Ardını oxu...
Qida zəhərlənməsi ilə bütün fəsillərdə rastlaşmaq mümkündür. Payız-qış mövsümündə zəhərlənməyə səbəb olan əsas qida isə adətən, turşu olur. Hətta bir neçə gün öncə Bakıda müəllimin pomidor turşusundan zəhərlənərək həyatını itirməsiylə bağlı xəbər yayıldı. Qida zəhərlənməsinin özünü büruzə vermə müddəti isə məhsuldan asılı olaraq dəyişir. Belə ki, bu müddət bəzən 1-6 saat, bəzən də 3-5 gün aralığında ola bilir. Bir çox hallarda şəxsin qidadan zəhərləndiyi ehtimal olunarkən ətrafdan ona dərhal qatıq yeməsi tövsiyə olunur. Belə bir fikir var ki, qatıq zəhərlənməni müəyyən dərəcədə önləyir.

Bəs görəsən, qida zəhərlənmələri zamanı ilkin hansı tədbir görülməlidir?

Mövzu barədə danışan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib ki, turşudan zəhərlənmələrlə bağlı müraciətlər oktyabr ayından başlayıb:

“Sentyabrda bir-iki nəfər zəhərlənmədən müraciət edib. Daha dəqiq desək, sentyabrda beş, oktyabrda yeddi, noyabrda isə səkkiz nəfər botulizmdən əziyyət çəkib. Botulizm ağır qida infeksiyasıdır. Həmin şəxslərdən beşi hazırda reanimasiyadadır, bir nəfər – Şəfəq Əliyeva isə ağır zəhərlənmədən vəfat etdi. Düzü, müraciətin daha çox olacağını gözləyirik”.

Həmsöhbətimiz ancaq ağır növ qida zəhərlənmələri ilə gələnləri qəbul etdiklərini diqqətə çatdırıb:

“Bu mövsümdə, əsasən, pomidor, xiyar, az hallarda da kələm kimi qida məhsulları konservləşmiş formada olanda kütləvi formada zəhərlənmə baş verir. Şikayətlər isə başağrısı, başgicəllənməsi, mədə nahiyəsində ağrılar, köp, bədən hərarətinin qalxması, ürəkbulanma, qusma və ikili görmə olur. Bunlar davam edərsə və tədbir görülməzsə, vəziyyət ağırlaşır. Vəziyyət o yerə çatar ki, insan huşunu itirə bilər. Qatıq isə burada heç bir praktiki əhəmiyyət kəsb etmir, biz məsləhət görmürük ki, zəhərlənən adama o verilsin. Əsas birinci tədbir mədənin yuyulmasıdır, ondan sonra peşəkar həkim müayinə etməli və tapşırığını verməlidir. Botulizm əlamətləri varsa, mütləq zərdab vurulmalıdır. Onda həyati təhlükənin haradasa qabağı alınmış olur”. (Oxu.az)
 
Ardını oxu...
Rusiyalıların 15 faizinin psixoloqların yardımına ehtiyacı var.

Bunu Rusiya Prezidenti Vladimir Putin Gənc alimlərin II konqresinin iştirakçıları ilə görüşündə bildirib.

Putin Rusiyada psixoloji yardım xidmətlərinin hələ lazım olduğu kimi inkişaf etmədiyini söyləyib:

“Bu məsələyə lazımi diqqət hələ ki, göstərilmir, amma nahaq…”

Rusiya prezidenti Nazirlər Kabinetindən Koordinasiya Şurasında xüsusi ilə hazırki vəziyyətdə psixoloji yardım xidmətlərinin yaradılması məsələsini müzakirə etməyi xahiş edəcəyini əlavə edib.
 
Ardını oxu...
Məşhur rusiyalı dietoloq Mixail Qinzburq diabet xəstələrinin gündəlik rasionuna mütləq daxil olunmalı ərzağı açıqlayıb.
Bakupost.az xəbər verir ki, həkim bunun kök olduğunu bildirib. Diabet xəstələri hər gün 100 qram çiy kök yeməlidir.
Kök qida lifləri ilə zəngin olduğu üçün həzm sistemindən gec sovrulur, tamm həll olmur, bununla da xolesterin və qlükozanın qana sovrulmasını ləngidir, azaldır.
Məhz bu səbəbdən kök yedikdə qidanın qlikemik indeksi azalır.
Məhz qlikemik indeks yüksək olduqda, qanda şəkər kəskin artır.
“Əgər siz yeməyi köklə yesəniz, summar qlikemik indeks düşür, ona görə də şəkər xəstələri kartof, çörək,un, düyü ilə yanaşı eyni vaxtda kök əlavə edib yesələr, qanda şəkər az qalxar”.
 
Ardını oxu...
Bakı Sağlamlıq Mərkəzi “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderinin
nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azəri Med" QSC olub. Şirkətlə 9 milyon 791 min 230 manat məbləğində müqavilə imzalanıb.
Müqaviləyə əsasən şirkət dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən
“Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı
1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti,
ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə
Rəhimli Famil Vəli oğludur.
Media araşdırmaları zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi
deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova
məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üstüstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.
Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun
müavinidir.
Görünür, bu səbəbdən “Azeri-Med” MMC həm Milli Onkologiya Mərkəzinin (MOM-un),
həm də Bakı Sağlamlıq Mərkəzinin elan etdiyi bir çox tenderlərin qalibi olur.
Şirkət bundan əvvəl də İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 397 min 682
manat dəyərindəki “Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan
tibbi ləvazimatları”n satın alınması” (14.10.2022) tenderini qazanıb.
Ardını oxu...
Ölümsüz olmaq insan oğlunun əsrlərdir yetişmək istədiyi röyasıdır. Dünyanın ən ağıllı başları “Ölümsüzlüyün sirləri”, “Ölümsüzlük mümkündürmü?” – deyə, maraq ediblər. Hətta bir sıra şahlar “Ölümsüzlük iksiri” kimi dərmanlar da hazırlatmış və ya ölümsüzlüyün çarəsini tapmaq üçün öz elçilərinin dünyanın 4 bir tərəfinə göndərərək “Ölümsüzlük bitkisi” arayışı içərisinə giriblər.

Youtube-də “Arzu Sayadoğlu” kanalının ölümsüzlüklə bağlı hazırladığı maraqlı video araşdırma ölümsüzlüyün sirləri ilə bağlı gəlinmiş olan ən son nöqtəni və dərin maraq kəsb edən bilgiləri özündə daşıyır.
Gununsesi.org həmin videonu təqdim edir:

 

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) “Hemofiliya B” xəstəliyinin müalicəsi üçün bir dozası 3,5 milyon dollara başa gələn dünyanın ən bahalı dərmanını təsdiqləyib.

Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, “CSL Behrige” əczaçılıq şirkəti FDA-nın təsdiqindən sonra 3,5 milyon dollarlıq qiyməti açıqlayıb. Bu açıqlamadan sonra “Hemgenix” adlı dərman dünyada ən bahalı dərman olub.

Qeyd olunur ki, bu dərman “Hemofiliya B” xəstəliyində venadaxili inyeksiya müalicəsidir və qanın durulaşmasının qarşısını alır.

Ardını oxu...
Son zamanlar Azərbaycanda qaraciyər sirrozu xəstələrinin sayı artır. Bir çoxları sirroz eşidən kimi, yəqin çox içirdi deyə düşünür.

Alkoqolun qaraciyərə mənfi təsiri təbii ki, var.
Amma hansı dozada, miqdarda və nə qədər içki siroza səbəb olur?

Bakupost.az -ın məlumatına görə, alim, professor Musa Qəniyev bildirib ki, spirtli içkilərin yüksək dozada uzun illər boyu mütəmadi qəbulu, yalnız 10-20% nisbətdə sirroza səbəb olur.

Yəni, hər 100 nəfərdən 10-20 nəfəri bu bəlaya mübtəla olur. Burada, alkoqolun miqdarı, fərdin cinsi, orqanizmin genetik, metabolitik və yaş xüsusiyyətləri, həmçinin bədən kütləsi indeksi (BKİ ≥30; piylənmə) də, əsas risk faktoru sayılır.

O, dəqiq hesablamalarla sirrozla içkinin arasındakı təsir əlaqə faizini hesablayıb.

“Belə hesab edirlər ki, narahatlıq doğuran hal, qəbul olunan alkoqolun miqdarıdır. İçkinin növü və tüntlük dərəcəsindən asılı olmayaraq, orqanizmdə spirtin mütləq miqdarı aşağıdakı şəkildə hesablanır. Məsələn, kimsə, yarım litr (500 ml) araq içibsə, onun bədənində spirtin faiz nisbəti (500x40= 20000) 200 ml-dir. Hər ml-də 0,79 qram alkoqol olduğundan, bu halda bədəndə spirtin mütləq miqdarı cəmi 158 qram təşkil edir. Yəni, yarım litr 40%-li araq, konyak və ya viski içilərsə, həmin şəxsin bədənində spirtin mütləq miqdarı cəmi 158 qram olur.

Hər 100 adamdan 10-20-nin sirroz olması üçün, 10 ildən artıq müddətdə insan mütəmadi olaraq, hər qəbulda 80 qramdan artıq (250 ml-dən artıq 40%-li spirtli içki) qəbul etməlidir. Hərgah bu miqdar 230 qramdan artıq (700 ml-dən artıq 40%-li spirtli içki) olarsa və zamanında digər xəstəliklərdən ölüm baş verməzsə, 20 ildən sonra sirrozun baş vermə ehtimalı 50% olur.

İndi düşünün, insan (hətta xroniki alkoqoliklər) gündəlik bu qədər spirtli içki qəbul edə bilərmi və ya onu almağa maddi imkanı ola bilərmi? Deməli, deyilən və yazılanların böyük əksəriyyəti mifdir. Əslində kimlər bu bəlaya mübtəla ola bilər?
Alkoqolla bağlı istər sirroz, istərsə də digər letal sonluqlu qaraciyər xəstəliklərinin əsasında ailə anamnezi durur. Bu hal, onun genetik faktora (ferment disfunksiyası) bağlılığını təsdiq edir. Təbii ki, ət xörəklərdən imtina- zülal çatışmazlığı (bu halda alkoqola həssaslıq artır), piylənmə, qara ciyərdə dəmirin toplanması və hepatit C kimi, spirtin fermentativ metabolizmini sürətləndirən səbəblər də bura əlavə olunmalıdır.

Etil spirtinin metabolizmini, əsasən alkoqol dehidrogenaza (ADH-1 tipi) və aldehid dehidrogenaza (ALDH2 tipi) fermenti törədir.

ALDH-nı kodlayan gen 12-ci xromosomda yerləşir. Onun ALDH2-1 və ALDH2-2 kimi iki izoferment forması vardır. Bunlardan ALDH2-2 inaktiv sayıla biləcək dərəcədə zəifdir. Bu ferment tipinə homozigot olan insanlar spirtli içkilərə meyilli olmur, əks halda, sirroz kimi letal gedişli qaraciyər xəstəlikləri bir qayda olaraq onların arasında müşahidə edilir. Zəif təsirli ALDH2 alelinə daha çox Asiya irqinə məxsus olan insanlarda (yaponlarda 24%, koreyalı və çinlilərdə 15%) rast gəlinir.

Avropa irqi, eləcə də Türk etnik qrupuna daxil olan insanlarıın demək olar ki, hamısında (<100%) aldehid dehidrogenazanın tipi, asetaldehidin sürətli (normal) parçalanmasını təmin edən ferment forması (ALDH2-1), eləcə də ADH-1-in qamma1 fenotipidır.

Odur ki, bizlərin müəyyən miqdarda, hətta mütəmadi olaraq spirtli içki qəbulunun, sirroz və ya letal sonluqlu digər qaraciyər xəstəliklərinə səbəb olma ehtimalı minimumdur. Digər tərəfdən, spirtli içkilərin orta dərəcədə qəbulu (miqdarını yazmıram) tərkibinə apoprotein A-I daxil olan yuxarı sıxlıqlı lipoproteinlərin YSLP2 fraksiyasını artırdığından, miokard infaktı riskini nəzərəçarpacaq dərəcədə azaldır.

Bunları yalnız, həqiqət olduğuna görə yazdım. Yazdım ki, müxtəlif səbəblərdən içkiyə qurşanan insanlar artıq gecdir deməsinlər. Digər, yanaşı ağır xəstəliklər tapmamışdan, bu zərərli vərdişdən əl çəksinlər. Ailələr dağılmasın, insanlar alçaldılmasın, təhqir olunmasın, intiharlar baş verməsin...

Fizioloji proseslərin icrası, yəni orqanizmin mövcud olması üçün insan bədənində hər gün 1 qramdan 9 qrama qədər endogen etil spirti sintez olunur. Odur ki, ömür böyu spirtli içki qəbul etməyənlərin belə, qan plazmasında təqribən 0,16 mq% (0,01 promilli) etanol olur. Normal halda qan plazmasında olan endogen spirtin ekvivalent miqdarı, gün ərzində təqribən 30 ml araq, 120 ml çaxır, 800 ml kvas və ya 1,5 litr kefirə müvafiqdir. Hərgah orqanizmdə endogen spirt əmələ gəlməsə (bu hal qeyri-mümkündür), daxili təlabatı ödəmək üçün insan hər saat 1-1,4 ml 40%-li etanol (araq; gün ərzində 24-34 ml) içməlidir.

Yaş artdıqca orqanizmdə endogen etanolun əmələ gəlməsi minimuma enir (qoca yaşda depresiyaya düşmə). 91 yaşdan sonra isə artıq o məsələ...

Bax, 95 yaşlı cərrahın 30 qram içmək tibbi göstərişdir deməsi, məhz buna görədir".
 
Ardını oxu...
Baş ağrılarının bir səbəbi də kəllə daxili təzyiqi artmasından ola bilər.

“Medicina” xəbər verir ki, nevroloq Viktor Şaxnoviç kəllədaxili təzyiqin necə baş verdiyini açıqlayıb.

“Kəllədaxili təzyiq onurğa iliyi mayesi – likvorun dövründə disbalans zamanı yaranır. Onurğa mayesinin baş beyinə və geri axmasında problem onurğada, başda travma, şiş, infeksiya, hidrosefaliya, oksigen aclığı, qan sızma, anevrizmalar zamanı ola bilər.
Kəllədaxili təzyiq zamanı baş ağrısı spesifik olur. Ağrı gözə vurur, təzyiq düşür, ürəkbulanma, zəiflik, baş hərlənməsi olur.

Görmə pisləşir, insan sadəcə bir yerdə oturmaq və ya uzanmaq istəyir.

Bu ağrı miqrenə oxşayır. Amma fərqləndirmək üçün mütləq nevroloq müayinəsindən keçmək lazımdır”.
 
Ardını oxu...
Harvard universitetinin alimləri stresin saç tükləri piqmentasiyasına təsirini araşdırıb.

Bakupost.az xəbər verir ki, saçların ağarmasının birbaşa sinir sistemi və stress faktoru ilə əlaqəli olduğu sübut olunub.
“Siz toxumalarınızın stress altında nə qədər dəyişdiyini bilsəniz, özünüzü stresdən qoruyarsız.

Stress zamanı kök hüceyrələrin aşırı aktivləşməsi baş verir, noradrenalin artır, bu zaman bütün kök hüceyrələri piqment hasil edən hüceyrələrə çevrilərək, piqment ehtiyatını vaxtından əvvəl tükədir.

Cəmi bir neçə günə bərpaedici kök hüceyrələr itirilir. Onları çox itirdikdə, saçlar ağarır və bu prosesi daha heç nə ilə bərpa edə bilməyəcəksiz”.

Eyni zamanda alimlər bildirib ki, neyronlar kök hüceyrələri və onların molekulyar səviyyədə funksiyalarını bərpa edə bilər.

Bunu elmi araşdırma ilə araşdırıb, stresin saçlara təsirini dəyişmək və prosesi bloklamaq olar.
 
Ardını oxu...
Bədənin davamlı qızdırması orqanizmdə bədxassəli prosesdən xəbər verə bilər.

TEREF.AZ-ın yazdığına görə, “Medicina” xəbər verir ki, rusiyalı məşhur həkim Aleksandr Myasnikov hansı xəstəliklərdə davamlı qızdırmadan danışıb.

“38 dərəcədən yuxarı qızdırma, hansı ki, 1-2 ay davam edir, günün müəyyən hissəsi qalxır və bununla belə xəstədə qrip, virus, başqa əlamətlər olmur, qanın onkoloji xəstəliyindən xəbər verir.
Bu əlamətlə leykoz, limfoma özünü göstərir.

Eyni zamanda davamlı istilik böyrəklərin şişlərində olur.

Əgər qızdırma 15 gündən artıqdır, davam edirsə və siz özünüzü normal hiss edirsizsə, mütləq birinci terapevtə, daha sonra onkoloqa görünün”.
 

Dünyapress TV

Xəbər lenti