Ardını oxu...
Fərid Nəsibzadə: “Nə Sovet dövründə dünya miqyasında tanınmış yazıçımız olub, nə də indi var”

Həmsöhbətimiz müasir Azərbaycan ədəbiyyatında qorxu janrında yazılmış ilk əsərin müəllifidir. Onun qorxu janrında olan "Şayətin" adlı kitabı 2016-cı ildə işıq üzü görüb. 2018-ci ildə dram janrında olan "Tənhalığın dörd mövsümü" adlı romanı çap olunub. “Laboratpry of Art” sosial platformasının rəhbəridir. 2022-ci ildə "Laboratory of Art" sosial platformasının qələm sahibləri üçün "Qələmimizdən qəlbinizə" adlı hekayələr, "Misraların əsrarı" adlı şeirlər kitabları (ədəbi layihələr) onun rəhbərliyi ilə işıq üzü görüb. KİV-də müxtəlif məqalələri, ədəbi sayt və jurnallarda hekayələri dərc edilib.

Beləliklə, yazıçı, şair, publisist Fərid Nəsibzadənin AYNA-ya müsahibəsini təqdim edirik.

- Sizcə, müasir Azərbaycan ədəbiyyatında hansı janrlarda boşluqlar var?

- Bu gün Azərbaycan ədəbiyyatında qorxu, mistika, macəra-döyüş və elmi fantastika janrlarında boşluqlar var. Qorxu janrında isə ayrı-ayrı cəhdlər olsa da, yazarlarımız arasında məndən başqa kitab nəşr etdirən yoxdur. Sadaladığım digər janrların elementlərini əsərlərində yazarlarımız istifadə etsələr belə, bütöv bir kitab yoxdur. Ona görə də oxucularımız Vulf Dorn, Stiven Kinq, Jan Kristof Qranje kimi yazarlara müraciət edirlər.

- Ədəbiyyatımızın bugünkü mənzərəsini necə təsvir edərdiniz: nəyimiz var, nəyimiz yoxdur?

- Klassik ədiblərimizin zamanında da çətinliklər vardı, indi də. Sovet dövrünə gələndə də çevrə ədəbiyyatı vardı, hazırda da elədir. Kim bilir, nə istedadlar elə Sovet dövründə Yazıçılar Birliyinin dəhlizlərində ilk cəhdlərindəcə boğuldu. Sualınızı iki yerə bölək: biz vaxtilə nəyi ortaya qoymuşuq, indi niyə ortaya çıxara bilmirik? Klassiklərimizin dövründə insanları maarifləndirməyə meyl var idi. İndi deyirik ki, insanlar oxumaq istəmir, o zamankı auditoriya yazıb-oxuya bilirdimi ki? Fərq bundadır ki, bir zamanlar həm maarifləndirmək, həm də maariflənməyə motivasiya var idi, indi yoxdur.

Bu haqda çox uzun danışa bilərəm, bir çox obyektiv səbəb də gətirə bilərəm. Sadəcə bir məqamı deyəcəm: elə o zaman da, indi də bizim dünya çapında tanınmış yazıçımız olmayıb. 15 Sovet respublikasını, sosialist ölkələrini demirəm və ya hansısa xarici jurnallarda yazıları çap olunmuş publisistləri də demirəm. Məsələn: Bizim Stiven Kinq, Mark Levi, Qranje qədər tanınan yazarımız varmı? Bizim yazıçılarımız hazırda 3-4 ölkədə ədəbi jurnallardan o yana çap olunurmu? Və ya müasir şairlərimiz olsun. Varmı beləsi? Yəni bu gün Kanadanın bir əyalətində Fərid Nəsibzadəni oxuyan varmı? Misalı öz üzərimdə hec kəs inciməsin deyə çəkirəm. Amma problem varsa, həlli də var.

Sualınızın ikinci hissəsinə gələk. Ya da sualı belə qoyaq: biz niyə ortaya bir şeylər çıxara bilmirik? Buna ən başlıca səbəb oxucu ilə yazıçı arasındakı münasibətlərdir. Bu gün düşünə bilən oxucu azdır. İncimək lazım deyil bundan, kitaba pul vermək istəyən oxucu da azdır. Oxucu anlamalıdır ki, bu gün əlində tutduğu hər hansı xarici yazarın bir kitabının onun əlinə düşməsinə başlıca səbəb elə həmin yazarın oxucularıdır. Bu gün yazarların məişət problemləri, qayğıları o qədərdir ki, yazıb-yaratmağa motivasiya yoxdur. Bu gün yazar bilir ki, kitab çap etdirəndə bütün xərci özü çəkəcək, təqdimatın da xərci onluqdur. Yazar həyəcanla oturub kitabını sata bilib-bilməyəcəyinin dərdini çəkməməlidir. Məsələn, bu gün film industriyamızda yazarlara müraciət yox səviyyəsindədir. Buna da səbəb büdcə məsələsidir, çox güman. O qədər yaxşı əsərlər var ki, əla film çıxar onlardan.

