxu...
AAYDA-nın Maliyyə “BOSSU” M.Həmzəyev

Necə oldu ki, Saleh Məmmədov sadiq adamlarını “qurban” verdi? -SƏDRİN “QAMBİT” GEDİŞİ

Agentliyin Aparat rəhbəri olmuş Tariyel Pənahov cənab sədrin yaxın həmyerlisi və dostu hesab olunurdu. T. Pənahovun da ən yaxın qohumu olan Agentliyin müşavirlərindən biri hesab olunan Fizuli Musayev bu vəzifəyə təyin edildikdən sonra uzun müddət kurasiyasında olan bəzi MMC-lərin adından istifadə edərək özlərinə xeyli var dövlət toplaya bilmişlər. Eyni zamanda özlərinə yaxın olan adamlara məxsus bu MMC-lərin direktorlarından bir çox işçisinə kimi öz dostları, qohumları və yaxınlarını yerləşdiriblər. Bundan əlavə olaraq, müəyyən böyük layihələrin icraçısı da məhz bunlara yaxın şəxslər olmuşlar.
Ardını oxu...
Aparat rəhbəri Tariyel Pənahov rəsmi tədbirdə

AAYDA-nın digər hökmlü müşavirlərdən biri, Şahin İbadov. Sədrin müşaviri, beynəlxalq məsələlər üzrə müşavir, Nəqliyyat İdarəsinin rəisi və s. şöbə rəisliyi kimi digər vəzifələri icra etmiş bu şəxsin niyə bu qədər çox və tez-tez vəzifə dəyişməsi sual doğurur. Çox savadlı və etibarlıdır, yoxsa evin ərköyünüdür? Dəqiq deyə bilmərik. Şahin İbadov bir məmur olaraq çox qapalı adamdır. Vəzifədə olarkən hətta ona ən yaxın olan adamlar belə Ş. İbadovun əsl məqsədi, məramı, niyyəti barədə konkret nəsə hiss edə bilmirlər. Amma Hüsnü Quliyevdən fərqli olaraq S. Məmmədovla olan dostluq münasibətlərindən istifadə edərək başqa bir neçə MMC-lərin rəhbərliyinə də öz yaxın adamlarını rəhbər təyin etdirə bilmişdir.
Ardını oxu...
AAYDA sədrinin müşaviri olmuş Şahin İbadov

Lakin sonralar nələr baş vermişdirsə Ş. İbadov karyersaı ilə vidalaşmalı olmuşdur.
AAYDA sədrinin qudası Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır. Saleh Məmmədov son 8 ildə bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə etmişdir. Sonradan vəzifə başına gələnlərdən olsa da, bu gün onun da dəyəri milyonlarla ölçülən var dövlətinin olması barədə məlumatlar var. Təkcə bir epizod üzrə onu demək kifayət edir ki, Əflatun Qasımov son 7 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb. Bu şəxsin də, sərvəti və MMC-lər üzərindəki hakimiyyətilə seçilir.
Ardını oxu...
S.Məmmədovun qudası və baş idarənin müdiri olmuş Qasımov Əflatun

Bir sözlə, Agentliyin hansı vəzifəli şəxsinə baxdıq, ailə üzvlərindən, öz qohumlarından və ya ən yaxınlarından kimlərisə AAYDA-da bir vəzifədə gördük.

Bunlara kim səlahiyyət verib ki, mühüm dövlət qurumunu öz şəxsi ailə biznesinə çevirsin? Büdcəsini öz mənfəətləri üçün istifadə etsin? Bu kimi dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Əsas sual burda yaranır, Agentliyin sədri niyə bu qədər şərait yaradıb bunlara? Əlbəttə sədr öz qohumlarını Agentliyin ən mühüm vəzifələrinə yerləşdirərsə, onlar da özlərindən sonra öz qohumlarını, öz adamlarını yerləşdirmək istəyər və özbaşınalıqların sayı hesabı bilinməz.

Göründüyü kimi, qurumdakı hər bir aparıcı şəxsin dövlətin resursları və büdcəsi hesabına öz gəlir mənbəyi, sərvəti var. Və təbii ki, bu qanunsuz toplanmış sərvətlərin hamısı standartlardan kənar və son dərəcə keyfiyyətsiz çəkilmiş yolların hesabına başa gəlmişdir.

SALEH MƏMMƏDOVUN APARDIĞI KADR İSLAHATLARI NƏYİ DƏYİŞƏCƏK?

Əlbəttə ki, heç nəyi. Baxın, AAYDA-nın 70 yaşlı Aparat rəhbəri olmuş T. Pənahov və onun ən yaxın qohumu olan Agentliyin müşavirlərindən biri Fizuli Musayev, digər müşavir Şahin İbadov, qudası Əflatun Qasımov uzun müddət Agentliyin hesabına əsassız varlandıqdan sonar vəzifələrini S. Məmmədovun yaxın dostları, həmyerliləri və qohumları kimi tərk etmişlər. Bəs onları əvəzləyənlər görəsən necə kadrlardır? Məsələn, AAYDA-nın Aparat rəhbəri təyin olunmuş İlqar Əhmədov sabiq Vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlardan biri kimi, nazirlikdə yüksək vəzifələrdə çalışmışdır. İ. Əhmədov F. Məmmədova məxsus olan “ATA Holdinqin” təsis edilməsində və inkişafında yaxından iştirak etmiş şəxslərdən biridir. Belə bir holdinqin formalaşmasında isə qanunsuz vergilərdən toplanmış 4 milyard manatdan çox oğurlanmış və qanunsuz əldə edilmiş vəsaitlər hesabına formalaşmışdır. Elə ona görə də 10 yanvar 2018- ci ildə İqtisadiyyat naziri Mikayıl Cabbarov İlqar Əhmədov və onun kimi Vergilər Nazirliyinin daha 63 vəzifəli şəxsini uzun illər törətdikləri qanunsuz əməllərə görə işdən qovmuşdur.
Ardını oxu...
Ortada AAYDA-nın Aparat rəhbəri İlqar Əhmədov və sağda Ə. Qasımovu əvəzləyən Kamran Əzizov

S.Məmmədov da cənab Prezidentin ən inandığı və etibar etdiyi nazir M. Cabbarovun qovduğu İlqar Əhəmova rəhbərlik etdiyi Agentliyə Aparat rəhbəri təyin etmişdir. Eləcə də, AAYDA-nın Texniki İdaerənin rəisi olmuş Kamran Əzizov da yol verdiyi ciddi nöqsanlara görə S.Məmmədovun özü tərəfindən işdən qovulmuş Kamran Əzizova bu ilin aprelində qudası Qasımov Əflatunun yerinə Yolların İstismarı və Təmiri Baş İdarəsinə rəis təyin etmişdir. Cənab S.Məmmədov apardığı son kadr islahatları ilə əvvəlcə günü gündən dövlət və xalq arasında olan qalan nüfuzunu qorumaq üçün islahat adı altında atılmış addım hesab etmək olar. Sonuncu kadr islahatı isə əqrəbin önun üzərində dayandığı zaman həyata keçiriləcəkdir. Belə ki, cənab S.Məmmədov buna da “B” planı olaraq hazırlıqlarını tamamlamışdır. Londonda yaşayan və tez bir zamanda milyonçuya çevrilən oğlu Sübhan Məmmədlinin artıq bidəfəlik Azərbaycana qayıtdığı bildrilir. Hazırda Hüsnü Qasımov kimi onun da Agentlikdə hansısa yüksək vəzifəyə təyinatı baş tutacaqdır. Vəziyyət ağırlaşanda isə Sübhan Məmmədli “atadan oğula” prinsipi əsas götürülərək AAYDA-nə rəhbər təyin ediləcəkdir. S.Məmmədov da Novxanıdakı villalarından birində oturub yenə də Agentliyi pultla idarə edəcəkdir.
Ardını oxu...
Sübhan Məmmədli Saleh Məmmədovu əvəzləyəcək şəxs

Növbəti sayımızda AAYDA rəhbərinin bu günədək ictimaiyyətə məlum olmayan obyektlərindən: İsmayıllının Zərgəran kəndi yaxınlığında, Mingəçevirdə Kür sahilində, Qax rayonunda Qaxbaşındakı möhtəşəm villalarının, otellərindən və digər əmlaklarından söhbət açılacaq.

S.Məmmədov “Polad Yol Yapı ” MMC ilə Klıçdaroğlunun “QƏLƏBƏSİ”ni niyə qeyd edə bilmədilər?
AAYDA-nın 13670 rəsmi işçisindən 4236 nəfəri necə “ÖLÜ CAN”lara çevrildi? Bizi izləyin.

Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
Ardını oxu...
S.Məmmədovun əvvəl işdən qovduğu Kamran Əzizov Parisdə kef edir(yenixeber.orq)
 
Ardını oxu...
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "Medistyle Hospital"ın dünən satılması ilə bağlı məlumat yayılıb.

Qaynarinfo-nun əldə etdiyi xəbərə görə, şirkətin kimə satılması ilə bağlı hələlik ictimaiyyətə məlumat verilmir. Çox güman ki, yaxın günlərdə bu məsələyə aydınlıq gətiriləcək.

Bir ay əvvəl nizamnamə kapitalı 3 948 855 AZN, qanuni təmsilçisi Əhmədov Rahim Rahib oğlu olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması həyata keçirilib. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 757 min 593 manat 73 qəpik vergi borcu var. Ötən il isə bu, 680 min 897 manat 51 qəpik idi.


Hospitalın təsisçisi isə İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyib.
Ardını oxu...
İmran Ağayev 2021-ci ilin aprelində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, İmran Ağayev qeyri-rəsmi köməkçiləri olan FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində rüşvət alıb.
Ardını oxu...
İmran Ağayev

İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub. 02.05.2023-cü ildə rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa buraxılıb.


İttiham aktında İmran Ağayevin "Medistyle Hospital”ın təsisçisi olduğu qeyd edilib. O, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin bacısı oğludur. Əslində "Medistyle Hospital”ın sahibinin də Faiq Tağı-zadə olduğu bildirilir.

Xatırladaq ki, FHN Modul Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa çıxan günü "Medistyle Hospital”da təmtəraqla qarşılanmışdı.
 
Ardını oxu...
Teref.az yazır ki, sosial media fəalı Əziz Qənbərli feysbukda bu şəkilləri paylaşaraq aşağıdakı postu yazıb. Əziz Qənbərli fesbuk postunda yazır:
"Bu ev Kəlbəcərin deputatı həzrəti Aqil Məmmədovun, İcra Başçısı Azər Qocayevin, nə də ki, "madam sənətkarımız" Bayram Nurulunun yaşadığı ev deyil.
Burası Deputat Aqil Məmmədovun və İcra Başçısı Azər Qocayevin bixəbər olduğu Qarabağ Qazisi, Qəhrəman qardaşımız Kəlbəcər rayon Susuzluq kənd sakini RZAYEV CEYHUN ARİF OĞLUNUN yaşadığı saray tipli villasıdır.
Aqil Məmmədov və Azər Qocayev görsəniş xatirinə məktəblərdə Kəlbəcərliləri qəbul etməzdən əvvəl direktorlara və icra nümayəndələrinə 50 dəfə tapşırırlar ki, birdən qəbulda problemli vətəndaş olar ha. Gəlsinlər qarşımızda boynu büküb otursunlar şəkil çəkdirək getsinlər.
Ceyhun qardaşımızın bu villası Goranboy rayonu Veyisli kəndidə yerləşir. Kənd ana yolun düz üstündədir. Canınız çıxar gedib ora baş çəkib şəkil çəkdirib problemləri ilə məşğul olasız.
P.S: "cənab" Nurulunun pedikürünə və manikürünə xərclənən pula 2 qaziyə ev almaq olar. Ona pul xərcləyən "iş adamlarından", "məmurlardan" xahiş edirəm bir Qazilərimizi də nəzərə alsınlar.
Əziz Qənbərli"

Teref.az olaraq ümid edirik ki, bu yazımız kimləri isə hərəkətə gətirəcək!!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri yaşadıqları ərazidə hökm sürən problemlə bağlı "Ednews"a şikayət məktubu ünvanlayıblar.

Oqtay Şabanov küçəsində yaşayan sakinlər piyada yolundan, kanalizasiya sisteminin yoxluğundan, gölməçəyə çevrilmiş yollardan, evlərini basmış çirkli sulardan şikayətlənirlər.

Getdikcə sayı artan fərdi evlər isə bu durumu daha acınacaqlı hala salır.

Sakinlərin bildirdiyinə görə, bir ayda şambonun boşaldılması üçün ən azı 80-90 manat xərc çəkirlər.

Məvacibi aşağı olan ailələr bu pulu ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Üstəlik, istər yay, istərsə də qış aylarında üfunətdən ərazidə nəfəs almaq olmur.

Onların dediyinə görə, yaranmış vəziyyət yağışdan sonrakı Hövsanın həmişəki halıdır.

Onlar bununla bağlı dəfələrlə Suraxanı rayonundakı aidiyyəti qurumlara müraciət ediblər, lakin mənzərə olduğu kimi qalır.

Qəsəbənin sakinləri deyir ki, bu ərazidə heç vaxt kanalizasiya sistemi olmayıb. Ancaq bununla sakinlərin problemi bitmir. Ərazidə yaşayanların ikinci əsas problemi yoldur.

Asfalt yolun bərbad vəziyyətə düşməsi sakinlər üçün yağışdan sonra ciddi problemlər yaradır.

Uşaqlar məktəbə, sakinlər isə işə getməkdə narahatlıq yaşayırlar.

Oqtay Şabanov küçəsinin qarşısındakı yolu isə asfaltlayıb, abadlaşdırıblar. İki küçə arasındakı fərq aydın şəkildə özünü göstərir.

Məsələ ilə bağlı "Ednews"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu il üçün həmin ərazidə layihə mövcud deyil:

"Gələn il üçün də dövlət layihə təqdim etsə iş başlayacaq. Yox əgər hökumət təsdiqləməsə gələn il üçün də vəziyyət eyni qalacaq. Azərsunun daxili imkanları ilə həll olunası məsələ deyil. Dövlət layihə təsdiq etməlidir. İnvestisiya ayrılmalı, ondan sonra icra olunmalıdır. Oqtay Şabanov küçəsinin sakinləri demək olar ki, hər il bu məsələ ilə bağlı müraciət edirlər. Müraciətlə həll olunası məsələ deyil. Bakı ətrafı ərazilərinin 80-90 faizi o gündədir, yəni sakinlər şambolardan istifadə edirlər”.

Suraxanı İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Bələdiyyədən bir nəfər bizi başqa şəxsə yönəltdi. Lakin o şəxslə də əlaqə yarada bilmədik.

 

Ardını oxu...
Azərbaycan vətəndaşı, Bakıda məktəblərin birində tarix fənnindən dərs deyən stajlı müəllimə S.Şirvanovanın müdhiş mənzil cinayətləri ilə məşğul olan dələduz dəstənin qurbanına çevrilməsi haqda yazmışdıq.

Apardığımız araşdırmalardan məlum olur ki, müəllimənin 70 min manatını alıb ona 46 saylı notariusun əli ilə saxta sənədlər verən küçədən keçən adi dələduzlar deyil. Bakıda müdhiş mənzil cinayətlərini himayə edən məmur dəstəsi fəaliyyətdədir. Bu dəstə məşhur qanster Hacı Məmmədovun dəstəsi tək insanların başına güllə vurub həyatdan məhrum etmir. Amma törətdikləri cinayət faktiki olaraq Hacı Məmmədovun cinayətindən nəticə etibarı ilə ciddi fərqlənmir. Vəzifəli şəxslərin himayə etdiyi dəstə Azərbaycan vətəndaşlarını evsiz-eşiksiz qoymaqla faktiki olaraq elə yaşayış hüququndan, həyatdan məhrum edir.

Ötən sayımızda “Bakıda "Əzizbəyov KM" MMC-də müdhiş mənzil cinayətləri, 1 mənzili 11 nəfərə satıb azadlıqda gəzirlər" sərlövhəli araşdırma yazı dərc etmişdik. Zərərçəkən S.Şirvanova bildirmişdi ki, “Əzizbəyov KM” MMC-nin 46 saylı notariusla əlaqəsi var və həmin notariusda onun aldığı əmlakla bağlı sənədlər arxivdən yoxa çıxarılıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının “Əzizbəyov KM” MMC-dəki müdhiş mənzil cinayətlərini araşdırmaqdan yayınmalarına dəlalət edən faktlar da üzə çıxmışdı.

İndi isə bəlli olur ki, “Əzizbəyov KM” MMC illərdir ki, “Etalon” MTK ilə birgə dələduzların oylağı şəklində fəaliyyətdədir və onun daimi, mütəşəkkil qaydada fəaliyyətinin təmini də Azərbaycanda vəzifə daşıyan şəxslərin marağındadır. Həmin vəzifəli şəxslərin kimliyi ilə bağlı bəzi ipucları əldə etmişik və yaxın saylarımızda barələrindəki məlumatları bölüşəcəyik.

İndilik isə 2018-ci ilin oktyabrında “Əzizbəyov KM” MMC və bərabər fəaliyyətdə olan “Etalon İnşaat” MTK rəsmiləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə tanış olaq.

Həmin vaxt vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

O zaman iş üzrə vətəndaşların şikayətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb. İdarə rəsmiləri “Etalon İnşaat” MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılmasını aşkar edib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Əzizbəyov-KM” MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina “Etalon inşaat” MTK tərəfindən tikilib. Bina tam başa çatmamış “Əzizbəyov-KM” MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıb. Ancaq “Əzizbəyov-KM” MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. O zaman cinayət işi üzrə 50-dən çox zərərçəkmişdən dələduzluq yolu ilə 600 min manatdan çox vəsait alındığı üzə çıxmışdı.

“Əzizbəyov-KM” MMC və “Etalon İnşaat” MTK-nın rəhbər şəxsləri Elnur Vəliyevlə Azad Həsənov həbsdə ola-ola eyni cinayətlərin törədən kimlərdir? Kimdir mütəşəkkil cinayətkarlığın bu növünün yenidən ayaq açmasında maraqlı olan məmur?

Mövzuya qayıdacağıq.
“Yeni Müsavat”
 

Dünyapress TV

Xəbər lenti