Ardını oxu...
“Bir dəfə saç qaynağı etdim. Bundan sonra saçlarım tökülməyə başladı. Fikirləşdim ki, nəyimə lazımdır, bu gün gür saçla gəzim, sabah keçəl qalım. Ona görə süni şeylər etmirəm”.

Teref.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “Xəbər-Ətər” verilişində deyib.

Sənətçi xanımların gözəllik üçün “bəh-bəh”lə istifadə etdiyi saç, qaş, kiprik, dırnaq qaynaqlarına qarşı çıxdığını açıqlayıb.

“Kiprik qaynağı etmirəm. Makiyaj edəndə taxma kiprik qoyurlar sonrada onu çıxardırlar. Eləcə də dırnaq qaynağı və qaşıma tatuaj da etmirəm. Bu kimi şeylərdən uzağam”, – deyə Nura Suri bildirib.

 
Ardını oxu...
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı diqqətçəkən paylaşım edib.
Hurriyyet.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında boksla məşğul olduğu görüntüləri paylaşıb. O qeyd edib ki, 23 ildir tennislə məşğuldur və boksa yeni başlayıb.
Hekayə bölümünə gələn tənqidi mesajı da yayımlamaqdan çəkinməyən jurnalist izləyiciyə cavabında "Qadınlara bənzəmək istəyən kişilər varsa, onlar boksla məşğul olduğumu görüb boksa gedəcəklər və beləcə mən onlara da kişi işini öyrətmiş olacağam", - o deyib.
Ardını oxu...

qlobal.net
 
Ardını oxu...
Mərhum müğənni Elçin Cəlilovun yaxın qohumu müğənni Vüqar Muradovun onu narkotik vasitələrə skripka ifaçısı Natiq Nuriyevin qurşandırdığını etiraf etməsi qalmaqala səbəb olub.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinə danışan Natiq Nuriyevin həyat yoldaşı yayılan xəbərlərə münasibət bildirib. Elnarə xanım deyib ki, yayılan söz-söhbət yalandır:

"Bir insana hörmət edə bilmirsinizsə, heç olmasa, pislik də etməyin. Bu cür yaşlı, heç kimlə işi olmayan bir insana bu dərəcədə pislik etmək olmaz. Dünəndən Natiq bəyə görə təcili tibbi yardım çağırmışıq. Ona nəsə olsa, kim cavab verəcək? Hamı deyir ki, efirdə ad açıqlanmayıb. Düzdür, hamı özünü sığortalayır. Ancaq bu söz-söhbət yalandır. Natiqlə Elçinin arasında heç vaxt belə bir söhbət olmayıb. Ola da bilməz. Elçin Cəlilovun da qardaşı eyni şeydən rəhmətə gedib. Onlar ailəliklə belədirlərsə, bəlkə Elçin Natiqi o yola çəkib? Kim narkotikə alışdırırsa, narkotik satırsa, Allah onların bəlasını versin! Kim bu haqda bilib-bilmədən danışırsa, Allah onun da başına gətirsin".

Qeyd edək ki, yüksək dozadan dünyasını dəyişən müğənni Elçin Cəlilovu skripka ifaçısı Natiq Nuriyevin narkotikə alışdırması ilə bağlı xəbərlər ilk dəfə aparıcı Elgiz Əkbərin verilişində danışılıb.

Ətraflı videoda:

Ardını oxu...
Türkiyənin bir çox filmlərinin baş qəhrəmanı Aras Bulut İynemli və Bige Önal ayrılmaq qərarına gəliblər

7 ildir birlikdə olan və bu müddətdə bir neçə dəfə ayrılaraq barışan Aras Bulut İynemli və Bige Önaldan pis xəbər gəlib. Əvvəlki yay qısa bir ayrılıq prosesi keçdikdən sonra sevgilərini qaldıqları yerdən yenidən davam etdirən cütlük yenidən ayrılmaq qərarına gəlib.

Tribunainfo.az türk mətbuatına istinadən xəbər verir ki, cütlük aralarında yaşanan gərginlik ayrılmaq üçün səbəb olub. Hələ ötən ilin iyulunda belə bir qərarı olan cütlüyün sentyabr ayında münasibətlərini qaldıqları yerdən davam etdirmək qərarına gəliblər.

Bige Önal, sonuncu dəfə aralarında yaşanan narazılığı belə ifadə etmişdi :”Hər şey yaxşıdır, yaxşıyıq. Bildiyiniz kimi, işlərimiz fərqlidir. Ona görə də çox bir araya gəlmirik. Biz də çox vaxt keçirmirik” deyə mövzunu media üçün bağlamışdı.
 
Ardını oxu...
Hande Erçelin yeni obrazı barədə detallar bəlli olub.

Publika.az xəbər verir ki, “Disney Plus”da yayımlanacaq ekran işində Erçel su pərisini canlandıracaq. Bu barədə türk məlumatı yayıb.

Qeyd edək ki, Hande sonuncu dəfə Kerem Bürsinlə “Sen çal kapımı” serialında rol alıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyonçu olmaq istər” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.

Axar.az xəbər verir ki, iştirakçıya təqdim olunan 1 milyonluq sual “Kitavi-Dədə Qorqud” ilə bağlı olub.

Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Kitabi-Dədə Qorqud”da iştirak etmədiyi soruşulub.

Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələr yaradıb. Belə ki, sosial şəbəkə istifadəçiləri sualın asan olduğunu bildiriblər.

Qeyd edək ki, iştirakçı sualla bağlı tərəddüd etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36.492 manat) ilə tərk edib.

Sualın cavabı isə A variantı (Bala Xatun) olub.

20 yaşlı iştirakçı Batu Alıcı Boğaziçi Universitetində elektrik və elektronika ixtisası üzrə təhsil alır.

 
Ardını oxu...
Azərbaycanlı TikTok-çuların İqtisad Universitetində tələbələrlə görüşə dəvət edilməsi sosial şəbəkələrdə geniş müzakirə olunub.

Yeniavaz.com xəbər verir ki, TikTok-çular Nikosayağı, Sabir Samiroğlu və Zaur İsgəndərovun tələbələrə görüşü sosial şəbəkələrdə sərt tənqidlərə məruz qalıb.

Tənqidçilər tələbələrin hansı səbəbə tiktokerlərlə görüş keçirməsini sorğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə fərqli yaşanıb.

“Dərhal qeyd etmək istərdim ki, belə bir görüşlə bağlı nəinki Universitetləri tənqid etmək, əksinə təqdir etmək daha doğru olardı. Hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur. Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı”, – deyə bildirib.

 
 
 
Ardını oxu...
Müğənni Rəqsanə İsmayılova canlı efirdə sərt çıxış edib.

Gununsesi.info xəbər verir ki, ARB kanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan Rəqsanə ismayılova müğənni Damla haqqında danışıb.

“Pandemiya dövründə Damlanın başına Moskvada “daş düşmüşdü”.Azərbaycana qayıda bilmirdi. Nə qədər adama ağız açdısa,kömək edən olmadı. Onu mən xilas elədim.Heç kim ona yaxın durmadı.Mən Rəqsanə ona yardım elədim.Sonra o Azərbaycana qayıda bildi.”, deyə Rəqsanə bildirib.

Müğənni daha sonra bildirib ki,ona yazılmış mahnı artıq ikinci dəfədir ki,Damla tərəfindən oxunub.

Bu səbəbdən də Rəqsanənin Damlaya acığı tutub.

“Artıq ikinci dəfədir ki, bu hadisə baş verib. Mənə yazılan mahnını Damla oxuyub. Mən olsaydım,o boyda hərmətin qarşısında bunu etməzdim.Damlanı bəlkədə 100 min manatlıq işdən qurtarmışam”,deyə Rəqsanə bildirib.
 
Ardını oxu...
Qvatemalada 3 gündür itkin düşən 27 yaşlı hip hop ulduzu Nesli Monterrosonin cəsədi tapılıb.

Hurriyyet.Az xarici KİV-ə istinadla xəbər verir ki, müğənninin dekabrın 5-də itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Araşdırmadan sonra onun meyiti tərk edilmiş avtomobilin içindəki çəlləkdə tapılıb.

İlkin açıqlamaya görə, Nesli başından aldığı zərbədən ölüb.

Bundan əlavə, şahidlər Neslinin bədənində xeyli sayda zorakılıq izlərinin olduğunu bildiriblər.

Hadisəni araşdıran polislər deyir ki, müğənni sonuncu dəfə cəsədin tapıldığı yerə yaxın bir ofisdən çıxarkən görülüb.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb.

Qlobal.net xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb: "Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".

Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib: "Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".

Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.


 
 
 

Dünyapress TV

Xəbər lenti