Ardını oxu...
Qarabağın erməni sakinləri öz evlərinə qayıda bilərlər, amma… Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bunun üçün hələ şərt də irəli sürür. O, “Azadlıq” radiostansiyasının Ermənistan xidmətinə müsahibəsində bildirib ki, “Dağlıq Qarabağ-ATƏT və ya Dağlıq Qarabağ-BMT səviyyəsində keçid, müvəqqəti xarakter daşıya bilən birgə administrasiya” olarsa, ermənilər geri dönəcəklər.

Keçmiş nazir təklif edir ki, “Dağlıq Qarabağ”la Bakı arasında danışıqlar olsa, tərəflər ermənilərin qayıdışı məsələsini həll edə bilərlər.

Oskanyan Paşinyan hakimiyyətini də tənqid edib. Bildirib ki, Baş nazir N.Paşinyanın timsalında Ermənistan rəhbərliyi nəinki Qarabağ icması ilə əməkdaşlıq etmir, hətta erməni separatizminin liderlərinə qarşı düşmənçilik nümayiş etdirir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrından sonra Azərbaycan hökuməti müəyyən şərtlər daxilində Qarabağ ermənilərinin burada qalması üçün şərait də yaradıb və portal vasitəsi ilə 5 dildə çağırış edib. Buna baxmayaraq, 2020-2023-cü illərdə Qarabağ iqtisadi zonasını tərk etmiş 120 minə yaxın erməni sakin çağırışlara reaksiya verməyib.

Oskanyanın bu təklifi bir neçə cəhətdən maraqlıdır. Əvvəla, belə bir format nə dərəcədə realdır? İkincisi, Azərbaycanın bu təklifə münasibəti necə ola bilər? Yaxud, 32 il sonra suverenliyini tam bərpa etdiyi ərazisində belə bir idarəçilik formasının yaradılması ilə razılaşa bilərmi?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib ki, Ermənistanın Ararat Mirzoyana qədər 10 xarici işlər naziri olub və onların içərisində yalnız Vardan Oskanyan indiki proseslərə daimi münasibət bildirir, təkliflər verir, Paşinyan hakimiyyətini ittiham edir, çox vaxt da öz xidmətlərini təklif edir ki, ondan məsləhətçi kimi istifadə etsinlər.

“Oskanyanın Qarabağ ermənilərinin beynəlxalq təminat altında geriyə dönməsi barədə sonuncu təklifi yenilik deyil. Ermənilərin 2023-cü ilin sentyabrında kütləvi köçündən sonra o, bir neçə dəfə bu təkliflərlə müraciətlər edib. Özü də bilir ki, Qarabağı daxili işi hesab edən Azərbaycan üçün bu təklif qəbuledilməzdir. Beynəlxalq mexanizm olmadan və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin geri dönməsinin təminatını rəsmi Bakı özü təklif edib və təklif hələ də qüvvədədir. Odur ki, Oskanyandan böyük statusu olan Makronun ermənilərin Qarabağa dönmə şərtləri qəbul olunmursa, həm fiziki, həm mənəvi xəstə olan Oskanyanın Yunanıstandan səsləndirdiyi təkliflər heç bir formada qəbuledilən deyil”.

Ekspert qeyd edir ki, Qarabağ ermənilərinin geri qayıtması yalnız Azərbaycanın irəli sürdüyü tələblər şərtilə mümkündür, yəni vətəndaşlığı qəbul etmək və ölkə qanunlarına tabe olmaq. Belə olduqda onların hüquq və təhlükəsizliyi Azərbaycan tərəfindən həyata keçiriləcək. Amma artıq 5 aydır ki, ermənilərin bu şərtləri qəbul edəcəyi real görünmür.

Müsahibimiz deyir ki, Qarabağ ermənilərinin əksəriyyəti Ermənistanı tərk edib gedir. Onların adından revanşistlər, diaspor, kilsə və Paşinyana müxalif olanlar sui-istifadə edirlər: “Qarabağ ermənilərinin geri qayıtması mövzusu Ermənistanda hakimiyyət uğrunda mübarizənin əsas tərkib hissəsidir. Oskanyan hər dəfə Paşinyan iqtidarını Qarabağı təhvil verməkdə ittiham edir və onun verdiyi təkliflərdən istifadə etmədiklərini, bununla da guya Azərbaycanın maraqlarına uyğun siyasət yürüdüldüyünü deməklə, erməni cəmiyyəti üçün həssas məqamlara toxunur və anti-Paşinyan ovqatını yüksəldir. Oskanyan və onun kimi revanşist daşnakların təbliğatı, siyasəti cəmiyyətdə dəstək tapmadığından təsiri də yoxdur”.

Hüquqşünas Ələsgər Məmmədli də Oskanyanın təkliflərinin heç bir əhəmiyyət daşımadığını deyib.

“Azərbaycan və Ermənistan arasındakı konflikt, hər hansı hərbi əməliyyat olmadan, sülh yolu ilə, beynəlxalq hüquqa uyğun şəkildə nizamlama prosesinə girsəydi, ərazilər ermənilər tərəfindən Azərbaycana verilsəydi, o zaman hansısa şərtdən danışmaq olardı. Ermənistan tərəfinin hansısa şərt irəli sürməsi mümkün deyil, hətta real deyil. Oskanyan xəyal qura bilər, amma Azərbaycan bu xəyallara müsbət bir reaksiya göstərməyəcək” – Ələsgr Məmmədli Pressklub.az-a deyib.

Hüquqşünas deyir ki, Azərbaycanın ATƏT və digər beynəlxalq təşkilatların vasitəçiliyi ilə bu məsələnin sülh və hüquqi yolla həll olunmasını uzun illər gğzləyib və buna çalışıb. Amma bu təşkilatlar və Ermənistan konstruktiv bir addım atmadı. Nəticədə hərbi güc ilə Azərbaycan bu günə qədər mövcud olan problemi 44 günlük müharibə və iki lokal xarakterli anti-terror əməliyyatı ilə həll etdi: “Belə olduğu halda, Ermənistanın şərt irəli sürməkdənsə, Azərbaycanın qoyduğu şərtləri qəbul etməlidir. Çünki Azərbaycan Qarabağ məsələsini birdəfəlik həll edib. Qarabağ ermənilərinin Azərbaycan qayıtmaq məsələsində isə Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər qalıb, yaşaya bilər. Amma həm Qarabağdakı keçmiş separatçı rejim, həm də Ermənistan hökuməti sistemli şəkildə oradakı insanları bu məsələdən çəkindirdi. Bundan sonra onların geri qayıtması mümkün görünmür”.

Ələsgər Məmmədli deyir, onlar hətta geri qayıtmaq istəsələr də, bunun bir limiti olmalıdır. Məsələn, Azərbaycan bir neçə aylıq kimi bir müddət elan edə bilər ki, ermənilərdən kim istəsə, bu müddət ərzində vətəndaşlığı qəbul edib, bu torpaqlarda yaşasın. Amma hansısa erməninin istədiyi vaxtda, əlini-qolunu sallayıb Qarabağa qayıtmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etmək kimi bir seçimi və şansı olmamalıdır. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etmə prosesi də digər xarici vətəndaşlarda olduğu kimi, eyni qaydada həyata keçirilməlidir. Yəni, onlar üçün istisna bir hüquq tanına bilməz. Zənnimcə, Azərbaycan yaxın günlərdə son tarixi müəyyən edib, bu prosesi uzatmayacaq və son nöqtəni qoyacaq.

Hüquqşünas sonda Oskanyanın Paşinyan rejimini tənqid etməsi məsələsinə də toxunub: “Oskanyan Paşinyan rejimini daxili siyasi məqsədlərlə tənqid edir. Çünki bütün hallarda, fərqli siyasi görüşlərə, siyasi komandalara mənsub olan siyasətçilərdi. Bu baxımdan, mövcud siyasi prosesdə hökuməti zəiflətmək üçün bu cür tənqidləri çoxaldıb”.
Ardını oxu...
"Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda hazırda baş verənlər nə tariximizə, nə də elmimizə yaraşan hal deyil..."

Bu sözləri "Təzadlar"a danışan Tarix İnstitunun aparıcı elmi işçisi Günel Aslanlı rəhbərlik tərəfindən bir müddətdir ona qarşı davam edən təhdidlərdən də bəhs etdi... İnstitutda baş verən bəzi hadisələrdən bəhs edən həmsöhbətimizi redaksiyaya dəvət etdik. Onunla geniş müsahibəni təqdim edirik:

-Günel xanım, açığı, hesab edirdik ki, ötən dəfəki müsahibənizdən sonra baş verən qalmaqallara artıq son veriləcək, amma deyəsən, əksi baş verir. Nəzərinizə çatdırım ki, müsahibəniz böyük rezonans doğurubdur, xüsusilə elmi ictimaiyyət arasında. Qeyd edək ki, biz sizə görə də çox narahat idik, çünki sizin məlum müsahibənizi yayımladıqdan sonra həm direktor Kərim Şükürov tərəfindən sizə qarşı olan təhdidlər, eləcə də anonimşikıərin hədələyici və təhqiredici məktubları, həm də qəzetin rəsmi elektron poçtuna gələn qeyri-etik və eybəcər ifadələrlə yazılmış maillərdən, təhdidlər... Və aydın oldu ki, bizə qarşı belə reaksiyalar olduğu halda, görün sizə qarşı indi hansı təqiblər başladılıbdır...

-Mən sizinlə hər zaman görüşməyə hazıram. Təqib yox, mən deyərdim, t.ü.f.d. Günel Aslanlıya qarşı AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov tərəfindən elan edilmiş müharibə... İnanın, mən tərəfdə də vəziyyət heç də ürəkaçan deyil. Belə ki, direktor Kərim Şükürov əlaltıları vasitəsilə təqibləri və mənəvi terroru davamlı şəkildə yüksələn xətlə aparır. Elə yeri gəlmişkən direktorun özünün və ətrafının sizə qarşı və mənim barəmdəki iyrənc məktubları, zəngləri barədə redaksiya qrupu olaraq siz ətraflı məlumat verdiniz. Eyni iyrənc söhbətləri də institutda yaymağa çalışırlar. Bundan əlavə, institut əməkdaşlarına, hətta mənimlə salamlaşmaq belə qadağan olunubdur. İnstitut daxilində mənə dəhlizlərdə, kamera çəkən sahələrdə salam belə verməkdən çəkinən əməkdaşlar, sonra ya gizli yaxınlaşaraq, yaxud da mesajlar göndərərək “Günel xanım, bizi qınama, direktordan qorxuruq, bizi hədələyərək – “Sizi kameralardan izləyirəm, onunla nə məqsədlə görüşürsüz?” deyir.” Siz buyurun, bu da həmin əməkdaşların mesajları. Bütün bunlar azmış kimi, mənim iş saatından kənar görüşdüyüm dostlarımı və həmkarlarımı belə Kərim Şükürov otağına çağıraraq, “Eşitdim Günel Aslanlı ilə görüşürsən, oturub onunla kofe içirsən? Sən bilmirsən o mənim düşmənimdir?” və s. ifadələr səsləndirməyi özünə yaraşdırır. Hətta elmi konfranslarda belə təsadüfən rastlaşıb görüşdüyüm alim yoldaşlara belə bu kimi fikirləri səsləndirməkdən çəkinmir. Sizcə bu terror deyil, nədir? 37-ci il repressiyaları haqqında kitablardan oxuduğumuzu, indi mən bütün bunları bilavasitə yaşayıram. O zamankı siyasi terroru, mən hazırda mənəvi terror olaraq yaşayıram...

-Deyirsiniz sizin də elektron poçtunuza təhqir dolu, iyrənc, mənəviyyatsız məktublar gəlməkdə davam edir?

-Bəli, belə əxlaqa sığmayan məktublar gəlməkdə davam edir. Və mən deyərdim ki, daha iyrənc, daha çirkin, daha biədəb üslublara keçilibdir. Təsvir etməyə söz tapa bilmirəm, hansı mənəviyyatla yazılıb, dərk etmək mümkünsüzdür. Sizin və mənim elektron poçtlarımıza gələn bu iyrənc mətnləri tutuşdurduqda müəllifin eyni şəxs olduğu bariz şəkildə görünür. Bildiyim qədər sizin rəhbərlik aidiyyəti dövlət orqanlarına müraciət edib... Dediyim hər söz, yazdığım hər kəlimə bir-bir araşdırılır, təhlil edilir və iyrənc formada şəxsimə qarşı istifadə olunur. Elə təkcə “Mən fəxr edirəm ki, Ulu öndər Heydər Əliyev irsinin tədqiqatçısıyam” ifadəm, elə əxlaqdan kənar, mənəviyyatsız şəkildə təhrif olunmuşdur ki, dilə gətirmək qeyri-mümkündür... Mənim bu fikirlərimdən qıcıqlanaraq yazılmış mənəviyyatsız məktubu, yeri gəlmişkən, lazımi yüksək instansiyalara göndərmişəm. AMEA Tarix İnstitutunun direktorunun xoşlamadığı, daha doğrusu, nifrət etdiyi əməkdaşların elmi tədqiqatları ilə bağlı ünvanlarına hansı məzmunlu məktubların gəldiyi ilə bağlı qoy rəhbər qurumlar da tanış olub, öz münasibətlərini bildirsinlər. Qoy görsünlər ki, Kərim Şükürovun direktoru olduğu AMEA Tarix İnstitutunda hansı iyrənc, qeyri-sağlam mühit hökm sürür. Oradakı hədyan ifadələri yaza bilən şəxs düşünürəm ki, yalnız şəxsi təcrübəsi müstəvisindən çıxış etmiş və onun özünün şəxsi keyfiyyətlərinin təzahürüdür. (Siz də tanış ola bilərsiniz).

-Dəhşət... belə bir rəzilliyi edən kəs düşünəndə ki, akademiya kimi müqəddəs bir elm məbədinin işçisidir, insanı vəhşət bürüyür. Elə bizim maillərə də təqribən bu səpkidə yazılar daxil olur. Müəllifin eyni şəxs olduğu danılmaz həqiqətdir... Günel xanım, siz hər dəfə Şəhla Məmmədlinin Kərim Şükürovun “öz adamıdır” fikirlərini səsləndirirsiniz. Bunu nə ilə sübut edə bilərsiniz?

-İlk növbədə onu qeyd edim ki, Kərim Şükürovun Şəhla Məmmədlinin bacısı – Şəlalə Məmmədova ilə “dərin köklərə” dayanan dostluqları var. Beləki, böyük bacı Şəlalə Məmmədova tarixçi alimdir və uzun illər öncə BDU-da işləyən zaman Şükürovla yaxın olublar, daha sonra hər ikisi universitetdən xaric olunduqdan sonra Azərbaycan Turizm və Menecment Universitetinində birgə çalışmışlar, daha sonra isə “TEAS Press” Nəşriyyat Evində Kərim Şükürovun dəvəti ilə yenə də orada çalışmışlar. Bir qədər sonra Kərim Şükürov 2018-2019-cu illərdə Prezident Yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının sədri olduğu zaman da həmin qadını birgə işləmək üçün şuraya dəvət etmiş, bir yerdə çalışmışlar. Hətta böyük bacının xətrinə, Kərim Şükürov AAK-da Tarix üzrə Ekspert Şurasının sədri işlədiyi zamanda qanunsuz olaraq, kiçik bacı Şəhla Məmmədlinin 10 ildən artıq bir müddətdir ki, müdafiə etmiş, lakin işinin tamamilə plagiat olunduğu sübut olunduğundan, bütün instansiyalardan keçib tam imtina almış işini arxivdən qaldırmışdır. Tutduğu vəzifədən sui-istifadə edərək korrupsiya müstəvisindən çıxış edən Kərim Şükürov Ekspert Şurasının üzvlərinə təzyiq edib qeyd olunan dissertasiya işinin xeyrinə səs vermələrini məcbur etmişdir. Lakin Kərim Şükürov məqsədinə çatmamış, Şəhla Məmmədlinin dəfələrlə mənfi rəylər almış dissertasiyası, plagiat olduğu tamamilə sübut olunmuş və nəhayət, imtina alınmış bu iş yenidən arxivə göndərilmişdir. Daha nə lazımdır ki, Kərim Şükürovun bu qadını xüsusi canfəşanlıqla himayə etdiyi sübut olunsun?! Yeri gəlmişkən, böyük bacı Şəlalə Məmmədovanın “elmi” fəaliyyəti ilə bağlı da sizə bir az məlumat vermək istəyirəm. Böyük bacı Şəlalə Məmmədova yerli və xarici mətbuatda daima Azərbaycan xalqının etnik kimliyi, etnik mənşəyini şübhə altına alan ifadələr səsləndirir, bu fikirlərin dövlətçiliyimizə zərbə olduğunu və ermənilərin əllərinə su tökdüyü aşikardı (mən həmin ifadələrini qırmızılamışam, buyurun baxın). Bundan əlavə, dövlətçiliyimizə qarşı, xüsusilə bizim Müzəffər Ali Baş Komandanımıza qarşı ləkələyici fikirlərlə dolu məqalələr dərc etdirir. Hətta yazılarında 44 günlük Vətən Müharibəsinə kölgə düşürməkdən belə çəkinmir. Ən təhlükəlisi isə odur ki, belə bir şəxs universitet auditoriyalarına girərək bizim milli genefondumuza ciddi zərbə vurur. Bu dediklərimin sübutu olaraq adı çəkilən məqalələri sizə təqdim edirəm. Bəli, Kərim Şükürovun yaxın dostu, işlədiyi hər yerə özü ilə apardığı silahdaşı budur! Tarix İnstitutuna da eşitdiyim qədər yenə bu qadını dəvət etmək istəyirdi, lakin elmi ictimaiyyətin qınağından çəkinərək bu addımı atmadı. Əvəzində isə bacısı Şəhla Məmmədli ilə fəaliyyətini davam etdirir. Yenə diqqətinizə çatdırım ki, Şəhla Məmmədli bundan öncəki rəhbərlik dövründə qeyri-sağlam hərəkətlərinə görə “töhmət”, “şiddətli töhmət”, hətta hüquq-mühafizə orqanları tərəfindən İXM-nin 510-cu maddəsi ilə cəzalanmışdır. İndi də Kərim Şükürov bu qadını əməkdaşların üzərinə salaraq, təkrar edirəm, terror edərək mənəvi təzyiqlərini davam edir.

-Kərim Şükürov BDU-dan çıxarıldıqdan sonra AMEA Tarix İnstitutunda işə düzəlmədimi?

-Düzdür, o əvvəlcə Tarix İnstitutunda sıravi işçi, daha sonra şöbə müdiri kimi tam ştatda çalışırdı. Bununla paralel “TEAS Press” Nəşriyyat Evində yüksək vəzifələr tutmuşdur. Hər dəfə də xüsusi vurğu ilə qeyd edirdi ki, orada akademiyada aldığından 5-6 dəfə artıq maaş alırdı. Və demək olar ki, Tarix İnstitutuna işə gəlmirdi. Ona görə də, Kərim Şükürovu Tarix İnstitutunun əməkdaşları demək olar ki, tanımırdılar, xasiyyətinə bələd deyildilər. Yalnız iclasdan iclasa gəlib, dəyib gedirdi. İndi isə əməkdaşlardan 9:00-dan 18:00-dək iş yerində məcburi oturmağı tələb edir. Halbuki özü əməkdaş olduğu zaman heç bir əmək intizamına əməl etmirdi. Nəzərə alsaq ki, vaxtikən özü başqa yerdə işləyərək, yüksək maaş alırdı, indi onsuz da cüzi məvacib alan institut əməkdaşlarının digər yerdə işləməsinə maneələr yaradır. Təsəvvür edin 11-15 kvadmetrlik otaqlarda 14-15 əməkdaş oturmalı olur. Ən əsası həmin əməkdaşları əsas avadanlıqla, yəni stolla, yaxud kompüterlə təmin etmir. Elmi dərəcəsinin, elmi adının olmasının əhəmiyyəti yoxdur, laborant olsan da olar, hər cür vəsaitlə təmin ediləcəksən, əsas onun -Direktorun adamı ol! Elmlər doktorunun, elmlər namizədinin kompüteri, masası olmasa da olar. Təki direktorun bir dediyini iki etməyən sıravi işçi təmin edilsin. Onların isə əsas vəzifəsi Kərim Şükürovu tərifləmək olmalıdır. Hətta son zamanlar sosial şəbəklərdə onun sifarişlə xeyrinə yazılmış statuslar “like” olunmalı, yaxud tərifləyici statuslar yazılmalıdır. Bəli, İnstitutun prioritet istiqaməti budur.

-Günel xanım, sizi çox nigaran gördüm. AMEA Tarix İnstitutunda hazırda nə baş verir?

-Hazırda mənim işdən çıxarılmağım istiqamətində yeni proyektlər üzərində işlər gedir. Şəhla Məmmədli hər yerdə “Onu işdən çıxardacayıq” deyə bəyanatla gəzir. Fikir verdinizsə (səs yazısını dinləyin) direktor çıxardacaq demir, biz – yəni mən Şəhla Məmmədli və Kərim Şükürov. Burdan da aydın olur ki, Kərim Şükürov institutu tək yox, bu qadınla birgə idarə edir... Demək tarix elminin qarşısında duran mühüm və əhəmiyyətli məsələləri bir kənara qoyub intriqalarla günlərini yola verən bu insanlar geniş müzakirədən sonra belə bir qənaətə gəlirlər ki, işdən çıxarılmağım haqqında akademiya rəhbərliyinin də adından istifadə edərək, institutun Həmkarlar Təşkilatının sədrindən bu məsələ ilə bağlı təcili şəkildə iclas təşkil edərək gündəliyə qoymağı tələb etsinlər. Ssenari yazdıqları kimi icra olunur. 21 fevral 2024-cü il tarixində HT-nın sədri Hacı Həsənov təcili şəkildə büro üzvlərini toplayaraq iclas təşkil edir. Burada sual olunur, şikayət kimin haqqındadır, iclasın gündəliyi kimə həsr olunub? Mən Günel Aslanlıya. Bəs onda mənim niyə xəbərim yoxdur? HT-nın sədri Hacı Həsənov bu barədə ilk öncə mənə məlumat verməli olduğu halda, nəinki iştirakımı təmin etmək, heç qısa məlumat belə verməyərək, qanunsuz şəkildə haqqımda o qədər iyrənc ifadələr səslənən məktubu müzakirəyə qoyur!! Bu isə, siz də təsdiq edərsiniz ki, mənim əməkdaş kimi hüquqlarımı qorumalı olan Həmkarlar Təşkilatının mənə qarşı növbəti mənəvi terrora şərait yaratmasından başqa bir şey deyildir. Mən 3 günlük bülletendə olduğum bir vaxtda, qeyd edim ki, övladımın kəskin virusa yoluxduğundan və azyaşlı olduğundan qeydiyyatda olduğumuz poliklikinadan mənə də xəstəlik vərəqəsi açılıbdır. Bu səbəbdən mən bir neçə gündür işə getmirəm. Yəni, bu cür tələm-tələsik, qaça-qaçnan, yenə söyləyirəm, mənə xəbərdarlıq belə edilmədən adımın hər cür iyrənc formada hallanaraq iclas keçirilməyinin hüquq pozuntusu olduğunu bilərəkdən iclasın çağırılmasının nə anlamı var idi? Mənim konstitutision hüquqlarım pozulur, haqqımda iyrənc, həqiqətə uymayan fikirlər səsləndirildiyi, elmi nüfuzuma, şəxsi nüfuzuma, qadın ləyaqətimə, ailəmə qarşı belə dil uzadan birinin bu məktubu müzakirə mövzusu olur. Təsəvvür edin, direktor yox, Ş.Məmmədli mənim işdən çıxarılmağımı yuxarılardan xahiş edir! Gülməli deyilmi...

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 12 iyul 2023-cü il tarixində HT-nin qəbul etdiyi qərarını səsləndirən HT-nın sədri Hacı Həsənovdan sitat verərək: “Həmkarların sədri kimi qeyd edirəm ki, yerli təşkilatın hüququ var ki, Nizamnamə qaydalarını pozan və yerinə yetirməyən, təşkilatda mənəvi mühitini zəhərləyən, qaydalara tabe olmayan şəxslərin Həmkarlar Təşkilatının üzvlüyündən kənarlaşdırılması. Bu beş il ərzində büro Şəhla xanıma töhmət, şiddətli töhmət verilməsi barədə qərar qəbul edilmişdir və eyni zamanda onun işdən çıxarılması məsələsi dəfələrlə qoyulsa da, mən şəxsən bunun əleyhinə çıxmışam. Bu qadın institutun mənəvi həyatını mütəmadi zəhərlədiyinə görə, təşkilatın işini pozduğuna görə, böhtan atdığına, yalan, saxta aktlara qol çəkdiyinə görə onu Həmkarlar Təşkilatı sıralarından çıxarılmasını səsə qoyuram. Kim Şəhla Məmmədlinin bu mənfi fəaliyyətinə görə HT-nın üzvlüyündən çıxarılmasına razıdır xahiş edirəm səs versin.”(mənbə A.A.Bakıxanov adına Tarix İnstitutu Həmkarlar Təşkilatının hesabat iclasının PROTOKOLU, 12 iyul 2023-cü il) bu təklif yekdil səs çoxluğu ilə qəbul olunur və HT-nin üzvlüyündən qovulur. İndi isə- bir neçə aydan sonra həmin bu qadının məktubuna əsasən Kərim Şükürovun xüsusi tapşırığı ilə məcbur edilərək iclas keçirilir. Bu mənim üçün növbəti stress, mənəvi təzyiqdən başqa bir şey deyil. Mənim artıq bunlardan sonra kiməsə səslənməyimi faydasız hesab edirəm. Belə çıxır ki, Kərim Şükürovun özbaşınalığına, qeyri-adekvat qərarlarına, tələblərinə boyun əyməkdən başqa çarələri yoxdur, çünki o, səlahiyyət sahibidir. Onu da qeyd edim ki, Şəhla Məmmədlinin özbaşına hərəkətini pisləyən və “Əliyevşünaslıq” şöbəsinin qapısına yapışdırdığı nalayiq vərəqəyə görə 04 dekabr 2023 ildə HT büro üzvləri qərar qəbul etmişdilər ki, bu qadına töhmət verilməsi ilə bağlı direktor Kərim Şükürov qarşısında vəsatət qaldırılsın. Lakin direktor buna qəti etirazını bildirir və bu məsələ ilə onu bir daha narahat etməmələrini tələb edir.

- Maraqlıdır hansı əsasla siz tarixçi alimi, monoqrafiya və bir çox elmi məqalələr müəllifi, dövrü mətbuatda mütəmadi olaraq cənab prezidentin siyasi fəaliyyətini işıqlandıran yazılarla çıxış edir, beynəlxalq və yerli konfranslarda iştirak edirsiniz. Hansı əsasla, sizin kimi məsuliyyətli işçini işdən çıxara bilərlər?

- Əlbəttə ki, heç bir əsas yoxdur. Əsas odur ki, Kərim Şükürovla Şəhla Məmmədli belə istəyir. Yuxarıda qeyd etdiyim HT-nin 12 iyul 2023-cü il tarixində keçirilən iclasda Hacı müəllimdən sitat gətirərək demək istəyirəm: “Şəhla Məmmədli, sən kimsən mənim işdən çıxarılmağımla bağlı vəsatət qaldırasan?!”.

- Bəli Günel xanım, biz o video görüntüləri də izlədik. Diqqətçəkən məqamdır ki, HT-nin məlum iclasında Hacı Həsənov qəzəblə “Sən kimsən kiminsə haqqında nəisə deyəsən” ifadələrini səsləndirdiyi və onun büro üzvlüyündən yekdil səs çoxluğu ilə qovulduğunu bəyan etdiyi halda necə olur ki, yenidən Şəhla Məmmədlinin yazdığı bir məktub müzakirəyə çıxarılır və sizin də bundan xəbəriniz olmur.

-Görünür əmr “böyük yerdəndir”... Bəli, aldığım məlumatlara görə direktor bunun akademiya rəhbərliyinin birbaşa tapşırığının olduğu kimi yalanlardan belə çəkinməyib. HT da bundan sonra məcbur olub təcili iclas keçiribdir. Yeri gəlmişkən, mən akademiyanın katibliyindən maraqlandım və mənə bildirildi ki, ümumiyyətlə belə bir məktubun olması ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur! Bütün bu qeyri-qanuni fəaliyyət, qeyri-sağlam iş mühitinin yaradılması mənə qarşı davam edən mənəvi terrorun açıq nümunəsidir. Bu, hətta mən deyərdim, iş yerində mənə qarşı aparılan bullinqin təzahürüdür.

- Düşünürük ki, yəqin HT-nın sədri Hacı Həsənov bununla bağlı təkzib verəcək və ya digərləri kimi buna məcbur ediləcək.

- Bilirsiniz, Hacı müəllim universitetdə təhsil aldığım illərdə müəllimim olubdur, o məni ta uşaqlığımdan tanıyır. Daima bu işdə mənim haqlı olduğumu və səbirli olmağımı tövsiyə edibdir. İnanmıram ki, belə bir məcburiyyət qarşısında qala. Ancaq Kərim Şükürovun təzyiqlərinə nə qədər tab gətirə biləcək, bax bunu deyə bilmərəm...

- Bəs akademiyanın prezidenti İsa Həbibbəylinin bu məsələlərə münasibəti necədir? Heç bu barədə hörmətli akademiklə görüşünüz olubmu?

- Hörmətli akademikimizlə görüşüm olubdur (mən özüm müraciət etmişdim ki, İsa müəllim məni qəbul etsin). Hətta ilk görüşümüzdə məni gözlədiyimdən də artıq səmiyyət və hörmətlə qarşıladı. Mənim elmi fəaliyyətimdən, elmi əsərlərimdən xəbəri olduğunu vurğuladı. Az öncə söylədiyim kimi, Qadınlar Şurasının sədri olduğum zaman konfrans və tədbirlərdə məruzə və çıxışlarımı da dinləmiş olduğunu söylədi. Elmi fəaliyyətimdə, xüsusən də biz gənclərin Ümummilli liderimizin qoyduğu siyasi irsi layiqincə davam etdirdiyimizdən qürur duyğunu bildirdi. Sonra köməkçisinə zəng edərək, mənə akademiyanın nəşri olan nəfis, fundamental bir monoqrafiya da bağışladı. Həmin görüşün səbəbi Kərim Şükürovun şəxsimə qarşı qeyri-qanuni hərəkəti ilə bağlı idi. Əmək məcəlləsində fəlsəfə doktoru olan, monoqrafiya və kifayət qədər elmi əsərləri dərc olunan əməkdaş, eyni zamanda 3 ildən artıq “böyük elmi işçi” kimi fəaliyyət göstərdikdən sonra avtomatik vəzifəsi bir pillə yüksəlməlidir. Mənim bu məsələ ilə bağlı müvafiq təqdimatım rəhbərliyə təqdim olunduqdan sonra Kərim Şükürovun əsl siması açılmağa başladı. Bu idarəolunmaz qadını mənim üzərimə salaraq hər cür hərəkətləri törətməsi üçün münbit şərait yaratdı. Hər vəchlə mənim aparıcı elmi işçi keçməyimə mane olmağa başladı. Təfərrüatına varıb sizi yormaq istəmirəm. Məcbur olub bu haqsızlığın qarşısının alınması üçün akademiyanın prezidenti İsa Həbibbəyliyə üz tutdum. Onu da qeyd edim ki, məhz İsa Həbibbəylinin təkidi ilə mənim vəzifəm bir pillə yüksələrək aparıcı elmi işçi vəzifəsinə keçirildim. Daha sonra, məlum proseslər gedişində, bir dəfə də İsa müəllimin özünün dəvəti ilə görüşümüz oldu. Vəziyyətimlə maraqlandı. Mən də öz növbəmdə təqiblərin bu və ya digər formada davam etdiyini, ən əsası isə Ulu Öndər Heydər Əliyev irsinə qarşı ciddi bir təxribat olduğu barədə ona üstüörtülü məlumat verdim. Direktorla ciddi danışacağını söylədi. Görünür akademiyanın prezidenti, akademik İsa Həbibbəyli də bu cür idarəolunmaz direktoru ram edə bilmir. Əks halda, bu gün mən bu müsahibəni vermiş olmazdım. Təəssüf doğuran haldır...

- Nəsə sözlü adama oxşayırsınız, deyəsən ürəyinizdə qalan bəzi məqamlar var ?

- Dünəndən bir məlumat almışam bilmirəm ona gülüm, ya ağlayım?! Əvvəllər də qeyd etdiyim kimi, mən 2021-2023-cü ilin ortalarınadək institut Qadınlar Şurasının sədri olmuşam. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu şuraya seçki yolu ilə seçilmişdim. Belə ki, Qadınlar Şurasının büro üzvlərinin səs çoxluğu ilə seçilmişdim. Fəaliyyətim dövrümdə kifayət qədər aktiv olmuşam, bunu mənim iştirak və çıxış etdiyim tədbirlərin siyahısından da görə bilərsiniz. Təbii ki, mən institutda özbaşınalıq edən Şəhla Məmmədlinin aqressiv hallarına biganə qala bilməzdim. Onun hərəkətləri barədə direktora mütəmadi olaraq məlumat verirdim, əvəzində mənə Kərim Şükürov “sən qarışma”, “fikir vermə”, “özüm bilərəm”, “təhqir edir eləsin” deyirdi. Düzü o zaman anlamırdım ki, Şəhla Məmmədli direktorun tam himayəsi altındadır. Özünün dediyi kimi, Ona hər şey olar!!! Əlbəttə ki, aldığım tərbiyə və böyüdüyüm mühit haqsızlığa göz yummamağa, gördüyüm hərəkətlərə qarşı boyun əymək təbiətimdə yoxdur. Bir sözlə, mənə zorla qeyri-qanuni heç bir işi icra etdirə bilməzdilər. Qısa deyim, bu zamanda Kərim Şükürov özünəməxsus mübarizə üsuluna əl atır və yenə Şəhla Məmmədlinin “təcrübəsindən” yararlanır. Mənə xəbər vermədən iclas çağırır, bu barədə son anda xəbər tuturam. İclası şəxsən özü keçirir və bu qadını üzərimə salır, onu tribunaya çıxararaq məni təhqir etməsi üçün hər cür şərait yaradır. AMEA Tarix İnstitutunun direktorunun qarşısında mənim tədqiqat sahəmi məsxərəyə belə qoymaqdan çəkinmir. Qadın emosiyalarına sahib çıxa bilmədikdə isə Kərim Şükürov “Şəhla xanım, biz sizinlə danışmışdıq axı” deyərək hadisənin məcrasından çıxmamağa, öncədən hazırlanmış ssenariyə uyğun hərəkət etməyə dəvət edirdi. (buyurun video görüntülərdə özünüz də bu barədə əmin ola bilərsiniz). Nəhayət, məni Şura sədrliyindən min bir bəhanə ilə haqsız yerə çıxarmağa qalxanda, institutun əksər qadın kollektivi, o cümlədən institutumuzun akademik, elmlər və fəlsəfə doktoru qadınları fəaliyyətimlə bağlı heç bir narazılıqlarının olmadıqlarını, əksinə, onları təmsil etməyimi istəmələri ilə bağlı Kərim Şükürova imzalı müraciət ünvanladılar. (Buyurun siz də tanış olun). Yaranmış vəziyyətdə Kərim Şükürov məni Qadınlar Şurasının sədri vəzifəsindən çıxara bilməyəcəyini anlayıb, ümumən Qadınlar Şurasını qanunsuz şəkildə buraxmaq təklifini irəli sürür və həmən də icra edir. İndi isə məlum olur ki, bu vəzifəyə tarix üzrə təhsili olmayan, elmi dərəcəsi olmayan, 70 yaşlı qadını təyin edib. Yaqin bu əməkdaşın Kərim Şükürovun bütün qanunsuz hərəkətlərinə boyun əyməyə hazır olduğuna şübhə etmir. Onu da qeyd edim ki, yeni “təyin edilmiş” qadınla mənim hər zaman normal münasibətim olub, hər zaman yaşlı olduğu üçün hörmətini saxlamışam. Neçə müddətdir görürəm ki, bu qadın məni görəndə yan qaçır. Sən demə, qara qızın dərdi var. Düzü ağbirçək qadının sülh qoymağı, hamı ilə mehriban olması tələb edildiyi halda, xüsusən də indiki “vəzifəsi” bunu tələb etdiyi təqdirdə, mənə salam vermədən üzünü nifrətlə çevirib getməsi heç də bəyənilən hal deyil. Təəssüf... Bilirsiniz, dövlətimizin siyasəti bütün sahələrdə gəncləşdirmə aparılmasına yönəldiyi zamanda, AMEA Tarix İnstitutunda kifayət qədər gənc, təcrübəli, elmi dərəcəli xanımlar olduğu halda, Qadınlar Şurasının sədrliyinə bu yaşda, elmi dərəcəsi olmayan, ən əsası, tarixçi olmayan bir qadının seçki yolu ilə deyil, Qadınlar Şurasının sədrliyinə Kərim Şükürovun iradəsi ilə təyin olunması heç də təsadüf olmadığını nümayiş etdirir. Necə deyərlər, əsas “mən deyəni canla-başla yerinə yetirsin”, özgələr ilə nədir işim... Onu da qeyd edim ki, Kərim Şükürovun bir direktor kimi özbaşına fəaliyyəti "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3.5. bəndində qeyd olunduğu kimi: "Statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək" maddəsini diqqətdən yayındırmır... Burada yadıma dahi Qazax şairi, yazıçısı Abay Kunanbayevin bir kəlamı düşür: "İnsanın ləyaqəti onun məqsədinə çatması ilə deyil, məqsədinə doğru hansı yolla getməsi ilə müəyyənləşir...".

(Davamı var)

"Təzadlar"
 
Ardını oxu...
ABŞ-də yaşayan tanınmış azərbaycanlı analitik Ramiz Yunus “AzPolitika”ya müsahibəsində Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin ildönümüdə mövcud durumu, perspektivləri şərh edib. Ekspert Qərbin Ukraynaya dəstəyinin davamlı olacağını və Rusiyanın bu müharibədən qalib çıxmaq şansının olmadığını vurğulayır.

Müsahibəni oxucularımıza təqdim edirik:


- Müsahibə üçün təşəkkür edirəm, Ramiz bəy. İlk sualım 2 ili fevralın 24-də tamam olan müharibənin Rusiya və Ukrayna üçün əsas nəticələri ilə bağlıdır. Qısaca olaraq, nədən ibarədir bu nəticələr?

- Qərbdə heç kim iki ili tamam olan bu müharibədə Rusiyanın qalib gəlməyəcəyinə və 2022-ci il fevralın 24-də qarşıya qoyulan vəzifəyə - bütün Ukraynanı ələ keçirmək və Kiyevdə siyasi hakimiyyəti dəyişmək vəzifəsinə nail olmayacağına şübhə etmir. Hamı onu da başa düşür ki, Ukrayna bu müharibədə uduzmayıb, amma qalib də gəlməyib. Müharibə uzanan mərhələyə qədəm qoyub və onun perspektivləri ilə bağlı sualın cavabını bu gün tərəflərin resurs imkanlarında axtarmaq lazımdır. Gördüyümüz kimi, Avropa İttifaqı və NATO 2023-cü ilin yayından etibarən ABŞ-də prezident seçkiləri kampaniyasının başlamasına görə bütün Avropa maşınının onun girovuna çevrilməməsi üçün təşəbbüsü öz əllərinə almağa, hərəkət etməyə başladılar. Burada Almaniya və Böyük Britaniya kimi ölkələr lider rol oynayır, eləcə də Fransa, İtaliya və Brüssel özü. Bu dinamikanı nəzərə alsaq, düşünürəm ki, Ukraynanın yaz-yay kampaniyasında çox yaxşı perspektivləri var.



- Müharibə Qərb siyasi-iqtisadi sistemində hansı dəyişikliklərə səbəb oldu, dünyanın gələcəyi üçün bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Bu müharibə Avropa İttifaqı və NATO-nun təhlükəsizlik sistemində nəhəng problemli və həssas sahələri üzə çıxardı. Buna görə də müharibə zamanı bu strukturlar dinamik şəkildə dəyişməyə başladı. Müharibənin lap əvvəlində həm Avropa İttifaqı, həm də NATO liderlərinin ritorikasını xatırlatmaq kifayətdir. Hər şey 180 dərəcə dəyişdi. Maşın işə salındı və bu gün “kollektiv Qərb”lə Rusiya arasındakı qarşıdurma SSRİ-nin 1979-cu ildə Əfqanıstana təcavüzündən sonrakı vəziyyəti xatırladır. Yəni Qərb “anakonda taktikası”nı seçib. Rusiyanın bütün istiqamətlərdə yavaş-yavaş boğulması baş verir və bu prosesin geriyə dönüşü olmayacaq. Dünya artıq 1945-ci ildən 1991-ci ilə qədər olan dövr üçün yaradılmış köhnə qaydalarla yaşaya bilməyəcək. Hər şey dəyişəcək – BMT və onun Təhlükəsizlik Şurası, NATO, ATƏT və bir çox digər beynəlxalq güc institutları. Bu, uzun bir prosesdir və onun başlaması üçün bu müharibənin bitməsi lazımdır.
Ətraflı

- Bu yaxınlarda Ukrayna ordusu strateji cəhətdən əhəmiyyətli Avdeyevkanı itirdi və Zelenski hökuməti bunun səbəbini Qərbin Ukraynaya silah yardımının azalması ilə əlaqələndirdi. Almaniyanın Kell İnstitunun hesablamalarına görə, ötən ilin avqust-dekabr aylarında Ukraynaya hərbi yardımlar 90 faizə qədər azalıb. Gələn ay Konqress 61 milyard dollarlıq hərbi yardımla bağlı müzakirələrə başlamalıdır. Nə gözləyirsiz, Qərb Ukraynaya yardımı əvvəlki səviyyədə davam etdirəcəkmi?

- Qərəzli Qərb mətbuatını daha az oxuyun. Orada 90% yalan yazırlar və həm Rusiya, həm də bütün bu illər ərzində Rusiyadan pul qazanan “kollektiv Qərb” siyasətçilərinin hekayələrini tirajlayırlar. ABŞ başda olmaqla Qərb Ukraynanı təslim etməyəcək, çünki bu, Qərbin özü üçün daha da pis problemlərə gətirib çıxara bilər. Bu, uzun müharibədir və Rusiyanın əsas problemləri hələ qarşıdadır.

- Bayden hökuməti Ukraynanın qələbəsi üçün əlindən gələni edirmi? Yoxsa, “nə Ukrayna, nə də Rusiya qələbə çalsın, müharibə uzansın və Rusiyanın strateji məğlubiyyəti ilə nəticələnsin” yanaşması davam edəcək?

- Prezident Bayden və onun administrasiyası prezident seçkilərində qalib gəlmək üçün Rusiya-Ukrayna müharibəsindən istifadə edəcək. Ona görə də hazırkı yanaşma davam edəcək. Eyni zamanda respublikaçıları və onların lideri Trampı günahkar kimi təqdim edəcəklər. Buna görə də Bayden administrasiyası “anakonda”nı dayandırmamaq üçün Ukraynaya dəstək və Rusiyaya qarşı prosesdə aparıcı rolu bilərəkdən Avropa İttifaqı və NATO-ya verir.

- Son vaxtlar Avropa yardımlarda önə çıxır, həm Avropa Birliyi, həm də Ramştayn formatının ayrı-ayrı üzvləri Ukraynaya iqtisadi və hərbi yardımları artırırlar. Bu, Ukraynanın məğlub olacağı qorxusu ilə bağlıdır, yoxsa Avropa və ABŞ Rusiyanın qələbə çalmasına imkan verməmək qətiyyətini ifadə edir?

- Mən bu suala artıq qismən cavab vermişəm. Avropa İttifaqı və NATO-nun aparıcı rolu onunla izah olunur ki, onlar ABŞ-dəki prezident seçkilərinin girovu olmaq istəmirlər və olmamalıdırlar. Avropa əvvəllər -1945-ci ildən 2022-ci ilə qədər asanlıqla ABŞ çətiri altında ola bilirdisə, bu gün Avropada hər kəs ciddi şəkildə öz təhlükəsizlik problemini həll etməyin vaxtı olduğunu başa düşməyə başlayıb və proses bütün istiqamətlərdə güclənir. Düşünürəm ki, bu taktika Ağ Evlə razılaşdırılıb, çünki Avropa İttifaqı liderlərinin əksəriyyəti Trampın hakimiyyətə qayıtmasını istəmir və buna görə də Baydenə kömək edirlər.

- İki ilin tamamında Ukrayna cəmiyyətinin durumunu necə dəyərləndirirsiniz? Müharibədən yorğunluq, çoxsaylı itkilər var. Bu tendensiya necə davam edə bilər?

- Ukrayna, onun cəmiyyəti və siyasi isteblişmenti bu 2 il ərzində bütün dünyaya asanlıqla təslim olmayacaqlarını göstərdilər. Onların əsas problem, Azərbaycanda olduğu kimi, İkinci Qarabağ müharibəsi başlayandan bitənə kimi öz cəmiyyətlərini 100% konsolidasiya edə bilməmələridir. Varlığı uğrunda belə ağır müharibə aparan ölkədə heç bir ictimai-siyasi fəaliyyət ola bilməz, nə siyasətçilər arasında, nə mediada, nə də vətəndaş cəmiyyətində müxalifətçilik fəaliyyəti olmamalıdır. Hərbi vəziyyət kağız üzərində deyil, hər bir ukraynalının şüurunda olmalıdır. Təəssüf ki, Ukraynada belə deyil və bu, onların “Axilles dabanı”dır.

E.Rüstəmli

“AzPolitika.info”

 
Ardını oxu...
“Bakı Pressklub”un rəhbəri Arif Əliyev “AzPolitika.info”ya müsahibəsində Azərbaycan-Ermənistan sülh danışıqlarında mövcud durumu, Münhendə liderlər arasında baş tutan görüşün əhəmiyyətini, eləcə də regionda cərəyan edən digər prosesləri şərh edib.

Müsahibəni təqdim edirik:

- Arif bəy, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə ölkə başçısı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Ötən ilin yayından bəri Qərb platformasında gedən sülh danışıqlarında fasilə var idi. Sizcə, proseslərin inkişafı baxımdan bu görüşün əhəmiyyəti nədən ibarətdir?

- Birincisi, bizdə bəzi qiymətləndirilmələr var idi ki, guya Qərb istiqaməti bağlandı, məsələ həll olundu və s. Əslində heç də belə deyil. İkincisi, indi deyirik ki, görüş planlaşdırılmamışdı, əvvəlcədən nəzərdə tutulmamışdı və s. Belə məsələlər bu cür həll olunmur. Deməli, müəyyən istiqamətlər üzrə kontaktlar, danışıqlar davam edir. Üçüncüsü, prinsipcə, sənəd şəklində konseptual olaraq sülh müqaviləsi imzalanmağa hazırdır. Ancaq bunun nə zaman həll olunacağını indi deyə bilmərik.

Düşünürəm ki, bu, bütün çağırışlara baxmayaraq, tez bir zamanda baş verəcək bir proses deyil. Ortada təxminən 12 məchul var və biz bunlardan sadəcə üçünü bilirik və bunun əsasında bir nəticəyə gəlməyə çalışırıq. Digər doqquzu haqqında isə bizim məlumatımız yoxdur və bəzən heç onların istiqamətini də düzgün müəyyənləşdirmək imkanımız olmur ki, söhbət konkret olaraq nədən gedir? Məsələn, Ukraynaya silah verilməsi məsələsini nümunə gətirmək istərdim. Burada belə məchul məsələlər var: Bəlli deyil ki, o silah kimdən alınacaq? Avropa Birliyinə üzv ölkələrdən, yoxsa kənardan?... Demək istəyirəm ki, Azərbaycan ilə Ermənistan arasındakı sülh müqaviləsi məsələsində də bizə kiçik görünən, lakin prosesə təsir edən faktorlar var. Ona görə də burada hansısa bir öhdəlik götürüb, öncədən görmə nümayiş etdirmək, "yaxın zamanlarda sülh müqaviləsi imzalanacaq" demək mümkün deyil.

- Tərəflər arasında prinsipial ziddiyyətlər bizə məlumdur. Birincisi, Zəngəzur dəhlizinin açılması, ikincisi, sərhədlərin hansı xəritələr əsasında delimitiasiya və demarkasiya olunacağıdır. Üçüncüsü, Qərb ölkələrinin sülh müqaviləsinə zəmanət məsələsində razılığın olmamasıdır. Eyni zamanda Azərbaycanın yeni şərtləri var: bu, Konstitusiya islahatlarıyla, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğunu göstərən hüquqi sənədlərlə bağlıdır. Sizcə, sadalanan məsələlər geosiyasi ziddiyyətlərin nəticəsi olaraq ortaya atılıb, yoxsa, doğrudan da sülhə əngəl elə onlardı…

- Sülh müqaviləsinin imzalanması üçün bunların heç biri həlledici əngəl rolunu oynaya bilməz. Sülh müqaviləsi odur ki, tərəflər bütün müharibələrə son verir, bir-birinə qarşı ərazi iddiaları irəli sürmür, məsələləri sülh yolu ilə həll edir, bunun üçün mexanizmlər düşünür. Bütün bu şərtlərin hər üçü də ortada var. Dəfələrlə hər iki tərəfdən elan olunub və öhdəlik götürülüb. Sizin qeyd etdiyiniz məsələlər mənim bayaq danışdığım həmin 12 məchulun içərisində olan məsələlərdir. Heç bir qarantiya yoxdur ki, bunlar həll olunandan sonra ortaya hansısa başqa bir məsələ çıxmayacaq. Məsələn, hazırda aktual olan konstitusiyaya dəyişiklik məsələsi ortada yox idi. İndi fikirlər səslənir ki, konstitusiyanın ortaya atılması bu söhbəti uzadacaq. Həqiqətən də konstitusiyanı dəyişmək bir ay ərzində həll olunan bir məsələ deyil. Həmçinin bəzi informasiyalara görə, nəinki Ermənistan, Azərbaycan da öz konstitusiyası üzərində işləyir. Ermənistandakı konstitusiya dəyişikliyində söhbət təkcə ərazi iddialarından getmir. Sonuncu informasiya ondan ibarət idi ki, yeni hazırlanan konstitusiya layihəsində Ermənistanın neytral statusunun olub-olmamasına da baxılır. Bu o deməkdir ki, ümumiyyətlə, ölkənin ərazisindəki hərbi bazalar çıxarılmalıdır. Proses gedir və təbii ki, müəyyən vaxt alacaq.

- Belə görünür ki, sülh razılaşması üçün beynəlxalq şərait yoxdur…

- Nələrsə gözlənilir. Ola bilsin ki, Azərbaycan güclü olduğu bir vəziyyətdə maksimum üstünlük əldə etməyə, özünə daha güclü qarantiyalar yaratmağa, həmçinin sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsini təzyiq vasitəsinə çevirmək istəyir. Eynilə Ermənistan tərəfinin də belə bir istəyi var. Tutaq ki, Ermənistan Rusiya ilə bağlı olan kompleks məsələlərin bir qismini bunun içərisində əritmək, həll etmək düşüncəsindədir. Ola bilsin, biz hansısa bir mərhələdə gözlənilmədən bu prosesin sürətləndiyinin şahid olduq.

- Paşinyan "Münhen görüşünün əsas nəticəsi odur ki, biz qaldığımız yerdən davam edirik" dedi. Yəni indiyə qədər razılaşdırılmış mövzulardan irəliyə doğru gedəcəyik. Bu, nə deməkdir? Bu, Qərb platformasında davamlı görüşlərin, müzakirələrin olacağı anlamına gəlirmi? İkincisi, Azərbaycanın əsas şərtlərindən biri odur ki, danışıqlar ikitərəfli olsun, prosesdə nə Rusiya, nə də Qərb birbaşa vasitəçi kimi iştirak edib, onu geosiyasi ziddiyyətlər predmetinə çevirməsinlər. Belə olan halda Azərbaycanın mövqeyi gündəmdən çıxmış sayılırmı?
Ətraflı

- Mənə elə gəlir ki, bizim qoyduğumuz sualların bir çoxunun həlli Əliyev-Paşinyan kontaktlarından və onların arasında gəlinən razılıqlardan çox asılıdır. Hətta bəzi şifahi razılaşmalar, yazılı razılaşmalardan daha böyük əhəmiyyət kəsb edir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Azərbaycan rəhbərliyinin bəzi şifahi danışıqları bir çox problemlərin həllində əsas rol oynayıb.

- Məsələn, keçən il dekabrın 7-də COP-29-la bağlı Ermənistanla razılaşma…

- Bu, bir az xırda misal oldu. Mən təkcə Azərbaycan- Ermənistan münasibətlərini nəzərdə tutmuram. Azərbaycan-Avropa, Azərbaycan-Rusiya münasibətlərindən danışıram. Təsadüfi deyil ki, dəfələrlə dünya liderləri də səsləndiriblər ki, "Azərbaycan rəhbərliyinin bir sözü bəs edir". Düşünürəm ki, əgər tərəflərin hansısa bir məsələ ətrafında görüşləri, kontaktları daha intensiv olarsa, öz aralarında hansısa bir variant üzərində razılığa gələrlərsə, bu, işin yazılı tərəfini sürətləndirə bilər. Əlbəttə, hər iki tərəf, o cümlədən Azərbaycan bu proseslərdə ehtiyatlı davranır. Özüdə ehtiyat müxtəlif istiqamətlərdən gəlir: Bir tərəfdən Rusiyanın burada növbəti davranışlarıyla bağlı ehtiyatlılıq var. Digər tərəfdən, Avropanın gələcəkdə irəli sürə biləcəyi şərtlər, yaxud diqtə eləmək istədiyi şərtlərlə bağlı müəyyən ehtiyatlı yanaşma var. Buna əsaslanaraq düşünürəm ki, əgər Paşinyanla Əliyev arasında daha aydın görüntü olarsa, gələcəkdə sülh müqaviləsinin imzalanması prosesinə ən birinci təsir edən amil bu olacaq. Bəlkə də bu amil konstitusiya dəyişikliyindən daha ciddi təsir göstərə bilər. İndiki siyasət artıq əvvəlki formatlarda həll olunmur. Yeni yanaşma tərzləri var. Bu yanaşma tərzləri mənim üçün çox təhlükəli görünür. Amma oda görünür ki, fəal dərəcədə işlər aparılır.

- Rusiya rəsmiləri davamlı şəkildə bildirirlər ki, Azərbaycan sülhməramlıların statusu məsələsini Moskva ilə müzakirə etməlidir. Hiss olunur ki, Bakıya qarşı təzyiqlər var. Biz nazir müavini Mixail Qaluzinin müsahibəsində də bunu gördük. Orada hətta belə bir işarələr var idi ki, Rusiya burada qalıcılığını davam etdirmək, hətta Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvələri ilə təmsil olunmaq istəyir. Dolayısı ilə belə bir işarə də var idi ki, Azərbaycan etnik təmizləmədə ittiham oluna bilər. Qaluzinin müsahibəsində qeyd olunurdu ki, "Azərbaycanın hücumu zamanı erməniləri qoruyan 6 rus hərbçisi həlak olub". Sizcə Rusiya niyə tələsir və burada Azərbaycanın mövqeyi nədən ibarətdir? Azərbaycan indiki mərhələdə Rusiyanın hərbi iştirakını saxlaya bilərmi? Baxmayaraq ki, indi onlara bölgədə ehtiyac yoxdur…

- Azərbaycan, Rusiyaya gözünün yağını "yedizdirsə" də, Moskvanın bir məqsədi var və o məqsəd dəyişməz olaraq qalacaq. Rusiya hərbi mövcudluğunu Qafqazda təmin etmək, bunu qoruyub-saxlamaq istəyir. Bu, yüzillərin kökündən gələn bir siyasətin özək elementlərindən biridir. Buna görə də Rusiya Azərbaycandan qoşunlarını çıxarmaq, hərbi mövcudluğuna son qoymaq və yaxud Ermənistanda hərbi təmsilçiliyinə son qoymaq variantlarını nəzərdən keçirmir. Rusiya buna ancaq hansısa məcburiyyət halında gedə bilər. İndiki vəziyyətdə onun əlində 2025-ci ilə qədər qüvvədə olan hüquqi bir əsas var. Rusiya o bitənə qədər hansı üsulla olur-olsun, öz mövcudluğunu qoruyub-saxlamaq üçün bölgədə çox şeyə əl ata bilər. Bunu tək biz başa düşmürük, Azərbaycan rəhbərliyi də yaxşı anlayır. Rus qoşunu niyə bölgədən getməsin? Hansı işi görür burada? Bəlkə hakimiyyəti qoruyur? Məncə, buna ehtiyac yoxdur. Ölkəyə əlavə pulmu gətirir? Təbii ki, xeyr. Elə bir səbəb yoxdur ki, Azərbaycan rəhbərliyi oradan yapışsın ki, ruslar burada qalsınlar. Sadəcə bu "əli" bölgədən "qopartmaq" özü böyük ehtiyat və düşüncəli yanaşma tələb edir. Burada hər şey Rusiyanın əlindəki imkanlardan asılı olacaq.

Demək istəyirəm ki, siz qeyd etdiyiniz təhlükələrin reallığı heç bir şübhə doğurmur. Amma onların icrası Rusiya üçün də getdikcə çətinləşir. İndiki şəraitdə ermənilər Azərbaycana qayıtmaq istəmirlər ki, Rusiya da desin ki, "bəs ermənilər gəlmək istəyir, onları niyə buraxmırsan?" İndi elə bir unikal vəziyyət yaranıb ki, heç bir tərəf bunu istəmir. Ermənilər özləri də istəmir bunu… Rusiyanın Qarabağda mövcudluğu üçün isə ermənilərə lazımdır. O cümlədən, mən cəbhədəki sonuncu gərginliyə də toxunmaq istərdim. Bu gərginlik Avropa müşahidəçilərinin girə bilmədiyi, tamamilə Rusiyanın nəzarəti altında olan yerdə baş verib…

- Paşinyan bu hadisədən sonra Baş Qərargahda bəzi dəyişikliklərə getdi. Digər tərəfdən, sizcə Azərbaycanın sərt reaksiyası həm də Rusiyaya bir mesaj ola bilərdimi? Bildiyiniz kimi, "Yerkrapa" təşkilarının dörd üzvü öldürüldü…

- Bu sərt reaksiya hamıya bir mesaj idi. Yəni, təkcə Rusiya üçün yox, o cümlədən Ermənistan üçün də. Mesaj o idi ki, "hansısa bir mərhələdə, nəsə bir fikrə düşmüş olsan, sənin cavabın bu cür olacaq". Bu, əlavə bir təzyiq formasıdır. Bu, həmçinin Avropaya da mesaj idi ki, "sənin hansı dərəcədə Ermənistana dəstək verməyindən asılı olmayaraq, mənim qətiyyətim yerindədir". Eləcə də bu, həm də Rusiyaya verilən ciddi bir mesaj idi.

Elçin Rüstəmli
Ardını oxu...
Sabah, həqiqətən, bizim üçün çox vacib və dəyərli oyun olacaq.

"İdman.biz" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir: “Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa, ondan yararlanmağa çalışacağıq”.

- Komandada son durumu necə dəyərləndirərdiz? Zədə ilə bağlı hansısa problem yoxdur?

- ⁠Hər şey qaydasındadır

- “Braqa”da hamı Bakıya ancaq qələbə üçün gələcəklərini deyir. Bu, psixoloji tərəfdən komandaya necə təsir edə bilər?
Ətraflı

- ⁠Tələb gözləniləndir. Çünki onlar yaxşı klubdur. Növbəti mərhələyə keçmək şansları çox idi. Amma bunun futbolçularıma psixoloji təsir edəcəyinə düşünmürəm. Biz “Braqa”nın gücünə bələdik. Matçdan öncə də onların necə oynadığını bilirdik. Oyundan sonra da komanda ilə söhbətdə qeyd etdik ki, Bakıdakı görüşdə sürətli, diqqətli və yaxşı oyun göstərməliyik. Onlar həddindən artıq sürətlidirlər. İllər boyu bu cür gərgin oyun nümayiş etdirən komandadır. Ona görə də cavab qarşılaşmasına son dərəcə yüksək hazırlaşmışıq.

- ⁠Sabahkı oyun Azərbaycan futbolunun Avropada özünü təsdiqi üçün bir şansdır.

- ⁠Bu günki nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Amma Avropada qazanılan hər bir qələbə bu gün Azərbaycan futbolunda böyük uğur sayılmalıdır. Çünki daha stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-off oyunlarında isə qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Həmçinin hamını bir araya toplayır. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, azarkeşləri belə oyunlara kökləməkdir. Biz bu cür yanaşsaq da, ola bilər ki, yerimizdə qalaq. Hər bir oyunda bizim bu səviyyəyə çatmağa ehtiyacımız var. Belə qalibiyyətlər bizi daha həvəsli və inamlı edir. Həmçinin nəinki azarkeşlərə, həm də dövlət qurumlarının futbola marağı artır. Həmişə istəmişəm ki, böyük klublar Azərbaycana gəlsinlər. Bununla dayanmaq olmaz. İlk matçda qalib gəlmişik. Sabah biz məğlub olsaq da, bu, uğursuz bir nəticə deyil. Çünki səfər matçında qələbə qazanmağı bacarmışıq.

- ⁠Mövsümün əvvəlində bu qədər irəli gedəcəyinizi təxmin etmişdiniz?

- ⁠Biz həmişə qarşımıza bir məqsəd qoyuruq. İldən-ilə daha yaxşı olmaq istəyirik. Bunun da hamısı daxili çempionatımızdan başlayır. Qarşımızda bu mərhələyə gəlmək üçün böyük istək var idi, amma tələb yox idi. İlk məqsədimiz minimum Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Sevindirici haldır ki, biz bunu bacardıq. İşlərimiz pis getməyib. Hər şey planlı şəkildə davam edib. Bu gün də futbolçularıma güvənirəm ki, bura kimi gəlib irəliləməyimizdə onların payı çoxdur. Sabah da meydanda söz sahibi komandam olacaq. Mən onlara inanıram və güvənirəm. Ən əsası oyuna düzgün yanaşırıq. İnanıram ki, hər şeyi daha da yaxşı etmək gücündəyik.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
 
 
 

Amerikalı jurnalist Putinə simpatiyası ilə bağlı deyilənləri şərh edib

Amerikalı jurnalist Taker Karlson “Blaze”yə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə simpatiyası ilə bağlı açıqlamaları şərh edib.

AYNA xəbər verir ki, jurnalist deyilənləri absurd sayıb: “Məni Putin tərəfdarı olmaqda ittiham edirlər, lakin bu, doğru deyil. Amma mən Putinin tərəfdarı olsaydım, bu da normal olardı. Mən yetkin bir insanam və Amerika vətəndaşıyam. Bəyəndiyim və bəyənmədiyim insanlar ola bilər və istədiyim fikrə sahib ola bilərəm”.

Karlson kimə inanmağı və kimə rəğbət göstərməli olduğuna “Vaşinqtonda bir dəstə adamın qərar verməsi” fikrini qəbul etmədiyini söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Karlson Putindən geniş müsahibə götürüb. Amerikalı jurnalistin müsahibə zamanı davranışları Qərb mediasında onun “Putinə rəğbət bəsləməsi” kimi qiymətləndirilib.
Ardını oxu...
Rauf Mirqədirov: “Qarşıdakı 20 gün Ukrayna üçün son dərəcə ağır olacaq, lakin...”

Tanınmış politoloq Rauf Mirqədirov AYNA-ya müsahibəsində Ukraynadakı müharibəni və müharibə ətrafındakı geosiyasi vəziyyəti təhlil edib. Beləliklə:

- Ruslar Ukraynanın Avdeyevka şəhərini işğal etdilər. Bu hadisə ikitirəli yanaşma ortaya çıxarıb. Bəzi müşahidəçilərin fikrincə, 617 minlik nəhəng ordu ilə Ukraynaya hücuma keçmiş imperiyanın bu qədər mübarizədən sonra 50 minlik kiçik bir şəhəri ələ keçirməsi fəxr olunası qələbə deyil. Başqa bir qism isə hesab edir ki, Avdeyevka olduqca strateji bir şəhərdir və onun ələ keçirilməsi ruslara irəliləmək üçün geniş imkanlar açacaq. Siz necə düşünürsünüz?

- Hərbi-strateji baxımdan bunu böyük qələbə hesab etmirəm. Nəzərə almaq lazımdır ki, Rusiya bu şəhəri külli miqdarda itkilər hesabına ələ keçirib – söhbət onminlərlə insan itkisindən gedir. Bu, rus ordusu üçün çox böyük itkidir. İndi bəziləri bildirirlər ki, 150 milyona yaxın əhalisi olan Rusiya özündən bir neçə dəfə az əhalisi olan Ukrayna ilə müqayisədə ordudakı kəmiyyət itkilərini daha rahat bərpa edəcək və s. Amma bunu düzgün yanaşma hesab etmirəm. Çünki söhbət insan resurslarnın çoxluğundan deyil, təlim görmüş ordunun sayından gedir. Təlim görmüş ordunun böyük itkilərə məruz qalması sonradan onun kəmiyyət baxımdan bərpasını çətinləşdirir. Rusiyada bu mənada ciddi problemlər var. Təsəvvür edin ki, həbsxanalardakı məhkumları, hətta ən ağır cinayət törətmiş şəxsləri, son məlumatlara görə, məhkum qadınları belə, səfərbərliyə cəlb edirlər. Bu fakt ölkədə insan resurslarının o qədər də çox olmadığını göstərir. Digər tərəfdən, kütləvi narazılıqlar səbəbdən səfərbərliyi daha miqyaslı edə bilmirlər. Bütün bunlar təlim görmüş ordunun bərpası çox çətinləşdirir. Yəni verilən qurbanlar çoxdur.

Amma Avdeyevka hadisəsinin siyasi-psixoloji nəticələri var. Putin seçkiqabağı ərəfədə böyük qurbanlar bahasına olsa belə, hansısa uğurlar qazanmağa çalışır. Bütün resursları işə salır, böyük qurbanlar verir və nəticədə müəyyən siyasi-psixoloji-mənəvi uğurlar əldə edir. Bu, bir tərəfdən Putinə seçkiqabağı hədiyyədir, digər tərəfdən xalqı uğur qazanmağa inandırmağa cəhddir.
Ardını oxu...
Ukraynaya gəldikdə, bu hadisə onlar üçün müəyyən mənəvi-siyasi zərbədir. Cəmiyyətdəki əhval-ruhiyyəyə təsir göstərir, insanlar arasında ruh düşkünlüyü yarada bilər və s. Ümumiyyətlə, Rusiyadakı seçkilərədək – martın ortalarına qədər Ukrayna üçün çox ağır dövr olacaq. Çünki Putin bütün imkanlardan istifadə edərək, Ukrayna cəbhəsində hansısa uğurlar qazanmağa çalışacaq. Amma Rusiyanın insani və hərbi resurslarını nəzərə alsaq, hələlik elə də ciddi uğur qazanılmayıb. Ukrayna üçün indiki mərhələdə əsas prioritet mümkün qədər az ərazi itirilməsidir və Kiyevin hərbi-siyasi rəhbərliyinin bunun öhdəsindən gələcəyini ehtimal edirəm. Sözsüz ki, müəyyən itkilər olacaq, amma həmin ərazi itkilərinin katastrofik olmayacağını düşünürəm. Fikrimcə, Ukrayna ətrafındakı geosiyasi vəziyyəti müəyyənləşdirən proseslər martdan sonra başlayacaq. Rusiya üçün hücum əməliyyatlarını davam etdirmək ağırlaşacaq və yayın sonlarına doğru Ukrayna ətrafındakı geosiyasi vəziyyətin hansı yönə istiqamətlənəcəyinin şahidi olacağıq.

- Avdeyevkanın işğalından sonra Ukraynada bir narazılıq baş qaldırıb. Yerli və xarici media orqanlarında da fikirlər yer alır ki, bu, şəxsən Zelenskinin məğlubiyyəti, onun hərbi-siyasi təcrübəsizliyinin nəticəsidir. Qatılırsınızmı bu fikirlərə və Ukrayna Prezidentinin siyasi karyerasını necə proqnozlaşdırırsınız?

- Düşünmürəm ki, bu hadisə Zelenskinin siyasi karyerasına ciddi zərbə ola bilər. Əvvəla qeyd etmək lazımdır ki, hazırkı uğursuzluğun təməli 2023-cü ilin yayındakı əks-hücum əməliyyatında Ukrayna ordusunun ciddi uğura nail ola bilməməsində qoyuldu. Çox böyük gözləntilər vardı, lakin mən əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, bu gözləntilər gerçəkliyi o qədər də əks etdirmir. Çünki müharibənin başlanmasından bir ildən çox vaxt keçmişdi və Rusiya tərəfi müdafiə döyüşlərinə hazırlaşmışdı.

Digər tərəfdən, Qərb dövlətləri hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər hərbi yardım etməmişdi. Söhbət hərbi yardımın kəmiyyətindən deyil, qarşıya qoyulan hədəflərə çatmaq üçün keyfiyyətindən gedir. Hücum əməliyyatları üçün güclü aviasiyaya malik olmalısan, düşmənin arxa cəbhəsinə ciddi zərbələr endirməlisən, bunun üçün uzaqmənzilli raket qurğuların olmalıdır, minalanmış əraziləri təmizləmək üçün lazımi qədər texnikaya sahib olmalısan və s.

Lakin Ukraynanın müasir aviasiya, uzaqmənzilli raket və artilleriya ilə ciddi şəkildə təmin olunması məsələsində hələ də Qərbdə yekdillik yoxdur. Belə vəziyyət Ukraynanın həm müdafiə, həm də hücum əməliyyatlarını çətinləşdirir. Dediyim kimi, hazırkı uğursuzluqların kökünü Kiyevin taktiki müdafiə sistemini zəif qurmasında deyil, daha dərin qatlarda axtarmaq lazımdır.

- ABŞ Konqresində Ukraynaya yardım layihəsinin ləngidilməsini Prezident Bayden də təəssüflə dilə gətirdi və bildirdi ki, bu ləngimə Avdeyevkanın itirilməsinə səbəb oldu. Qərbdən Ukraynaya yardımlar niyə yubanır və zəifləyir? Və sizcə, bu gedişat Kiyevi təslimiyyətə aparıb çıxarmayacaq ki?

- Hesab etmirəm ki, yaxın 6 ay ərzində hansısa tərəf ağ bayraq qaldıracaq. Düzdür, Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi ABŞ Konqresinin Nümayəndələr Palatasında, Donald Trampın təsiri ilə, Ukraynaya hərbi yardımın ayrılması üçün səsvermənin keçirilməsini ləngidirlər. Əgər səsvermə baş tutsa, qanun layihəsinin qəbulu labüddür. Çünki Palatadakı Respublikaçıların əksəriyyəti həmin qanun layihəsinin lehinə səs verməyə hazırdır. Trampın bu addımı taktiki gedişdir ki, öz imkanlarından istifadə edib Baydenə siyasi zərbə vursun. Amma həm Tramp, həm də Respublikaçıların rəhbərliyi başa düşür ki, bu qanun layihəsinin qarşısını uzun müddət ala bilməyəcəklər. Əslində, Tramp və tərəfdarları təklif edirdilər ki, bu yardımı Ukraynaya yardım şəklində deyil, aşağı faizli kredit şəklində verək və gələcəkdə qaytara bilməsələr, bağışlayarıq. Amerika tarixində belə təcrübə var. Başqa təklifləri də vardı ki, hərbi yardımı edək, amma iqtisadi yardımı kredit şəklində verək. Yəni, həm ABŞ-da, həm də Qərb dövlətinin əksəriyyətinin siyasi elitasında əminlik var ki, bu müharibədə Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz. Hətta, hər zaman Rusiyaya meyli ilə seçilən aparıcı Avropa ölkələri də son dövrlər Ukraynaya hərbi yardımları artırmağa başlayıb. Digər tərəfdən, Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayrılmasına qərar verdi. Həmçinin, Avropa ölkələri ayrı-ayrı şəkildə də Ukraynaya yardımlar edir, Qərbin nəzarətindəki maliyyət qurumları tərəfindən Ukraynaya faizsiz kreditlər ayrılır.

Təkrar edirəm, Qərbdə gözəl anlayırlar ki, bu müharibədə Rusiyanın qələbəsinə imkan vermək olmaz. Söhbət Ukraynanın məğlubiyyətindən, ərazi itirməsindən getmir. Söhbət Qərb – Rusiya münasibətlərindən, Moskvanın siyasətindən gedir. Çünki Rusiyanın siyasəti daim hərbi qələbələr, irtica, digər dövlətlərə qarşı hərbi təcavüz üzərində qurulub. Kreml bu amili həm xarici siyasətdə, həm də daxili siyasətdə işə salır. Xalqın hisslərini vaxtaşırı imperiya qaydaları, hərbi qələbələrlə doyururlar. Və bu faktoru Qərbdə çox gözəl dərk edirlər. Bilirlər ki, Putinin ambisiyaları Ukrayna ilə yekunlaşmayacaq, gec-tez digər ölkələrə də soxulmağa çalışacaq.

Hesab edirəm ki, martdan sonra həm ABŞ, həm də Avropa İttifaqının Ukraynaya hərbi yardımları tam gücü ilə işə düşəcək. Maraqlı bir dövrə qədəm qoyuruq. Bu ilin payızında Birləşmiş Ştatlarda prezident seçkiləri keçiriləcək. Demokratlar Partiyası və Respublikaçılar Partiyasının bir hissəsi - ənənəvi siyasi elitası Donalt Trampın qalib gəlməsini istəmir. Trampın qalib gəlməsində Avropa İttifaqının siyasi elitası da maraqlı deyil, onlar Trampın Ağ Evə qayıdışını Avropa üçün təhlükə kimi görürlər və bu səbəbdən həmin təhlükəni önləməyə çalışırlar.

Düşünürəm ki, yaxın aylarda bu mübarizə daha da kəskinləşəcək. Bildiyiniz kimi, Ukrayna müharibəsi və Rusiyaya münasibət Trampın Baydenə qarşı mübarizəsində əsas istiqamətlərdəndir. Ukraynanın Rusiyaya qarşı müəyyən uğurlar əldə etməsi isə Trampın hakimiyyətə gəliş yolunda ciddi maneə ola bilər. Ona görə də düşünürəm ki, yaxın aylarda Ukraynaya dəstək genişlənəcək və ABŞ-da seçkiöncəsi ərəfədə Ukraynanın uğurlar qazanması üçün bütün imkanlardan istifadə ediləcək.

- Çoxdan idi ki, Rusiya rəhbərliyi nüvə ritorikasından istifadə etmirdi. Bu günlərdə nüvə təhdidi yenidən gündəmə gətirildi və konkret hədəflər göstərildi: Dmitri Medvedyev paylaşım etdi ki, hazır vəziyyətə gətirilmiş nüvə başlıqlı raketlər Berlin, London və Vaşinqtonu vura bilər. Bunlar nə deməkdir – Üçüncü Dünya müharibəsinin siqnalı?

- Dünya müharibəsi təhlükəsi nəzəri baxımdan həmişə var. Amma əsas sual budur: Rusiya nüvə müharibəsi etmək istəyirmi və buna hazırdırmı? Düşünürəm ki, xeyr. Çünki Putin nə qədər imperialist təfəkkürə malik, öz hakimiyyətini qorumaq üçün hər şeyə hazır olan bir siyasətçi olsa da, çox gözəl başa düşür ki, nüvə müharibəsinin qalibi olmayacaq. Məhv edilən təkcə Berlin, London, Vaşinqton olmayacaq, Moskva da məhv ediləcək, Sankt-Peterburq da, Yekaterinburq da. Moskva daim Qərbi nüvə müharibəsi ilə şantaj edib. Bu, bir müddət öz effektini verirdi, Qərb müəyyən güzəştlərə gedirdi.

Amma sonra Qərbdə anladılar ki, Putin dayana bilmir, onun hakimiyyətinin təməlini xarici hərbi qələbələr təşkil edir, daxili ictimai dəstəyi xaricdəki aqressiv hücumları ilə qazanır, buna görə də Qərbi daim nüvə müharibəsi ilə şantaj edir. Və indi kollektiv Qərbdə belə bir fikir formalaşıb ki, Ukraynada qələbə qazanarsa, rus qoşunları Qərbin sərhədlərinə dayanacaq. Ona görə də Kremlin təhdidləri artıq işləmir. Əslində, Moskvanın belə təhdidlərinin kökündə Ukraynadakı hərbi əməliyyatlarından gələcəyindən narahatlıq dayanır. Qeyri-nüvə silahları ilə qalib gələcəyinə arxayın olan dövlət bu cür təhdidlərdən istifadə etməz.

Burada Çin amilini də diqqətdən qaçırmamalıyıq. Rusiyanın qonşuluğundakı Çin kimi böyük bir dövlət nüvə müharibəsinin, dünya savaşının olmasında qətiyyən maraqlı deyil. Belə bir şəraitdə düşünmürəm ki, həmin təhdidlərin arxasında gerçəkləşmə planları dayansın. Buna yalnız intihar edən şəxs əl ata bilər. Hesab etmirəm ki, Putin və ətrafı intihara hazır olsunlar. Qərb də bu təhdidlərə ciddi fikir verib, öz planlarında korrektələr etməyəcək. Əksinə, Qərb bütün gücü ilə çalışacaq ki, bu problem özünün maraqları çərçivəsində həll olunsun.

Müəllif: Tural Talehoğlu
 
 
 
Ardını oxu...
Rusiyanın “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib.

Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib.

“Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək və ABŞ-lə Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk”, – məktubda qeyd olunub.

Bildirilir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır.

Qeyd edək ki, Putinin amerikalı jurnalistlə müsahibəsinin tam mətni fevralın 9-u Kremlin saytında yerləşdirilib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.
“RİA Novosti
Ardını oxu...
Dia-az.info kult.az -a istinadla şair Cəlil Cavanşirlə müsahibəni təqdim edir:

- Cəlil, poeziya gecəsi keçirdiniz, necə düşünürsünüz, indi şeirə maraq qalıbmı, buna ehtiyac var idimi?

- Şeir gecəsinə ehtiyacın olub-olmadığını bilmirəm, amma mənim buna ehtiyacım var idi. Hiss elədim ki, darıxıram, sıxılıram, nəsə bir fərqlilik olmalıdır. Uzun zamandır ki, ədəbi mühitdə də hamı bir-birinə söz atır. Mən də düşündüm, real işlər görmək lazımdır və az da olsa, görməyə çalışdım. Bu, hələ başlanğıcdır. “Qanun” nəşriyyatında, “Mteatr”da bu cür işlər mütəmadi olaraq davam edəcək.

- Deyəsən, siz də indi söz atırsınız. Bəs deyə bilərsinizmi kimlərdir o iş görməyib, uzun müddətdir bir-birinə söz atanlar?

- O adamları hamımız yaxşı tanıyırıq, dostlarımızdır. Amma indi bunu şikayət kimi demirəm. Mənim üçün o mərhələ geridə qalıb, iş görmək vaxtıdır.

- Siz də vaxtı ilə iş görməyərək söz atdığınızı qəbul edirsiniz?

- Nisbətən gənc olanda, hə.

- Bu qədər işi necə çatdırırsınız? Həm “Qanun” nəşriyyatında təşkilatçı, həm ssenari yazmaq, kitab tərcümə və redaktə etmək, üstəlik də şeir... Bəlkə bu işlər şeirlərinizin əvvəlki kimi yaxşı alınmamağına təsir edir?

- Doğrudur, həddindən çox işləyirəm. Elə olur, gün ərzində 20 saat iş görürəm. Düşünürəm ki, hələ enerjim var və işləməliyəm. İşlədiyim dönəmlərdə isə şeir yazmıram. Şeir gecəsində səsləndirdiyim şeirlər də bundan əvvəl yazdıqlarım idi.

- Gün ərzində 20 saat işləyən adam bəs şeiri nə vaxt yazır?

- Mən şeiri hamıdan və hər kəsdən qaçanda yazıram. Hər şeydən əlimi üzürəm, əlaqələri kəsirəm, özümə çəkilib yazıram. Bu da zaman alır. Yəni gündə bir şeir yazan adam deyiləm.

- Şeir gecəsində olan adamların çoxu elə şairlər idi. Sizcə, özünüz deyib, özünüz eşitməkdən əl çəkmək zamanı deyilmi?

- Düşünmürəm ki, orada çoxu şair idi. Cəmi 4-5 şair dostumuz olardı ki, bu da normaldır. Dostlar da dəstək olur. Amma özümüz deyib, özümüz eşitmək məsələsində çox haqlısan. Demək olar, hər zaman belə olub.

- “Qadın”, “darıxmaq” kimi sözlər sizin şeirlərinizdə çoxdur. Hazırlıqlı oxucular, ciddi ədəbiyyatşünaslar, adətən, bu cür ifadələri tənqid edir, çünki artıq şablonlaşıb. Sizin şeirləriniz niyə ancaq bu səpkidədir?

- Ancaq bu səpkidə olduğunu deməzdim. “Darıxmaq”, “qadın” söhbətləri yaradıcılığımın ilk dönəmlərində yer alırdı. Hamı bilir, oxuyur, görür ki, ciddi şeirlərim var və onlar öz oxucusunu tapıb. Şeir gecəsində daha çox bu cür şeirlərə üstünlük verdim, çünki sevgiyə, “Sevgililər günü”nə hesablanmışdı.

- Yəni həm də kommersiya məqsədli idi...

- Bəli, bir qədər eləydi. Bu da çox normaldır. Adamlar “Sevgililər günü” adı ilə ora yığıb, fəlsəfədən danışım?

- Cəlil, nəsr də yazırsınız, amma elə bil, ciddi qarşılanmır, şairlik üstələyir.

- Mənim gördüyüm bütün işlər şairliyimi önə çıxarmaq üçündür. Amma ciddi qarşılanmır nəyə deyirsən?

- Yəni Cəlil Cavanşir deyəndə heç kimin ağlına roman, hekayə gəlmir, nəsrinizdən yazan yoxdur...

- O, artıq mənim problemim deyil. Düşünürəm, kifayət qədər ciddi nəsr əsərlərim də var. Kimlərsə bəyənmirsə, başqa məsələ.
 

Dünyapress TV

Xəbər lenti