Ardını oxu...
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sədr təyin ediləcəyi gözlənilir.
Bu barədə RealMedia.az-a xanım direktorun yaxın çevirəsindən məlumat daxil olub.
Məlumata görə, Nurəngiz Bəşirovanın "Beyləqan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru vəzifəsindən Sabunçu Tibb Mərkəzinə təyinat alması da, məhz onun TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilməsi ilə bağlıdır.
Bildirilir ki, Nurəngiz Bəşirovanın rayon xəstəxanasından Sabunçu Tibb Mərkəzinə təyinat alması ilə bağlı göstəriş Prezident Adminstrasiyasından gəlib.Və yaxın aylarda Nurəngiz Bəşirovanın TƏBİB sədri postuna təyin olunacağı dəqiqdir.
 
Ardını oxu...
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul imtahanında iştirak etmişik. İmtahanda verilən test tapşırıqlarının çoxu ya heç bir hüquqi, məntiqi əsası olmayan söz oyunları üzərində qurulur, ya da testin şərtlərində və cavab variantlarında qanunun mahiyyətini tamamilə təhrif edən, özündə bir-birini təkzib edə bilən anlaşılmaz cümlələrdən istifadə edilir ki, onlar da Azərbaycan dilin qrammatikasına uyğun deyil”.

TEREF.AZ bildirir ki, bu iddia ilə “Qafqazinfo”ya DİM-in fevralın 17-də BA vəzifə qrupları üzrə keçirilən imtahanında iştirak edən bir qrup namizəd müraciət edib.

Onların sözlərinə görə, artıq neçənci dəfədir ki, test imtahanlarında yanlış testlər qoyulur və ya testlərdə yanlış cavablar götürülür: “Misal olaraq DİM-in 17 fevral tarixində BA vəzifə qrupları üzrə keçirilən imtahanında təqdim olunan test tapşırıqlarını qeyd etmək olar. Xüsusən də qanunvericiliklə bağlı suallarda daha çox səhv və yanlışlıqlar, habelə qeyri-müəyyənliklər müşahidə edilir.

Açıq testlərlə bağlı da problemlər var, belə ki, doğru cavab variantlarının biri söz oyunu, digəri məntiqi yanaşma, üçüncüsü isə “səriştəlilik” prinsipi əsasında götürülüb. Elə təəsürat yaranır ki, DİM minlərlə dövlət qulluqçusunun gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarının təhlilini aparmır, test tapşırıqlarının tərtibi üçün vahid standart və yanaşmalar müəyyən etmir, eyni zamanda testlərin izahında vahid mövqe nümayiş etdirmir, hər bir test üzrə ən müxtəlif mövqedən yanaşır. Və buradan isə haqlı bir sual yaranır ki, namizədlər testləri işləyərkən hansı testə DİM-in hansı mövqeyindən yanaşsın? DİM-in keçirdiyi imtahanlar prosesində ekspertlərin səhlənkarlığı ucbatından vaxtaşırı bu kimi hallara rast gəlinir. Dövlət qulluğuna qəbul üzrə proqramdan kifayət qədər xəbəri olmayan şəxslər sual hazırlayaraq namizədlərin vaxtını almamalıdır”.

Şikayətçilərin sözlərinə görə, fevralın 17-də dövlət qulluğuna qəbul üzrə keçirilən imtahan suallarından bir neçəsi ilə bağlı Bakı İnzibati Məhkəməsi qərar çıxararaq həmin testlərin DİM tərəfindən yanlış tərtib edildiyi və onların namizədlərin xeyrinə hesablanaraq ballarına əlavə olunması ilə bağlı qərar qəbul edib. Lakin DİM tərəfindən həmin qərar icra olunmur və namizədlərin xeyrinə ballar hesablanmır.

Problemlə əlaqədar Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanı üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması” Qaydasına uyğun olaraq test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırıqlarının cavab verməli olduğu tələblər qeyd edilən Qaydada müəyyən edilib.

“Açıq tipli test tapşırıqları isə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən peşəkar mütəxəssislər tərəfindən hazırlanaraq ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil edilmiş test tapşırıqları imtahanlarda istifadə edilir. Test tapşırıqları ekspertizadan keçirilərkən müvafiq tələblərə cavab vermədikdə onlar təsdiqlənmir və imtahanlarda istifadə olunmur.

İmtahanda istifadə olunan bəzi tapşırıqlar terminoloji və faktoloji xarakter daşıyır ki, bu tapşırıqlar termin və anlayışları, elmi faktları və prinsipləri bilmə səviyyəsini yoxlayır. Eyni zamanda imtahanda analitik təfəkkürü və təhliletmə bacarıqlarını yoxlayan tapşırıqlardan da istifadə olunur. Tapşırıqlar çətinlik dərəcəsinə görə də fərqlənir. Sadə, orta və mürəkkəb test tapşırıqlarının imtahan iştirakçıları tərəfindən cavablandırılma statistikası, təbii ki, eyni deyil. Mürəkkəb test tapşırıqlarını düzgün cavablandırmağa namizədlərin daha az qismi nail ola bilir. İmtahanlardan sonra istifadə olunmuş mürəkkəb test tapşırıqları ətrafında ictimai müzakirələr də aparılır və bu, normal haldır”.

DİM-dən, həmçinin bildirilib ki, bu ilin fevralında keçirilmiş imtahandan sonra Apellyasiya Komissiyasının qərarından şikayət vermiş namizədin iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib: “Barəsində danışılan iddia ilə bağlı qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi üçün onun məzmununun mediada həqiqət kimi təqdim edilməsi ictimai rəyin çaşdırılmasına xidmət edə bilər. Hazırda məsələ ilə bağlı qəbul olunmuş qərardan hüquqi prosedurlar çərçivəsində icraatın davam etdirilməsi üçün DİM tərəfindən tədbirlər görülür”.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayından başlayaraq DİM tərəfindən dövlət qulluğuna qəbulun test mərhələsi üzrə imtahan keçirilir və bu imtahanların nəticəsində 16 833 nəfər müxtəlif növ sertifikat əldə edib.
 
 

 


Ardını oxu...
Müzəffər Ali Baş Komandan İlham Əliyev cnablarının rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda bu gün geniş formada abadlıq-quruculuq işləri vüsət almaqdadır.

Prezident İlham Əliyevin birbaşa şəxsi nəzarəti altında aparılan tikinti işlərində xarici şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak edirlər.

İşğaldan azad edilən ərazilərdə infrastruktur layihələri, yol çəkilişləri və tikinti işləri görən yerli təşkilatlardan biri də "Körpü Bina Tikinti" şirkətidir.

Qeyd edək ki, "Körpü Bina Tikinti" şirkəti Azərbaycanda böyük texniki bazaya, mühəndis heyətinə malik olan təcrübəli tikinti şirkətlərindəndir. Şirkət uzun illərdir ölkədə yol çəkilişləri, tunellər, piyada keçidləri layihələrində iştirak edir.

Bərdə-Ağdam magistral avtomobil yolunun inşasını da "Körpü Bina Tikinti" şirkəti aparır. Lakin şirkət yolun tikintisinin keyfiyyətinə böyük önəm verməsinə baxmayaraq, yerüstü keçidlərdə bir sıra neqativ hallara yol verib.

AzFakt.com saytının əməkdaşı "Körpü Bina Tikinti" şirkətinin Bərdə-Ağdam magistral avtomobil yolunun Bərdə rayonunun Əliyanlı, Kətəlparaq, Ağdam rayonunun "Dördyol-1" qəsəbəsində inşa etdiyi yerüstü piydada keçidlərində keyfiyyətsiz və təhlükəli üzlük materialdan - alkopandan istifadə olunduğunu müşahidə edib.

Yerüstü keçidlərdə istifadə olunan alkopan üzlüklərin deformasiyaya və yanğına davamlı olmayan "Çin" istehsalı olduğu, bu materialın Dərnəgül tikinti bazarında bir kvadratmetrinin 25-27 manata satıldığı bildirilir.

Qeyd edək ki, bu materialın bir sıra ölkələrdə istifadəsi qadağan edilib.

"Körpü Bina Tikinti" şirkətinin inşa etdiyi yerüstü keçidlərdə digər narahatedici məqam piyada keçidlərində əlil arabaları üçün ötürücünün olmaması, keçidin havalandırma və işıqlanma sistemlərinin standartlara uyğun gəlməməsidir.

Məsələ ilə bağlı ərazidə olan şirkət nümayəndələrindən mövqe öyrənə bilmədik.

Mənbə: Azfakt.comArdını oxu...
Müzəffər Ali Baş Komandan İlham Əliyev cnablarının rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda bu gün geniş formada abadlıq-quruculuq işləri vüsət almaqdadır.

Prezident İlham Əliyevin birbaşa şəxsi nəzarəti altında aparılan tikinti işlərində xarici şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak edirlər.

İşğaldan azad edilən ərazilərdə infrastruktur layihələri, yol çəkilişləri və tikinti işləri görən yerli təşkilatlardan biri də "Körpü Bina Tikinti" şirkətidir.

Qeyd edək ki, "Körpü Bina Tikinti" şirkəti Azərbaycanda böyük texniki bazaya, mühəndis heyətinə malik olan təcrübəli tikinti şirkətlərindəndir. Şirkət uzun illərdir ölkədə yol çəkilişləri, tunellər, piyada keçidləri layihələrində iştirak edir.

Bərdə-Ağdam magistral avtomobil yolunun inşasını da "Körpü Bina Tikinti" şirkəti aparır. Lakin şirkət yolun tikintisinin keyfiyyətinə böyük önəm verməsinə baxmayaraq, yerüstü keçidlərdə bir sıra neqativ hallara yol verib.

AzFakt.com saytının əməkdaşı "Körpü Bina Tikinti" şirkətinin Bərdə-Ağdam magistral avtomobil yolunun Bərdə rayonunun Əliyanlı, Kətəlparaq, Ağdam rayonunun "Dördyol-1" qəsəbəsində inşa etdiyi yerüstü piydada keçidlərində keyfiyyətsiz və təhlükəli üzlük materialdan - alkopandan istifadə olunduğunu müşahidə edib.

Yerüstü keçidlərdə istifadə olunan alkopan üzlüklərin deformasiyaya və yanğına davamlı olmayan "Çin" istehsalı olduğu, bu materialın Dərnəgül tikinti bazarında bir kvadratmetrinin 25-27 manata satıldığı bildirilir.

Qeyd edək ki, bu materialın bir sıra ölkələrdə istifadəsi qadağan edilib.

"Körpü Bina Tikinti" şirkətinin inşa etdiyi yerüstü keçidlərdə digər narahatedici məqam piyada keçidlərində əlil arabaları üçün ötürücünün olmaması, keçidin havalandırma və işıqlanma sistemlərinin standartlara uyğun gəlməməsidir.

Məsələ ilə bağlı ərazidə olan şirkət nümayəndələrindən mövqe öyrənə bilmədik.

Mənbə: Azfakt.com
Ardını oxu...
DİA.AZ bildirir ki, Lerik rayonun Dizdipok kəndinin sakini Rahim Bünyadov “Yeni Sabah”ın redaksiyasına müraciət edib. Kənd sakinin sözlərinə görə, əkdikləri buğda 1 ay bundan öncə biçilməli olsa da, hələ də aidiyyəti qurumlar onların səsinə səs verməyib.

O, bildirib ki, yağan yağışlar nəticəsində kilən buğdanın təxminən yarısı çürüyüb. R. Bünyadov söyləyib ki, o və digər kənd sakinləri buğdanın kilosunu 1.50 AZN alaraq, kəndətrafı ərazidə 400 hektarlıq torpaq sahəsində əkib. Fermer qeyd edib ki, buna baxmayaraq, onlar kombaynla təmin olunmayıblar. O, bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, cavabsız qaldığını bildirib.

“Mən özümün və Dizdipok kənd camaatı adından cənab Prezidentə müraciət ünvanlamaq istəyirəm. Biz dövlət başçısının müvafiq məsləhətlərinə uyğun olaraq, buğda əkini aparmışıq. Buğdamız 1 aydır ki, biçinə hazır olsa da, kombayn çatışmazlığı ucbatından 1aydır ki, buğdamızı biçə bilmirik. 4 kəndə 1 kombayn göndərilir ki, həmin kombayn da 2 saat xarab, 1 saat işlək vəziyyətdə olur.

Dağlarda əkdiyimiz buğdalar belə biçinə hazır vəziyyətdədir. Hazırda kombayn 7 gündür qonşu Bradi kəndindədir. Ona görə də buraya ən azı 2 kombayn göndərilməlidir ki, biz məhsulumuzu heç olmaya avqustun axırına qədər yığıb qurtarmağı bacaraq. Hava şəraiti ilə əlaqədar olaraq, əgər 1 gün yağış yağırsa, kombayn 3 gün sahəyə girə bilmir. Lerik dağlıq zonadır, onun üçün də bizə 2-3 kombayn göndərilsin ki, biz də nəticə əldə edə bilək.

Çünki məhsulumuz yağış ucbatından çürüyür və qaralır. Əgər bir dəfə də yağış dəysə, çürüyəcək və zay olacaq. Xahiş edirik, bizə köməklik edin”.
 

Ardını oxu...
Nərimanov rayonunda Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsindəki piyada səkisi zəbt edilərək restorana çevrilib. Səkidəki ağacların gövdəsi də restoranın içində qalıb.

Tribunainfo.az-a bu barədə yazan sakinlər bildirir ki, Nərimanov rayonunda satılmayan yer qalmayıb. Xüsusilə piyada səkiləri zəbt edilib, addım atmağa yer yoxdur.

Sakinlər bildirib ki, səkilər boyunca əvvəllər ağaclar olub. Səkilər kölgəlik olurdu. Son vaxtlar piyada səkilərinin satışa çıxarılması vəziyyəti dəyişib.

Sözügedən küçələrin kəsişməsində tikilən restoran da kölgəlik yaradan ağacları əhatəyə alıb. Ağaclar retoranın tavanını sərinlədir.

Sakinlər piyada səkilərinin boşaldılmasını, ağacların sayının artırılmasını istəyir.

Bu fotoda göstərilən kafe isə Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində, 3-4 böyük ağacın yerində tikilib. Daha doğrusu, ağacların gövdəsi obyektin içində qalıb. Amma burada kafe açmaq yerinə, dediyimiz kimi, kiçik park salmaq olardı.

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
     

"Araz" supermarketin Tbilisi prospektində yerləşən mağazasının deposu əsl zibilxananı xatırladır.
Şəhərin ən iri marketinin mal qəbul etdiyi və qalıq məhsulları saxladığı depo marketin yan tərəfindədir. Toz- torpaqlı, üfunətli zibil qutuları ilə dolu, həmçinin xarab olmuş meyvə-tərəvəz məhsullarının yığıldığı deponun qapısı da çöldəki zibilliyə açılır.
Ərazidə zibil qutularını boşaldan Mənzil-Kommunal Təsərrüfatının işçiləri buranın mal qəbul edilən yer olduğunu bildirdi. Depoda olan işçidən "bura zibilxanadır, ya anbar" soruşduqda, o, “depodur, nə lazımdır?” deyə soruşdu.
Deponun içi isti, milçəkli, qapısının qarşısı isə zibil qalıqları və üfunətli suyun içindəydi. Deponun dərinliyində işçilərin geyinib-soyunduğu kiçik budka da görünürdü.
Müşahidələrimiz zamanı bir neçə işçinin marketdən çıxıb bura girdiyini və sonra yenidən marketə qayıtdığını gördük. İşçilər bu zibillik yuvasını ayaqlayıb keçərək yenidən marketə qayıdırlar. Nəticədə market və orada satılan məhsullar çirklənməyə məruz qalır.
Deponun içinin və ətraf ərazinin günlərdir yuyulub təmizlənmədiyi aydın görünür.
Bir sözlə, burada sanitar qaydalar tamamilə pozulur.
Çox güman ki, əksər "Araz" və digər marketlərdə də vəziyyət belədir. “Araz” market təkcə deposunu deyil, marketin girişini, divarları və səkini də çirk, tüpürcək və tozdan təmizləmək üçün arada yusa, heç də pis olmaz.

Bakupost.az

     

Ardını oxu...
Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı tenderə yekun vurub.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Ərdagı” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 823 771,29 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə "Ərdagı” MMC və onun qanuni təmsilçisi Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Mediada "Ərdagı” MMC tender kralı kimi təqdim edilir.

Araşdırmalar zamanı məlum olur ki, barəsində heç bir məlumat olmayan şirkət dövlət qurumlarının, xüsusilə, yerli icra hakimiyyəti orqanlarının tenderlərinin qalibi olur.
"Ərdagı” MMC-yə sifarişlər əsasən Gəncəbasar zonasında yerləşən rayon və şəhər icra hakimiyyətlərindən gəlir.

Bu arada qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyəti 2022-ci ildə "Ərdagı” MMC ilə maliyyə dəyəri 817 830,27 AZN olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması nəzərdə tutulub.

2021-ci ildə isə Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı "Ərdagı” MMC ilə 804 995,21 AZN dəyərində müqavilə imzalanıb.

Beləliklə, aydın olur ki, Gədəbəy şəhərində hər il küçələr, dalanlar və medyanların asfalt örtüyü yenilənir və hər il Gədəbəy Rayon İcra Hakimiyyətinin bununla bağlı elan etdiyi tenderin qalibi "Ərdagı” MMC olur.

Gədəbəy İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ildən bu vəzifədədir. Orxan Mürsəlov "Söyüdlü hadisələri”ndə media nümayəndələrinə "Məni yaxından çəkməyin, eybəcər düşürəm” fikirləri ilə sosial şəbəkələrin ulduzuna çevrilmişdi.

İddiaçı Əliyev Canpolad Yunis oğlu müqavilə öhdəlikləri ilə bağlı Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. “Azərbaycan Reallığı” xəbər verir ki, işə iyulun 25-də hakim Mehriban Əfəndizadə sədrlik edib. İddiaçı “Evrostroy – S.S” tikinti firması ilə bağlı iddia qaldırıb. Bu şirkət isə “Sipark” tikinti firması olaraq daha çox tanınır.

Sahibi Seymur İsayevdir. Dəfələrlə şirkətin və rəhbərinin barəsində şikayətlər olub. Təbriz küçəsində inşa edilən binanı illərdir ki, təhvil vermirlər. Vətəndaşlar məhkəmələrə üz tutur, aksiya keçirir, ittihamlar səsləndirir. Şirkət rəhbərinin adı MTN generalı olmuş Akif Çovdarovla yaxınlıqda hallanıb.

Hətta onun əli ilə şəriki Famil müğənni Şəbnəm Tovuzlunu MTN-ə apardıb, təzyiqlərə məruz qoyub. Şirkətin haqqında bir sıra ittihamlar var ki, media resurslarında rast gəlmək olar. İndi də bəlli olur ki, ayrı-ayrı şəxlər “Sipark”ı məhkəməyə verirlər. (Tribunainfo.az) 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Kapital bank"la bağlıdır. "Cashback" debet kartına 130 manat ödəniş olunub, 196 - dan bildirildi ki, 3gün sonra ödənişi çəkə bilərsiniz". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra narazı vətəndaş yazır: "Soruşuram, səbəb olaraq deyirlər ki, təhlükəsizliklə bağlıdır. Başa düşmürəm, bunu edən mənəm... təsdiq edirəm ki, bu mənəm... burda daha nə təhlükəsizlik? Böyük məbləğ də deyil və 1 ay ərzində o karta heç 300 manatdan çox pul da daxil olmayıb. Boş-boş səbəblərə görə niyə incidirlər? 130 manatda belə edirlərsə, daha böyük məbləği karta yükləməyi heç kim sizə etibar etməz. Bankla bağlı müqavilədə belə hal yoxdur. Özlərinə bildirdim, qeydə aldılar... yenə müraciətə 3 günə baxılacaq. "Kapital Bank", gəlib zəhmət olmasa, açıqlama verin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvanda fermerlər əkib-becərdikləri buğdanıın bir tonunu dövlətin təyin etdiyi qiymətdən 100 manat ucuz satmalı olurlar. Buna səbəb buğdanı onlardan satın alan dəyirman-tədarük məntəqlərinin bir əldə cəmlənməsdir. Buğdanı satmaq üçün alternativ variantları olmadığında, fermerlər yüksək vəzifəli məmurların nəzarətində olan bu məntəqələrin təyin etdiyi ucuz qiymətlə razılaşmalı olurlar. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il qəraı ilə ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti bu il üçün 450 manat müəyyən edilib. Lakin, Naxçıvanda dəyirman- tədarük məntəqəsi fermerlərdən buğdanın tonunu ən yaxşı halda 350 manatdan qəbul edir.

Fermerlərdən Firudin Qədimov deyir ki, tədarük məntəqələri onlardan ucuz aldığı buğdanın bir tonunu sonradan 250 manat bahasına satır:

“Bu il 20 ton buğda tədarük etmişdim. Tədarük məntəqəsində 35 qəpikdən götürdülər. Halbuki, nazirlər kabinetinin qərarına görə, qiymət 45 qəpikdir. Dəyirman- tədarük məntəqəsində mübahisə etdim, dedilər ki, “istəmirsən qaytar apar. Kimə də istəyirsən şikayət elə. Burada qayda budur”. Məcbur qalıb tonunu 350 manata razılaşdım. Çünki, həm saxlamaq imkanı yoxdur, həm də əkin-biçin işlərinə görə traktorçuya, kombaynçıya borcum var idi. Monopoliyadır deyə, başqa yerə satmaq da mümkün deyil. Ötən il də bizi ucuz satmağa məcbur etdilər. Bir müddət sonra hər tonun üstünə 250 manat qoyub, öz müştərilərinə satdılar”.

Digər fermer Səlim Qurbanov da taxıl monopoliyasından şikayətçidir:

“ Tədarük məntəqəsində 15 ton buğda, 5 ton arpa verdim. Buğdanın kilosunu məndən 35 qəpiyə, arpanı isə 25 qəpiyə götürdülər. Nazirlər Kabinetinin qərarına görə, buğdanın qiyməti 45 qəpikdir. Əziyyətini biz çəkirik, onlar daha çox pul qazanırlar. Tədarük məntəqələri bir əldədir. O da vəzifəli şəxslərə məxsusdur. Bundan istifadə edərək nə ölkə başçısının sərəncamına, nə də Nazirlər Kabinetinin qoyduğu qiymətə məhəl qoymurlar. Bilirlər ki, fermerlərin istehsal etdikləri buğdanı satmaq üçün alternativ variantları yoxdur. Bu səbəbdən fürsətcillik edirlər. Yüksək vəzifəlilərin nəzarət etdiyi taxıl monopoliyası bizim belimizi qırıb”.

Dünyapress TV

Xəbər lenti