Bu da FAKT: Şəhid məzarının işıqlandırılmasına sərf olunan elektirikin qəbzi -
Xəbər verdiyimiz kimi, Şərur rayonunun Qarahəsənli kəndində 2. Qarabağ döyüşlərində şəhid olan leytenant Həsən Quliyevin məzarını yas mərasimi boyu işıqlandırıb, daha sonra həmin işıqlandırmaya sərf olunan elektrik enerjisinin pulunu şəhid ailəsindən istəyiblər.
Faktı şəhidin atası İbrahim Quliyev də təsdiqlədi və ona verilən qəbzin şəkilini bizə göndərdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1671540164_1.jpg
Şəhid atası bu absurd hadisənin təfərrüatlarına belə aydınlıq gətirdi:
“Mən İbrahim Quliyev Həsən oğlu Naxcivan MR Şərur rayonun Qarahəsənli kəndində yaşayiram. Şəhid atasıyam . 2. Qarabag müharibəsində oğlum leytenant Həsən Quliyev Ağdərə isdiqamətində gedən döyüşlərdə qəhrəmancasina şəhid olmusdur . Dəfndən bir neçə gün sonra Şərur rayonun icra başcisi Şəhidimizin Məzarinin üstündə dalğalanan , mənə oğlumun tabutu ilə bərabər göndərilən bayrağın götürülməsi göstərişini vermişdi. Tək təsəllim olan bayrağı endirmək istəyirdi . Dəfələrlə bu hadisə təkrarlanıb .
Bundan əlavə, mənə məzar daşlarının şəkilsiz olacağını deyirdilər. Halbuki, şəhid məzarı şəkilsiz olmaz . Oğlumun məzarında bir şəkili belə, bizə çox görürdülər . Məzarın şəkilsiz olmasına etiraz etdim və şəkilli məzar gətizdirdim. Dövlətin etməli olduğu işi mən etdim . Oğul mənimdi amma şəhid bu dövlətindi . Nə məzar daşı ilə maraqlandılar, nə də şəhid ailəsi ilə .
Bu işlə məşğul olması üçün Şərur rayonun icra başcısına müraciət etdim. Şərur rayonun icra hakimiyyətindən göstərişi ilə Naxcivan şəhər Maliyə nazirinin qəbuluna getdim. Orada isə mənə " Sizə verilən qan puluna gedib məzar daşı alın neynirsiz, eləyin, bizi maraqlandırmır " dedilər. Bu məsələnin Seymur Talibovun nəzarətində olduğunu deyib bizi idarədən qovaladılar
Mənim şəhidimin Allahdan başqa heç kimə ehtiyacı yoxdur. Amma şəhid oğluma edilən bu hötmərsizlik məni çox üzür. Bu gün vətən üçün canından keçən şəhidin məzarına hörmətsizlik edənlərin ermənidən fərqi yoxdur mənim üçün də, xalq üçün də”.
Heydər Oğuz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti