Ardını oxu...
Dünən yayılan rəsmi xəbərlərdən məlum oldu ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində dağılan yaşayış evlərinə görə 325 nəfər həbs olunub. Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, hazırda 1552 nəfər barəsində istintaq hərəkətləri başlanılıb.
Redaksiyamıza daxil olan məlumata görə, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı həbs olunan şirkət rəhbərlərinin Azərbaycandakı nümayəndələri də istintaqa cəlb olunublar və barələrində axtarış elan olunub. Barəsində axtarış olunan şəxslərdən biri də Şahin İbadovdur.
Məlumatı əldə edən mənbə xəbər verir ki, bu haqda məlumat yerli media qurumlarında yer almışdır.
Məlumat üçün qeyd edək ki, Hataydakı zəlzələdə dağılan binalara görə, “Renaissance Residence”in podratçısı Mehmet Yaşar Coşkun həbs edilib. Və onun həbsi Azərbaycandakı şəriklərini, o cümlədən Şahin İbadovu ciddi narahat edib.
Belə ki, Şahin İbadov “Renaissance Residence”in Bakıda tikilən binalarında 29% paya şərik olub. Şahin İbadov eyni zamanda Türkiyədə Mehmet Yaşarla inşa edilən bəzi binalara şərik olub.
Qeyd edək ki, Şahin İbadov "Azəravtoyol" ASC-də sədrin müşaviri vəzifəsində işləyib və bir müddət öncə vəzifəsindən azad edilib. //gundelik-baku.org//
Ardını oxu...
Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Beləliklə, “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda deputatlara təqdim olunub.

Qanun layihəsində dəyişikliklər bir neçə istiqamətdə təklif edilir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir.

“Dərmanların qeydiyyatının sadələşdirilməsi…”
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da “Turan”a bildirib ki, layihə onları həmişə narahat edən bir məsələnin həlli – ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addımdır. Onun sözlərinə görə, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar.

O vurğulayıb ki, dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur: “Bu məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyi ilə danışıqlar aparılmalıdır. İlk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin, sonrakı mərhələdə isə aztəminatlı vətəndaşlar, təqaüdçülər üçün bu imkan yaradılsın”.

Komitə sədri: “Bunu edə bilsək…”
Əmiraslanovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır: “Bu, xarici ölkələrdən asılılığımızı həll etməyə yönəlib. Bunu edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq”.

Mövzu ilə bağlı TƏBİB rəsmiləri ilə danışmaq mümkün olmayıb.

“Dərman bazarında inhisarçılıq var”
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, dərman preparatlarının qiymət və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik bütün addımlar təqdirəlayiqdir: “Amma, təəssüflər olsun ki, bizdə problem qanunların işlək olmamasıdır. Qanunlarımız gözəldir, amma işlək deyil. Qanun yol verməsə də, dərman bazarında inhisarçılıq var. Kimlərsə aralıq bir şirkət yaradırlar, Hindistandan ucuz dərman alırlar, gətirib Dubayda çox baha qiymətə rəsmiləşdirirlər, oradan da Azərbaycana idxal edirlər. Qanunlarımız işləsə, dövlət buna nəzarət etsə, bunu edə bilməzlər. Hindistanda qiyməti 1 dollar olan dərman 10 dollaradır”.

Ekspert vurğulayıb ki, qanunların işlək mexanizminə nəzarət etmək, inhisarçılığı aradan qaldırmaq lazımdır: “Əgər qanun işləyirsə, ölkəyə niyə keyfiyyətsiz dərmanlar gəlir? Həkim dərman yazır, pasiyent həmin dərmanı alır, amma sağala bilmir. Həkimin də reputasiyasına xələl gəlir, pasiyentin də pulu gedir, üstəlik də sağalmır. Yəni, idxal edilən dərman preparatlarının həm keyfiyyətinə, həm qiymətinə, həm saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır. Kağız üzərində bu nəzarət var, amma həmin qanunlar işlək olmalıdır”.

Mütəxəssisin fikrincə də, Azərbaycanda dərman preparatlarının yerli istehsalı vəziyyətə müsbət təsir edə bilər: “Biz bu məsələdə gecikmişik. 30 ildən çoxdur ki, müstəqilliyimiz var, amma dərman vasitələrinin, tibbi sərfiyyat materiallarının bizdə istehsalı, demək olar ki, sıfır səviyyəsindədir. Düzdür, dünyada heç bir dövlət öz əhalisinin dərmana olan ehtiyacını 100 faiz səviyyəsində qarşılaya bilmir. Amma biz hansısa dərman preparatlarını istehsal edəriksə, onları digər ölkələrlə barter edə bilərik, bunun da müsbət təsiri olacaq”.
 
Ardını oxu...
"Komanda.az" saytınən rəhbəri, jurnalist Rəşad Ergün Medianın İnkişafı Agentliyini tənqid edib.

Səbəb saytın reyestrdən əsassız olaraq keçirilməməməsi ilə bağlıdır.

Bu barədə Rəşad Ergün "Feysbuk" hesabında yazıb.

O bildirib ki, "komanda.az" saytı Media Reyestrində qeydiyyat üçün iki dəfə müraciət edib, amma ikisində də "yox" cavabı alıb.

Media Agentliyi "20 özəl xəbər" bəhanə gətirib: "Birinci dəfə qarşı tərəfdən zəng edən bəyə izah etdim ki, bizdə hər gün saytda 50-60 material olur: xəbərlər, köşə yazıları, sorğu, müsahibə və sair. İkincidə artıq izah eləməyə həvəsim olmadı. Başa düşdüm ki, məqsədli şəkildə incitmək istəyir, bəlkə də, ümumiyyətlə, qeydiyyatdan keçirmək istəmirlər".

Rəşad Ergün Medianın İnkişafı Agentliyinə bir sıra susllar da ünvanlayıb.

Jurnalist hesab edir ki, Media Agentliyi reyestr məsələsində ayrı-seçkiliyə yol verir:

"1. "Komanda.az" saytı "Komanda" qəzetinin varisidir. "Komanda" adı 2008-ci ildən mətbuatdadır. Yəni tam 15 il. "Komanda"dan kimlər çıxmayıb? İndi "CBC Sport"da, "İdman Azərbaycan"da işləyən xeyli jurnalist vaxtı ilə "Komanda"nın sıralarında olub. Klubların, federasiyaların mətbuat xidmətlərində çalışanlardan neçəsi "Komanda"nın "şinel"indən çıxmış, burada əmək vermiş jurnalistlərdir. "Komanda"nın əməkdaşları dəfələrlə ölkədə "ilin ən yaxşı jurnalisti" seçilib. Davam edim? Hələ ki, bəsdir.

2. "Komanda" 2008-ci ildən Azərbaycanda "ilin ən yaxşı məşqçisi"ni seçir. "Google"da "Qurban Qurbanov ilin məşqçisi" başlığı ilə axtarış verin və nəticələrə baxın. Hətta dövlət saytları, telekanalları, qəzetləri də "Komanda.az"ın hər il keçirdiyi ənənəvi sorğunun nəticələrini yayımlayıb. İndi siz - Media Reyestrini idarə edən yoldaşlar, ölkə Prezidentinin "Şöhrət" ordeni verdiyi məşqçinin "Komanda.az"ın keçirdiyi sorğuda illərlə qazandığı "İlin ən yaxşı məşqçisi" mükafatlarını heçə sayırsınız? Silib atırsınız öz aləminizdə?

3. "Komanda" yarandığı gündən ofisi olub və şəxsən mənim tək iş yerim olub. Qeydiyyata aldığınız saytlardan neçəsində bunlar var?

4. Gələk 20 özəl xəbər məsələsinə. Birincisi, belə anladım ki, "20 özəl xəbər" məsələsi sadəcə, kimlərəsə qarşı istifadə etmək üçün silahdır. Səbəbini deyim. Heç müraciət etmədiyi halda reyesterdən keçirdiyiniz neçə sayt var? Bəs, gündəlik 20 özəl xəbər bir yana, heç 15 xəbəri olmadığı halda qeydiyyata aldığınız saytların sayı neçədir? Adlarını yazım? Yox, hələ ki yox...

Nəhayət, "Komanda.az"da gündəlik 20 yox, bəzən 25, bəzən 30 özəl xəbər olur. Bura təbii ki, xarici xəbərlər də aiddir. Xarici xəbərləri yoxsa özəl xəbər saymırsınız? Öz qaydalarınızdır, saymalısınız. Çünki qeydiyyatdan keçirdiyiniz saytların hamısı bu qaydada işləyir, hətta bəziləri bizim xəbərləri olduğu kimi, istinadsız verir. Məsələ o deyil, halal xoşları...

5. "Komanda.az" sıradan, dünən yaranan bir sayt deyil. Media Reyestrində əyləşənlərin münasibəti isə sadəcə ayıbdır. Mediaya gəlmisinız, amma gerçək medianın yükünün kimlərin çiyinlərində olduğunu anlamamısınız.

"Komanda.az" sərt tənqid edir? Yaxşı edir, mətbuat tənqid etməlidir, çəpik çalmalı deyil. Şəxsən mənim sosial mediadakı paylaşımlarım sərt olur? Yaxşı edirəm, fikrimi hansı formada ifadə etmək üçün kimdənsə icazə alan deyiləm. Hansısa partiyanın, qruplaşmanın, nə bilim, təriqətin üzvü deyiləm, hansısa xarici dövlətə işləmirəm, nəyi necə yazmağı özüm müəyyənləşdirirəm.

Medianın İnkişafı Agentliyi jurnalistin yazdıqlarına hər hansı bir reaksiya verməyib. //arqument.az//
 
Ardını oxu...
Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.

Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz...

Fərhad Əhmədov kimdir?

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.

Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1970-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.

Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.

Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq, Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi.

Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.

Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.

Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.

Fərhad Əhmədovun siyasi iddiaları...

Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu. 2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi...

Fərhad Əhmədovun Azərbaycana gəlişi

Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı.

Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini "pullu dostluq əlaqələri" qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi. Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.

Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı “uğurlu iş adamı” imicinin yanında onun yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.

Şimal qonşumuzun layihəsi...

Fərhad Əhmədov isə Azərbaycana "missiya" ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.

Amma Əhmədov həvəsdən düşmədi. O, bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə "xeyriyyəçi" kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.

Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətini yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı...

Fərhad Əhmədovla Vahid Əliyevin dostluğu

Fərhad Əhmədovun Azərbaycanda hərbi sahəyə marağını xüsusi qeyd etmək yerinə düşər. Məlumata görə, onun Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Vahid Əliyevlə və ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərlə isti münasibətləri olub. Bu münasibətlərin hazırkı dövrdə də davam etdiyi bəllidir.
Fərhad Əhmədovun orduya "yardım göstərən vətənpərvər" kimi təqdimatında Vahid Əliyevin və ordu rəhbərliyindəki digər şəxslərin böyük rolu olub.

Fərhad Əhmədovun Qarabağ saxtakarlığı

2016-cı ildə Fərhad Əhmədov Azərbaycanın daxili ictimai rəyində daha da məşhurlaşmaq həvəsinə düşür. Fərhad Əhmədovun maliyyələşdirdiyi KİV-lərdə və sosial mediadakı blogerləri onun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması barədə "məktubunu" yayırlar. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edir.

Lakin Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məsələni araşdırır və məlum olur ki, belə bir məktub yoxdur, yazılmayıb.
Fərhad Əhmədov sadəcə Azərbaycan cəmiyyətində məşhurlaşmaq və xalq sevgisi qazanmaq üçün belə saxtakarlığa əl atıb və bunu öz maliyyələşdirdiyi jurnalistlər vasitəsilə yayıb.

Fərhad Əhmədovun ordumuza vurduğu zərbə

Fərhad Əhmədovun ilk səs yazısı bir neçə ay əvvəl yayılmışdı. Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin orduda baş verdiyi iddia edilən proseslərlə bağlı səs yazısı yayıldı. Onda çoxlarını həmin səs yazısında sualları verən şəxsin, səs yazısını yayanların kimliyi çox düşündürdü və ciddi müzakirələr oldu. Çünki səs yazısında sual verən şəxsin səsi ilə oynanılmışdı, səs xüsusi vasitələrlə dəyişdirilmişdi. Sonradan məlum oldu ki, həmin şəxs Fərhad Əhmədov olub. O, həmin səs yazısında öz səsini dəyişdirərək və montaj etdirərək materialı Meydan TV vasitəsilə ictimailəşdirmişdi. F. Əhmədovun bunda əsas məqsədi Azərbaycan Ordusunu gözdən salmaq olduğu heç kimdə şübhə doğurmur. Sonradan həmin məsələ ilə bağlı cinayət işi açıldı və istintaq prosesi hələ də bitməyib.

Əhmədovun Priqojinlə səs yazısı realdırmı?

Bu günlərdə isə Fərhad Əhmədovun rusiyalı prodeser Priqojinlə səs yazısı yayıldı. Rusiya elitasını, ordusunu və şəxsən Rusiya Prezidenti Putini tənqid edən səs yazısı ilə bağlı ilk reaksiya şübhəsiz ki budur: bu səs yazısı quramadır və dövriyyəyə buraxılmasının öz məqsədi var.

Məqsəd isə Fərhad Əhmədovun guya Rusiyaya bağlı olmadığı göstərməkdir. İndi Putini tənqid etmək xüsusi qəhrəmanlıq deyil. Fərhad Əhmədov kimi Rusiya hakimiyyətinə və xüsusi xidmət orqanlarına yaxın olan biri üçün bunu etmək isə diqqət çəkicidir.
Çünki Fərhad Əhmədov imtiyazlı milyarder kimi Avropa İttifaqı, Kanada, Britaniya və s. tərəfindən sanksiyalara məruz qalıb. Putin haqqında onun dedikləri guya bu sanksiyaların aradan qaldırılmasına hesablanıbmış. Lap özünü bu sanksiyalardan qorumaq üçün Rusiyanın tapşırığı ilə Xankəndinə gəlmiş Ruben Vardanyanın missiyasını xatırlatdı.

İndi Fərhad Əhmədov guya antiputinçi kimi görünüb Qərbin gözünü boyamaq istəyindədir.

Bütün təhlil göstərir ki, Fərhad Əhmədov Azərbaycana göndərilməklə vaxtilə İvanişvilinin Gürcüstanda, Vardanyanın Xankəndində reallaşdırdığı missiyanı gerçəkləşdirməli idi. Moskva tərəfindən belə cəhdlər 2013-cü ildə “Milyarderlər İttifaqı”ını yaradılmasında və Rüstəm İbrahimbəyovu müxalifətin cəmləşdiyi Milli Şuraya sədr gətirilməsində də özünü aydın büruzə vermişdi.

Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində...

İndi isə başqa məsələ maraqlıdır.

Priqojinlə səs yazısından sonra gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun...Olacaqmı?
LENT.AZ
Ardını oxu...
Mirvari Qəhrəmanlı: “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi heç bir ölçüyə sığmır”

“Azəriqaz”-ın Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovun Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədovla mübahisədən sonra işdən çıxarıldığı və saxlanıldığı bildirilir.

Bu barədə məlumatı Abzas Media-ya hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı verib.

Hüquq müdafiəçisi bildirib ki, Zaur Məmmədovla işlə bağlı mübahisədən sonra İlkin Məmmədov Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən çıxarılıb.

Onun sözlərinə görə, buna etiraz edən digər işçilər də müvafiq qurumlara etiraz ediblər və qısamüddətli tətil elan ediblər.

“İlkin Məmmədov bizimlə əlaqə saxladı, bununla bağlı məhkəməyə müraciət hazırlayırdıq. Sonradan məlum oldu ki, onu Ucar Rayon Polis Şöbəsi saxlayıb. Bildirilib ki, o, narkotik maddələrin istifadəsinə görə saxlanılıb və məhkəməyə çıxarılacaq. Mən də bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım, dedilər, iş nəzarətə götürülüb. “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi, 20-25 işçinin haqqını qoyub kiminsə qohumu olan rəis müavini Zaur Məmmədovu müdafiə etməsi heç bir ölçüyə sığmır”- M. Qəhrəmanlı bildirib.

İlkin Məmmədovun atası Vidadi Məmmədov deyir ki, iki gündür oğlu ilə əlaqə saxlaya bilmir.

“Oğlumun heç bir pis vərdişi olmayıb. Şöbədə elə şeylər deyirlər ki, ağılagəlməz. Görüş vermirlər. Dedilər, sabah məhkəməyə çıxarılacaq, amma hələ çıxarılmayıb. İlkinin konfliktdə olduğu adamlardan heç biri əlaqə saxlamayıb. İndi eşitdiyimə görə, Ağsu Regional Qaz İstismarı İdarəsindən Ucar Xidmət Sahəsinə gəliblər, orada müdirlər danışırlar”.

