Ardını oxu...
“Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduğu zamandan iki mənbədən sığorta ödəyicisiyəm. İki dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi xidmət almaq üçün müraciət etmişəm. Heç birində də xidmət göstərilməyib”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə jurnalist Xalid Kazımov bildirib. O, icbari tibbi sığorta çərçivəsində dövlət xəstəxanalarında göstərilən tibbi xidmətdən narazıdır.

“İyulun 25-də sol qulağımda ağrı hiss etdim. Bir gün sonra ağrı azalmadı və üstəlik eşitməm qismən zəiflədi. İki gün sonra müvəqqəti qeydiyyatda olduğum 15 saylı poliklinikaya müraciət etdim. Həkim qulağımı müayinə etdi və heç nə olmadığını bildirdi”,-jurnalist deyib. Bildirib ki, ağrı azalmadığından avqustun 4-də təkrar poliklinikaya müraciət edib. Daxili qulağın müayinəsinin aparılması üçün özəl xəstəxanalardan birinə göndəriş verilməsini xahiş edib. Poliklinikadan bildiriblər ki, yalnız Məlikov adına Binəqədi Tibb Mərkəzinə göndəriş verə bilərlər. Səhəri gün göndəriş əsasında həmin mərkəzə müraciət edib:

“Müayinə olundum, həkim ağrıya və eşitmə zəifliyinə səbəb olacaq hər hansı problem olmadığını bildirdi. Amma diaqnozun dəqiqləşdirilməsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verəcəyini bildirdi. Həkimdən qulağın daxili müayinəsi üçün özəl klinikaya göndəriş verilməsini xahiş etdim. Bildirdi ki, onların yalnız dövlət xəstəxanasına göndəriş vermək hüququ var”.

İki gündən sonra ona həkim məzuniyyətdə olduğu üçün göndərişdən imtina edilməsinə dair sənəd təqdim edilib. Şikayətçi TƏBİB-in 1542 “Qaynar xətt”inə dəfələrlə şikayət edəndən sonra yenidən Binəqədi Tibb Mərkəzinin baş həkiminə yönləndirilib və ona təkrar “göndərişdən imtina” verilib.

“Sonra təkrar “qaynar xətt”ə müraciət etdim, bu dəfə Respublika Klinik Xəstəxanasına yönləndirdilər. Orada İcbari Tibbi Sığortaya cavabdeh olan Aysel adlı xanımla görüşdüm. O da cəhd etdi, lakin qulağın daxili müayinəsi üçün mənə özəl klinikaya göndəriş verilməsi mümkün olmadı. Bildirildi ki, vətəndaşa o zaman özəl xəstəxanaya göndəriş verilir ki, bu xidmət dövlət xəstəxanasında olmasın”,-jurnalist qeyd edib.

Respublika üzrə qulağın audimetriyası isə yalnız Respublika Eşitmə Mərkəzində aparılır. Respublika Eşitmə Mərkəzinin hər iki həkimi məzuniyyətdə olduğu üçün və bu müayinə planlı müayinə olduğu üçün pasient həkimin məzuniyyətdən qayıtmasını gözləməlidir.

Xalid Kazımov əlavə edib ki, həkimlərin nə zaman məzuniyyətdən qayıdacağı və müayinəyə nə zaman gələ biləcəyi ilə bağlı rəsmi sənəd istəsə də, ala bilməyib:

“Respublika Klinik Xəstəxanasında qulağın daxili müayinəsi LOR həkimləri tərəfindən icra edilir. Mənə qeydiyyat şöbəsindən Yusifova Fidan Yusif qızının qəbuluna göndəriş verdilər. Həmin gün, yəni avqustun 8-də növbədə 46-cı adam idim. Günün sonunadək müayinə üçün növbəm çatmadığından mənə səhəri gün tezdən gəlməyi tapşırdılar”.

Ancaq bu dəfə də müayinə mümkün olmayıb. Həkim bildirib ki, bu gün o, növbətçi deyil, müayinə üçün qəbz digər həkimin adına dəyişdirilməlidir:

“Qeydiyyat şöbəsinə getdim, onlar isə bildirdi ki, mənim adım sistemdə Fidan həkimin müayinəsi üçün yazıldığından, bu, 21 gün dəyişilə bilməz və məni Fidan həkim müayinə etməlidir. Təkrar Fidan xanımın yanına qayıtdım və məni müayinə etməsini xahiş etdim. Həkim növbətçi olmadığından yalnız öz xəstələrini qəbul edəcəyini bildirib sağollaşdı”.

Kazımov özəl klinikalardan birinə 45 manat ödəməklə müayinə olunub, ona diaqnoz qoyulub. Şikayətçi deyir ki, icbari tibbi sığorta çərçivəsində xidmətlərin səviyyəsini öyrənmək üçün sonadək gedib. İnsanların həkimin qəbulunda sağalmaq ümidi ilə saatlarla növbə gözləməsinin şahidi olub. Xidmətin necə təşkil edildiyini müşahidə etmək ona 13 günə başa gəlib, hərçənd ki, müayinədən keçə bilməyib.

TƏBİB-in mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, onlar məsələni nəzarətə götürüblər:

“Məsələ ilə bağlı Agentlik, TƏBİB və Akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müvafiq struktur bölmələrinə məlumat verilib. Hazırda hər üç qurum tərəfindən məsələ araşdırılır və onun detalları hərtərəfli müəyyənləşdirilməkdədir. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat təqdim olunacaq”.
Ardını oxu...
ABŞ-ın biotexnoloji şirkəti “Moderna” “Pfizer” və “BioNTech”i koronavirus peyvəndi ilə bağlı patent pozuntusuna görə məhkəməyə verir.

“Report” xəbər verir ki, bu barədə “Ouest France” məlumat yayıb.

“Moderna” şirkəti hesab edir ki, “Pfizer” və “BioNTech”in hazırladığı “Comirnaty” peyvəndi şirkətin 2010-2016-cı illər arasında peyvənd istehsalı zamanı istifadə olunan texnologiyaya dair patentləri pozur.
 
Ardını oxu...
Şirin qazlı sular insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Metbuat.az xəbər verir ki, bunu rusiyalı həkim Aleksandr Myasnikov deyib. Onun sözlərinə görə, bu sular şəkərə, piylənməyə, hətta onkoloji xəstəliyə səbəb ola bilər.

"Bu, həqiqətən də osteoporozdan xərçəngə və ürək xəstəliyinə qədər böyük bir xəstəliyə aparan yoldur", - həkim bildirib.

Həkim bildirib ki, insan sağlamlığı üçün ən faydalısı olan adi sudur.
 
 

Ardını oxu...
Telefonun istehsal etdiyi əsas radiasiya mavi işıqdır, lakin ultrabənövşəyi radiasiyadan fərqli olaraq, yanmağa və qızartıya səbəb olmur, ancaq hiss olunmaz şəkildə zərər verir.

Bu barədə rusiyalı kosmetoloq, dietoloq, SPİK Moskva klinikasının baş həkimi Olqa Seredkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, notbuk, smartfon və ya televizor qarşısında altı saat qalmaq, dəriyə günorta günəşində qorunmadan yarım saat qalmaqla müqayisə oluna bilər.

“Mavi işığa məruz qalmaq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, qadcetlərin təsiri dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur. Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib”, – deyə kosmetoloq bildirib.

Onun sözlərinə görə, gözəlliyi və sağlamlığı qorumaq üçün gün ərzində telefonla əlaqə vaxtını məhdudlaşdırmaq, həmçinin mümkün olduqca danışarkən qulaqcıqdan istifadə etmək lazımdır.

“Telefon seçərkən SAR (Specific Absorption Rate) göstəricisini nəzərə almaq tövsiyə olunur – o, nə qədər aşağı olsa, sağlamlıq üçün bir o qədər yaxşıdır. Smartfonunuzun ekranında mavi işıq filtri quraşdırın və qayğınıza xüsusi məhsullar əlavə edin. “B3” və ya “C” vitaminləri kimi güclü antioksidantları olan qulluq məhsulları dərini qorumağa kömək edəcək. Bundan başqa, tonal məhsullar da dərini yaxşı qoruyur”, – deyə Seredkina sözlərini yekunlaşdırıb.
pressklub
 
 
 
Ardını oxu...
İki ildir Azərbaycanda qeydə alınan ölümlərin sayında kəskin artım qeydə alınır.

