Ardını oxu...
Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru Elza Abdullayeva tutduğu vəzifədən azad edilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda deyilir:

“Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 7 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.
 
Ardını oxu...
Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir, yalnız 4 ildən bir seçkilər 29 fevral tarixində təşkil olunur.

Bu il Caspian Energy Club-ın İdarə heyətinin üzvlərinin növbəti seçkiləri 29 fevral tarixində başlayıb və iki gün davam edib. Ümumi səslərin sayı 1059 nəfər təşkil edib. Onlardan 971 səs anket formatında, 88-i isə onlayn formatda səs verib.

Bu barədə Caspian Energy Club-un Sədrinin Birinci müavini və qrupun Baş Maliyyə direktoru Rasim Mahmudov məlumat verib.

Rasim Mahmudovun sözlərinə görə, “iki günlük səsvermə nəticələrinə əsasən Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelli Group), Rəşad Abasov (ASE Şirkətlər Qrupu), Natiq Paşayev (Caspel), Fariz Sultan-Əhmədi (By Mygroup Holding), İlqar Nuriyev (Veysəloğlu), Əsəd Nəsrullayev (Debet Safety) və Səbinə Əliyeva (GHRS) daxil olublar.

Seçkilərin yüksək səviyyədə və şəffaf keçirilməsini təmin etdiklərinə görə FCHAİN Corporation-a və şəxsən Baş Direktor Müavini Valid Hüseynova təşəkkürümü bildirirəm. Qeyd edim ki, seçkilər zamanı nəticələrin hesablanmasını beynəlxalq standartlara uyğun olaraq təmin etdilər.

İdarə Heyətinin sədri vəzifəsinə 319 (30.12 %) səs sayı ilə Telman Əliyev seçilib. Yaxın vaxtlarda İdarə Heyətinin üzvlərinin ilk iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində qurumun növbəti il üçün fəaliyyət strategiyası, eləcə də qısa və uzunmüddətli hədəfləri müəyyən ediləcək. Həmçinin, Caspian Energy Club-ın yeni İdarə heyətinin ilk iclası çərçivəsində komitələrin, işçi qrupların və regional nümayəndəliklərinin rəhbərləri təyin olunacaq”, - deyə Rasim Mahmudov bildirib.

“2023-cü il bizim üçün çox uğurlu, pozitiv və səmərəli keçdi. 1 il ərzində biz dünyanın 20 ölkəsində 150-dən çox tədbir təşkil etdik. 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu üçün Azərbaycandaki 100-cü tədbiri təntənəli sürətdə Gülüstan sarayında keçirdik.
Ümidvaram ki, biz yeni ildə də Caspian Energy Club-da mövcud olan ailə mühitini, müsbət ab-havasını, yüksək intensivliyini, səmimi, səmərəli və müsbət networking imkanlarını qoruyub saxlaya biləcəyik”, - deyə Rasim Mahmudov bildirib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club” International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Qeyd: Zərifə Həmzəyeva (Gazelli Group)
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Ardını oxu...
Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etməklə bağlı dəvətini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenskayanın Aleksey Navalnının dul arvadı Yuliyanın yanında oturacağı planlaşdırılırdı. Bu da ukraynalılar arasında diskomfort yaradıb. Belə ki, Aleksey Navalnının Krımla bağlı açıqlamaları ukraynalılar tərəfindən narazılıqla qarşılanmışdı.

Başqa bir ABŞ rəsmisi nəşrə bildirib ki, Zelenskayanın dəvətdən imtina etmək qərarı həm də Ukrayna rəhbərliyinin Baydenlə çox yaxından əlaqəli sayılmaq istəməməsi ilə bağlıdır.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevə hərbi yardım göstərməsi məsələsinin daha da siyasiləşdirilməsini istəmir.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bir müddət əvvəl keçirdiyi brifinqdə Baydenin Yuliyanı çıxışına dəvət etdiyini, lakin onun iştirak edə bilməyəcəyini söyləyib.


Ardını oxu...
Tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış Leyla Seyidbəyova vəfat edib.
TEREF Qafqazinfo-ya istinadən xəbər verir ki, L.Seyidbəyova ötən gecə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, məşhur hakim Ənvər Seyidovun bacısı olan L.Seyidbəyova uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb. O, son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.
 
Ardını oxu...
Rusiyalı Olimpiya çempionu Alina Kabayeva uzun müddətdən sonra üzə çıxıb.
TEREF Spletnik.ru-ya istinadən xəbər verir ki, o, Soçidə təşkil etdiyi 13-cü Bədii Gimnastika Beynəlxalq Uşaq Xeyriyyə Festivalında iştirak edib.

Kabayeva tədbirdə iki geyimdə görüntülənib.

Qeyd edək ki, A.Kabayeva karyerasına 2007-ci ildə son qoyub, idmanla bağlı ictimai fəaliyyətini davam etdirir.Qafqazinfo
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Tarixi dönəmlərdə Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuşlar. Qadınlarımızın ictimai-siyasi fəallığı bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır. Onlar dövlət quruculuğu ilə bərabər, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Heç təsadüfi deyil ki, müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnu verən ilk ölkə Azərbaycan olmuşdur. Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan qabaq Bakıda yaradılmışdır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, cəmiyyətin inkişafında qadınlarımızın rolu daha da artmağa başlamışdır. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Ulu Öndər sosial həyatın bütün sahələrində qadınların irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüş, qadın problemlərinə xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, na¬musu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır”. Bu da onun qadınlarımızı verdiyi qiymət idi.
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Prezidentimizin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, qadınların sosial-iqtisadi, məişət və digər problemlərinin həllinə yönəlmiş tədbirlər, Azərbaycan qadınlarına göstərdiyi qayğının yüksək bir nümunəsidir.
Bu gün Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, dövlət məmuru, iş adamı, müəllim, həkim, aqronom, diplomat, alim, hakimdir. Azərbaycan qadınlarının gözəl siması Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva özünün ictimai-siyasi fəaliyyəti, xeyirxah əməlləri, Azərbaycan naminə fədakarlığı ilə bütün qadınlarımız üçün nümunədir. Mehriban xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli istiqamətində gördüyü işlərlə bərabər, qadınlara qarşı bütün zorakılıqların, mövcud olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir.
Azərbaycan qadınının dünyaya gətirib, vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsi dövründə öz doğma vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha sübut edərək, Vətənin azadlığına nail oldular. İgid Azərbaycan oğulları əllərinə silah alıb, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşaraq, Vətən uğrunda canlarından keçdilər. Şəhid olan övladının, həyat yoldaşının tabutunu çiyinlərində şərəflə daşıyan qadındır, məğrur Azərbaycan qadını!
Bu gün analarımız başıdik, alnıaçıq, qürurludur. Onların kədər göz yaşı, sevinc göz yaşı ilə əvəz olunub. Uzun sürən həsrətdən sonra Qələbə sevinci analarımızın içinə su kimi sərpilmişdir.
8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə hər il rəsmi bayram günü kimi qeyd edilməsi Azərbaycanda qadınlara verilən önəmin göstəricisidir.
Beynəlxalq Qadınlar Gününüz mübarək, əziz qadınlar!
Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
TEREF
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir.
Ardını oxu...
Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib.
Ardını oxu...
Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub.
Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir.
Ardını oxu...
Günel Rüstəmova

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.
 
 
 
Ardını oxu...
Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb.

Bu barədə jurnalist Pərvin Abuşova və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.

Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələninn nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.
Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı qız intihar edib.

Moderator.az yerli mediaya istinadla bildirir ki, hadisə ötən gecə baş verib. Qızın meyiti Primorski rayonunda Yuntolovoda hündürmərtəbəli binanın pəncərələrinin altında tapılıb. O, intihardan əvvəl evdə valideynindən üzr istədiyi və pişiyə qulluq etməyi xahiş etdiyi bir qeyd qoyub.

Qızın 11-ci sinifdə oxuduğu və atası ilə yaşadığı məlum olub.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
 
Ardını oxu...
Fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsindəki “Qütb canavarı” koloniyasında ölən rusiyalı müxalifət lideri Aleksey Navalnı martın 1-də Moskvadakı Borisov qəbiristanlığında dəfn edilib.
Qaynarinfo xəbər verir ki, minlərlə insan siyasətçinin dəfn mərasiminin keçirildiyi Moskvanın Maryino rayonundakı kilsəyə gəlib, daha sonra cənazəsi ilə birlikdə tabutun ardınca qəbiristanlığa gedib.

Siyasətçinin həyat yoldaşı və varisi Yuliya Navalnaya Rusiyada deyil və dəfn mərasimində iştirak edə bilməyib. O, “Instagram”da əri ilə vidalaşdığı yazı dərc edib. Qaynarinfo onun tərcüməsini təqdim edir.
“Lyoşa, 26 illik böyük xoşbəxtliyə görə təşəkkür edirəm. Bəli, xoşbəxtliyin son üç ilində belə. Eşqinə, məni həmişə dəstəklədiyinə, həbsxanadan belə güldürdüyünə görə, həmişə haqqımda düşündüyünə görə.
Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma çalışacağam ki, göylərdə sən mənə görə sevinəsən və mənimlə fəxr edəsən. Bilmirəm, öhdəsindən gələ biləcəyəm, ya yox, amma çalışacağam.
Biz bir gün mütləq görüşəcəyik. Mənim sənin üçün o qədər danışılmamış hekayələrim var, mənim telefonumda sənin üçün saxladığım o qədər çox mahnı var ki, axmaq və gülməli, ümumiyyətlə, düzünü desəm, dəhşətli mahnılardır, amma onlar bizim haqqımızdadır və mən çox istəyirdim ki, sən onları dinləyəsən. Mən çox istəyirdim ki, sənin onları dinlədiyini, güldüyünü, sonra da məni qucaqladığını görüm.
Səni sonsuzadək sevirəm. Qəbri nurla dolsun.”
 
 

Dünyapress TV

Xəbər lenti