“Azərqaz” İB-nın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır və əlavə şərh verə bilməzlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Abzas Media-ya bildirib ki, məsələ araşdırılır:

“Bununla bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da müraciət edib, məsələ nəzarətə götürülüb. Müxtəlif iddialar var, hazırda onlar araşdırılır”.
Abzas.Org
Ardını oxu...
Şəhidin evinin yerində icra orqanlarının tikdiyi villalar qanunidir, şəhid anasının daxması yox?
Oktay Baxşəli oğlu Ağabəyov 15 oktyabr 2020-ci ildə Vətəni yaşatmaq yolunda canından keçəndə hələ 33 yaşı yox idi. Nizami rayonundakı darısqal “xruşşovka”dakı birotaqlı “daxma”dan könüllü olaraq Qarabağ savaşına qatılan ailənin bircə oğlu üç il olacaq ki, Azərbaycan və Türkiyə Bayraqlarının dalğalandığı evindən gülümsəyir ziyarətinə gələnlərə . Şəhidin qonşuları, uşaqlıq dostları, məhəllə adamları üçüncü ildir həyətdəki Bəhruz Nuriyev -8 saylı binanın arxasındakı sahənin özlərinin hesabına şəhidin adına park, bağ salınması amacı ilə müraciət edirlər, amma Nizami RİH razılıq vermir. Deyilənə görə, icra hakimiyyəti həmin sahədə yaşayış binası tikməyi planlayır . Bəs şəhid , qazi ailələri? Onlara şəhər içində mənzil verilməsinə yol verilmir, ən yaxşı halda Abşeron rayonunun Məhəmmədi kəndi təklif olunur.
Şəhid anası Oktayın (öz əli ilə tikdiyi) “barelyef evi”ndən ayrılmaq istəmir. Birinci mərtəbədə olan mənzilinin balaca həyətində xırda koma qaraldıb. Martın Novruzunda “evyıxan icra reketləri” komanı şəhid anasının başına uçurublar ki, qanunsuzdur. Qanunsuzdur, elə başlayanda qoyma də tikməyə !? Tikib qurtarandan sonra məhkəmə qərarı olmadan hansısa tikilinin sökülməsi yolverilməzdir. Bir də necə olur icra hakimiyyəti başqalarını görməzliyə vurur, şəhidə gələndə şəhərsalma normaları yada düşür?
Nərimanov rayonu, Əhməd Rəcəbli -46 ünvanında Qarabağ qaziləri və şəhid ailələrinə ayrılan 36 sotluq yaşayış kompleksinin yerində PA, NK, BŞİH, Nərimanov RİH məmurlarının qanunsuz tikdiyi villalar, kommersiya obyektləri , bəs 14 ildir necə qanuni olub ki, 36 sotdan şəhid və qazi ailələrinə qalan 5 ilə tikilib başa çatdırılan 8 sotdakı standarta uyğun olmayan dördqatlı “əlillər evi” olub? 14 ildir ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanları, insan hüquqları üzrə müvəkkil, hüquq müdafiə təşkilatları qalmayıb ki, müraciət edilməsin. Nə fayda? Qanunsuzluq hər gün, hər ay sürür. Təsəvvür edin, əlillər üçün tikilən evin pandüsü belə yoxdur, ev istismara necə qəbul edilib? Evin kanalizasiyası belə yoxdur, amma əlil və şəhid ailələrindən zorla olmayan kanalizasiyaya görə xidmət haqqı tutulur. Evin həyəti , istirahət guşəsi və s. hamısı qoluzorlu icra hakimiyyəti qoçuları tərəfindən zəbt olunub. Evi zəbt edən kommersiya obyektləri hələ əlil evinin darısqal yolunu da yardımçı tikililərlə zəbt edib . Binaya fövqəladə hallarda təcili yardım, yanğından mühafizə maşınları girə bilmir. Şəhərsalma normalarının bu yekəlikdə pozulmasını görməzliyə vuranlar şəhidin komasını nə tez gördülər? Əhməd Rəcəbli küçəsindəki piyada yolunu da zəbt edib “Urfa kafesi”, “icra otelləri” , “yap şadlıq evləri” salınıb.
Şəhid Milli Qəhraman Koroğlu Rəhimovun ailəsi də həmin Əhməd Rəcəbli ünvanındakı “əlil evi”ndə yaşayır. Şəhidin adına verilən küçə isə həmin yöndədir. Bu günlərdə şəhid Milli Qəhrəmanın adını daşıyan küçədəki yolüstü keçidin qanunsuz olduğundan sökülməsi haqqında informasiya yayılıb. Sual doğur: Şəhid Milli Qəhrəmanın öz evi, həyəti qanunsuz tikililərlə işğal olunub, evin yerləşdiyi Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkətinin sıx olduğuna baxmayaraq keçid tikmək bir yana, adi işıqfor da qoyulmur, amma lazım olmayan yerdə şəhid- qazi evlərindən onqat baha xərclə keçid tikilir? Elə şəhidin ailəsinin yaşadığı evin küçəsini Koroğlu Rəhimovun adı ilə dəyişmək olmaz? Yox, bu dəyişikliyə evi zəbt edən məmur - oliqarxlar imkan vermir. Əhməd Rəcəbli küçəsinin adını Koroğlu Rəhimov etsələr, gərək keçidi burda tiksinlər axı! Onda da gərək məmurların yol qırağındakı səkini zəbt edən obyektləri sökülsün, olmaz! Qurban Məmmədlinin böyük ailəsinin dişi-dırnağı ilə tikdiyi ev deyil ki? ! Heç şəhid Oktay Ağabəyovun anasının qaraltdığı koma da deyil! “İcra buldozerləri” “ağıllıdır” , öz obyektlərini , villalarını şəhid komasından ayıra bilir. ..
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ay Abbasov, həmən ildə heç Azərbaycanın dövlət büdcəsi 2 milyon deyildi...
İsmət Ababsovun oğlu Yunisin Londonda 10 milyonluq mülkü, biznesi və s...
Dövlətin hesabına xaricdə təhsil alan, sonra geri dönməyən, yaşadığı ölkədə vətəndaşlıq alan, biznes quran, atalarının xalqdan və dövlətdən oğurladığı on milyonları xarici ölkədə biznesə yatıran məmur övladları ilə bağlı yeni layihəmiz barədə məlumat vermişdik. Layihəmizin “ilk qonağı” sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun Londonda yaşayan oğlu Yunis Abbasovdur.
Qısa məlumat üçün qeyd edək ki, hazırda Yunis Abbasovun dəyəri on milyonlarla ölçülən əmlakı və biznesi üzərində Londonda istintaq prosesi gedir və bu sərvətin mənbəyi soruşulur. Ümumiyyətlə, kimdir bu Abbasovlar, nəçidirlər..?
Gəlin, bir az uzaqdan başlayaq.
Deməli, İsmət Abbasov nazir olanadək böyük vəzifədə çalışmayıb, həmişə 3-cü, 4-cü dərəcəli vəzifə sahibi olub.
Yeri gəlmişkən, Yunisin ana babası, yəni İsmət Ababsovun qaynatası olan Yunis Rzayev 1970-1973–cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985–ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir. Və 1985-ci ildə cavan və sağlam olan Yunis Rzayev qəfil dünyasını dəyişib. Səbəbi barədə danışmayaq.
Bəli, İsmət Abbasov, Yunis Rzayevin hesabına 2-ci, 3-cü dərəcəli vəzifələrdə, 1990-93-cü illərdə Bakı Şərab zavodunda, sonra 1994-97-ci illərdə Bakı Tütün Kombinatında və s vəzifələrdə direktor müavini işləyib. Yəni böyük var-dövlət sahibi olmayıb. Amma...
Əmması odur ki, bu gün İsmət Abbasov Londonda müstəntiqlərə yalan izahat verir ki, guya 1990-93-cü illərdə Şərab zavodunda işləyəndə 2 milyon, sonra 1994-97-ci illərdə Tütün kombinatında işləyəndə 3-4 milyon qazanıb. Bu adama başa salan yoxdur ki, 1993-cü ildə Azərbaycan dövlətinin büdcəsi heç 3 milyon deyildi, sən kimi aladırsan..?
İsmət Abbasovu yaxından tanıyanlar bilir ki, bir köhnə Moskviçi var idi və acından ölənin biri idi... Məhz 2000-ci illərdə Ramiz Mehdiyevin hesabına kənd təsərrüfatı naziri olandan sonra İsmət Ababsov milyonlara sahib oldu.
Bəli, dövlətin aqrar sahəyə ayırdığı yüz milyonlarla subsiduyanı mənimsəyən İsmət Abbasov o pulları Londona, oğlu Yunisə göndərdi. İndi ata-oğul Abbasovlar bu əmlakın mənbəyini soruşan London müstəntiqlərinə yalan izahat verirlər. Yaxşı ki, nəvə Yunis demir ki, bu sərvət babam Yunis Rzayevdən qalıb.
Sözün qısası, sosial şəbəkələrdə İsmət Abbasovun İngiltərə vətəndaşı olan ( Azərbaycan vətəndaşlığını da saxlayıb ) oğlu Yunis Abbasovun mülkləri və biznesi ilə bağlı video yayılıb. Video-araşdırmada konkret oalraq Yunis Abbasovun 10 milyonluq, 800 kv.m sahəsi olan mülkünün içərisi, otaqlar nümayiş etdirilir.
Təsəvvür edirsiniz, cənab İsmət Abbasovun idman otağı, 2 hamamı, iş otağı, yataq otağı, əyləncə otağı və daha nələr. Vallahi, heç İran şahının belə villası olmayıb.
Videoda Azərbaycan xalqına müraciətlə deyilir ki, görün bu oğru məmurlar, xalqın qanını içənlər hansı şəraitdə yaşayırlar.
Bəli, İsmət Ababsovu və oğlunu Londonda istintaqa çağırıblar, izahat alırlar. Amma...
Əmması odur ki, Azərbaycanda heç kim bu korrupsioner məmurun əlinə qandal vurub soruşmur ki, ay adam bu qədər pul, sərvət səndə haradandır? Niyə..?
Bu başqa bir yazının mövzusudur.
Növbəti yazıda İsmət Abbasovun "Körfəz söhbəti" yazısını yazacağıq. Bizi izləyin.
gundelik baki.com
 
Ardını oxu...
"Vitrində 9.99 manat endirimdə olan məhsul çekdə 24.99 manatdan hesablanıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qruöundakı paylaşımında Rəşad Balayev adlı istifadəçi giley edir. Xatırladaq ki, anoloji şikayəti narazı vətəndaş bir dəfə də işıqlandırmışdı və "Bravo"dan məsələnin araşdırılacağı vəd edilmişdi.
Ardını oxu...
Bununla bağlı təkrar xatırlatma edən vətəndaş yazılr: " "Bravo" marketdə yaşadığım problemlə bağlı "Bravo" Müştəri Xidmətləri cavab verdi. Amma sonda hələ ki məsələ həll olunmayıb?"

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
 

"Şəhid anası olaraq laqeyd münasibət məni incidir. On səkkiz ildir ki, ev növbəsinə dayanmışam. Müxtəlif bəhanələrlə məni aldadırlar”.

 

Lerikin Noda kənd sakini Nəsibə Nəciyeva yerli icra hakimiyyətindən narazıdır.

Xalqxeber.az-ın məlumatına görə, o, "Arqument.az"a deyir ki, 1974-cü il təvəllüdlü oğlu Habil Xanqulu oğlu Nəciyev Birinci Qarabağ müharibəsi zamanı 1994-cü ildə Füzulidə gedən döyüşlərdə həlak olub.

"Oğlumu kənd qəbristanlığında dəfn etmişdik. Qəbr və başdaşı dağılmışdı. Bununla bağlı rayon rəhbərliyinə müraciət etdim. Dedilər ki, başdaşının bərpası üçün kömək edəcəyik. Lakin vədləri elə sözdə də qaldı. Öz təqaüdüm və ikinci qrup hərbi veteran olan oglumun köməkliyi ilə başdaşını düzəltdirdik”, - şikayətçi bildirir.

Nəsibə Nəciyeva əlavə edir ki, növbəti müraciəti evlə əlaqədar olub: "Evim qəzalı vəziyyətdədir. Şəhid anası olaraq icra hakimiyyətinə müraciət etdim. Nümayəndələr gəlib, evə baxış keçirib, qəzalı olduğunu təsdiq etdilər. Oğlum Mübariz Nəciyev lazım olan sənədləri toplayıb yerli icra hakimiyyətinə təqdim etdi. 2005-ci ildən məni ev növbəsinə götürdülər”.

