Ardını oxu...
Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

KONKRET.az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Polşada ötən ilin 17 dekabr tarixində, axşam saatlarında, iki aylıq övladı ilə birgə itkin düşmüş, ötən gün isə meyiti Oder çayından tapılan azərbaycanlı Adilə Mehdiyevanın son görüntüləri yayımlanıb.

Belə ki, A.Mehdiyeva qucağında iki aylıq körpəsi ilə yaşadığı binadan çıxarkən nəzarət kameraları vasitəsilə görüntülənib.
Həmin görüntülər RTV-nin süjetində:

 
 
 
Ardını oxu...
Byanka ləqəbi ilə məşhurlaşan Rusiyalı müğənni Tatyana Eduardovna Lipnitskaya təhlükə dolu anlar yaşayıb.

38 yaşlı epotajlı sənətçini Moskvanın mərkəzində qaçırmağa cəhd ediblər.

O, bildirib ki, “Çikatilo üzlü” (90-ci illərdə Andrey Romanoviç Çikatilo cinsi həzz almaq üçün SSRİ-nin müxtəlif bölgələrində, əsasən Rostov vilayətində ən azı 43 nəfəri xüsusi qəddarlıqla qətlə yetirmiş manyak) bir kişi onu çubuqla hədələyib və zorla maşına mindirmək istəyib.
Tatyana Lipnitskaya "LIFE" nəşrinə müsahibəsində bildirib ki, dünən axşam saat 6 radələrində manikürə gedib. O, salona yaxınlaşanda tanımadığı bir şəxs əlində çubuqla onun yanına qaçaraq maşına minməyi əmr edib. Müğənni elə ucadan qışqırıb ki, həmin şəxs qorxaraq ərazidən qaçıb.

Musiqiçinin təsvirinə görə, kişi hündür - təxminən iki metr boyunda, əynində tünd gödəkçə olub, sifəti Çikatiloya bənzəyib.

Bianka kömək üçün psixoloqa müraciət edib, çünki indi özünü təhlükəsiz hiss etmir və küçəyə tək çıxmaqdan qorxur.
Ardını oxu...
bizim media
 
 
 
Ardını oxu...
Nazir əvəzi iddiaları təkzib etdi: “Ali təhsilim var, özü də fərqlənmə ilə bitirmişəm”
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova ilə bağlı mediada müxtəlif fikirlər səslənib.

Nazirliyin sabiq hüquqşunası , hazırda qanunsuz işdən çıxarılma iddiası ilə məhkəməyə müraciət edən Gülşən Hacıyeva Ovqat.com-a açıqlamasında deyib ki, Xəyalə Dadaşovanın heç bir ali təhlisi yoxdur, yalnız kollec təhsili ola-ola nazir postunu tutur.

Azinforum.az iddialarla bağlı Xəyalə Dadaşovanın fikirlərini öyrənib. Nazir əvəzi açıqlamasında bildirib ki, ali təhsili var, özü də fərqlənmə ilə bitirib: “Sizcə, dövlətin bu mühüm postuna ali təhsili olmayanı təyin edərlər?”

TEREF səsli müsahibənin tam variantını təqdim edir:

 
Ardını oxu...
İstanbulda evlənməyə hazırlaşan cütlük zərgərlik mağazasına basqın edib.

"Unikal" xəbər verir ki, ailə qurmaq üçün pul tapa bilmədiklərini bəhanə edən cütlük Sultanqazidə silahla zərgəri soymağa cəhd edib. Şübhəlilər mağaza sahibi tərəfindən tutularaq polisə təhvil verilib.

Hadisə yerinə gələn polis qrupları soyğunçuları bölməyə aparıb. Məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən xanım Azərbaycan vətəndaşıdır. Belə ki, 22 yaşlı Öznur H. sevgilisi 26 yaşlı Enes E. ilə birlikdə mağazanı soymağa cəhd edib.

Onlar barəsində cinayət işi açılıb.
Ardını oxu...
Çinin Honq-Konq bölgəsində qatarda çəkilən görüntü viral olub.

32gun.az xarici KİV-ə istinadən bidirir ki, avropalı və ya amerikalı olduğu güman edilən qadın turist qatarda akrobat kimi başıaşağı asıl dayanıb.

Belə ki, adı açıqlanmayan qadın qatardakı digər sərnişinlərin gözü qarşısında tutmaq üçün olan dəmirlərdən başıaşağı qalıb.

O vəziyyətdə səyahətinə davam edən qadının həmin anları mobil telefonuna çəkilərək sosial şəbəkədə paylaşılıb.

Həmin anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
 
Ardını oxu...
Xerson vilayətində SBU-nun tapşırıqlarını yerinə yetirən, özünü ukraynalı casus adlandıran Tatyana Lutsiy işə götürmə üsullarından danışıb.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, Lucius, uşaqlarının və qardaşının həyatı ilə şantaj edildiyini söylədi. Onlar ondan ərinə qarşı danos yazmasını tələb ediblər.

Denis Lutsiy o zaman Rusiya Federasiyasının nəzarətində olan ərazidə yanacaq-energetika kompleksi naziri vəzifəsini tutmuşdu.

Tatyana Lutsiy ərini Ukrayna ərazisinə aparmağa məcbur olub.
Həmçinin, SBU-nun göstərişi ilə o, Xarkov vilayətindəki hərbi qurğuları və raket zərbələrinin nəticələrini fotolar çəkməli və lentə almalı olub. O, "telegram" vasitəsilə kuratora məlumat ötürüb.

Lusius bildirib ki, qardaşı onsuz da cəbhəyə göndərildikdən sonra vəfat etdiyi yerdə və Rusiya Federasiyasının cinayət təqibindən qorxaraq Rusiya FSB-yə təslim olmaq qərarına gəlib.

RİA Novosti Telegram kanalında Tatyana Lutsinin hekayəsini əks etdirən video yayımlanıb.
 
Ardını oxu...
Bu gün Sevinc Hüseynova adlı sosial media istifadəçisi öz hesabında polis əməkdaşının ona qanunsuz cərimə yazdığı iddia edilən görüntülər paylaşıb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Kazım Kazımzadə küçəsində baş verib.

Belə ki, vətəndaş "Ford" markalı şəxsi avtomobilini qanunsuz olaraq piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlayıb.

Daha sonra polis əməkdaşları ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə yazıb. Vətəndaş isə sosial medianın qazandırdığı imkanlardan istifadə edərək cərimə yazanları "ifşa etməyə" cəhd edib və video da özünün qanunsuz olaraq səkidə maşın saxladığını etiraf edib. O, bu əməli digər şəxslərin də həmin ərazidə maşın saxladığını əsas gətirərək törətdiyini iddia edib.

Fotodan da göründüyü kimi avtomobilin dayandığı ərazi səkidir və maşın burada insanların hərəkətinə mane olur. Sürücü qanunsuz əməl törətdiyini bildiyi halda paylaşdığı videoda özünə haqq qazandırmağa cəhd edib.
 
Ardını oxu...
Rusiyanın Stavropol diyarında qadın küçə tualetində uşaq dünyaya gətirib və körpəni tullantı quyusuna atıb.

Lent.az bildirir ki, Lısoqorskaya kəndinin 40 yaşlı sakini hamiləliyini gizlədib. Yanvarın 8-də o, partnyorunun şəxsi evinin həyətindəki tualetə gedəndə qəfil doğum sancısı keçirib.

Qadının sözlərinə görə, uşaq quyuya düşüb. O, bu barədə heç kimə heç nə deməyib. Körpə boğularaq ölüb.

Lakin sonda baş verənləri gizlətmək mümkün olmayıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 106-cı maddəsi ilə “Yeni doğulmuş uşağın ana tərəfindən öldürülməsi” ilə cinayət işi başlanıb.

Qadın barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
 
Ardını oxu...
O, ailəsi ilə birlikdə mühacirətə üz tutanda cəmi iki yaşı var idi. Dünyanın bütün dərd-qəmindən uzaq olan bu körpə qızcığaz anasının əlindən tutaraq onları gözləyən təhlükədən xəbərsiz idi. Bu balaca qızcığaz sonralar Türkiyənin ən məşhur həkimi olacaq Şəfiqə xanım Ataman idi. Böyük bir nəslin layiqli davamçısı olan Şəfiqə xanım Ataman 28 iyul 1916-cı ildə İravan yaxınlığındakı Dərəçiçək mahalında dünyaya göz açmışdı.

Şəfiqə xanımın anası Ruqiyyə xanım, atası Məmməd Əlibəyzadə idi. Məmməd bəy Dərəçiçək mahalında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də ermənilərə layiqli cavab verməyi bacaran cəsur bir insan idi. 1905-ci ildə erməni hücumlarının qarşısının alınmasında fəallıq göstərən Məmməd bəy təqib edilirdi. Dərəçiçək mahalında böyük hörmət sahibi olan Məmməd bəyi aradan götürmək üçün erməni daşnakları hər vasitəyə əl atırdılar.

Məmməd bəy təqiblərdən yaxa qurtarmaq üçün ailəsini də götürərək qardaş Türkiyəyə mühacirətə getməyi üstün tutur. Türkiyəyə gəldikdən bir qədər sonra Məmməd bəy türk ordusunun tərkibində qurtuluş savaşında iştirak edir. 1919-cu ildə Məmməd bəyin həyat yoldaşı Ruqiyyə xanım uzun sürən xəstəlikdən sonra vəfat edir.

Məmməd bəy Qars valisi təyin edildikdən sonra erməni və ingilis qoşunlarının qarşısının alınması üçün mübarizəyə başlayır. Lakin o kiçik bir dəstə ilə pusquya düşərək əsir götürülür. Məmməd bəy Maltaya sürgün edilir. Ailəsi isə yaxın dostu Kazım Karabəkir Paşa tərəfindən himayəyə götürülür. Ailənin vəziyyətini nəzərə alan Mustafa Kamal Paşa Atatürk ailənin iki oğlunu hərbi məktəbə göndərir. Balaca Şəfiqə isə Kazım Karabəkir Paşanın ailəsində qalır.

1921-ci ildə Maltadan İstanbula gələn Məmməd bəy burada Mustafa Kamal Paşa ilə görüşür. Məmməd bəy qızı Şəfiqəni də götürərək 1922-ci ildə Gümrüyə gedir. Şəfiqə Gümrüdə rus və türk dillərini öyrənməklə yanaşı, fortopiano dərslərini də mükəmməl mənimsəyir. 1931-ci ildə təhsilini başa vuran Şəfiqə xanım İstanbula gəlir. Burada təhsilini davam etdirən Şəfiqə xanım 1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə qəbul olunur. 1940-cı ildə universiteti müvəffəqiyyətlə başa vuran Şəfiqə 1940-1943-cü illərdə Haseki xəstəxanasında çalışır. Daha sonra Çorum Doğum evində çalışan Şəfiqə xanım 1945-ci ildə Ankara xəstaxanasına rəhbər təyin edilir.

Həyatı acınacaqlı keçən Şəfiqə xanım 23 mart 1946-cı ildə həkim həmkarı Həmid Atamanla ailə qurur. Həmid Ataman Cümhuriyyət hökumətinin xarici ölkəyə təhsil almağa göndərdiyi 100 aydından biri idi. Bu izdivacdan sonra Şəfiqə xanım həyat yoldaşı Həmid bəylə birlikdə mühacirətdə olan müsavatçılarla mütamadi görüşlərdə iştirak edir.

Şəfiqə xanım 1949-cu ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının yaranmasında yaxından iştirak edir, Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi görüşürdülər. Həyat yoldaşı Həmid Atamanın Məhəmməd Əmin Rəsulzadə ilə dostluğu bu ailələri daha da birləşdirmişdi. Almaniyada Tibb Universitetini bitirən Həmid Ataman Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra Azərbaycana qayıtmamış, qardaş Türkiyədə qalmağa məcbur olmuşdu. Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid Atamanla tez-tez görüşür və bu görüşlər adətən Həmid bəyin evində baş tuturdu.

Şəfiqə Atamanın Türkiyədə tanınmış bir həkim kimi yetişməyində həyat yoldaşı Həmid Atamanın böyük rolu olmuşdu. Onlar iki vətən sevdalısı idi. Doğulduqları torpağa qayıtmağa Sovet Hökuməti tərəfindən qoyulan qadağa onlarda vətən sevgisini daha da artırdı. Tez-tez bu ailəyə qonaq gələn Məhəmməd Əmin Rəsulzadə və həyat yoldaşı Leyla xanım ailənin kiçik qızı Narıncı öz övladları kimi sevirdilər. Həmişə qəlbində vətən sevgisi olan Şəfiqə xanım Azərbaycana gəlməyi çox istəsə də, nə yazıq ki, bu arzusunu reallaşdıra bilmədi.

Türkiyənin məşhur həkimi olan Şəfiqə xanım Ataman 3 mart 2002-ci ildə haqq dünyasına qovuşdu. Ölümündən az əvvəl qızına öz vəsiyyətini də etməyi unutmadı Şəfiqə xanım: “Məni Azərbaycan bayrağı ilə dəfn edin…”
Qoşqar Salmanlı
/ulusal.az/
 

Dünyapress TV

Xəbər lenti