"Bahar" karqo müştərilərə necə "tor" qurub?
Hörmətli media, bu dəfə "Bahar" karqoyla bağlı daxil olan şikayətin üzərində durmaq qərarına gəldik. Çünki, müştərinin təqdim etdiyi sübutlar onu deməyə əsas verir ki, sözügedən karqo, aşkar şəkildə istehlakçı hüquqlarını pozur və heç bir qaydaya məhəl qoymur. Digər vətəndaşların bu karqonun "tor"una düşməməsi və maarifçilik adına bu şikayətin mediada getməsini lazımlı və önəmli hesab edirik.
Hər halda müvafiq dövlət qurumuna göndərilən şikayət təəssüf ki,
nəticəsiz qalib. Daha doğrusu. qurumun geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumat olmadığını bildirib və bununla bağlı başqa quruma müraciət etməyi tövsiyyə edib.

Halbuki, əgər bir karqo özbaşına fəaliyyət göstərirsə, bu da zatən QANUN POZUNTUSUDUR və həm elə "Antiinhisar" qurumunun məsuliyyət arealına daxil olan bir məsələdir.
Düşünürük ki, bu cür qaydasız karqoların ifşa olunması və layiqli cəzasını alması üçün vətəndaşın ümid yeri, mediadır.
Bundan dolayı da "Bahar" karqonun müştərisi olmuş Loğman Hüseynov adlı vətəndaşın haqlı və dramatik şikayətini, gündəmə gətirməniz üçün sizə təqdim edirik.Təşəkkürlər!

Əvvəla onu bildirməliyik ki, "Bahar karqo" adı daşınma şirkətindən ilk dəfə yayda istifadə etmişdik. Hələ o zaman əcaib bir problemlə qarşılaşmışdıq: yay fəslində "Neftçilər anbarı"nda kondisioner yoxdur!
Şirkətin əməkdaşı problemin tezliklə həll olacağını desə də, sonradan bunun səbəbini, "əlavə xərc olması" ilə əsaslandırdı.
Lakin, artıq bağlama çoxdan sifariş edilib gəlmişdi və tez xarab olan məhsul, zərər görmüşdü. Etirazlardan sonra, şirkət, məhsulun dəyərini qismən kompensasiya etməyə razılaşdı.
Bu qüsur, böyük bir problem demək idi, çünki çoxlu müştəri, yay fəslində qida maddələri və kosmetika məhsulları sifariş edir..
Lakin, məsafə yaxınlığı, vəd edilən qiymətin ucuzluğu səbəbindən, sonradan yenidən "Bahar" karqodan istifadə etməli olduq. Təbii ki, sərinlər düşdüyü zaman. Bu dəfə isə daha dramatik və əcaib problemlə qarşılaşdıq: şirkət, SAYTINDA VƏD ETDİYİ TARİFƏ əməl etmədi! Bağlamanın çəki haqqını çox hesabladı.
Belə ki, rəsmi saytında elan etdiyi tarifə əsasən, 10kq və üstü bağlamaların çəkisini 1,1 dollardan hesablayacağını vəd etsə də, 1,5 dollardan hesabladı. Şirkətə dəfələrlə etdiyimiz xəbərdarlıqlara, məsulu ilə apardığımız telefon danışığına baxmayaraq, inadından və səhvindən dönmədi. Karqo, bu qərarını belə bir absurd arqumentlə əsaslandırdı ki, onlar sosial mediada başqa cür tarif qeyd ediblər və müştəri də saytı deyil, sosial medianı əsas götürməliymiş. (!!)

Halbuki bir şirkət üçün əsas olan məhz saytıdır və üstəlik də 2 fərqli tarif elan etmək, zatən müştəri haqlarını və müvafiq qanunları aşkar şəkildə pozmaqdır! Şirkət bəlkə də bundan sonra sudan quru çıxmaq üçün problemi, hansısa texniki səhvlə əsaslandırmağa çalışacaq, lakin xəbərdarlıqdan sonra da səhvlərini düzəltməmələri, bu arqumenti bəribaşdan inkar edir. Və bu da o deməkdir ki, Ortada, AŞKAR SAXTAKARLIQ VƏ İSTEHLAKÇI HAQLARI POZUNTUSU VAR!

Qeyd: Şəkildə gördüyünüz kimi, BHK1450634 nömrəli bağlamanın çəkisi 10kq-dır və tarifə əsasən 11 dollar hesablanmalıydı, lakin 15 dollar hesablanıb!
___
P.S. Məsələnin mediada gündəmə gəlməsindən öncə, bu gülünc saxtakarlıq barədə rəsmi istehlakçı hüquqlarının müdafiəsi qurumunu xəbərdar etsək də, onlar tədbir görmək bir yana, belə bir şirkəti tanımadıqlarını bildirdilər.
Odur ki, ümidimiz siz dəyərli mediayadır!
Sizə, karqoyla yazışmanı və onun əcaib izahını da göndəririk.
Loğman Hüseynov
Teref.az olaraq qeyd edilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1696044618_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1696044619_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1696044620_3.png
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti