Ardını oxu...
İnfeksionist Nicat Əzimli: “Koronavirusun tamamilə yox olmasını gözləməməliyik, o, insanlarla bərabər yaşayacaq”
Məktəblərin açılmasından sonra ölkədə COVİD-19-a yoluxanların sayında hələ ki ciddi artım qeydə alınmayıb, yoluxma 4 rəqəmliyə keçməyib. Bununla belə, rəsmi statistikaya əsasən, hər gün təxminən 100-150 yoluxma olur. Beləcə davam edəcəkmi? Görəsən, koronavirusun kökü niyə kəsilmir? Payız mövsümünün başlaması ilə əlaqədar təzədən vaksinasiyaya ehtiyac varmı?

Bu arada Rusiyada yoluxanların sayında artım var. Son sutka ərzində 30 085 nəfər koronavirusa yoluxub. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 049 027 nəfərə çatıb. Bundan əlavə, son sutka ərzində koronavirusdan 96 nəfər ölüb, 46 992 nəfər isə sağalıb.

Koronavirus pandemiyası dövründə ən az yoluxma hallarının baş verdiyi ölkələrdən biri olan Yaponiyada artıq 10-cu həftədir ki, dünya üzrə ən çox belə hal qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı (DST) məlumatında yayıb ki, son həftə ərzində Yaponiyada 535 mindən artıq yeni yoluxma halı qeydə alınıb. Bu, 361 min yoluxma sayı ilə ikinci yerdə olan ABŞ-dan demək olar ki, iki dəfə çoxdur. Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyada hazırda yeddinci yoluxma dalğası davam edir. Son sutka ərzində təqribən 50 min yeni yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Tokio Siyasi Araşdırmalar Fondunun məlumatına görə, Yaponiya əhalisinin koronavirusa qarşı kollektiv immuniteti təqribən 90 faiz təşkil edir. Buna baxmayaraq, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişlə bağlı tətbiq edilən məhdudiyyətləri oktyabrın 11-dən aradan qaldırmaq barədə qərar qəbul edib. Qərara əsasən, həmin gündən etibarən ölkəyə sutka ərzində gəliş sayına tətbiq edilən limit, qısamüddətli vizaların verilməsi məhdudiyyətləri və fərdi turizm barədə qadağa aradan qaldırılacaq.

Son bir həftənin statistik məlumatına əsasən, dünyada COVİD-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib ki, ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb - 94 237 260. Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb. Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.

Göründüyü kimi, pandemiyanın bitəcəyi barədə məlumatlar verilsə də, görünən odur ki, virus yoluxmaqda davam edir.
Ardını oxu...
Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, yoluxmalarda artım olsa da, olmasa da, bu, insanları narahat etməməlidir: “Çünki hazırda koronavirusun üstünlük təşkil edən variantları əhalidə ağır xəstəlik hallarına çox az hallarda səbəb olur. İnsanlar xəstəliyi daha yüngül formada keçirirlər. Xəstəlik sayında nə qədər artım olmuş olsaydı, bu, hər hansı məhdudiyyətlərə, tədbirə ehtiyac olmayacaq idi. Bu da yaxşı bir xəbərdir ki, yoluxmalarda ciddi bir artım yoxdur. Koronavirusun kökündən kəsilməsini gözləməməliyik. Bu virus bundan sonra da davam edəcək kimi görünür. Bunun əsas xüsusiyyəti nədir, insan çox rahatlıqla yoluxur, insan hüceyrələrində də çox rahatlıqla bölünüb çoxala bilir. Xüsusilə də hər keçirilən mutasiyadan sonra bu xüsusiyyətlərində güclü artım müşahidə edilir. Hər yeni variant insan orqanizmində daha çox kopyalanmaq, çoxalmaq xüsusiyyətinə malik olub. Bu da onu göstərir ki, bu virus nəinki insan orqanizmindən uzaqlaşır, insan orqanizminə daha da uyğunlaşır. Bu uyğunlaşmanın həm də bir cəhəti var ki, o, yoluxduğu insanı xəstələndirməməyə və daha az simptomatik olaraq özünü göstərməyə başlayır”.