TEREF “Azadlıq” radiosunun rəsmi statistik məlumatlar əsasında hazırladığı materiala istinadla xəbər verir ki, 2019-cu ildə Azərbaycanda 56 minə yaxın ölüm halı baş verib. Öncəki üç ildə də bu göstərici təxminən 57 min nəfər idi. Ancaq 2020-ci ildə ölənlərin sayı cəmi bir il içində 20 min nəfərə yaxın artaraq 75 min 647 oldu. Ötən il bu göstərici bir qədər də artaraq 76 min 878-ə yüksəldi.

Bəs, Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən dünyasını dəyişir?

Ölümlərin yarıdan çoxu ürəklə bağlıdır

Ötən il Azərbaycanda qeydə alınan ölüm hallarının 54 faizi (41 min 708 nəfər) qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu xəstəliklər ənənəvi olaraq Azərbaycanda ən çox qeydə alınan ölüm səbəbidir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, elə dünya üzrə də ölümə səbəb olan əsas xəstəliklər məhz ürək-damar sistemi ilə bağlıdır. Özəlliklə ürəyin işemik xəstəliyi. Hər il dünyada 10 milyona yaxın şəxs həmin xəstəliyin qurbanı olur. Bu xəstəlikdən əziyyət çəkən şəxslərdə ürək əzələsinin qanla təchizatının çatışmazlığı və ya dayanması (işemiya) nəticəsində miokard üzvi və funksional olaraq zədələnir.

Ölüm doğuran ikinci xəstəlik onkoloji xəstəliklərdir (yenitörəmələr). Ötən il Azərbaycanda 8 min 509 nəfər bu xəstəliyin qurbanı olub. Bu o deməkdir ki, ölkədə vəfat edən hər doqquz nəfərdən birini məhz onkoloji xəstəliklər öldürür. Bu xəstəlikdən vəfat edənlərin sayı son üç ilə nəzərən nisbətən azalsa da, daha əvvəlki illərlə müqayisədə çox yüksəkdir. 2011-ci ildə Azərbaycanda əhalinin hər 100 min nəfərindən yenitörəmələr səbəbi ilə 66-sı vəfat edirdi. Ötən il həmin rəqəm 84 olub. Nəzərə almaq lazımdır ki, son illərdə hər il onkoloji xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 10 min nəfəri ötür.

Pandemiyanın təsirləri

Son iki ildə tüğyan edən koronavirus pandemiyası da ölüm səbəbləri arasındakı bölgünü dəyişib. Belə ki, 2006-2019-cu illərdə Azərbaycanda infeksion xəstəliklər ucbatından hər il ortalama 750 ölüm qeydə alınıb. Bu illərdə heç vaxt ölkədə infeksion xəstəliklərdən ölənlərin sayı dördrəqəmli olmayıb. 2020-ci ildə isə belə xəstəliklərdən vəfat edənlərin sayı 5 min 875-ə yüksəlib. Ötən il bu rəqəm bir qədər də yüksələrək 6 min 677 olub. Başqa deyimlə, 2021-ci ildə Azərbaycanda qeydə alınan ölümlərin 8.7 faizi infeksion və parazit xəstəliklərlə bağlı olub. Bu göstərici ilə infeksion xəstəliklər ötən il Azərbaycanda ən çox ölümə aparan üç xəstəlikdən biri olub.

Pandemiya dövründə tənəffüs sistemi xəstəlikləri ilə vəfat edənlərin də sayında kəskin artım yaşanıb. Belə ki, 2019-cu ilədək ölkədə tənəffüs xəstəliklərindən 1 min 800 civarında insan ölüb. 2020-ci ildə həmin göstərici 3 mini, 2021-ci ildə isə 4 mini aşıb.

