ABŞ-nin Texas ştatında fəaliyyət göstərən "Venus Aerospace" startapı Nyu-Yorkla London arasındakı 5 567 kilometrlik məsafəni cəmi 55 dəqiqəyə qət edə biləcək yeni nəsil təyyarə üzərində işləyir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi saytında xəbər verilib.
Gələcəyin hava nəqliyyatı kimi təqdim olunan "Stargazer" adlı bu təyyarənin xüsusi olaraq uzunmüddətli uçuşlar üçün nəzərdə tutulmuş güclü mühərriklə təchiz ediləcəyi bildirilir.
Layihəyə əsasən, "Stargazer" saatda 4 939 kilometr sürət yığa biləcək ki, bu da səs sürətindən təxminən dörd dəfə çoxdur.
Bu göstəricilər sayəsində təyyarə Nyu-York-London (5 567 km) və Nyu-York-Paris (5 833 km) marşrutlarını bir saatdan da az müddətə qət edəcək.
Layihə qlobal hava nəqliyyatında inqilabi dönüş nöqtəsi kimi qiymətləndirilir.