Nəşriyyatlarımız - tək-tük halları demirəm - əksərən yazarlarımızın brendinqi ilə məşğul olmaq istəmir. Uzağa getməyək, qardaş Türkiyə ədəbiyyatının dinamikası bizdə yoxdur. Yəni sadaladığım faktorları nəzərə alsaq, köklü islahatlar olmasa, biz hələ uzun müddət heç bir ciddi, dünya səviyyəli layihə ortaya qoya bilməyəcəyik. Dediyim kimi, köklü islahatlar olmalıdır, məndə hətta müəyyən ideyalar var bununla bağlı. Müəyyən ittifaq və birliklər artıq formal mövcudluğunu dayandırmalı və fikirlərə, tənqid və təkliflərə açıq olmalıdır.

- Qorxu janrında dünyada çoxlu sayda kitablar, filmlər var. Qərbdə qorxu janrı müxtəlif aspektlərdən işlənir, ən fərqli formalarda müraciət olunur bu mövzuya. Şərq, məsələn, Türkiyə qorxu filmləri isə daha çox mistik-dini çalardan ibarətdir – cin, şeytan, qara magiya, ayinlər və s. Bunun səbəbi mentalitet, milli-mənəvi dəyərlər, inanc, adətlərdirmi?

- Məncə, bəli, əsas məqam milli-mənəvi dəyərlərimiz, dinimiz, adətlərimizlə əlaqəlidir. Qeyd etdiyiniz Türkiyə filmləriylə yanaşı, İndoneziya və Malaziya da bu sahədə irəliləyib. Bütün bu proseslər “İslam qorxu janrı” (Islamic horror) subjanrının peyda olmasına gətirib çıxarıb. Məsələn, yapon horrorları necə yapon inancları əsasında çəkilirsə, eləcə də "Islamic horror" adlanan bu janr və ya subjanr da İslamda olan mifik varlıqları, anlayışları əhatə edir.

Düzdür, zövq məsələsidir, amma insanlar daha çox reallığa yaxın qorxu filmlərinə baxmağa üstünlük verirlər. Zombi, manyak filmlərində "The Saw" tərzli bir şey çəkməlisən ki, gərilimi, həm macəra-döyüşü (aksiyonu), dinamikası bol olsun. Fərqi yoxdur, kitab və ya film olsun, insanlar reallığa yaxın kontent istəyirlər. Məsələn, son illər “Youtube” üzərində paranormal araşdırmalar edən stalkerlərin, diggerlərin videoları dəbdədir. Hətta “ekşn” kameralarla çəkilən, paranormal araşdırmalar aparan komandanın başına gələnləri anladan bəzi filmlər də var. Məsələn, mən də "Şeytani" adlı hekayəmdə iki dostun “Youtube” kanalında videoçəkiliş etmək üçün "bir şəhər əfsanəsi"ni araşdırmağa getməsindən və olmazın hadisələrlə üzləşmələrindən bəhs etmişəm. Məsələ burada trendlərin dəyişməsidir, hazırda dünya trendlərində də şeytan, cin, magiyadan bəhs edən filmlər çoxalır. Yəni, bu gün qeyd etdiyiniz Qərb də (gülür – İ.M.) bu mövzulara meyl edir. Səbəb isə insanların pərdə arxasına qarşı daim maraqlı olmalarıdır.

- Günümüzdə Azərbaycan oxucusu nə oxuyur?

- Bu, bir balaca statistik sualdır, amma mən məsələyə başqa prizmadan baxmağı təklif edirəm. Oxucuların böyük əksəriyyəti xarici ədəbiyyat oxuyur. Yəni eyni oxucu ildə 12 kitab oxuyursa, bunun 10-11-i xarici yazarların kitablarıdır. Bu gün kitab evlərinin də tövsiyyə etdiyi 10 kitabın 9-u xarici yazara məxsusdur. Oxucu ilə yazıçı arasında fikir mübadiləsi olmalıdır, yazıçı oxucular arasında sorğular keçirməli, öz yazacağını, oxucunun ondan nə istədiyini müzakirə etməlidir. Əksər yazarlarımız bunu etmir, bir çoxunun sosial şəbəkə hesabları X şəxslər tərəfindən idarə olunur. Edənlərin də auditoriyası o qədər böyük deyil. Oxucu da öz növbəsində yazarı yazmağa motivə etməlidir. Oxucunun intizarı - yazıçının ilhamıdır. Oxucu sevdiyi yerli yazarın kitablarını almalıdır, bəyəndiyi kitabı ətrafına tövsiyyə etməlidir.