Sinir sistemi xəstəliklərindən ölənlərin sayı dörd dəfə artıb

Ötən il üzrə ölüm səbəblərinin sayı ilə bağlı rəqəmlər arasında ən diqqətçəkəni sinir sistemi xəstəlikləridir. Belə ki, 2021-ci ildə sinir sisteminin xəstəliklərinə görə vəfat edənlərin sayı öncəki illərlə müqayisədə dörd dəfəyə yaxın artıb. Ötən il Azərbaycanda 2 min 504 nəfər məhz sinir sistemi xəstəliklərindən dünyasını dəyişib. 2020-ci ildə eyni səbəbdən ölənlərin sayı 740 nəfər, 2019-cu ildə isə 848 nəfər olmuşdu. Ümumiyyətlə, indiyədək Azərbaycanda bir ildə sinir sistemi xəstəliklərindən vəfat edənlərin sayı maksimum 1 min 338 nəfər olub və heç bir zaman 2021-ci ildəki qədər yüksək rəqəm qeydə alınmayıb.

“Klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar” başlığı ilə təsnifləşdirilən ölümlərin də sayı sırf 2021-ci ildə kəskin artıb. 2020 və əvvəlki illərdə hər il ortalama 1 min 600 nəfərin ölümü bu kateqoriyaya daxil edilirdi. 2021-ci ildə isə eyni səbəblərdən vəfat edənlərin sayı birdən-birə 4 min 124-ə yüksəlib.

Azalan ölüm səbəbi

Ötən il bəzi xəstəliklərə görə ölənlərin sayında nisbi azalma olub. Məsələn, “perinatal dövrdə meydana çıxan bəzi hallardan” 349 nəfər vəfat edib. Öncəki illərdə bu göstərici mindən çox idi. Görünür, ölkədə doğum göstəricisinin kəskin azalması doğum prosesi ilə bağlı ölüm hallarını da azaldıb.
 

Tia.az Türk mətbuatına istinadən bildirir ki, Manisada yığdığı otlarla insanları sağaldan Lütf Acet, xərçəngi müalicə edən bir bitkinin olduğunu qeyd edərək bildirmişdir ki, bu bitki xərçəngi 21 gündə məğlub edir. Özü də ölüm nöqtəsində xərçəngi məğlub edən Acet, 30 ildir bu bitki sayəsində insanlara şəfa verir.

Xərçəng otu adlı otun, 21 gündəlik istifadənin sonra, xərçəngin orqanizmdən atılacağını ifadə edən Acet,” İl ərzində bahar ayları və Avqust ayları arasında xərçəng otunun toplanması lazımdır. Avqustdan sonra toplamaq olmaz. Müəyyən yüksəkliyə malik dağlıq bölgələrdə yetişir. 1987-ci ildən bu yana, yəni 30 ildir ki, mən bu otu xərçəng xəstələrinin sağalmasını təmin edirəm. Bunu da yalnız Allah rizası üçün edirəm. Xəstələrdən hər hansı bir ödəniş qəbul etmirəm.” dedi.

 

 

 
Ardını oxu...
Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Bu qorxunc görüntü necə sevimli oyuncaq ola bilər?
Oyuncaqlara münasibət hər zaman fərqli olub. Bəzi valideynlər uşaqları sırf məşğul edən vasitə kimi onlara üz tutublar. Lakin aldıqları oyuncaqların uşaqlarına necə təsir bağışlayacağını düşünmürlər.

“Hagi-Vagi” deyilən oyuncaq son zamanlar dəb halını alıb. Özündə şiddəti təsvir edən bu oyuncaqlar uşaqlar tərəfindən arzuolunandır. Valideynlərin bir qismi uşaqlarının bu istəyini nəzərə alaraq, onlarını arzusunu yerinə yetirirlər.

Bəs görəsən, mənşəyi, mənbəyi bəlli olmayan oyuncaqların uşaqlara hansı təsiri var?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən pediatr Qoşqar İsmayılovun sözlərinə görə, bu tip oyuncaqlar uşaqlarda həmyaşıdlarına qarşı aqressiya yaradır:

“Həqiqətən də son dövrlərdə mağazalarda zərərli, lakin xoş görünən oyuncaqlar satılır. Təbii ki, birmənalı olaraq valideynlərin elə oyuncaqlar alması məsləhət deyil. Uşaqlar çox vaxt oyuncaqları televiziya reklamlarında da görüb tələb edirlər.

Belə oyuncaqların alınması gələcəkdə uşaqların daha da aqressiv olmasına, valideynlərə qulaq asmamasına gətirib çıxarır. Bir növ uşaqlar şiddətə meyilli böyüyürlər. Məsləhət edərdim ki, valideynlər bu tip oyuncaqlar almasınlar”.

