Ardını oxu...
Arvadının cəsədini 200-dən çox parçaya bölən britaniyalı ömürlük həbs cəzasına məhkum olunub.

Modern.az xəbər verir ki, Nikolas Metson 2023-cü ilin martında həyat yoldaşı, 26 yaşlı Holli Bramlini qətlə yetirdiyini etiraf etmişdi. O, arvadına azı dörd bıçaq zərbəsi endirib, daha sonra onun bədənini 200-dən çox parçaya ayırıb.

Nikolas Metson cəsədin parçalarını bir həftə Linkolndakı mənzilinin mətbəxində saxlayıb. Daha sonra onları çaya atmasına kömək etmək üçün dostuna 50 funt sterlinq ödəyib.

“Lincoln Crown Məhkəməsi”ndə Nikolas Metson ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis Holli Bramlinin cəsədinin 224-ə yaxın parçasını Vitham çayından tapsa da, lakin ürək kimi bəzi hissələrini tapmaq mümkün olmayıb.

Prokurorlar cütlüyün 2021-ci ildə evləndiyini, lakin Metson qətli törədən zaman ayrılmaq ərəfəsində olduqlarını bildirib. Qatil ərin telefonuna baxış zamanı polislər onun “Google”da “cəsəddən necə qurtulmaq olar”, “arvadım ölsə, sığortadan necə pul ala bilərəm”, “Allah qətli bağışlayarmı” kimi suallara cavab axtardığını aşkarlayıblar.
 
Ardını oxu...
“Rusiya ilə iki ildən artıq davam edən amansız müharibədən sonra Ukrayna hələ də öz demokratiyasını və ərazisini müdafiə etməyə hazır və qadirdir, lakin Amerikanın hərbi yardımı olmadan bunu edə bilməz”.

Bu barədə “The New York Times”da dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, əksər amerikalılar bunu başa düşür və hesab edirlər ki, Putinin revanşist arzularını cilovlamaq Amerikanın Ukrayna və Amerika təhlükəsizliyi qarşısında borcudur.

Nəşrin yazdığına görə, Qlobal Məsələlər üzrə Çikaqo Şurası və “İpsos” tərəfindən keçirilən sorğu nəticəsində məlum olub ki, amerikalıların 58%-i Ukraynaya iqtisadi yardım göstərilməsinin və Ukrayna hökumətinə daha çox silah və hərbi texnikanın göndərilməsinin tərəfdarıdır. Respondentlərin 60%-i isə bildirib ki, Ukrayna ilə münasibətlər Amerikanın milli təhlükəsizliyini zəiflətməkdən daha çox gücləndirir. Bundan əlavə, Konqresin bir çox Respublikaçı üzvlərinin də davamlı hərbi yardımı dəstəklədiyi göstərilir.

Qeyd olunur ki, ABŞ silahları və artilleriyası Ukraynanın Rusiya ordusunu saxlaması, həmçinin hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar aparmaq bacarığı üçün vacibdir.
 
Ardını oxu...
Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 196,3 milyon dollar və ya 30,1% azalıb.

2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon dollar) birinci, pambıq (33,5 milyon dollar) ikinci, pomidor (30 milyon dollar) üçüncü, xurma (26,4 milyon dollar) isə dördüncü olub.

Bu ilin ilk 2 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin və fərdi sahibkarların ilk onluğu isə aşağıdakı kimi olub.

"MKT İstehsalat Kommersiya” MMC – 19,2 milyon dollar

"My Fruit” MMC – 7,5 milyon dollar

"P-Aqro” MMC – 7,1 milyon dollar

Muradova Sahibə Səlimət qızı – 6,7 milyon dollar

"Soil Boons” – 5,2 milyon dollar

"STP Global Cable” MMC – 4,1 milyon dollar

"Technopack” MMC – 4,1 milyon dollar

"Ümüd 059” MMC – 4 milyon dollar

"Mors Trading” MMC – 4 milyon dollar

"Gözəl Təbiət” MMC – 3,9 milyon dollar

Qeyd edək ki, ötən ilin ilk 2 ayında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən qeyri-dövlət subyektlərinin siyahısında yer alan fərdi sahibkar Şirinov Elvin Valeh oğlu bu il siyahıda yer almayıb.

İlk onluqda yer alan fiziki şəxs - Muradova Sahibə Səlimət qızı isə ilk dəfə ötən il məhsul ixrac etməyə başlayıb. Muradova Sahibə ilk dəfə məhsul ixrac etməsinə baxmayaraq ötən il 31,4 milyon dollarlıq, bu ilin ilk 2 ayında isə 6,7 milyon dollarlıq ixracla ilk onluğa düşə bilib. \\Yeniavaz.com
 
Ardını oxu...
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

HİT.az xəbər verir ki, bununla bağlı aktrisa özü məlumat yayıb. Sənətçi bildirib ki, günlərdir güclü ağrılardan əziyyət çəkir:

"Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, hərarətim düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər, yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?".

TƏBİB-dən Axşam.az-a verilən məlumata görə, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib. Hazırda N.Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə aparılıb, ona zəruri həkim baxışı və müayinələr təyin edilib. Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.
 
Ardını oxu...
İraqa gedən bloger Şəfəq Məmmədovanı təyyarəyə buraxmayıblar. Axşam.az xəbər verir ki, bu haqda Şəfəq özü məlumat yayıb. O bildirib ki, Bağdada uçan təyyarəyə minən zaman ondan viza tələb edilib:

"Biabır olduq... İraqla Azərbaycan arasında sadələşmiş viza rejimi tədbiq olunub. Yəni gedib hava limanında vizanı ala bilərdim. Amma ərəb aviaşirkəti məni buraxmadı, onlara izah edə bilmədim. Kimlərə yığdıq, nə etdiksə, alınmadı. Təyyarə uçdu, biletim, otelim hər şeyim batdı".

Qeyd edək ki, bu ilin yanvarından etibarən Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

 

Ardını oxu...
Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb: ”Həmyerlimiz Rəna Abbasovanın Nyu York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissilə paylaşmışdıq.

Bir il keçdi. Federal Təhqiqat Bürosu Rəna Abbasovanı həbs etdi. Xanım müşavir rüşvət almada, mənimsəmədə və s. ittiham olunur. Çox təəssüf”.

Ölkəmizin müxalif düşərgəsini təmsil edən dostlarımız oxşar məzmunlu onlarla status paylaşıblar. Onların nəzərində o boyda Nyu Yorkun meri Rəna Abbasovaya etimad göstərib, o isə rüşvətxorluğa qurşanıb. Bizi, yəni Azərbaycanı biabır edib...

Bəs əslində həqiqət necədir?

Elə oradan başlayaq ki, Eric Leroy Adams kimdir? 1960-cı ildə doğulub, qaradərilidir. Keçmiş polis zabiti, 20 il polisdə çalışıb. 2022-ci ildən Nyu York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan Adams Nyu York Şəhər Tranzit Polisində, daha sonra isə Nyu York Şəhər Polis Departamentində (NYPD) çalışıb. 20 ildən çox işləyib, kapitan rütbəsində təqaüdə çıxıb. O, 2006-2013-cü illərdə Nyu York Ştat Senatında xidmət edib, Bruklindəki 20-ci Senatın dairəsini təmsil edib. 2013-cü ilin noyabrında Adams bu vəzifəni tutan ilk afro-amerikalı olan Brooklyn dairəsinin prezidenti seçildi və 2017-ci ilin noyabrında yenidən seçicilər ona etimad göstərdi.

Eric Adams deyir ki, o, yeniyetmə olanda polis idarəsində onu o ki var döyüblər. O qədər döyüblər ki, o, sidik yerinə qan işəyib. Yəni yeniyetmə çağlarında çox dəliqanlı birisi olub. Öz müsahibələrində fahişələrlə isti münasibətindən də bəhs edib.

O da maraqlıdır ki, zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına Erik Adams rəhbərlik edib.

2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və Bələdiyyə Başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib...

Nyu York meri kimi startı isə çox uğursuz olub. Belə ki, yeni merin 8-ci iş günü şəhərdə faciə baş verib. Yanğında 17 nəfər ölüb. Onlardan 8 nəfəri uşaq idi...

Adamsın mer kimi fəaliyyət göstərdiyi ilk aylarda Nyu-York şəhərində kriminal durum ciddi şəkildə pisləşib: Polis zabiti Jason Rivera və Wilbert Mora Harlemdə məişət zəminində baş vermiş iğtişaş zamanı güllə ilə öldürüldü.

Prezident Co Bayden və Baş Prokuror Merrik Qarland Nyu Yorka səfər etdilər və yeni merə dəstək verdilər...

Adams heç vaxt evlənməyib, lakin Jordan Coleman adlı bir oğlu var. Nyu-Yorkun merinə Amerikada "Nightlife Mayor" (gecə həyatı yaşayan vali) deyirlər. Niyə? Çünki bu adam əylənmək üçün tez-tez gecə klublarına gedir...

2 Noyabr 2023-cü ildə Federal Təhqiqat Bürosunun (ing. Federal Bureau of Investigation, FBI) agentləri Adamsın mer seçkiləri üçün pul yığan adamından üç telefon və iki noutbuk müsadirə etdilər. Noyabrın 6-da Adamsın iPad və telefonu FTB tərəfindən ələ keçirildi. Axtarış elə küçənin ortasında həyata keçirilib. Adamsın vəkili deyir ki, vali FTB-nin tələbinə "dərhal əməl edib". O, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini və gizlədəcək heç bir şeyi olmadığını bildirib.

Məhz bu olaydan sonra soydaşımız Rəna Abbasovanın adı Amerika mediasının gündəminə daşınır. Heç şübhəsiz ki, bu xanım son dərəcə çevik və ağıllı qadındır. Rəna xanım rəsmi olaraq departamentin protokol şöbəsinin direktorudur. Kifayət qədər yüksək vəzifədir. Amerika mətbuatının məlumatına görə, onun İllik maaşı 81.651 dollardır.

ABŞ-ın “The Post” qəzeti şikayətlənir ki, bir neçə dəfə müraciət etsək də Rəna xanım suallarımıza cavab verməkdən imtina edib.

Meriyadakı işlərlə tanış olan mənbə bildirib ki, Abbasova bu ilin əvvəlində yeni vəzifəyə - beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib və merin qatıldığı tədbirlərin planlaşdırılması da onluq olub.

Onu tanıyanlar deyir ki, "Rəna sakit və təvazökar insandır”.

Rəna xanım Eric Adams Brooklyn dairəsinin prezidenti seçiləndən onunla birlikdə işləyir.

Amerika mediası bildirir ki, Rəna Abbasova azərbaycanlıdır. “Dəfələrlə dediyimiz kimi, bu yaxınlarda düzgün olmayan hərəkət edən bir şəxs haqqında məlumat aldıq və bu barədə dərhal müstəntiqlərə məlumat verdik. Bu şəxs dərhal məzuniyyətə çıxarılan kiçik işçi idi və bu gün də məzuniyyətdədir”, - Meriya sözçüsü bildirib.

Nyu-York meriyası bildirir ki, düzgün olmayan hərəkətlərə yol verdiyi ehtimal olunan Rəna Abbasova dərhal məzuniyyətə göndərilib. Meriyanın bəyanatından aydın görünür ki, əsas hədəf Erik Adamsı qorumaqdır. Meriyanın bəyanatında belə bir fikir yer alır: “Yadda saxlamaq lazım olan ən vacib şey odur ki, bələdiyyə sədri heç bir qanunsuzluqda ittiham olunmur”.

Rəna xanımın gördüyü iş bunlar olub: "O, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh idi".

Soydaşımız Türk irsi ilə bağlı Amerikada tədbirlər keçirib. 2017-ci ilin aprelində Adams və Türkiyə prezidentinin oğlu tərəfindən dəstəklənən Türklərin Vəqfi arasında görüş təşkili üçün ricada bulunub.

Amerika mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.

İstintaq Adamsın yanğın təhlükəsi ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyə konsulluğunun inşası üçün Brooklyn mahalının o zamankı prezidenti kimi şəxsi nüfuzundan istifadə edib-etmədiyini araşdırıb. “The Post”un nəzərdən keçirdiyi kampaniya qeydlərinə görə, vali Adamsın seçki kampaniyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalın dəstəklədiyi bir fondan 6 min dollar məbləğində ianə alıb. 3 donor bu kampaniyaya qatılıb...

Onu da deyim ki, Rəna Abbasova həbs olunmayıb. O, sadəcə məzuniyyətə göndərilib. Ümumiyyətlə, bu kimi ittihamlara görə Amerikada kimisə həbs eləmək çox çətindir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendes az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq hələ də o, həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub...

Heç şübhəsiz ki, Rəna Abbasova ilə bağlı da bu məsələ uzanacaq. Nə qədər Eric Adams Nyu-Yorkun meridir Rəna Abbasova həbs olunmayacaq. Bir daha vurğulayıram, Eric Adams Demokratlar Partiyasının üzvüdür. Demokrat Co Bayden hazırda Amerikanın prezidentidir...

Onu da deyim ki, Nyu-York merinin başqa bir köməkçisi-Winnie Greco da FTB tərəfindən dindirilir. Bu xanım əslən çinlidir. 1990-cı ildə Amerikaya gəlib. O, Çin və digər Asiya ölkələrinin Nyu-Yorkdakı seçki kampaniyasına maddi dəstək verməsini təmin edib. Amerika qanunlarına görə, seçki kampaniyasına pul köçürmə qanunla tənzimlənir. Bu qanunlar isə o qədər “sürüşkən”dir ki, bu kimi hallara görə kimi isə mühakimə etmək son dərəcə çətindir...
Ardını oxu...
Bakı şəhərində yaşlı qadını küçənin ortasında vəhşicəsinə döyüblər. Bu barədə görünrülər teleqiram kanallarında yayılıb. Hadisə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 824/835-ci məhəlləsində qeydəalınıb. İddialara görə Zəngilan rayon Ağalı kənd sakinləri Nəsibə Zeynalova, qızı Aytac Zeynalova, oğlu Elcan Zeynalov əlbir olaraq, küçənin ortasında Cəbrayıl rayon sakini Əliyeva Sədaqət Umud qızına küt alətlə ağır xəsarətlər yetiriblər. Məlum döyülmə faktı kənardan məhəlləyə daxil olan avtomobilin müşahidə kamerasına düşüb.
Dia-az.info xəbər verir ki, zərərçəkmiş şəxs qanunamüvafiq olaraq Nərimanov rayon 18-ci Polis bölməsinə şikayət edib. Hazırda fakt araşdırılır.
Qeyd edək ki, döyülən qadın “Patrul.az” media şirkətinin əməkdaşının anasıdır.

 
Ardını oxu...
Türkiyədə Çanaqqalanın Yenice rayonunun Kalkım qəsəbəsində dünən baş tutan bələdiyyə seçkisinin qeyri-rəsmi nəticələrinə görə müstəqil namizəd Zeynep Çelik qalib gələrək bələdiyyə sədri olub.

Çelik Türkiyənin ən gənc qadın bələdiyyə sədri adını qazanıb.

Yenicenin tanınmış iş adamlarından olan Mehmet Çelikin qızı 22 yaşlı Zeynep Çelik yerli idarəetmə seçkisinə müstəqil olaraq qoşulub.
 
Ardını oxu...
Daha bir oğurluq hadisəsinin video-görüntüləri yayılıb.

Hurriyyet.Az Türkiyə mediasına istinadən xəbər verir ki, lüks yaşayış binalarından birinə girən iki gənc xanımın əməlləri kameraların yaddaşına həkk olunub.

Hadisənin İstanbulda "Hayat park1 Bahçeşehir Sitil Rezidans"da baş verdiyi bildirilir.

 
 
 
Ardını oxu...
1918-ci ilin yayı idi. Qərbi Azərbaycanda qarışıqlıq yaranmışdı. Ruslar tərəfindən güçlü silahlandırılmış və müdafiə olunan erməni silahlıları azərbaycanlı əhalini yurd-yuvasından qovub çıxarırdı. Ələ keçənlər zorakılığa məruz qalır və qəddarcasına məhv edilirdi. Yerli əhali xeyli müqavimət göstərsə də, əliyalın, silahsız, köməksiz əhalinin qırılmamaq, erməni quldurlarının əlinə keçməmək üçün yeganə xilas yolu baş götürüb hara gəldi qaçmaq idi.
Elini-obasını məcurən tərk edən ailələrdən biri də ağcaqalalı Qəni Abbasovun ailəsi idi. Onlar yoldaykən ermənilər tərəfindən öldürülmüş bir qadının meytinin yanında 12-13 yaşlarında bir uşaq görürlər. Uşaq anasının meytini dartışdırır, sanki onu oyatmaq, diriltmək istəyirdi. Hadisə şahidləri dəhşət içində idilər.
Camaat qadını orada dəfn etdi. Qəni kişi və arvadı Gülnisə elə oradaca uşağı övladlığa qəbul etməyə qərar verib, onu özləri ilə götürdülər. Qıza Zəhra adını verdilər. Onu özləri ilə Gəncəyə, oradan Şəki rayonunun Cəyirli və Qayabaşı kəndlərinə gətirdilər. Daha sonra Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində məskunlaşdılar.
Onlar Zəhranı böyüdüb ev-eşik, oğul-qız sahibi (3 oğlan və bir qız) etdilər. Uşaqlar kiçik yaşlarından atalarını itirsələr də. Zərha çox çətinliklə onları boya-başa çatdırdı, toylarını etdi, gəlin gətirdi və gəlin köçürdü. Ölənə kimi Qəni kişi ilə Gülnisə arvadı öz valideynləri bildi. 1994-cü ildə haqq dünyasına qovuşdu.
Kim idi Zəhra !? Zəhra mənim doğma nənəm idi.
Beləliklə, sizə yüzlərlə erməni vəhşiliklərinin qurbanı olmuş – doğma ailəsini, qohum-əqrabasını itirmiş, yaxşı insanların sayəsində sağ qalmış azərbaycanlı qadınlardan biri haqqında danışdım.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti