Ardını oxu...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə oyundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Q.Qurbanov Kadi Borges, Musa Qurbanlı və Mahir Emrelinin Ağdam komandasına mümkün qayıdışı barədə danışıb.

– Müqaviləsi bitən oyunçularla danışıqlara başlamısız?

– Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, sezonun sonunda bilinəcək.

– Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar var?

– Danışıqlar var. Amma yekunlaşdırılan yoxdur.

– “Qarabağ” Kadi, Mahiri, Musanı geri qaytarır?

– Heç biri ilə hələ danışığımız yoxdur.

– Avrokuboklar uğrunda 4 komanda mübarizə aparır. Sizcə, hansı daha şanslıdır?

– Hər birinin şansı eynidir. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram. // Offsideplus.az
 
Ardını oxu...
Müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti Xumar Qədimovanın Kult.az-a müsahibəsi:

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, “Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam”. Çılğınlıq deyəndə tam olaraq nə nəzərdə tutursunuz?

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə, yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

- Aldandığım əvvəllər olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

- “Mənim hər addımım puldur” deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

- Məsələn, kimlər?

- Ad çəkməyəcəm…

- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

- Xeyr, hazırda sevgilim yoxdur.

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm bu, hər kəsə vacibdir, xüsusi ilə də sənət adamlarına.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmməd Hüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazım Hikmət deyərdim...

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

- “Bir də gəlməyəcək mənimtək bir qadın”. Yəni necə bir qadın?

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də...
 
 
 
Ardını oxu...
  

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə müsahibə verib.

Musavat.com xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsi zamanı bir çox önəmli açıqlamalar verib. 

Müsahibədən həmin hissələri təqdim edirik.

Ardını oxu...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər 

Elçin Əmirbəyov bildirib ki, 2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.

O qeyd edib ki, bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər.

Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar.

E.Əmirbəyov ermənilərin narahatlığını absurd hesab edib.

Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Ardını oxu...

Ermənistanın COP29-un Bakıda keçirilməsinə razılığı etimad tədbirlərinin nəticəsidir

Elçin Əmirbəyov daha sonra bildirib ki, Ermənistan COP Bürosunun üzvü kimi etimadın möhkəmləndirilməsi tədbirləri nəticəsində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsi ilə razılaşıb.

Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir:

“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik. 32 erməni hərbçisinin 2 azərbaycanlı hərbçi ilə dəyişdirilməsi barədə razılığa gəldik. Eyni zamanda, Ermənistan COP Bürosunun üzvü kimi öz növbəsində Azərbaycanın bu il COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə bağlı razılığa gəlib. Bu, etimad tədbirlərinin nəticəsi idi və bunun necə həyata keçirilə biləcəyini göstərir”.

Ardını oxu...

Qeyd edək ki, Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib.

Bu barədə İsrail XİN-in nümayəndəsi Aliza Bin-Nun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla səmimi görüşümüz oldu. Müzakirələr zamanı əsasən ikitərəfli və regional məsələlərə toxunulub, Cənubi Qafqaz və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirilib”, - paylaşımda qeyd edilib.

i hadisələrə xüsusi diqqət yetirilib”, - paylaşımda qeyd edilib.

Ardını oxu...
ABŞ-da qarşıdan gələn prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Revanş almaq istəyə Tramp və hazırkı prezident Bayden yenidən üz-üzə gəlir.

Rusiyada da bu seçkinin nəticələrini maraqla gözləyirlər. Rus ictimai rəyində prezident Bayden qatı anti-Rusiya mövqeyi , Trampı Moskvaya reveransları ilə tanınırlar.

Bu doğurdanmı belədir? Moskva üçün hansı namizəd əlverişlidir?

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Karpoviçin “Komsomloskya Pravda” üçün yazdığı məqalədə bu məsələyə toxunulub.

Azpost.info yazını oxucularına təqdim edir:

Çox vaxt siyasi müzakirələrdə və sadəcə gündəlik söhbətlərdə nikbin proqnoz eşitmək olar: Rusiyanın xüsusi hərbi əməliyyatda uzunmüddətli uğurunun təminatı ABŞ seçkilərində daha praqmatik qüvvələrin (oxu, Donald Trampın) qələbəsidir.

Onlar deyirlər ki, məhz bu halda amerikalılar nəhayət öz daxili işləri ilə məşğul olacaq və qlobal ağalıq kursundan əl çəkəcəklər. Co Bayden və Demokratların uğuru isə, qarşıdurmanın birbaşa toqquşmaya qədər dərinləşməsi demək olacaq.

Əslində, məsələ o qədər də sadə deyil.

Təbii ki, Trampın Rusiyaya qarşı ritorikası ənənəvi olaraq indiki prezidentin rusofobik klişelərindən daha xoş hisslər doğurur. Oval kabinetin əvvəlki sahibi həm ABŞ-ın yaşadığı daxili çətinliklərdən, həm də yalnız Amerikanın dəstəyi sayəsində davam edən qanlı Ukrayna davasının mənasızlığını anlayan realistdir.

Bəs Tramp doğurdanmı “dərin dövlət”i cilovlamağa qadir olan müstəqil fiqurdur? Bir çoxlarının səkkiz il əvvəl onun hakimiyyətə gəlməsinə bəslədiyi ümidləri xatırlayaq. Amma reallıqda məlum oldu ki, Tramp Moskvaya qarşı bütün müsbət hisslərinə baxmayaraq, sələflərinin tutduğu kursu çətin ki, geri qaytara bilsin.

Məhz onun dövründə əvvəllər ehtiyatlı davranan Vaşinqton Kiyevi öldürücü silahlarla təchiz etməyə başladı. Ukraynada əməliyyatdan əvvəl ölkəmizə qarşı ən sərt sanksiyaları tətbiq edən Tramp idi. Bu sanksiyalar Bayden dövründə güclü sanksiya hücumlarının əsasına çevrildi. Yenə də məhz Trampın təşəbbüsü ilə silahlara nəzarət rejimi məhv edildi.

Bu siyahını uzun müddət davam etdirmək olar.

Onun bu addımları könüllü yoxsa təzyiq altında atması artıq o qədər də önəmli deyil. Fakt budur ki, Amerika tarixində fərdin rolu kifayət qədər şişirdilib – Halbuki partiya quruluşu, lobbiçilər və maraq qrupları çox vaxt ayrı-ayrı siyasətçilərdən, hətta prezident postunu tutanlardan qat-qat ciddi təsirə malikdir.

Çoxları ümid edir ki, Tramp dəyişib və təcrübə qazanıb, lakin hələ ötən ay biz açıq şəkildə gördük ki, Konqres Kiyevə milyardlarla dollarlıq yardımı təsdiqləməyə mane olamağa cəhd etmədi, eks-prezident susdu, bacarmadı. Belə aydın olur ki, o, Ukraynadakı münaqişədən böyük fayda əldə edən hərbi-sənaye kompleksi korporasiyaları ilə münaqişəyə girmək istəmir.

Eyni zamanda, Tramp hədsiz emosional ola bilər. Əətrafı da bundan asanlıqla yararlanır – Əgər birdən onun böhranın həlli ilə bağlı kifayət qədər sadəlövh fikirləri Moskvada anlayışla qarşılanmasa, komandasında olan “qırğı”ların iradəsinə tabe ola bilər. Bundan əvvəl o, bu formalı radikal tədbirlərə, o cümlədən hərbi kontingentin döyüş bölgəsinə göndərilməsinə əl atıb.

İndi bu ssenari fantastik görünür. Lakin axı məhz Tramp Suriyaya zərbə endirmək qərarı ilə az qala ABŞ İran arasında müharibəyə səbəb olacaqdı. Halbuki özü əvvəllər prezident Obama komandasının xarici siyasətini avantürizmdə ittiham edirdi.

Bəs Bayden?

Bununla bağlı Prezident Vladimir Putinlə razılaşmamaq olmur – ABŞ-ın hazırkı liderinin bütün çatışmazlıqlarına və yaşla bağlı problemlərinə baxmayaraq, o, “köhnə məktəb”ə aid siyasətçisidir, daha təcrübəli və rasionaldır, təcrübəli aparatçılarla əhatə olunub.

Hazırkı administrasiya Moskvaya qarşı hibrid müharibə aparsa da, hələ də dünyanı nüvə fəlakətinin astanasına gətirə biləcək addımlardan çəkinməyə üstünlük verir. Buna görə də, məsələn, Vaşinqton Üçüncü Dünya Müharibəsini qızışdırmağa hazır olan Makron və onun Baltikyanı müttəfiqlərinin avantürizmini dəstəkləmir və eyni zamanda Ukraynaya silah tədarükündə kifayət qədər seçici davranır.

Bayden – fərdi siyasi xadim kimi deyil, müəyyən bir kollektiv obraz kimi daha təhlükəli, lakin hələ də proqnozlaşdırıla bilən rəqibdir. Məhz bu proqnozlaşdırıla bilənlik əsasında biz xüsusi hərbi əməliyyatın aparılmasına kömək edəcək kurs qururuq.

Ancaq unutmamalıyıq ki, Amerika siyasəti konkret fiqurlar və komandalar tərəfindən deyil, Trampın düzgün şəkildə “bataqlıq” kimi təsvir etdiyi ümumi sistem tərəfindən idarə olunur.

Onilliklər ərzində ABŞ isteblişmenti rusofobiya və Moskvanı strateji məğlubiyyətə uğratmaq arzusu ilə alışıb yanırdı. Bu cür hisslər uzun müddətdir ki, Konqresə, mediaya və qeyri-kommersiya təşkilatlarına üstünlük təşkil edir.

Təəssüf ki, onlar Rusiya ilə münaqişədən böyük gəlirlər əldə edən korporasiyalar tərəfindən fəal şəkildə istifadə olunmağa başlayıblar. Odur ki, qapalı dairə yaranıb. Bu dairə isə yalnız amerikan cəmiyyətində ciddi daxili silkələnmələr halında öz mövcudluğunu itirə bilər.
 

Ardını oxu...
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Onunla müsahibəni təqdim edirik:
 
- Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşlə bağlı müsbət proqnozlar səslənir. Tərəflərin yekun sülh, delimitasiya və kommunikasiya xətlərinin açılması ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Sizcə, Almatıda konkret məsələlər üzərində razılaşmaların əldə ediləcəyi ehtimalı varmı?
 
- 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanatdan sonra tərəflərin daimi olaraq optimist danışıqlar müşahidə edilir. Son olaraq 2023-cü ildə Azərbaycan-Ermənistan və danışıqlara platforma verən tərəflər nəticə olaraq sülh müqaviləsinin bağlanmasına nikbin baxdıqlarını qeyd edirdilər. Hətta ötən il konkret sülh müqaviləsinin imzalanacağı ilə bağlı iddialar da səslənirdi. Amma təhlillərdə bunun ötən ilin sonunda əldə olunacağının mümkünsüzlüyü də önə çəkilirdi. Amma Azərbaycanın işğal altında olan 8 kəndindən anklav olmayan 4 kəndin geri qaytarılması İrəvanın prosesləri çox da uzağa aparmaq imkanlarının olmadığı göstərdi.
 
- Sülh yoxdursa, yenidən müharibə riski də gündəmə gətirilir....
 
- Ermənistan Bakının tələblərini tez bir zamanda yerinə yetirməsə yeni bir müharibə başlaya bilər. Hazırda Ermənistanda küçələrdə mitinqlər edənlər, İrəvana yürüşə başlayanlar anlamalıdırlar ki, Ermənistanın gələcək müqəddəratını həll edirlər. Bu günlərdə Ermənistan hakimiyyəti növbəti bəyanatlar verib. İndi top erməni xalqındadır. Erməni xalqı ya müharibə deməlidir, ya da ki, Azərbaycanla yeni münasibətlərin tərəfdarı olması ilə bağlı mövqe sərgiləməlidir.
 
- Ərazi iddiaları ilə bağlı erməni cəmiyyətindəki sterotiplər necə qırılmalıdır?
 
- Azərbaycanın işğalda saxlanılan kəndlərinin təhvil verilməsi ilə bağlı erməni tərəfi səssiz olmalıdır. Eyni zamanda Ermənistan konstitusiyasının və gerbinin dəyişdirilməsi ilə bağlı erməni xalqı öz mövqeyini bildirməlidir. Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddialarından həmişəlik əl çəkməlidir.
 
- Ermənistanın normativ hüquqi aktları ilə bağlı Bakının əsas tələbləri nədən ibarətdir?
 
- Belə olan təqdirdə sülh müqaviləsindən və münasibətlərin yeni mərhələyə qədəm qoymasından danışa bilərik. Əks təqdirdə Ermənistan hakimiyyətinin verdiyi qərarların gələcəkdə siyasi müxalifəti və revanşistlər tərəfindən sual altına salınması məsələsi ortaya çıxa bilər. Ona görə də, Azərbaycan hakimiyyətinin əsas hədəfi Ermənistanın mövcud normativ hüquqi bazasını yeni müstəviyə çəkməsi və birdəfəlik sıfırlamasından ibarətdir.
 
- Regional kommunikasiyaların açılmasında nə kimi irəliləyişin olması gözlənilir?
 
- Almatıda hər iki ölkənin xarici işlər nazirləri arasında keçiriləcək görüşdə də bu məsələ erməni tərəfinin diqqətinə çatdırılacaq. Azərbaycanla Ermənistan arasında son zamanlar birbaşa ünsiyyət yaranıb. Burada birbaşa kommunikasiyanın effektivliyi də müşahidə olunur. Gözlənilən də odur ki, Qazaxıstanda Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri, delimitasiya və demarkasiya, sülh müqaviləsinin mətni müzakirə edilər bilər.
 
- Kommunikasiya xətlərinin açılmasına qarşı kənar qüvvələrin təsiri elementləri necədir?
 
- Gözlənilər odur ki, erməni tərəfi kommunikasiya xəttlərinin açılması ilə bağlı mövqeyini ortaya qoysun. Təəssüf ki, burada geosiyasi qüvvələrin üst-üstə düşməyən maraqları var. Bu da Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə birbaşa maneədir.
 
- Bakı və İrəvan arasındakı sülh prosesinin pozulmasında maraqlı tərəflər kimlərdir?
 
- Hazırda danışıqlar gedir. Bakı də İrəvan arasında hər hansı bir ortaq məxrəcə gəlmək olar. Amma bu danışıqlara maneələrin kimlər tərəfindən yaradılacağı və onların nə qədər öz iddialarında dayanıqlı ola biləcəkləri də diqqətlə izlənilir. Ona görə də, Qazaxıstan, Gürcüstan kimi platformalara ehtiyac var. Harada tərəflərə hansısa prinsiplər aşılanmayacaqsa, orada konkret maraqlardan çıxış edərək dialoqda iştirak etmək mümkün olacaq.
 
Ardını oxu...
Aktyor Tural Baxışın Kult.az-a müsahibəsi:

- Tural bəy, istedad irsən də keçə bilir. Aktyor olmaqdan əlavə Eldar Baxışın oğlusunuz, şeir yazırsınızmı?

- Yox, indi yazmıram. Amma əvvəllər yazırdım.

- Niyə davam eləmədiniz? Bəlkə atanız kimi yaxşı şair olacaqdınız?

- Hərdən olur ki, ağlıma şeirlər gəlir, amma davamını gətirmirəm. Məni daha çox ssenari cəlb edir. Amma qızım artıq babasının yolunu davam edir. 15 yaşı var, hekayələr yazmağa başlayıb. Siz demiş, irsəndir. Ümumən isə poeziya məni cəlb etmir, maraq dairəm başqa sahəyədir. Şeir dünyası belədir ki, gərək daim orada olasan.

- Çox adam sizin Eldar Baxışın oğlu olduğunuzu bilmir. Niyə gizlədirsiniz?

- Hə, düzdür. Açığı, gizlətmək üçün elə bir səbəbim yoxdur. Yəqin, introvertəm, ondan irəli gəlir. Peşəmə baxanda qəribə səslənsə də, insanların diqqətini cəlb etməyi xoşlamıram.

- Atanızla bağlı ən qalmaqallı məsələ onu kimlərinsə zəhərləməsidir. Siz bu barədə nə düşünürsünüz?

- Qalmaqal deməzdim. Çünki o dövr başqa dövr idi. İnsanlar bir sözə görə canları ilə cavab verirdilər. Rusiyadan gələn bir qrup həkim belə bir nəticəyə gəlmişdi ki, atamın qanında süni pereparat var. Biz hamımız düşünürdük, kimsə atamla düşmənçilik etməz. Məgər ki, var imiş onu da sevməyənlər…

- Tural bəy, Eldar Baxışı 16 yaşınıza kimi görmüsünüz. Maraqlıdır, o sizi necə görmək istəyərdi? Bəzən olur ki, sənət adamları övladlarının sənət adamı olmağını istəmir. Atanızın sizə bu barədə təlqini var idimi?

- Açığı, atamın mənimlə həyat haqqında danışması elə də yadıma gəlmir. “Dürüst ol və oxu” deyərdi. Onun həmişə yazı masası arxasında necə həvəslə işləməsi yadımdan çıxmaz. Ədəbiyyata olan sevgisi mənə də təsir etdi. Yoxsa, təsəvvür eləmirəm ki, necə olardı. Ölümündən sonra çox şey çətin idi. Fəhlə işlədiyim günlər də oldu. Təkcə adı mənə motivasiya verirdi. Bütün uğurlarım məhz buna görədir.

- Onun zəhərlənmə məsələsinin üstünə düşmədiniz?

- Dediyim kimi, “Semaşkoda” yatdığı dövrdə Rusiyadan bir qrup həkim gəlmişdi. Nəticə o oldu ki, qanında süni pereparat var. Atamın bəzi dostları, ailəmiz çox narahatlıq keçirdi. Belə bir şeyi heç cür qəbul edə bilmirdik. Bir müddət sonra atamı Mərkəzi Klinikaya keçirdilər. 1-2 gün sonra yenidən müayinə edib dedilər, yeməkdən zəhərlənib. Müəmma kimi qaldı məsələ. Heç kim qabağa düşüb bu məsələnin niyə belə baş verməsini araşdırmadı. O vaxt atamın dostları təkid edirdilər ki, Eldarı başqa ölkəyə aparın. Burada o sağ qalmacaq. Hər şey dumanlı qalıb yadımda.

- Bəs siz sonradan cəhd etdinizmi araşdırmağa? Ortada cinayət də ola bilər. Rafiq Tağını da bıçaqlayıb öldürdülər və qatili tapılmadı…

- Açığı, üstünə düşmədim, uşaq idim, tanıdığım adamlar bunun mənasız olduğunu dedilər.

- “Apatiya” filmdəki rolunuza görə həm sevildiniz, həm də masturbasiya səhnəsinə görə tənqid olundunuz. Narahat deyilsiniz ki?

- Qətiyyən narahat olmuram. Oynadığımız filmlər bizim həyat tərzimiz deyil, peşəmizdir. Mənfi danışanlara qaldıqda isə tez bitir o söhbətlər. Belə də, bəxtim onda gətirib ki, çox adam Əhmədin mən olduğunu bilmir. Şəhla xanıma baxanda bəxtim daha çox gətirib.

- Xalq artistləri deyirlər ki, ümumiyyətlə, filmdə söyüş, açıq səhnələr olmaz. Düz deyirlər?

- Məncə, müasirliklə mübarizə aparmaq çox mənasız bir şeydir. Əksinə, yaşlı və daha təcrübəli nəsil həll yönümlü olmalıdır. Yəni əgər bir millətin mental, dini, sosial dəyərlərinə sosial şəbəklər, televiziya və sairə təsir edirsə, demək ki, bir yolunu tapıb bu neqativ vəziyyəti aradan qaldırmağa köklənmək lazımdır. Yoxsa söz sadəcə səsdi, əməli fəaliyyətə keçmək lazımdır. Bu yoxdursa, oturub çaya baxan kimi sakit durmaq daha yaxşıdır. Çünki bu məsləhətlər müasir insanın bir qulağından girib, o birindən çıxır (əslində, elə həmişə belə olub). Məncə, ölkə olaraq müasirliyin, inkişafın nəbzini tutsaq, daha yaxşı olar.

- Söyüş söymək, açıq-saçıq səhnələr müasirlikdirmi?

- Əlbəttə, söyüş söymək və ya söyməmək müasirlik sayıla bilməz. Amma biz incəsənətdən (fərq etməz hansı növü), ədəbiyyatdan danışırıqsa, yeni, fərqli fikirlər dəstəklənməlidir. Biz nəyə baxdığımızı, nəyi oxuduğumuzu, nə etdiyimizi özümüz seçirik, nəyəsə məcbur etmirlər. Məsələn, sizin “20-ci sahə” hekayələr kitabınızı oxudum. Orada da cəsarət, söyüş, sadəlik, açıqsözlülük var idi. Təbrik edirəm. Hər dövrün öz tələbi var. İnanıram ki, İsgəndər də haranısa fəth eləmək eşqinə düşəndə, biri çıxıb deyib ki, a bala, otur yerində.

- Kitab oxumaqdan söz düşmüşkən, bəzən sənət adamları da oxumadıqlarına görə gündəmə gəlirlər. Siz yəqin, atanızın yaratdığı vərdişlərə görə daim oxuyarsınız. Yoxsa, sizin də vaxtınız yoxdur?

- Kitab oxumaq vərdişini, məncə, insan həyatının ən önəmli hissəsinə çevirməlidir. Pul qazanıram deyə kitab oxumamaq bəhanədir. Çünki hər kitab bir insan ömrünün, təcrübəsinin, həyata və məsələlərə baxışənən nəticəsidir. İllərlə bir insan vaxtını sərf edib yazdığı kitabda əlbəttə ki, insan və insanlıq üçün faydalı nələrsə olur. Mən şəxsən daim oxuyuram.

- Tural bəy, belə başa düşürəm, qırmızı xəttiniz də yoxdur. Məsələn, hansısa rol var ki, çəkilmək istəyirsiniz, amma düşünürsünüz ki, ailəm baxır, ayıbdır...

- Belə qırmızı xəttim yoxdur. Sadəcə, ssenarinin yaxşı olmasına üstünlük verirəm. Baxır hekayəyə. Məncə, bu problem təkcə bizdədir. Sağımızda, solumuzda olanların heç birində aktyoru hansısa obrazı oynayıb-oynamasına görə qınamırlar.

- Kino sahəsində necə, narazılığınız varmı? Sənət adamları adətən, etirazçı ruhda olurlar, amma siz sanki çəkilib qıraqda dayanmısınız…

- Narazı olduğumuz hər şey bizim özümüzdən asılıdır. Adətən, fikir vermişəm ki, həmişə nümunə kimi bizə göstərilən adamlar bu sahənin belə geridə olmasının birmənalı günahkarlarıdır. Ancaq danışmaq, boş və mənasız məsələləri müzakirə etməklə məşğul olurlar. Bu iş isə kollektiv sənətdir. Ona görə də nəsə dəyərli iş görmək üçün dedi-qodudan çox əməli fəaliyyətə keçmək lazımdır. Mənə o söhbətlər ümumilikdə maraqsız görsənir.

- Məsələn, Kino İttifaqı ilə bağlı dəyişiklər, ümumən kinoya ayrılan vəsait - heç biri sizə maraqlı deyil?

- Vallah, dəfələrlə belə dəyişikliklər görmüşük, amma heç nəticə də verməyib. İndi yenə ümid edirik nələrəsə. Gedişatda görürük ki, bu ölkənin öz iş yöntəmi var, başa keçən şah olur, öz qanunlarını gətirir. O qanunlar da ancaq bəzi fərdlərin xeyrinə işləyir, olan isə incəsənətə olur. Nələrinsə bir gün düzələcəyinə ümid edirəm, amma əfsuslar olsun ki, inanmıram. Ümidvaram, mən yanılaram və hər şey doğurdan da ümumən sənətin xeyrinə olar. İclaslar, toplantılar, yığışmalar olur, hansı ki, orada başda oturanlar da incəsənətimizin mövcud vəziyyətinə bais olmuş insanlardır. Ona görə deyirəm danışmaq, kimlərisə müzakirə etməkdənsə, iş görmək lazımdır.
 

Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı müharibədən sonra regionda yaranan vəziyyət barədə danışıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan çox fəal işləyir, Ermənistanı sülh sazişi üzrə danışıqlara başlamağa dəvət edib, hətta sülh sazişinin əsas prinsiplərini və layihəsini hazırlayıb. Azərbaycanın ötən ilin sentyabrında öz suverenliyini tam bərpa etdiyini deyən Əliyev onu da vurğulayıb ki, ölkəmizə qarşı əsassız siyasi hücumlara baxmayaraq, Azərbaycan sülh təklif edir. O, əlavə edib ki, hazırda müsbət tendensiyalar var və biz sülhə doğru gedirik.

Maraqlıdır, Ermənistanla sülhün bağlanmasına doğru getdiyimizə, heç kim və ya heç nəyin bu prosesin uğurlu gedişinə mane ola bilməyəcəyinə nə dərəcədə əmin ola bilərik? Ermənistan və Azərbaycan rəhbərliyinin bunu etməyə iradəsi var. Amma bu kifayət edirmi? Cənubi Qafqaza sülhün gəlməsinin qarşısını almaqda maraqlı olan qüvvələr varmı?

Pressklub.az-ın suallarını tanınmış politoloqlar cavablandırıb.

“Azadlıq” radiosunun jurnalisti, Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert Vadim Dubnov (Praqa) hesab edir ki, nikbinlik üçün müəyyən səbəblər var.

“Çünki doğrudan da, bütün gərginliklərdən və həyəcanlı gözləntilərdən sonra artıq neçə aydır ki, ciddi kəskinləşmə görmürük. Ən əsası, ilk növbədə Bakının belə bir kəskinləşməyə getməsi üçün motivlərini və səbəblərini görmürük. Mənə elə gəlir ki, Azərbaycan həqiqətən də əsas vəzifəsini həll edib. Bütün sərhədlərini tam şəkildə bağlayıb, 30 il gecikən dövlətçiliyini rəsmiləşdirib, mənəvi sarsıntıdan çıxıb, belə deyək, İlham Əliyev dövlətin yaradıcısı və dövlətin yaradılmasını başa çatdıran şəxs kimi tarix kitablarına düşüb. Və ümumiyyətlə, hesab edirəm ki, Bakı indi əlavə risklərə heç bir əsas görmür. Təbii ki, o, təzyiq göstərəcək, hədələyəcək, müəyyən gərginliklərlə qorxudacaq və istisna etmirəm ki, haradasa belə bir hadisə baş verə bilər. Amma mənə elə gəlir ki, bu gərginliklər son həftələrdə baş verən və heç bir şeyə səbəb olmayan əvvəlki lokal gərginliklər kimi olacaq. Çünki Bakı danışıqları təkbətək müstəviyə çıxara bildiyi üçün danışıqların vektoru indi müəyyən şəkildə düzəlir. Bakı həm Rusiyadan, həm də Qərbdən qurtulub”, – ekspert deyir.

Onun fikrincə, İrəvan ən azından müəyyən situasiyalarda Qərbdən hansısa dəstək axtarmağa məcburdur (çünki Bakı ona lazım olan hallarda Moskvadan dəstək alır) və qüvvələri bərabərləşdirmək üçün buna çalışacaq. “Ancaq düşünürəm ki, bu çox da uğurlu deyil. Azərbaycan bütün problemlər həll edildikdən sonra mümkün risklərdən qaçmaq üçün daha konstruktiv olacaq. Çünki müqəddəs ərazi bütövlüyü uğrunda döyüşçüdən qonşusunun ərazi bütövlüyünü pozmağa çalışan tərəfə çevrilmək nə siyasi, nə də siyasi-texnoloji baxımından Bakının planlarına daxil deyil. Bu da müəyyən ümidlər yaradır. Xüsusən də, birgə delimitasiya komissiyasında baş verənlərə baxsaq, orada hər şey o qədər də ümidsiz deyil. Əlbəttə, “vay məğlub olanın halına” tezisi hələ də bu danışıqların üzərində dayanır. Amma məncə, əvvəllər olduğundan daha az dərəcədə qorxuludur. Ona görə də, düşünmürəm ki, söhbət Cənubi Qafqaza sülh gəlməsindən gedir. Amma müharibə və ya hansısa ciddi gərginlik ehtimalının azalması kifayət qədər inandırıcı görünür”, - Dubnov qeyd edib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının sözlərinə görə, bizim sülhə doğru getməyimizə mütləq əminlik yoxdur.

“Sülhü öz şərtləri daxilində diktə edə bilməyən Putin Rusiyası. Ermənistan hökumətinin başında qərbyönlü Paşinyan. Üstəlik, hazırda sözün əsl mənasında Gürcüstan uğrunda mübarizə qızışır”, - Qasımlı deyir. Onun fikrincə, Azərbaycanın Ermənistanla münasibətlərinə Ermənistanın Rusiya ilə münasibətindən ayrı baxmaq düzgün deyil.

“Hələlik hər iki tərəfin sülh üçün iradəsinin olub-olmadığı dəqiq məlum deyil. Əliyev Putin Rusiyasının regionda əsas müttəfiqidir. Onun sülhlə bağlı iradəsi Kremlin regional konyikturundan asılıdır. Təəssüf ki, məndə sülh illüziyası yoxdur. Daha doğrusu, sülhün tez biz zamanda olacağı illüziyam yoxdur”, - deyə Qasımlı yekunlaşdırıb.
 
Ardını oxu...
  

Musavat.com bildirir ki, tanınmış aparıcı Ceyran Rəhimova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyran xanım, uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olmusunuz. Maraqlıdır ki, yenidən televiziyada fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Yeni mövsümdə veriliş aparıcısı kimi tamaşaçıların qarşısına çıxa bilərəm. Hər şey qismətdən asılıdır. Aparıcı kimi fəaliyyət göstərməyə hazırlaşırdım, bacım Mehriban dünyasını dəyişdi.

- Əksəriyyət televiziyalarımızın bugünki səviyyəsindən narazılıq edir. Peşəkar aparıcı kimi siz kanallarımızı necə dəyərləndirirsiniz?

- Əslində, demək olmaz ki, bu kanalda vəziyyət belədir, digərində daha yaxşıdır. Düzdür, hamının əziyyəti var, hər kəs zəhmət çəkir. Hər bir televiziya rəhbəri istəyər ki, kanalda yayımlanan verilişlər yüksək səviyyəli olsun, bütün televiziya tamaşaçıları proqramları izləsinlər. Sadəcə, müəyyən kanallarda bəzi verilişlər var ki, onları ələkdən keçirmək lazımdır. Mən istəmərəm ki, kiminsə zəhmətini yerə çırpım. Elə kanal var, tamaşaçılar məhz o verilişlərə baxırlar, həmin proqramın və aparıcının daimi izləyicisidir.

Bilirsiniz ki, zövqlər fərqlidir. Təbii, televiziyalar müəyyən kütlə üçün çalışmamalıdır, bütün təbəqələri nəzərə almalıdırlar. Ziyalımızın da, yaşlı və gənc nəslimizin də baxa biləcəyi verilişlər yayımlanmalıdı. Məni ən çox narahat edən məsələ aparıcıların, layihə rəhbərlərinin efirdən şou çıxarmaq məqsədilə istifadə etmələridir. Süni şou yaratmaq lazım deyil. Tamaşaçı bir aparıcının gülüşünün belə saxta olduğunu hiss edirsə, o şounun nə əhəmiyyəti olacaq?

Məsələn, mən bir tamaşaçı kimi süniliyi hiss edirəm. Bir verilişin aparıcısı, adını qeyd etməyəcəm, hər sözünün əvvəlində də, sonunda da gülür. Baxan düşünür ki, hansı sözə və niyə güldü?! Axı, ortada gülməli bir şey yoxdur... Adi gülüşün də mənasızlığı, yersizliyi tamaşaçıya dərhal çatır.

Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz. Bəzi aparıcılara məəttəl qalıram ki, bunu necə bacarırlar?.. Mən şəxsən aparıcı kimi heç vaxt elə hərəkəti edə bilməmişəm. Tamaşaçı sünilliyi hiss edir. Görür ki, müəyyən səhnələr qeyri-peşəkarcasına qurulub.

- Bəs, hansı kanallarımızı izləyirsiniz?

- Sırf izlədiyim hansısa kanalımız yoxdur. Ancaq sosial mediada verilişlərdən qarşıma çıxan qısa süjetlərə baxıram. Televiziyalarımızda yayımlanan verilişlərimizi izləməyə nə zamanım, nə də səbrim var. Hansısa verilişimizi sona qədər izləyim... Xeyr, belə bir şey yoxdu.

- "Sən bir nəğmə"dən sonra fəaliyyətinizə fasilə verməyinizə rəğmən insanlar tərəfindən unudulmadınız və daim gündəmdə qaldınız.

- İnsanların məni unutmaması üçün xüsusi nələrsə etmədim. Amma doğrudur, bir aparıcı kimi yaddan çıxmadım.

- Siz həmçinin mətbuata, televiziyalara çıxmadınız, sosial şəbəkələrdən istifadə etmədiniz.