Q.İsmayılov qeyd edib ki, tüklü oyuncaqlar uşaqlarda tənəffüs yolu xəstəlikləri yarada bilər:

“Oyuncaqları seçərkən, keyfiyyətinə önəm vermək lazımdır. Çünki adi toxunuşdan belə uşaqlara ziyanlı tərəfləri ola bilər. Oyuncaqlar uşaqlarda müxtəlif növ xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

Nevroloq Röyanə Quluzadə isə əlavə edib ki, “Hagi-vagi” oyuncağı uşaqların şüur altında qorxu hissini formalaşdırır:

“Ümumiyyətlə uşaqların sinir sistemi çox həssasdır. Hətta bizim ciddi hesab etmədiyimiz bir çox şeylər uşaqlara ciddi təsir göstərə bilər. Təsadüfi deyil ki, uşağı hər zaman nə iləsə qorxuduruq. Həmin qorxu uşaqların şüur altında daim qalır. Sonradan həmin qorxular fobiya ilə əvəz olunur. Bu oyuncaq da qorxunc personajdır. Oyuncaq olsa da, şüur altında uşaqlarda həyəcan, qorxu formalaşdırır”.

R.Quluzadə qorxunc oyuncaqların fəsadlarından danışıb:

“Bu cür oyuncaqlarla oynayan və ya bunun təsirinə məruz qalan uşaqlarda çox vaxt kəkələmə, tiklər formalaşır. Gecə yerini islatmalar olur.

Bütün dünyada hazırda belə bir tendensiya var ki, oyuncaqlar çox ciddi yoxlanılır, uşağın psixologiyasına təsiri nəzərə alınır. Başqa ölkələrdən yoxlanmamış, hansı təsirini bağışlayacağı öyrənilməmiş oyuncaqlar satışa buraxılır. Fəsadları da sonradan ortaya çıxır”.
 
 
 
Ardını oxu...
Niyə marketlərin rəflərindəki bir çox energetik içkilər artıq belə hesab edilmir?

Onların insan sağlamlığı üçün təhlükələri haqqında nə qədər danışsalar da, yazsalar da, enerji içkiləri əhali arasında məşhurdur. Xatırladaq ki, bunlara tonik maddələr, əksər hallarda kofein və digər stimulyantlar olan qazlı içkilər daxildir.

Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) belə məhsulların monitorinqinin nəticələrini açıqlayıb. Qurumun məlumatına görə, ölkədə istehsal olunan və ya xaricdən gətirilən enerji və digər içkilərdən nümunələr götürülərək laboratoriya müayinələri aparılıb.

Tədqiqatın nəticələrinə əsasən, müəyyən edilib ki, “A+Co” ASC-nin istehsal etdiyi “Pitbull”, MPBK “Oçakovo” ASC-nin istehsal etdiyi “Mohito Fresh”, “Megapak” MMC-nin istehsal etdiyi “Fresco” (çiyələk mohito), “Boom Group Ltd”-nin istehsal etdiyi “Boom” (albalı); “United Botling Group”un istehsal etdiyi “Jaquar”, “Berg Food Gmbh”-nin istehsal etdiyi “Jara” (moxito), “Berg” (qlükoza), “Jara”, “Avrora” MMC-nin istehsal etdiyi “Bizon” və “Aztrade” MMC tərəfindən idxal edilən, “Hell Energy Ltd” tərəfindən istehsal edilən “Hell” içkiləri enerji içkiləri deyil. İstisna “Hell classik night”, "A + Co" ASC-nin yeni nəsil istehsalı “Full Original” və “Moskva Brewing Company” tərəfindən isthesal edilən “Gorilla” içkiləridir.

Agentlikdən verilən məlumata görə, onların hamısı alkoqolsuz sərinləşdirici içkilərdir və bu məhsulların qablaşdırılmasında istehlakçıların hüquqlarını pozan və onları çaşdıran, onların enerji içkisi olduğunu göstərən yazılar olmamalıdır. Qanunvericilik çərçivəsində bu məhsulları idxal edən müəssisələrə və ya istehsalçılara qarşı tədbirlər görülür.

Məlumat, əlbəttə ki, maraqlıdır və bir çox insan bu içkiləri enerji içkisi olduğuna əmin olaraq alır.

“İşdə tez-tez enerji içkiləri alıram, onlar mənə yaxşı formada olmağıma kömək edir. Bəziləri son vaxtlar xeyli bahalaşıb, ona görə də bir bankası 1-1,2 manat qiymətinə olanları seçirəm. Onların arasında siyahıda olanlar da var. Niyə onları artıq energetik hesab etmirlər, başa düşə bilmirəm. Yeri gəlmişkən, 14 yaşlı oğluma bu yaxınlarda mağazada belə bir içki satılmadı və bu da nədənsə xəbər verir”, - deyə AYNA-ya danışan bir paytaxt sakini söyləyir.

Bazarlarda aparılan kiçik monitorinq göstərdi ki, onların bir çoxunun qablaşdırmasında artıq “enerji içkisi” yazısı yoxdur. Əvəzində "alkoqolsuz, kofeinli qazlı içki" yazılıb.

Xatırladaq ki, AQTA-nın qəbul etdiyi qaydalara əsasən, bir içki tərkibində kofein, taurin, qlükuronolakton, inositol, amin turşuları, B vitaminləri, quarana, matcha kökü, yerba mate, jenşen, dəniz yosunu, schisandra, eleutherococcus, ginkgo biloba kimi bir sıra inqrediyentlərdən ən azı ikisini ehtiva edən və tərkibində kofein varlığında 100 mililitrdə ən azı 15 milliqram olduqda enerji içkisi hesab olunur.

Müəyyən edilmiş normaya görə, içkinin 100 millilitrində yuxarıda qeyd olunanlardan əsas inqrediyentlərin tərkibi kofein - 32 milliqramdan, taurin – 200 milliqramdan, inozitol – 20 milliqramdan, qlükuronolakton – 200 milliqramdan, kreatin – 1 milliqramdan, B2 vitamini - 0,34 milliqram, B3 vitamini - 1,4 milliqram, B5 vitamini - bir milliqram, B6 vitamini - 0,04 milliqram və B12 vitamini - 0,0004 milliqramdan çox olmamalıdır.

Maraqlıdır ki, bir çox içkilərdə kofeinin miqdarı 14,5-14,8 mq/100 qramdır, yəni enerji içkiləri üçün müəyyən edilmiş minimumdan bir qədər azdır. Ümumiyyətlə, istehsalçılar kompozisiyaları bir qədər yenidən nəzərdən keçirdilər.

Bu, enerji içkiləri kateqoriyasına düşməmək üçün açıq şəkildə edilir. Niyə? 2020-ci ilin mart ayından enerji içkilərinin aksiz dərəcələri litri üçün 3,1 manat təşkil edir. Və məntiqlidir ki, bu kateqoriyaya aid olmayan içkilər, bu kateqoriyaya aid olanlardan daha ucuzdur. Və bu, daha çox satış deməkdir. Bəli, artıq onların üzərində “enerji içkisi” yazısı yoxdur, lakin bütövlükdə qablaşdırma eyni qalıb və vətəndaşlar onları belə hesab etməkdən əl çəkmirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovun AYNA-ya təsdiq etdiyinə görə, içkinin enerji içkisi hesab edilməsinin öz standartları var: “Hökumətimiz energeteik içkilərin dəyərinin artırılması sahəsində yaxşı iş görüb və bunda AİB-in də xidməti var. Biz vətəndaşların onlardan mümkün qədər az istifadə etməsinin tərəfdarıyıq”.

“Amma Qida Təhlükəsizliyi Agentliyinin son monitorinqi ilə bağlı məlumatlar aydın deyil, istehlakçı üçün anlaşılmazdır. Agentliyin İctimai Şurasının üzvü kimi mediada verilən məlumatların daha dolğun olması ilə bağlı məsələ qaldıracağam. Bu içkilərin tərkibində zərərli ola biləcək daha az inqrediyentin olub-olmadığı, yoxsa heç bir halda olmadığı aydın deyil. Onlardan nə qədər az olsa, bir o qədər yaxşıdır. Və ümumiyyətlə, təmiz su içmək daha faydalıdır”, - deyə həmsöhbətimiz vurğulayır.

Amma ekspertin qeyd etdiyi kimi, bir çox şirin içkilər sağlamlıq üçün enerji içkilərindən az təhlükəli deyil, lakin nədənsə bu məsələ müzakirə olunmur: “Ümumiyyətlə, bazarda dövlət qurumlarının diqqət etmədiyi zərərli məhsullar çoxdur. Mən enerji içkilərinin tərəfdarı deyiləm, amma bu, yeganə zərərli məhsul deyil. Digər ölkələrin istehlakçı təşkilatlarından belə məlumatlar var ki, həm enerji istehsalçıları, həm də “Coca-Cola” olan yerdə ikincilər tez-tez rəqib kimi onların biznesinə müdaxilə edir”.

“Əvvəllər onlar içki satışı bazarının təqribən 90%-ni təşkil edirdi, intensiv istehsala başlandıqdan və Azərbaycana energetik içkilərin idxalından sonra bu pay 60%-ə düşüb. Ola bilər ki, şəkərli içkilərin böyük istehsalçısı mütləq liderliyi bərpa etməkdə maraqlıdır. Bəzən müvafiq dövlət strukturları böyük biznes strukturlarının təsiri altına düşür, mən istəmirəm ki, Azərbaycanda belə olsun. Ümumiyyətlə, AİB bu məsələni araşdıracaq və məlumat verəcək”, - deyə Hüseynov fikrini tamamlayır.

Müəllif: Elya Belskaya
 
 

Ardını oxu...
Alimlər arıların hər zaman olduğundan daha çox stresli olduqlarını aşkar ediblər. Bu vəziyyətin səbəbi iqlim dəyişikliyidir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, yer üzündə həyatın davamlılığı baxımından ən mühüm rollardan biri arılara aiddir. Arılar sayəsində çiçəklər və ağaclar varlığını davam etdirir.

Son zamanlar isə, arılar artan stres altındadır. Arıların yaşadığı stress probleminin səbəbi qlobal istiləşmə və bunun nəticəsində baş verən iqlim dəyişikliyidir.

Tədqiqatçılar 1900-cü illərdən bəri arılarda baş verən dəyişiklikləri müqayisə edərək problemin nə qədər ciddi olduğunu ortaya çıxarıblar.

London İmperial Kolleci və Təbiət Tarixi Muzeyi arılar üzərində apardıqları iki fərqli araşdırmanın nəticələrini dərc ediblər.

Bu araşdırmalardan birincisi 1900-cü ildən bəri arıların bədən quruluşu ilə bağlı toplanmış məlumatların araşdırılmasına yönəlib.

Rəqəmsal görüntüləmə üsullarından istifadə edilən araşdırmada arıların qanadlarının simmetriyasının stress səbəbiylə pozulduğu ortaya çıxıb.

Böyük Britaniyada arı növləri üzərində aparılan bir araşdırmada arılar üzərindəki stressin 1925-ci ildən bəri davamlı olaraq artdığı müəyyən edilib. Bu vəziyyət bütün müxtəlif arı sortlarında az-çox eyni şəkildə müşahidə edilib.

“Journal of Animal Ecology”-də dərc olunan məqalədə arıların qanadlarındakı asimmetriyanın orta temperaturun daha yüksək olduğu və yağıntıların daha sıx olduğu illərdə ən yüksək səviyyəyə çatdığı bildirilib.

Başqa bir araşdırmada isə 130 il əvvəl muzeylərdə saxlanılan arı qalıqlarının DNT araşdırması həyata keçirilib. Alimlər arıların ayaqlarından birindən DNT nümunəsi götürərək tədqiqatlar üçün əsas geni müəyyən edə biliblər. Bu gen üzərində aparılan araşdırmalar arıların genetik müxtəlifliyinin azaldığını ortaya çıxarıb.

Hazırda elm adamları arıların iqlim dəyişikliyinə necə uyğunlaşdıqlarını təfərrüatlı təhlil etməyə çalışırlar.

Bir daha xatırlatmaq lazımdır ki, arıların nəsli kəsildikdən sonra insan çox yaşamayacaq.
 

Dünyapress TV

Xəbər lenti