Həkim əlavə edib ki, insanlar xəstəliyi yüngül keçirirlər, bu, virusun özünə də lazımdır, bununla da o davam edə bilir: “Bölünüb çoxalmağa, insandan insana ötürülməyə başlayır. Çünki yoluxduğu insanı öldürməsi təbii seleksiya nəticəsində ona mənfi təsir edir. Yəni digər insana virusun yoluxma ehtimalı azalmış olur. Əgər yoluxduğu insan xəstəliyi nə qədər az simptomatik keçirərsə, nə qədər yüngül keçirərsə, o, insanın bədənində daha uzun müddət qalır. Daha çox ehtimal olur ki, yeni-yeni insanlara bu virus ötürülsün. Bu cür olan halda da yoluxma saylarında artım baş verir. Amma xəstəliyin ağırlığı, şiddəti azalmış olur. Belə başa düşülür ki, bu virus insanlarla bərabər yaşamağa davam edəcək. Necə ki, uzun dövrlər boyu bizimlə yaşayan bir çox virus var. Misal üçün, qrip, influenza virusu bunlardan biridir. Bu virusu da hamı normal qəbul edir. Bir çox hallarda qripi evdə yüngül keçiririk. Koronavirus da bu cür xüsusiyyətlər qazanmağa başlayıb”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Kaliforniya alimləri piyləmənin xərçəngin əmələ gəlməsinə səbəb olmasıyla yanaşı, orqanizmin xərçəng şişləri ilə mübarizədə kömək olmasını aşkar ediblər.

Alimlərin araşdırma nəticələri “Nyu Medisin” jurnalında dərc olunmuşdur.

Piylənmə onkoloji xəstəliklərdə təhlükə faktoru kimi qəbul olunur. Şiş aktiv qidalanaraq daha da tez inkişaf edir. Şiş, zədələnmiş T-limfositlərə maneə olaraq, hüceyrələrə hücum etməsinin qarşısını alan PD-1 zülallarının ifraz olmasını təhrik edir. Lakin bu prosesi inhibitor siqnal yollarının blokerləri vasitəsi ilə dayandırmaq olar.

Alimlər artıq çəkili siçanlar və meymunlar üzərində belə bir immun terapiyasını tətbiq ediblər. Kaliforniya universitetinin dermatalogiya şöbəsinin tədqiqat qrupunun müəllifi Uilyam Mörfinin sözlərinə əsasən, hüceyrələrin disfunksiyası, enerji mübadiləsini tənzim edən leptin hormonunun təsir etməsiylə əlaqədərdir.

Təcrübə göstərmişdir ki, onun qanda çox miqdarda olması PD-1 zülalının ifrazıyla bağlıdır. Təcrübə siçanlarına siqnal yollarının blokerlərinin tətbiq olunması zamanı məlum olmuşdur ki, piylənmə sayəsində sağ qalma göstərici yuxarı qalxmışdır.

Kökəlmə vasitəsiylə 251 melanoma xəstəsinə tətbiq olunan terapiya, klinik durumun yaxşılaşmasına səbəb olmuşdur. Alimlər qeyd edirlər ki, tətqiqatın təzadlı nəticələri həkimlərə, xəstələrin bədən kütləsi indeksinə əsasən xususi növ terapiya təyin etmək imkanı verəcək.
 
Ardını oxu...
Yüksək qan təzyiqi bütün dünyada çox yayılmış sağlamlıq problemidir. Çox vaxt problemin yalnız yaşlı insanlara aid olduğu düşünülür, amma son illər gənclərdə də hipertoniya tez-tez rast gəlinir.

Teleqraf.com xəbər verir ki, alimlərin araşdırmaların nəticəsində məlum olub ki, qan təzyiqi dəyərlərini normalaşdıran 4 vərdiş var.

1- Hərəkət edin!

Oturaq həyat tərzi hipertoniya və digər ürək-damar risk faktorlarını artırır. Buna görə də aktiv həyat tərzi sürmək lazımdır.

Fiziki fəaliyyət növü yaşa və ümumi sağlamlığa uyğun olmalıdır. İstənilən halda həftədə ən azı üç dəfə 15-20 dəqiqəlik sürətli gəzinti ilə başlaya bilərsiniz.

Həmçinin liftə minmək yerinə pilləkənlərlə qalxıb-enmək, hər gün bir az gəzmək üçün maşını işdən bir az uzaqda saxlamaq, ev təmizləmək kimi hərəkət tələb edən işlərlə məşğul olmaq sizi xeyli sağlam edəcək.

2- Sağlam qidalanın!

Düzgün qidalanma hipertoniyanın həm qarşısını alır, həm də müalicə edir. Tərkibində çoxlu duz olan bütün qidaların istehlakını, kolbasa, pendirlər, hazır yeməklər və işlənmiş qidalar kimi emal edilmiş ətlər məhdudlaşdırılmalıdır.

Evdə hazırlanan yeməklərə əlavə edilən duzun azaldılması da vacibdir. Həmçinin heyvani yağları, spirti və şəkəri azaldın.

3 - İdeal çəkidə olun!

Artıq çəki qan təzyiqinin artmasına səbəb olur. Fərqi yaradan təkcə çəki deyil, həm də yağın paylanmasıdır. Ən təhlükəlisi qarın ətrafındakı piydir. Göbək ətrafında yağ yığılması təkcə ürək-damar xəstəlikləri üçün risk faktoru sayılır və yüksək xolesterin və hipertoniya kimi digər risk faktorlarına səbəb olur. Bel ölçüsünü azaltmaq və çəki itirmək qan təzyiqi dəyərlərini normala qaytarmaq üçün vacibdir.

4 -Alkoqol və siqaretdən imtina edin!

Həddindən artıq spirt bütün orqanizm üçün zərərlidir və yüksək təzyiqə səbəb olur. Siqaret də eynilə...Siqaret və spirtdən tamamilə imtina edilməlidir. Yüksək qan təzyiqi və ürək xəstəliyi üçün digər risk faktorları olanlar xüsusilə onlardan çəkinməlidirlər.
 
 
 
Ardını oxu...
Son günlər apteklərdə yod məhlulunun tapılmadığı və ya sayının az olduğu iddia olunur.

Bəs aptekdə vəziyyət necədir? Həqiqətənmi yod tapılmır?

Paytaxtda yerləşən apteklərin işçilərinin sözlərinə görə, hazırda yod məhlulu az sayda gətirilir.

Səhiyyə Nazirliyinin dərman vasitələrinin analitik ekspertiza mərkəzindən məsələ ilə bağlı bildirilib ki, yodun idxalında son zamanlar müəyyən problemlər olub:

“Yaxın vaxtlarda problem həll olunacaq”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycanın Rusiyadan idxal etdiyi toxumluq kartof məhsullarında çürüməyə səbəb olan orqanizm aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Ətraflı

Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub.

Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.
 
Ardını oxu...
Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi Vahid İnformasiya Sisteminin portalında satınalma sahəsində mövqe yerləşdirib və 4,85 milyon rubl məbləğində kalium yodidin tədarükünü istəyib.

Cebhe. info xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Qeyd edək ki, bu dərman həmçinin nüvə və ya radioloji xarakterli fövqəladə hallar zamanı insanları qorumaq üçün istifadə olunur.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrindəki mənbələr bildiriblər ki, Odessadakı tibb müəssisələrində Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulması fonunda radiasiyadan qorunmaq üçün həkimlərə kalium yodid verilib. Avqustun sonunda məlum olub ki, Avropa İttifaqı Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyətin pisləşməsi fonunda Ukraynaya öz ehtiyatlarında
 
Ardını oxu...
“Əla növ undan hazırlanan zavod çörəkləri şəkər, diabet, ürək qan-damar sistemi xəstəlikləri olan insanlar üçün zərərlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Ekspert qeyd edib ki, ikifazalı texnologiya ilə bişirilən çörəklər bir balaca keyfiyyətli sayılır:

“Birinci fazada çörək bir dəfə mayalanır, yoğrulur və ora müəyyən droj əlavə olunur. Haradasa, birinci fazada 2 saata yaxın mayalanmalıdır, sonra ikinci dəfə yoğrulandan sonra artıq kündələnməyə gedir. Kündələnməyə gedəndə formalaşmış xəmir əmələ gəlir. Bu xəmirin də özəlliyi də odur ki, mədədə şişkinlik yaratmır. Amma keyfiyyət baxımından təbii ki, lifli, rüşeym qismi və kəpək qismi ayrılmadan dəyirmandan unudulmuş undursa, yəni orada bütün mineral və vitaminlər tərkibində qaldığına görə faydalı çörək sayılır. Əla növ undan hazırlanan zavod çörəkləri isə xüsuilə şəkər, diabet xəstələrinə zərərlidir”.