- Auditoriyaya istədiyini "yedirmək" mümkündürmü?

- Bundan kifayət qədər danışmaq olar. Çalışacağam, fikrimi lakonik çatdırım. Dünyada zatən bir intellekt enişi yaşanır. İnsanlar analiz etmək, düşünmək, araşdırmağa motivə olunmurlar. Bizləri bayağı kontentlərlə o qədər kütlə olacaq auditoriyaya çeviriblər ki, bunu dəyişdirmək bir-iki nəfərin, hətta bir neçə təşkilatın görə biləcəyi iş deyil. Qəribəsi budur ki, məsələn, sosial şəbəkələrdə bu və ya digər kontent yaradıcılarını (yazar, rejissor, mügənni, aktyor və s.) şərhlərdə irad, tənqid, hətta təhqir edən insanlar sırf marağa onu izləməyə davam edirlər. Bu da sosial şəbəkə alqoritmini işə salaraq həmin kontenti trendə salır. Faciədir əslində. Əgər bu gün heç bir vəsfi olmayan “tiktoker” bir tədbirdə, az qala dünyaca məşhur şəxs kimi qarşılanırsa, bu, artıq hansı durumda olduğumuzu göstərir. Yəni, indiki dövrdə auditoriyaya nə versələr, auditoriya da onu "yeyir". Hazırkı şərtlərdə bunu dəyişmək mümkünsüzdür.

- Çoxdandır yazmırsız. Ayrı-ayrı hekayələriniz ədəbi saytlarda bir neçə dəfə dərc olunsa da, kitab yoxdur. Fərid Nəsibzadə nə planlaşdırır? Bu il nəsə gözləyəkmi Sizdən?

- (Gülür – İ.M.) Bildiyiniz kimi, müasir ədəbiyyatda qorxu janrının ilk müəllifi kimi tanınsam da, başqa janrlarda da yazılarım var. İki kitabın, iki ədəbi layihənin müəllifiyəm: "Şayətin" qorxu janrında, “Tənhalığın dörd mövsümü” dram janrındadır. Bundan başqa, ideyası mənə məxsus olan "Laboratory of Art" sosial platformasında bir çox fəaliyyətimiz olsa da, xüsusilə ideya müəllifi olduğum həmin platformanın yazarları üçün "Qələmimizdən qəlbinizə", şairləri üçün "Misraların əsrarı" antologiya kitablarını qeyd etmək istərdim.

Bu yaxınlarda müəllifi olduğum "Alfa" adlı psixoloji trillerin çapını həyata keçirmək istəyirəm. Həmçinin, "Laboratory of Art" sosial platformasında may ayında gözəl qələm sahibi Araz Məmmədovun (Yaquboğlu) "Mən Şəhidəm" adlı kitabını hazırlayırıq, bu layihənin də rəhbəri mənəm. Bir də, şairlər üçün payıza doğru "Nəqşi Bənd" adlı kitabımızı hazırlayacağıq.

Müəllif: Banu Çiçək
 
Ardını oxu...
“Avropa İttifaqı (Aİ) hücum halında regional birliyin üzvü olan ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaratmaq niyyətindədir”.

Bu barədə Yunanıstanın “Ekathimerini” nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

O qeyd edib ki, Aİ-nin vahid ordusunun yaradılması ilə bağlı müzakirələr lüzumsuz çaşqınlığa gətirib çıxarır. Bu təşəbbüs ayrı-ayrı dövlətlərin qoşunlarının birləşməsini nəzərdə tutur və belə bir inkişaf ehtimalı azdır.

“Lakin biz Avropanın hərbi potensialının - çevik reaksiya qüvvələrinin formalaşdırılması prosesindəyik. Mən onları “Avropa legionu” adlandırıram”, - deyə Sikorski əlavə edib.

Nazir, Avropada yeni hərbi strukturun yaradılması zərurətinin ABŞ və Çin arasındakı qarşıdurma ilə bağlı yarandığını izah edib.

“Hazırda Vaşinqton bu məsələyə çox diqqət yetirir, ona görə də region ölkələri hücum zamanı müttəfiqin köməyinə ümid bəsləməməlidir. Əksinə, Aİ müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməli olacaq”.
 
Ardını oxu...
Tanınmış aktrisa, Prezident mükafatçısı Günel Məmmədova “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla söhbəti təqdim edirik.

- Günel xanım, ötən ay övladınız dünyaya gəldi. Bu, çoxları, xüsusən də mətbuat üçün gözlənilməz xəbər oldu. Toyunuz nə zaman oldu və sosial medianı aktiv idarə edən Günel xanım niyə bu barədə heç bir paylaşım etmədi?

- Təbrikə görə çox təşəkkür edirəm. Toyum ötən ilin iyun ayında oldu. Şəxsi həyatım barədə məlumat verməyi sevmirəm. Adı üstündə şəxsi həyat. Əvvəl, indi və bundan sonra da bacardığım qədər şəxsi həyatım barədə nələrsə görə bilməyəcəksiniz. Ailə şəxsidi, özəldi və ona görə də kənar insanların bu barədə məlumatlı olması mənə görə çox gərəksizdir. Bu səbəbdən heç bir paylaşım etmədim və bundan sonra da etməyəcəm. Bircə onu deyə bilərəm ki, həyat yoldaşım bizim cameədən deyil.

- Həmişə uşaqların əhatəsində, onların sevgiləri ilə iç-içə olan biri kimi indi öz övladınızı qucağınıza aldınız. Necə hisdir?

- Uşaqları sevirəm. Amma övlada olan sevgi tam fərqlidir. Bunun belə olacağını ağlıma gətirmirdim. Övlada olan sevginin, bağlılığın bu qədər dərin ola biləcəyini düşünmürdüm. Hislərimi dilə gətirə, sözlə ifadə edə bilmirəm, Nərmin. Çox xoşbəxtəm, Allahıma olan şükranlığım sonsuzdur. Allahın nəzəri həmişə balamın üzərində olsun. Allah bütün uşaqları qorusun.

Şükür edirəm ki, ailə qurdum və sonra Allah bu hədiyyəni bəxş etdi. Qızım da mən də mart ayında doğulmuşuq. Bu mənə ən böyük hədiyyə oldu. Deyirdilər ki, övlad çox böyük eşqdir, sevgidir və həqiqətən də belədir.

Ana olmaq böyük məsuliyyətdir. Hələlik bunu tam dərk edə bilirəmmi? Yəqin ki, bu sualın cavabını özüm də bilmirəm. Amma bacardığım qədər balama məhəbbətimi, sevgimi, qayğımı verib və əlimdən gələni edəcəm ki, o ilk növbədə yaxşı insan olsun. Valideynlərinə, vətəninə layiqli olsun və həmişə onunla fəxr edək. Bu məsuliyyət biz anaların üzərindədir. Çox xoşbəxtəm ki, evimizdə balaca şirin adamımız var, rəng qatan, sevgidolu bir adam…

Allah övlad istəyində olan hər kəsə qismət eləsin. Bu gözəl və tam fərqli hisdir.

Bilirsən ki, sənətimi çox sevirəm. Həmişə düşünmüşəm ki, sənətsiz qala bilmərəm. Təsəvvür elə ki, yeddinci aya kimi mən teatrdakı tamaşalarda oynayırdım. Səhnədə balamla birgə…Amma indi düşünürəm ki, mən balama sənətimi belə qurban edərəm. Bir valideyn üçün ailədən və övladdan vacib heç nə ola bilməz. Hər saniyəsində yanında olmaq istəyirəm, elə gözəl qoxusu var ki, doyunca içimə çəkməyə çalışıram.

- Hələ yolun başındasınız. Bu dönəmdə hamı məsləhətlərini verib, yol göstərmək istəyir. Necə baş edirsiniz? Kimdən məsləhət alırsınız?

- Videolara baxıram, ana olan insanlar kömək edir. Bəzi məsləhətlər xoşuma gəlmir, amma bəzilərinə qulaq asıram. Bu məsələdə həqiqətən çox məlumatsızam. Mənə dəstək olanlar çoxdur və hamısına da təşəkkür edirəm.

Üstəlik də çox həssas biriyəm. Çarəsizliyim və həssaslığım məni zəiflədir, bunu etiraf edə bilərəm. Hamı deyir ki, soyuqqanlı ol. Amma hələ ki, bacarmıram.

- Qızınızın adını bilmək olarmı? Adını siz yoxsa atası qoyub?

- Adını hələ açıqlamaq istəmirəm. Son ana kimi oğlan yaxud qız olacağını bilmirdim. Oğlan olsaydı yoldaşımın atasının, qız olsaydı isə anamın adını qoyacaqdıq. Amma elə alındı ki, başqa ad düşündük. Bacımın oğlu mənim balam kimidir. O da biz dediyimiz adı bəyəndi. Və belə demək mümkünsə mənim birinci balam ikinci balamın adını qoydu.

Övlad – Allahdan gələn hədiyyədir. Qız yaxud oğlan anası – bunun mənim üçün fərqi yoxdur. Ən önəmlisi onun nəfəsini hiss etmək, qucağında sakitləşməsini bilməkdir. Bu sözlə ifadə olunmayan bir duyğudur. Nə söz desəm az olar. Mən indiyə kimi belə sevgi yaşamamışam.

- Bəs özünüz necə uşaq olmusunuz?

- Deyilənlərə əvvəl çox sakit, amma bir müddətdən sonra nadinc biri olmuşam. Hamıya da aktrisa olacağımı demişdim. Qonşuları yığıb, tamaşa formasında nəsə hazırlayıb, aparıcılıq, müğənnilik edirdim. Hər şeylə maraqlanırdım. Valideynlərimə çox sağ ol deyirəm ki, onlar məni pianinoya, rəqsə, akrobatika yazdırıblar və mən belə mühitdə böyümüşəm. Bu uşaq üçün çox vacib amildir.

- Bir az ailə həyatınız barədə danışaq. Kişi -qadın münasibətində sizin üçün ən önəmli olan nədir? Ailəni ayaqda tutan nələrdir?

- Mənim üçün ən önəmlisi hörmət, dəyər, qayğı, bir-birini başa düşməkdir. Münasibətdə bunlar mütləqdir və bunlar olduğu təqdirdə ailə də möhkəmdir. Əlbəttə, həyatdır və hər şey ola bilər.

- Bəs sevgi?

- Təbii ki, sevgi öz yerində. Amma sevginin paralelində hörmət, qayğı olmalıdır.

Ailədə kompromisə getmək çox önəmlidir. Gözəl günlər mütləq ki, olacaq, amma ən vacibi problemlər yaşanan anlarda bir –birinin əlindən tutub çətinlikləri dəf edərək irəli getməkdir.

- Səhnəyə nə zaman qayıtmağı planlaşdırırsınız?

- İkicanlı olanda səhnə üçün o qədər darıxırdım ki… Amma indi fərqli düşüncədəyəm: mənim səhnəm balamdır. Hazırda özümü ailəmə və ələlxüsus övladıma bəxş etmişəm. Vaxtı gələndə teatra da çəkilişlərə də qayıdacam.
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücumunun əvvəldən məhvə məhkum olduğunu etiraf edib.

O, bu barədə fikirlərini “Axel Springer”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ruslar bizim hara hücum edəcəyimizi bilirdilər: “Hardan bildilər? Bu məlumatı haradan əldə ediblər? Bunu sizə deyə bilmərəm. Bunu zaman göstərəcək. Ötənilki əks-hücum o qədər də uğurlu olmayıb. İstədiyimiz nəticəni əldə edə bilmədik. Bəzi problemlərə görə Ukrayna günahkardır”.

O, qoşunların düzgün təchiz olunmadığını vurğulayıb: “Bununla belə əks-hücumun “müsbət tərəfi” də var. Məsələn, Qara dənizdəki əməliyyatlarımız uğurlu idi. Qara dənizdə alternativ taxıl dəhlizi yaratdıq və Rusiya donanmasının bir çox hissəsini məhv etdik. Bütün bunlar böyük uğurdurmu? Bir tərəfdən, yox. Digər tərəfdən, Ukrayna müqavimət göstərə bildi bu, bizim üçün böyük uğurdur.

Artıq 2024-cü ildə Ukraynanın əks-hücum planları var. Və bu əks-hücum bizə müəyyən nəticələr verməlidir. 2024-cü ildə əks-hücumun əsas hədəfi hava limanları və körpülər kimi kritik yerlərdir. Krım körpüsünə zərbə endirməliyik. Amma Krım körpüsü yeganə məqsəd deyil. Söhbət hərbi hədəf olan bəzi infrastruktur obyektlərindən gedir. Orada silahların gətirildiyi körpülər var. Təyyarələr havaya qalxıb bizi bombalayır. Biz bunun qarşısını almalıyıq”.
 
Ardını oxu...
Dünən saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənilər bu gün saat 10:40 radələrində isə İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, əvvəlki günlərdə də Ermənistan ordusu tərəfindən Naxçıvandakı, Tovuz istiqamətindəki mövqelərimiz atəşə tutulub. Son günlər Ermənistanın atəşkəsi mütəmadi pozması, təxribatlara əl atması şərti sərhəddə toqquşma gözləntisini artırır. Analitiklər hesab edirlər ki, İrəvan sülh sazişini imzalamaqdan boyun qaçırmaq üçün, zaman qazanmaq üçün addımlar atmaqdadır. Bu isə sonra hərbi toqquşmaların baş verməsini qaçılmaz edə bilər.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya bildirib ki, hərbi əməliyyatların keçirilməsi sıradan bir məsələ deyil:

- Hərbi əməliyyat üçün hazırlıqlar, planlar hazırlanır və ona uyğun addımlar atılır. Bu əməliyyatlar barədə isə cəmiyyətə əvvəlcədən məlumat verilmir, verilməməlidir də. Azərbaycanın tələsik addım atmaq niyyəti yoxdur. Biz əsas işimizi görmüşük – Qarabağ işğaldan tam şəkildə azad edilib. Qazaxın 7, Naxçıvanın Kərki kəndi işğalda qalıb ki, onu da rəsmi Bakı normal, sivil, danışıqlarla həll edilməsinin tərəfdarı olduğunu bəyan edib. Azərbaycan Ermənistandan tələb edir ki, kəndlər qansız-qadasız şəkildə təhvil verilsin. Əslində Ermənistan ilkin mərhələdə Qazaxın 4 kəndinin qaytarılmasına razılıq verdiyini bəyan edib. İndi Bakı İrəvandan tələb edir ki, bəyanat əməldə icra olunsun, kəndlər qaytarılsın. Təxminən bir aydır ki, kəndlərin qaytarılması məsələsi müzakirədədir, amma hələ də təhvil verməyiblər.

Bilirsiniz, hər ötən gün Ermənistan üçün yeni imkanlar, fürsətlər yaranır. Zaman qazanmağa çalışan İrəvan buna nail olmaqdadır. Hansısa imkanlar yarananda Ermənistan həvəsə gəlir, kəndləri qaytarmaqdan, sülh sazişini imzalamaqdan boyun qaçırır. Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistana hansı sözü verdilərsə, bir neçə gündür şərti sərhəddə atışkəsi pozmaqla məşğuldurlar.

- Zaman qazanmaq üçün atəşkəsi pozmaları nə qədər məntiqli siyasətdir?

- Birincisi, Ermənistanda məntiq axtarmaq absurddur. İkincisi, Ermənistan sanki revanş istəyindədir. Söhbət erməni müxaliflərindən getmir, Ermənistan hakimiyyətindən gedir. Brüsseldə Qərblə müzakirələrdən, Avropanın bəzi dairələri ilə danışıqlardan sonra Ermənistan sanki bir qədər də cəsarətlənib. Hesab edirəm ki, şərti sərhəddə atəşkəsin pozulması, təxribatlar Brüsseldəki danışıqların nəticəsidir. Baxın, Paşinyan Tavuş bölgəsinə səfər etdi, kəndlilərlə danışdı və verdiyi bəyanatlardan hiss edilirdi ki, 4 kəndi qaytarmağa hazırdır. Amma proses uzanır, müsbət nəticə də yoxdur. Əksinə, şərti sərhəddə atəşkəs pozulur. Bütün bunlar onu deməyə əsas verir ki, İrəvan vaxt uzatmaq siyasətini həyata keçirir. Yəni sülh sazişi imzalanmaq məsələsi ortaya gələndə, kəndlərin qaytarılması məsələsi gündəmə gələndə göstərmək istəyir ki, “baxın, gərginlik var, toqquşma var, bu halda necə sülh sazişi imzalayaq”. Bəziləri iddia edir ki, Ermənistan ordusu daxilində Paşinyana tabe olmayan qüvvələr var, təxribatı da onlar törədirlər. Bu, qeyri-ciddi yanaşmadır. Ölkənin birinci şəxsinin əlində resurslar və imkanlar var ki, ona qarşı olan hərbçiləri sıradan çıxarsın, yerdəyişmələr etsin və s. Ona görə də düşünürəm ki, atəşkəsin pozulması, şərti sərhəddə təxribatlar Paşinyanla razılaşdırılmış addımlardır, birbaşa onun göstərişi ilə həyata keçirilir. Paşinyan bütün proseslərə nəzarət edir və lazımi addımlar atılmasına da göstəriş verir.

- Maraqlıdır ki, Ermənistan atəşkəsi sərhədin müxtəlif istiqamətlərində pozur. Bir gün Naxçıvan, başqa gün Tovuz, sonrakı gün Laçın...

- Məqsəd odur ki, dünyana Ermənistanın bütün şərti sərhəd boyu təhlükədə olduğunu nümayiş etdirsinlər. Atəşkəsi pozurlar, adekvat cavab alırlar və Azərbaycanı atəşi pozan tərəf kimi göstərirlər. Burada da bir qədər özlərini ifşa edirlər. Məsələn, Qazax istiqamətində “səs” yoxdur. Məntiqlə, Azərbaycan atəşkəsi o tərəfdən pozmalıdır axı. Çünki işğalda qalan kəndlər Qazağın kəndləridir. Rəsmi İrəvan görünür ki, toqquşma marağındadır. Ona görə də mütəmadi atəşkəs pozuntusu Ermənistan rəhbərliyinin göstərişi ilə həyata keçirir. Bəllidir ki, Paşinyan hakimiyyətinə də tapşırıq verilir, bu addımları atmağa həvəsləndirən kənar qüvvələr var. Xüsusilə, Qərbdəki bəzi dairələrdir ki, rəsmi İrəvanı həvəsləndirirlər. Guya ki, toqquşma olsa, müharibə olsa, həmin qüvvələr Ermənistanı dəstəkləyəcəklər, silah-sursatla təmin edəcəklər. Amma Ermənistan anlamalıdır ki, bu siyasət onların ziyanınadır. Ermənistana dəstək də verilsə, bu ölkənin ordusunun Azərbaycan Ordusu ilə qdöyüşmək gücü və qüdrəti yoxdur. Paşinyana tapşırıq verən qüvvələr əslində Ermənistanı uçuruma sürükləyirlər. Baş verənlər sülh sazişinin imzalanması prosesinə də mənfi təsir göstərir. İstər İrəvan, istərsə də havadarları bunu nəzərə almalıdırlar.

- Yeri gəlmişkən, rəsmi İrəvandan bildirilib ki, Azərbaycanın təklif etdiyi sülh paketinə yeni redaktədə cavab verilib. Bu redaktə artıq səkkizincidir. Ermənistan XİN başçısı isə bildirib ki, İrəvanla Bakı arasında bir çox məsələlər razılaşdırılıb, amma razılaşdırılmayan məqamlar var. Atəşkəs pozuntusu fonunda Ermənistanın sülh bəyanatı qəribə deyilmi?

- Ermənistan Azərbaycanla sülh sənədini imzalayacaq, başqa yolu yoxdur. İndi çırpınırlar, amma anlayırlar ki, saziş imzalanacaq. Çünki bu, Bakıdan çox İrəvana lazımdır. İndi yenidən düzəlişlər edib, sənədi göndəriblər. İrəvanın yeni düzəlişləri nədir, biz bundan hələlik məlumatsızıq. Yəqin ki, İrəvanın yeni redaktə ilə göndərdiyi təkliflərdə Bakının qəbul etmədiyi məsələlər yenidən öz əksini tapıb. Güman ki, yaxın günlərdə Ermənistanın düzəlişləri barədə məlumat alacağıq. Ondan sonra fikir bildirmək olar ki, Ermənistan sülhlə bağlı indi nə düşünür. Ola bilsin ki, zaman qazanmaq üçün yenidən axmaq iddialarını sənəddə əks etdiriblər.
 
Ardını oxu...
Rusiya və Ukrayna qardaş xalqlar idilər, amma indiki reallıqda onlar düşmənə çevriliblər, bu, Moskvanın günahı ucbatından olub.
Qaynarinfo xəbər verir ki, bunu Yaponiyanın “Kyodo” nəşrinə müsahibəsində Ukraynanın keçmiş prezidenti Leonid Kuçma söyləyib.
Jurnalistin rusların və ukraynalıların qardaş xalqlar hesab edilməsinə dair sözlərinə cavab olaraq Kuçma “qardaşlar arasında düşmənçilik və hətta nifrət olduğunu” deyib və Qabillə Habilin hekayəsini xatırladıb.
“Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir”, deyə Kuçma bildirib.
Onun fikrincə, qardaş düşmən olarsa, xəyanətdən də pis olur. O, hadisələrin bu cür inkişafına görə məsuliyyəti Vladimir Putinin üzərinə qoyub.
Ukraynanın eks-prezidenti vurğulayıb ki, Kiyev Moskva ilə bərabərhüquqlu və dostluq münasibətlərinə can atır, bu gün bu, absurd kimi səslənir. Keçmiş dövlət başçısı hesab edir ki, Rusiya hamını düşmən və vassallara bölür.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni bir xalqın qarşıdurması adlandırmışdı.
“Bir xalqın bir-biri ilə vuruşması çətin və acıdır. Əslində qarşıdurma bir millət daxilində baş verir”, deyə Rusiya prezidenti qeyd edib.
 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başa düşməlidir ki, Ukrayna və Rusiya arasında danışıqların baş tutması üçün ölkəsi kifayət etməyəcək.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski RBK-ya müsahibəsində bildirib.

“Türkiyə əsirlərlə bağlı bizə kömək etdi. Bu bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma Prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi bizim üçün kifayət deyil. Bizim üçün sülh sammiti formatı daha yaxşıdır. Mən düşünmürəm ki, Türkiyə təkbaşına Putinin siyasətini sıxışdıra bilsin”, – Zelenski bildirib.
 
Ardını oxu...
Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Entoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 
Ardını oxu...
Kapitulyasiyadan sonra dedim ki, vasitəçilərsiz danışıqlar çox pis nəticəyə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan mediaya açıqlamasında deyib.

“Məncə, nəzərdə tutulan danışıqlar qrupu yaradıldı və onun yaradılması 9 noyabr sənədinə uyğun olaraq həyata keçirildi. Bundan sonra ölkəmizin mötəbər keçmiş rəsmilərindən biri demarkasiya və delimitasiya məsələsində ATƏT-in mövqeyini geniş şəkildə açıqladı. Sadəcə olaraq bu yolla getmək lazım idi, kapitulyasiyadan sonra vasitəçisiz danışıqların çox pis nəticəyə gətirib çıxaracağı göz qabağında idi. Vasitəçilər danışıqların normal gedişinə zəmanət verməyə çağırılır. Əgər bacarmasalar, onları qınamaq olar”, - Sərkisyan bildirib.

9 noyabr sənədinin vasitəçi ölkəsinin danışıqların normal gedişinə təminat verə bilmədiyi haqda jurnalistin sualına isə Sərkisyan bu cür cavab verib:

“Siz əminsinizmi ki, Azərbaycan və Rusiya (öhdəliklərini) yerinə yetirmədilər?”
 

Ardını oxu...
Ölkəmizdə teatra marağın azaldığı bildirilsə də, son zamanlar müəyyən canlanma hiss olunur.

Bunu teatr tamaşalarına biletlərin qısa müddətdə satılması, yeni tamaşaların anşlaqla keçməsi göstərir. Əməkdar artist, aktyor Rafael İsgəndərov “Cebhe.info”-ya müsahibəsində bu və digər mövzularla bağlı danışıb.

- Rafael bəy, son dövrlər teatr tamaşalarına maraq nə yerdədir?

- Mən hesab edirəm ki, teatrın repertuarı yaxşıdırsa, hər nə səbəb olursa- olsun onu izləyən tamaşaçı kütləsi olacaq. Sadəcə olaraq, tamaşanın təqdimatını daha çox kütləyə çatdırmaq lazımdır.

- İnsanların teatra marağını nece və hansı vasitələrlə artırmaq olar?

- Müxtəlif vasitələrlə artırmaq olar. Məsələn, reklam vasitəsilə, afişaları sosial şəbəkədə yaymaqla. O cümlədən televiziya və radio vasitəsi ilə tamaşaçıları məlumatlandırmaq olar.

- Yeni dövr aktyorları sizi qane edirmi?

- Aktyorlar məni qane edir. İstedadlı aktyorlarımız kifayət qədərdir. Yeni aktyorlar da gündən günə yetişməkdədir. Sadəcə olaraq, keçmişlə müqayisədə rejissorların sayı bir qədər azdır. Teatrda dəyişiklik üçün rejissorlara ehtiyac var.

- Keçmiş dövrlə müqayisə etdiniz. Teatrda hansı dəyişikliklərin olmasını istərdiniz?

- Keçmişlə müqayisədə qeyd etdiyim kimi, teatrlarda rejissorların sayı azdır. Rejissorların sayında artım olarsa və keyfiyyətli işlər ərsəyə gətirilərsə, o zaman teatrda canlanma baş verə bilər.

- Son zamanlar ən bəyəndiyiniz tamaşa hansıdır?

- Vaxtımın məhdud olmasından dolayı teatra tez-tez gedə bilmirəm. Ancaq vaxtım olan kimi gedib baxıram. Yaxşı, maraqla izlənilən tamaşalar olur, onları izləyirəm. Ən bəyəndiyim tamaşa isə yoxdur. Sadəcə baxıb bəyəndiyim tamaşalar olur. Sonuncu dəfə baxdığım tamaşa “Azdrama”da “Dantenin yubiley” olmuşdu.
 

Dünyapress TV

Xəbər lenti