Nəsibə Nəciyevanın dediyinə görə, sonradan iş dolaşığa düşüb. İlk dəfə növbədə 48-ci adam olsa da, sonradan adı siyahıda geriləyib: "Nə məsələdirsə, bizdən sonra növbədə olanlara ev verilib, ya da tikilib. İlk dəfə növbəyə götürüləndə növbədə 48-ci idim. Sonra dedilər ki, nöbədə 66-cısınız. 2013-cü ildə icra başçısı təsdiq etdiyi ev növbəsində isə artıq 70-ci oldum. Növbəm çatmaq əvəzinə geriləyir. Dəfələrlə rayon rəhbərliyinə şifahi və yazılı muracətimə baxmayaraq, nəticə yoxdur. Etiraz edirik, deyirlər ki, növbəniz belə idi”.

Nəsibə Nəciyevanın oğlu Mübariz Nəciyev deyir ki, Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovla görüşüb: "O, mənə dedi ki, nə qədər adamın evi təmir olunub, neçəsinə ev tikilib. Səbrli olun, sizin də növbəniz çatacaq. İndi də bu işə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi baxır. Şöbənin müdiri Rahib Şiriyev də mənə təklif edir ki, ananı rayon qeydiyyatından çıxar. Sumqayıt qeydiyyatına sal, onda daha tez ev alacaqsan. Mən belə başa düşürəm ki, bu adamlar bizi başlarından edirlər”.

Nəsibə Nəcibova evi qəzalı vəziyyətdə olduğu üçün hazırda Sumqayıtda oğlunun evində məskunlaşıb: "Ev qəzalı vəziyyətdədir. Orada yaşaya bilmirəm. Oğlumun Sumqayıtdakı evinə köçmək məcburiyyətində qalmışam. 2016-cı ildən bu yana müraciət etmədiyim yer qalmayıb. Prezidentə də müraciət etmişəm. Ancaq eyni sözü deyirlər, səbrli olun, tikiləcək. Nə vaxta qədər gözləyim? Artıq 85 yaşım var”.

Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev Nəsibə Nəciyevanın ev növbəsinə götürülməsini təsdiqləyib.

"Mənzil komissiyası kimi növbəyə biz götürürük. Evlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə tikilir. Ev növbəsində olanlarla əlaqədar rəhbərliyin adından nazirliyə məktub təqdim etmişik”, - şöbə müdiri bildirib.

ƏƏSMN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

ƏƏSMN-nin 2022-ci ilə olan statistikasına görə ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13200 mənzil və fərdi ev verilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
"Halva Restoran Şüvəlan" məkanından şikayətim var. Özlərinə yazanda da bloka atırlar və bitti". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda giley olunur.

Ardını oxu...
Daha sonraa narazı vətəndaş yazır: "Ramazanın ilk günü zəng vurun bütün şərtləri öyrəndim və 4 böyük bir uşaq üçün rezerv ettim. Nəzərlərinə çatdırdım ki, çay dəstgahı götürəcək və iki nəfər orucludu ( onlar da istədikləri yeməkləri sifariş edəcəklər) bir neçə saat sonra zəng vuruldu ki, depozit olmalıdı 100 manat. ( Deyirəm mən zəng edəndə bütün şərtləri soruşdum depozit yox idi) cavab olaraq sizi əyləşdiyiniz masada başqa müştəri 200-300 manat hesab verə bilər. Ona görə də sizə 100 manat depozit təklif edirik istəyirsiz gəlin, istəyirsiz gəlməyin. Bizim şərtimiz budu. Məkana gedəndə oruclu masa olsa da bir stəkan nə su nə xurma yox idi, su istədik qaynar su gətirdilər. Daha sonra hesabda iftar açmaq üçün gələn suyun pulunu da hesaba əlavə etmişdilər. Çay dəstgahı 50 manat və sadəcə 1 çaynik daxildi o dəstgaha. Yəni bu məkanlar niyə bu qədər qudurub? Müstərilər olmasa, necə işləyəcək bunlar?"

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti