Ardını oxu...
İntim əlaqə zamanı kimlər qəfildən ölə bilər?
İntim əlaqə zamanı qəfildən ölüm halları mütəmadi baş verir.
Alimlər daha çox kişilərin seks zamanı və ya sonra 1 saat ərzində öldüyünü bildirir.

Hurriyyet.Az xəbər verir ki, bunun səbəbini qan təzyiqi, ürək-damar sistemi ilə əlaqələndirirlər.

Ümumi statistikaya görə, 0,6% hallarda seks zamanı qəfil ölüm baş verir.

Kişilərin seksdən sonra ölüm riskini yaradan bir neçə səbəb var: yaş, ürək-damar problemçləri, seksual aktivlik zamanı fiziki gərginlik, dərmanların qəbulu, Viaqradan sonra, narkotik, içki.

İntim əlaqə zamanı qəfil ölüm adətən 58-60 yaşdan yuxarı kişilərdə olur. Bu zaman ölüm səbəbi ürək tutması qeyd edilir.

Amma London universitetinin alimləri yaşla bağlı statistikanı yeniləyib. Belə ki, son araşdırmada məlum olub ki, seks zamanı ölənlərin orta yaşı 38-45 olub. Artıq qadınlarda da belə hallar baş verir. 18 qadın seks zamanı vəfat edib.

Qadınlarda səbəb ürək tutması yox, ürək ritminin artması və aritmiya olub. Eləcə də aortanın yırtılması halları da qeydə alınıb.

Ona görə aktiv intim həyat istəyən insanlar ildə 2 dəfə ürəklərini yoxlatmalıdır. \\Medicina.az
 
 
 
Ardını oxu...
Həkimlər Çexiyada uşaqda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halını ilkini müəyyən ediblər.

Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çexiya televiziyası xəbər verib.

Praqadakı uşaq bağçalarından birinə gedən dörd yaşlı uşaq meymunçiçəyi ilə xəstələnib. Çox güman ki, o, valideynlərinin yay tətilini onunla keçirdiyi İspaniyada yoluxub.

Çexiyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının ümumi sayı 66 nəfər olub.
 
Ardını oxu...
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya bir neçə ildən sonra daha ciddi pandemiya ilə üzləşə bilər.

Bunu təşkilat rəhbəri jurnalistlərə açıqlamasında bəyan edib.

“Bir neçə ildən sonra biz daha ciddi pandemiya ilə üzləşə bilərik. Ölkələr dünya və beynəlxalq ictimaiyyətin artan bərabərsizlik və təhlükələrlə üz-üzə qaldığını anlamalıdır. Bu, gərginlik, iğtişaşlar və böhranlara səbəb ola bilər”, - deyə Quterriş qeyd edib.

 
Ardını oxu...
Koronavirus pandemiyasının sonu yaxınlaşır
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.

Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.
 
Ardını oxu...
Qambiyada parasetamol siropunun satışı qadağan edilib.

Bakupost.az xarici mediaya istinadən bildirir ki, buna son aylar uşaq ölümlərinin sayının artması səbəb olub.
Belə ki, aparılan araşdırmalar nəticəsində uşaq ölümlərinə parasetemol siropunun səbəb ola biləcəyi anlaşılıb.
Qambiyanın Səhiyyə Xidmətlərinin direktoru Mustapha Bittaye məsələ ilə bağlı yazılı açıqlama verib:
"Səhiyyə Nazirliyi ölkədə uşaq ölümlərinin səbəblərini araşdırmaqda davam edir. Böyrək çatışmazlığı səbəbilə baş verən ölümlərlə bağlı davam edən təhqiqat çərçivəsində belə qənaətə gəlinib ki, mümkün səbəblər koli bakteriyası və parasetamol siropunun zəhərli olmasıdır”.
O, dərmanın alternativlərindən istifadə etməyi məsləhət görüb.
Qeyd edək ki, son aylarda Qambiyada ən azı 28 uşaq yerli istehsal olan parasetamol siropundan istifadə etdikdən 3-5 gün sonra ölüb.
 
Ardını oxu...
Uşaqlar hansı yaşda hazırlığa getməlidir?

Repititor yanına getmək günümüzün dəbinə çevrilib. Artıq 5 yaşlı uşaqlar üçün də repetitor tutmaq ənənəyə çevrilir. Praktiki olaraq ölkədəki hər üç azyaşlıdan biri repetitorla məşğul olur. Halbuki onların bu yaşda yüklənməsini həm pediatrlar, həm də psixoloqlar qadağan edir.

Əslində 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Məsələ burasındadır ki, valideynlər bu qruplarla kifayətlənməyərək, əlavə olaraq övladlarını hazırlıqlara yönəldirlər.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə valideynlərin 5 yaşında övladlarını hazırlığa göndərmələrinin səbəbi orta məktəbdə təhsilin keyfiyyətsizliyi və repititorluğun dəb halını almasıdır:

“Normal təhsil verilsə də, repititorluq dəb kimi formalaşıb. Amma bir reallıq da var ki, müəllimlərin özləri də repititor yanına gedən uşaqları görüb dərs keçməkdə maraqlı olmur.

Təssüf ki, günün reallığı budur və 4 yaşında belə hazırlığa gedənlər var. Düzdür, bu yaşda uşaqların hazırlıqlara getməsi elmin inkişafına və müəyyən fikirlərin formalaşmasına təsir etsə də, onların daha tez yorulmaları ilə nəticələnir.

Yuxarı təhsil pilləsində isə onların təhsilə maraqları əvvəlki kimi olmur. Çünki zehni yorğunluqla nəticələnirlər. Bu da yolverilməzdir. Uşaqlar öz yaş dövrünü yaşamalıdır”.

Ekspertin fikrincə, yaxşı olar ki, valideynlər öz övladlarını sonrakı mərhələdə repitiror yanına göndərsinlər:

“Hansısa fənndən zəifliyi olan uşağın məhz o üzrə repitittor yanına getməyi məsləhətlidir. Uşağı nədə zəif olub-olmadığını bilmədən, bütün fənnlər üzrə hazırlıqlara göndəririksə, onun üçün qarşıdakı dövr üçün böyük problem yaradırıq.

Bu gün ümümtəhsil müəssisələrində icbari təhsil pulsuzdur. Valideynlər ən əsası övladlarının oxuduğu məktəbdə keyfiyyətli təhsil almalarına çalışmalıdırlar”.

Pediatr Vaqif Qarayev uşaqların 6 yaşında məktəbə getmələrinə belə razı deyil:

“Amma indi qanun belədir. Gərək 6 yaşında uşaq məktbdə olsun. 5 yaşında uşaq niyə repititor yanına getməlidir? Məktəbəhazırlıq uşaq bağçalarında keçilir. Bu uşaqların sosiallaşması baxımından da əhəmiyyətlidir. Çünki kollektivdədir. 1 ildən sonra başqa kollektivə düşəcək.

Ona görə uşaq kollektivin nə olduğunu bilməlidir. Həm də bağçalarda uşaqlara təhsillə bağlı güclü təzyiq olmur. Nəyi öyrənə bilirlərsə, öyrənirlər. Valideynlər var ki, məktəblə yanaşı 6 yaşlı uşaqları müəyyən kurs və dərnəklərə aparırlar. Sanki 6 yaşında uşaqdan Eynşteyn hazırlıyırlar.

Bu yaşda uşağın məktəbdənkənar nələrləsə məşğul olmanın əleyhinəyəmsə, 5 yaşlı uşaqdan heç danışmaq belə istəmirəm”.

Həkim hesab edir ki, ümumiyyətlə repititor məsələsinə son qoyulmalıdır:

“Uşaqlar təhsili və biliyi dərsdən sonra öyrənirsə, buna valideynlər bütün gününü, əsəbini sərf edirsə, o zaman məktəb nə üçündür? Bu suala cavab tapa bilmirəm. Uşaq məktəbə niyə gedir ki? Nə əhəmiyyəti var , təhsil müəssisəsinin? Otursun evində...”, - deyə pediatr qəzəblənib.

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, sözügedən yaşda uşaqların akademik dəyərlərinin yüksəldilməsi üçün istənilən bilgi oyunlar tipində öyrədilməlidir:

“Bu öyrədilmə müddətinin 7 yaşına qədər olması məqsədəuyğundur. 5 yaşında uşağı parta arxasına oturdub, qabağına kitab-dəftər qoyaraq öyrədilməsinə qarşıyam. Çünki bu, uşağın inkişaf prosesində travmalar yaradır.

Onların zehni, qavrama, təxəyyül və düşüncə tərzlərinə zərərlidir. 7 yaşına qədər uşaqlar gördüm-götürdüm sistemi ilə inkişaf edir. Məlumatın hafizəyə və şuuraltına yeridilməsinə daha yaxşı təsir göstərir. Hərf və rəqəmlərin, eləcə də parta arxasında oturmağın qaydalarının 5-6 yaşında öyrədilməsi düzgün deyil.

Bu yaşda uşaqlar parta arxasında otura bilmir və dərsin gedişatına, müəllimlərin iş prinsipinə maneçilik törədir. Onlarda müəyyən qıcıqlar yarana bilir. Bu isə ümumi prinsip və maraqlara təsir göstərir”.

Psixoloq qeyd edib ki, 5 yaşında uşaqlara parta arxasında nəzəri bilikləri öyrədilməsi və üstəlik repititor yanına getmələri onlarda tükənmişlik sindromuna gətirib çıxarır:

“Uşağın o yaşda oyuncaqlarından ayrılıb ciddi rejimə və sistemə keçməsi doğru deyil. Çünki o yaşda uşaqların 6 yaşındakılarla akademik dəyərləri və yaş normaları eyni deyilsə, digər məqamlar da bənzər olmamalıdır”. (Bizim.Media)
 
 
 

Ardını oxu...

Amerika alimləri belə qənaətə gəliblər ki, qanında trans yağlar və süni dadlandırıcı yağlar olan şəxslər alzheymer və kəmağıllığa meylli olurlar.

 

Alimlər 10 il müddətində Yaponiyadan olan və yaşı 60-dan yuxarı olan 1628 nəfər üzərində araşdırma aparıb.

 

Alimlər təcrübədə təzyiq, şəkər və alzheymer xəstəliyinə səbəb olan faktorları araşdırmaq istəyiblər. Nəticədə isə müəyyən olunub ki, qanında 52-74 faiz transyağ olan şəxslər demensiyaya daha meyllidirlər.

 

Xatırladaq ki, transyağlar ucuz məhsullarda, fast-food qidalarda və qızarmış yeməklərdə olur. Bundan başqa, bu yağlar qaymaqda, dondurulmuş pizzada və marqarində də var.

 

Daha əvvəl mütəxəssislər altsheymer xəstəliyinin ilkin əlamətlərini açıqlamışdılar. Onların fikrincə, xəstəlik ilkin mərhələdə özünü lazımlı sözlərin seçilməsi, görmə qabiliyyətinin itirilməsi və qərar verməkdə çətinlik çəkməklə büruzə verir.

Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının yenicə açıqladığı hesabatda dünyada gözlənilən ömür uzunluğu, təhsil və iqtisadi rifah sahələrində onillərlə davam edən irəliləyişlərin pandemiya nəticəsində gerilədiyi bildirilir. Azərbaycan 195 ölkə arasında 91-ci sırada qərarlaşıb. Qonşu Ermənistan, Gürcüstan və Türkiyədə vəziyyət daha yaxşıdır; Ermənistan bu siyahıda 85, Gürcüstan 63, Türkiyə isə 48-ci yerdədir. BMT-nin qlobal inkişafı ölçən İnsan İnkişafı İndeksi üzrə göstəricilər son iki ildə hər 10 ölkədən 9-da azalıb. Burada Covid-19-la yanaşı, Ukraynadakı müharibə və qlobal iqlim dəyişikliyinin zərərli təsirlərinin də rol oynadığı bildirilir.

İsveçrə dünyada gözlənilən 84 illik ömür uzunluğu, 16,5 illik təhsil və 66 min frank orta gəlirlə İnsan İnkişafı İndeksinə başçılıq edir.Siyahının sonunda 55 il ömür, 5,5 il təhsil və orta illik gəliri 768 dollar olan Cənubi Sudan gəlir.

BMT bildirir ki, hesabatda 2021-ci ilin göstəriciləri əhatə olunub.

Azərbaycanda İnsan İnkişaf İndeksi üzrə vəziyyət
Hesabata görə, Azərbaycanın İnsan İnkişaf İndeksi ötən il bir qədər artaraq 0,745 olub. 2020-ci ildə bu rəqəm daha az olub: 0,741.
Azərbaycan Gender Bərabərsizliyi İndeksi üzrə 177 ölkə arasında 70-ci yerdədir. Ölkə parlamentində təmsil olunan qadınlar isə bütün sayın 18,2 faizini təşkil edir.

Ölkədə gözlənilən ömür uzunluğu ümumilikdə - 69.4, qadınlar üzrə 73,3, kişilər üzrə isə 65,6 yaşdır.

Ölkədə doğuş zamanı ana ölümlərinin sayı hər yüz minə 26 nəfərdir.

Hesabatda, həmçinin bildirilir ki, Azərbaycanda ən azı orta təhsili olan 25 və daha yuxarı yaşda qadın və kişilər əhalinin 93,6 və 97,6 faizini təşkil edir.

Ölkədə gözlənən təhsil ili - 13,5, orta təhsil müddəti isə - 10,5 ildir.

Hesabatda, o cümlədən Azərbaycanda adambaşına orta illik gəlirin 14,257 manat olduğu bildirilib.

2021-ci ildə ölkədə qadınlar və kişilərin gəlirləri arasında 8,9 faizlik fərq olub. Ötən il ərzində qadınlar orta hesabla 10,536 manat gəlir əldə edərkən, kişilər 18 min manatdan daha çox qazanıb.
Dünyada insan ömründəki 30 illik artımda geriləmə

İndeksə daxil olan 191 ölkənin əksəriyyətində, xüsusən də gözlənilən ömür uzunluğunda geriləmələr baş verərək 2016-cı ildə müşahidə olunan səviyyəyə qayıdıb, bu isə 30 ildir artan ömür uzunluğunun ilk dəfə geriləməsi deməkdir.

ABŞ-da gözlənilən ömür uzunluğu 2019-cu ildən bəri iki il azalıb, bəzi ölkələrdə isə bu rəqəm daha böyükdür. BMT 1990-cı ildə inkişafın ümumi daxili məhsula (ÜDM) qədər azalması tendensiyası ilə mübarizə aparmaq üçün İnsan İnkişafı İndeksini işləyib hazırlayıb.

O vaxtdan bəri müxtəlif böhranlar səbəbindən bir çox ölkələrin indeksləri zaman-zaman azalsa da, ötən ilə qədər qlobal tənəzzül müşahidə edilməmişdi.Keçən ilki enişdən sonra bu il də indeksin aşağı düşməsi inkişaf tendensiyasının bərpasının çətin ola biləcəyini göstərir.

Zəngin ölkələrin üçdə ikisində bu il eniş trendi başa çatsa da, əksər ölkələrdə azalma davam edib.Bu il açıqlanan indeksin məlumatları ötən ilə aiddir.

Hesabatın müəlliflərindən olan Achim Steiner builki məlumatların daha bədbin göründüyünü, 80-dən çox ölkənin öz borcunu ödəməkdə çətinlik çəkdiyini bildirir:"Biz ciddi pozuntular müşahidə edirik və onların yaxşılaşdırılması üçün illər lazım ola bilər".

BBC.com
 
Ardını oxu...
Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər barədə müzakirələr səngimək bilmir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-psixiatr, tibbi ekspert Abdulla Şıxlinski bildirib ki, bu cür mərkəzlər insanları aldatmaqla məşğuldur:
Ətraflı


“Mehnur” psixologiya, loqopediya mərkəzindən olan görüntüləri izlədim, dəhşətə gəldim. İllərdir Azərbaycanda psixoloqlar bu cür mərkəzlər açırlar. Bakıda 50 metrdən bir belə mərkəz var. Bu mərkəzlərin fəaliyyəti haqqında saysız-hesabsız məqalələr yazmışam, onlar rus, Azərbaycan dillərində çap olunub. Təəssüf ki, uzun illər buna heç kim əhəmiyyət verməyib, bu işlə heç kim maraqlanmayıb, heç kimin vecinə də deyil. Hətta mənim yanıma gələn valideynlər şikayət edirlər ki, bizim bir ətək pulumuzu aldılar, aldatdılar, uşaqlarımıza da heç bir kömək etmədilər. Burada söhbət ondan gedir ki, həmin mərkəzlər insanlara ümumiyyətlə kömək edə bilməzlər. Qanunvericiliyə görə xəstə adamlarla həkimlər işləməlidir. Psixologiya mərkəzlərini açan adamlar sağlam adamlarla işləmək üçün nəzərdə tutulub, xəstələrlə həkim-psixoterapevtlər, psixiatrlar işləyirlər, buna onların ixtiyarı yoxdur. Mən bu mövzuda illərdir saysız-hesabsız məqalələr yazıram ki, psixologiya-loqopediya mərkəzləri camaatı aldadır, uşaqları yalandan orada saxlayırlar, üstəgəl həkimlərə qarşı təbliğat aparırlar ki, həkimlərə getməyin. Uşaqlar aylarla, illərlə orada qalırlar, vəziyyətləri ağırlaşır, həkimlərin yanına gəldikdə isə artıq onlara kömək etmək mümkün olmur”.

Onun sözlərinə görə, həmin mərkəzdə uşaqlara yanlış diaqnoz qoyularaq onları “müalicə” etməyə çalışırlar:

“Həmin mərkəzlərə ağıl zəifliyi ilə, yalançı autizm sindromu qoyulmuş uşaqlar gətirirlər, halbuki həmin uşaqlarda autizm yoxdur. Bu adamların diaqnoz qoymağa hüququ yoxdur, onlar hətta uşaqlara dərman da təyin edirlər. Bu cür loqopedlər və psixoloqlar dələduzluqla məşğuldurlar, bunun üçün heç lisenziya da tələb olunmur, gedib vergidən qeydiyyatdan keçirlər və mərkəzlər açırlar. Dəfələrlə bununla bağlı xəbərdarlıq etmişəm, təəssüf ki, bizim psixiatrlar fil qulağında yatırlar, həkimlər heç nə danışmır.

O cür mərkəzlərdə uşaqların başına nə oyun açırlar, heç kim bilmir. Uşaqları salırlar otağa, qapını bağlayırlar, valideynə heç nə demirlər, bildirirlər ki, biz təzə metodlarla işləyirik. Elə mərkəzlərdə işləyən adamların heç birinin kifayət qədər səriştəsi, savadı, qabiliyyəti yoxdur. Bu cür mərkəzləri açan adamlar 91-ci ildən sonra başladılar və qeyd etdilər ki, Avropada da bu cür reabilitasiya mərkəzləri var. Amma Avropada bu tamamilə başqa cürdür, orada çalışan adamlar ciddi yoxlanılır, hamısının ciddi savadı var, yüksək professionallığı var. Bizdə isə bu işi görənlərin çoxunun özünün psixi xəstəliyi var. Yayılan görüntülərdəki adamların hamısını üzdən tanıyıram, onlarla tanışlığım olub, onların hamısı “moşennik”dir. Onların çoxunun təhsili yoxdur. Onlar uşaqları yanlarında saxlayıb, o cür bədbəxt edirlər. Yayılan video aşkarlanan bircə haldır, belə hallar çoxdur, uşaqların başına min oyun açırlar. Bizdə psixoloji-loqopedik xidmət faktiki olaraq yoxdur, bu yalandır, dələduzluqdur. Çünki bizdə o kadrları hazırlayan idarələr yoxdur. Bakı Dövlət Universitetində psixologiya fakültəsi var ki, o fakültənin işi sıfır səviyyəsindədir. Azərbaycan Pedaqoji Universitetində də psixologiya fakültəsi var, onların da işi sıfırdır. Onlar kadr hazırlaya bilmirlər.”
 
Ardını oxu...
Azərbaycanda enerji içkiləri ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub.

Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1 537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib.

Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
 

Dünyapress TV

Xəbər lenti