Mütəxəssis bildirib ki, əslində zavod çörəkləri iki faza texnologiya ilə bişirilməlidir:

“Onun fermentasiya müddəti uzun çəkməlidir. Nə qədər fermantasiya müddəti uzun olarsa, o qədər mayadan az istifadə olunur. Mayadan da nə qədər az istifadə olunarsa, əlimizdə keyfiyyətli məhsul ola bilər. O cür çörəkləri tanımaq mümkündür. Çox şişən çörəklər var, məhz biz loru dildə toppuş çörək deyirik, göz oxşayan çörəklərdir. Elə çörəklər də var ki, yastı çörəklərdir və onların fermentasiya müddəti az olub. Təbii ki, çörək sexlərində laboratoriya şəraitində onların düşmə əmsalı, məsaməliyi yoxlanılmalıdır. Bütün çörək zavodlarında ilk öncə unun birinci növbədə laboratoriyadan keçməsi şərtdir. Hansı dərəcədə bişəcəyi təyin olunmalı. Bəzən bizdə bir gündə 50 min dənə çörək istehsal edirlər. Buna görə də, fermentasiya müddətini azaldırlar. 2-3 saat deyil, 1 saatdan sonra yorulmağa verirlər ki, artıq o da insanlarda fəsadlar əmələ gətirə bilər və çörəyin də keyfiyyətini aşağı salır”.
Ardını oxu...
Tez yuxuya getmək də xüsusi texnika ilə mümkündür.

Bu texnikanı adətən ciddi yuxu pozğunluğu olmayan sağlam insanlar həyata keçirə bilirlər.

Cebhe.info xəbər verir ki, bunu somnoloq Roman Buzunov deyib. Onlardan biri "əks yanıb-sönmə texnikası"dır.

Gözlərinizi bağlayın, ona qədər sayın, sonra bir saniyə gözlərinizi açın, yenidən bağlayın və yenidən ona qədər sayın. Bunu yuxuya gedənə qədər təkrarlamaq lazımdır:

“Maraqlıdır ki, gözləriniz bağlı yatarkən və eyni zamanda, 10 saniyəyə gözlərinizi açmalı olduğunuzu düşünəndə, məhz bu anda sizə yuxululuq gəlir ki, bu da sizi çox tez yatırdır. Sınayın, 5 dəqiqə ərzində tez yuxuya gedə bilərsiniz".
 

Ardını oxu...
"Azərbaycan bazarının 90-95 faizi xaricdən gələn dərmanlardan asılıdır. Hamı, o cümlədən deputatlar, məmurlar dərmanların qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olması barədə fikir bildirir. Amma səbəbləri başqadır".

TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında dərmanların qiymət və keyfiyyətindən danışarkən iqtisadçı Natiq Cəfərli deyib.

Ekspertin qənaətincə, Tarif Şurasının əvəzinə ölkədə güclü rəqabət mühiti yaradılmalıdır, qiymətləri rəqabət təyin etməlidir:

"Dərman preparatlarının qiymətini molekullar üzrə Tarif Şurası müəyyənləşdirir. Eyni molekulun istehsalçısı olan bir neçə ölkə var. Ən ucuz və keyfiyyətsiz molekuldan hazırlanmış dərmanların ölkəyə gətirilməsinə şərait yaranır. Səbəb isə Tarif Şurasının məsələyə müdaxiləsidir. Digər problem isə gömrük rüsumları ilə əlaqəlidir. Ölkədə dərman istehsalı yoxdursa, yüksək gömrük rüsumu, vergi dərəcələri tətbiq etmək yanlışdır. Bu gün ölkədə satılan dərmanların qiymətinin tərkibində ən azı 30 faizi vergilər və rüsumlardır. Nəticə etibarilə qiymətlər yüksək, keyfiyyət isə aşağıdır".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını bildirib. Parlamentari komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur. Payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti ilə bağlı dinləmə keçirilməsini təklif edib.
 
 
 
Ardını oxu...
Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər.

Alimlərin tapıntıları “JAMA Neurology” jurnalında dərc olunub.

“Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki dəyişiklikləri izləmək zərurətindən xəbər verir”, - tədqiqatda vurğulanıb.

ÜST statistikasına görə, sentyabrın əvvəlində yoluxma hallarının ümumi sayı 53 mini keçib. 18 nəfər xəstəlikdən dünyasını dəyişib.
 

Dünyapress TV

Xəbər lenti