- Hər gün efirə çıxan aparıcılarımız var, düşünürlər ki, bir ay efirdə görünməsələr həyat dayanar. Mən bu məsələyə o qədər laqeyd yanaşmışam ki... Efirdən getsəm unudularam və sair düşünməmişəm. Özümü reklam etməklə məşğul olmamışam. Reklamla məşğul olum, gecə-gündüz işləyib pul qazanım kimi düşüncədə olmamışam.

Televiziya sahəsində çalışmaq çox çətin və məsuliyyətlidir. Ömür gedir, bir də ayılırsan ki, 50 yaşın var, həyatdan zövq almamısan. Mən həyatımı elə yaşamadım, amma, maşallah, indiki aparıcıların həyatlarının mərkəzində televiziya dayanır. Onlar özlərinə televiziyadan kənar həyat qura bilmirlər. Mən heç vaxt elə olmamışam. Bəlkə ona görə ki, əvvəldən televiziyada fəaliyyət göstərmək məqsədim olmayıb.

Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Televiziya sahəsinə təsadüfən gəlmişəm. İkinci ali təhsilim jurnalistika sahəsi ilə bağlı olub. Məşhurlaşım, tanınım, hamı məndən danışsın və sair fikrindən uzaq olmuşam. Günü bu gün də bu xüsusiyyətlərə can atmıram.

Sosial şəbəkədən istifadə məsələsinə gəlincə, buna heç kim mane olmayıb. Rəfiqəm, xalq artisti Nəzakət Teymurova birgə şəkillərimizi sosial media hesabında paylaşırdı. O, şəkillərimizi paylaşanda da demirdim ki, Nəzakət, paylaşma. Həmişə Nəzakətin qızı Nigar deyirdi ki, Ceyran xala, gəlin birlikdə şəkil çəkdirək.

Yəni qadağa olsaydı, bunu Nəzakət Teymurova hiss edər və fotolarımızı paylaşmazdı. Bir az əvvəl dediyim kimi qarşıma məqsəd qoymamışam ki, hamı məndən danışsın, reytinqli olum...

- AzTV-dən ayrılmağınıza səbəb nə oldu?

- Mən 23 yaşımdan 17 il televiziyada fəaliyyət göstərdim. AzTV-də beş-altı layihənin aparıcısı və müəllifi oldum. Müəllifi olduğum verilişlərə aparıcılıq etdim. Sonra AzTV-nin rəhbəri dəyişdi. Müəyyən şərtlər məni qane etmədi. Əslində, elə bir kaprizlərim də yox idi. Bir az özümü tükənmiş hiss etdim. Məzuniyyətə çıxdım, istirahət etmək xoşuma gəldi. Bunun üçün də televiziyadan uzaqlaşdım. (Gülür).

Təbii ki, televiziyadan uzaqlaşmağımdan ailəmin də xoşu gəldi və buna öyrəşdilər. Evdə fəaliyyətə başlayacağımı deyəndə qulaqlarını çəkdilər ki, Allah eləməsin, sən işə dönəsən...

- Televiziyadan uzaqlaşmağınızın şəxsi həyatınızla da əlaqəsi vardımı?

- Xeyr, əgər elə bir qadağa olsaydı, bu sahədə davam etməzdim. Ailə qurandan sonra da "Sən bir nəğmə" verilişində aparıcılıq etdim. Mənə 25-30 yaşımda qadağa qoyulmayıbsa, 40 yaşımda niyə qoyulmalıydı?..

Sadəcə televiziyadakı problemlər evimizin içində cərəyan edirdi və həyatımıza, istirahətimizə mane olmağa başlamışdı. O dönəmdə televiziyada böyük dəyişikliklər aparılırdı. Bu dəyişikliklər mənə istər-istəməz təsir edirdi. Beləliklə, dediyim kimi, məzuniyyətə çıxdım və daha geri dönmədim. Anam da dedi ki, qızım, evdə otur. Onun 82 yaşı var, əməkdar müəllimdir. Mənə televiziyaya qayıtmaq üçün təkan verən yox idi. Məsələn, indi dostlarım, ətrafım, media nümayəndələri, həyatımda müyyən hadisələr baş verdiyinə görə istəyirlər ki, işimə qayıdım.

Özümü tamamilə ailəmə həsr etdim. Bundan çox rahat idim. Amma itkilər insanın həyatında çox böyük boşluqlar yaradır. Son doqquz-on ayda iki doğma ailə üzvümü itirdim. Bacım Mehriban 2019-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun özü də xəstəliyini bilirdi, həkim idi. Xaraktercə çox güclü insan idi. Son nəfəsinə qədər xəstəliklə bağlı gözündən bir damla yaş da düşmədi. Həyatımda yaşadığım itkilərimə görə yaxınlarım televiziyaya dönməyimi istəyirlər.

- Belə bir söz var, "gözəl qadınlar bəxtsiz olurlar". Bu ifadə ilə razısınızmı?

- "Gözəl qadınlar bəxtsiz olurlar" ifadəsi mənə yaddır. İstəyir qadın gözəl, istər də kifir olsun, Allah sənə hansı qisməti yazıbsa, onu yaşamağa məhkumsan. Onun gözəlliyə aidiyyəti yoxdur. Ola bilər, bəzi gözəl qadınlar daha yaxşı yaşamaq arzusunda olurlar, bu alınmayanda deyirlər ki, gözələm, ona görə bəxtim yoxdur.

İnsan öz həyatını gözəlləşdirməli, özünü xoşbəxt görməyi bacarmalıdır. Təbii, xoşbəxtlik əlimizdə deyil. Əlimizdə olanlara şükür etməliyik. Məgər mənim həyatımda əksikliklərim yoxdur?.. Əvvəla mən özümü gözəl hesab etmirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Mən qismətə inanan insanam.

