Vəkil bu dəfə Rövşanəylə dalaşdı -VİDEO
MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb.

Qlobal.net xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb: "Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".

Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib: "Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".

Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.


 
 
 

Bölmənin digər xəbərləri

27 Aprel 2024 Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Aprel 2024 Ayaz Babayev “Mələk kimi” mahnısını kimə həsr edib? - VİDEO
26 Aprel 2024 Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Aprel 2024  Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik... - Diqqət!
24 Aprel 2024  Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
23 Aprel 2024 Müğənni plastik əməliyyat etdirən kişilərdən DANIŞDI - VİDEO
22 Aprel 2024 Türkiyəli sosial media fenomeni evində ölü tapıldı - FOTO
21 Aprel 2024 "Onun ölümünə sevinmək nədir?"
21 Aprel 2024 “Milyonçular” görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada
20 Aprel 2024 Kamran Həsənli Sərxanın ittihamlarına cavab verdi: "Röyadan pul ala bilərdik?"
19 Aprel 2024 Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
19 Aprel 2024 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
18 Aprel 2024 Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir - MƏHKƏMƏ OLACAQ
17 Aprel 2024 “Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
17 Aprel 2024 Bu da həmcinsinə ərə gedən əski jurnalistimizin dedikləri:: “Utanmalıyam? Həyatımı yaşayıram”
16 Aprel 2024 Azərbaycanlı müğənninin gecə klubunda BİABIRÇI GÖRÜNTÜSÜ YAYILDI - VİDEO
16 Aprel 2024 Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran
16 Aprel 2024 Kerimcan Durmazın yeni halı anasını ŞOK ETDİ - VİDEO
15 Aprel 2024 "Mən hər şeyi boş verirəm"
14 Aprel 2024 “Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

Dünyapress TV

Xəbər lenti