- Duyğusal baxımından ən zəif anlarınız nə zaman olur?

- İndiyə qədər bütün çətinliklərin öhdəsindən Allahın köməyi ilə gəlmişəm. Heç vaxt gücsüz olmamışam. Güclü qadın ifadəsini də xoşlamıram. Qadın zərif və zəifdir. Amma həyat və düşüdüyümüz situasiyalar bizi möhkəmləndirir. Xaraktercə möhkəm olmaq məcburiyyətini qəbul edirik. Mən heç bir çətinliyin qarşısında aciz qalmadım, amma itkilərin qarşısında acizəm.

Həyatımın ən aciz günlərini yaşadım. Üsyan etmirəm, Allah özü bilən məsləhətdir. Heç vaxt kövrək insan olmamışam. Bacım uşaqları məni ağlayan görəndə şoka düşürdülər ki, Cina ağlayır. Onlar mənə xala yox, "Cina" deyirlər. Doğmalarımı itirdikdən sonra gözümün yaşı qurumur... (Kövrəlir). Görürəm ki, itki qarşısında hər bir insan acizdir.

- Haqqınızda yayılan hansı şayiə sizi təəccübləndirib?

- Əvvəla deyim ki, haqqımda yaxşı və pis şayiələr yayıblar. Yaxşı şayiədən başlayım...Deyiblər ki, Ceyranın iki oğlu var.

Bacım uşaqları hər zaman mənimlə olublar. Mən uşaq sevənəm, ətrafımda hamı bilir ki, kimin uşağı olur-olsun onları əzizləməliyəm. Orta məkətbi bitirdikdən sonra atam mənə avtomobil almışdı. Mən sükan arxasına oturan kimi uşaqlar mütləq o avtomobilə minməli idilər. Hamı elə bilirdi ki, rəhmətə gedən bacımın iki oğlu mənim övladlarımdırlar. Deyirdilər ki, Ceyran Rəhimovanın iki oğlu var, daim onlarla bir yerdədir.

Haqqımda ən ağır şayiə isə odur ki, deyiblər, Ceyran avtomobil qəzasına düşüb ölüb. O şayiə üç ilə yaxın davam elədi. "Sən bir nəğmə" verilişinin efirə gedən vaxtları idi. Hər dəfə efirə çıxanda deyirdilər ki, veriliş lent yazısıdır. Fikirləşirdim ki, hər həftə efirə çıxıram və bu şayiə sona çatacaq.

Ardını oxu...
Təhsil eksperti Elşən Qafarov Bakupost.az -a geniş videomüsahibə verib.

O, təhsil sahəsində mövcud olan problemlərdən, orta məktəblər və buraxılış imtahanlarındakı neqativ hallardan, DİM-in fəaliyyətindən, bu qurumla Təhsil Nazirliyi arasında qarşıdurmadan danışıb.
E.Qafarov müsahibədə ali məktəb rektorlarının fəaliyyətinə də toxunub və onların ünvanına bir sıra sərt ittihamlar səsləndirib.
TEREF müsahibədən rektorlarla bağlı hissəni təqdim edir:

 
 
 
Ardını oxu...
Bir neçə gündür ki, qonşu Gürcüstanda vəziyyət gərginləşib. Belə ki, aprelin 29-da gürcü deputatlar “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul ediblər. Qanun QHT və və medianın illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, bunu qeydiyyatdan keçməni tələb edir. Lakin onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

Qanunun qəbulunun səhəri paytaxt Tiflisdə etirazçılar mitinq keçiriblər. Polis parlament binası yaxınlığında toplaşanları dağıtmağa başlayıb və bibər qazından istifadə edib. Aksiyaçılarla polis arasında toqquşmalarda yaralananlar olub. Aksiyalarda yaralanmış 15 nəfər müxtəlif xəstəxanalara yerləşdiriliblər. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar arasında polis əməkdaşları da var. Onlardan bəzilərinin artıq xəstəxanadan buraxıldığı vurğulanıb.

Qonşu ölkədə baş verənləri AYNA-ya müsahibəsində şərh edən REAL Partiyasının icra katibi, əslən Gürcüstandan olan siyasətçi Natiq Cəfərli bildirib ki, Gürcüstandakı etirazlar, xaotik vəziyyət ən çox Rusiyaya sərf edir. Onun sözlərinə görə, Moskva Tiflisdə gərginliyin davamlı olmasında maraqlıdır:

- Hesab edirəm ki, indiki etiraz aksiyaları bir növ bilməyərəkdən də olsa, Rusiyanın maraqlarına xidmət edir. Bəzən bizim liberallar hər dəfə Tiflis küçələrində etirazlar görəndə sevinirlər, hesab edirlər ki, bu yaxşı bir şeydir. Alt qatında nələrin yatdığını, niyə bu etirazların baş verdiyini anlamırlar. Nəzərə almaq lazımdır ki, Gürcüstanda seçkilərə beş ay qalıb. Oktyabrdə Gürcüstan Parlamentinə seçkilər keçiriləcək. Qəbul olunacaq qanunu xalq olaraq, siyasi müxalifət olaraq bəyənmirlərsə, oktyabrda “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını hakimiyyətdən uzaqlaşdırsınlar, yeni parlament də həmin qanunu ləğv etsinlər. İndi ölkədə qarışıqlıq, xaos yaratmağa nə ehtiyac var ki?!

- Aksiyalarla, etirazlarla indidən bunun qarşısını almaq istəyi təbii deyilmi? Yəni ki, niyə xalq istəmədiyi qanunun qəbulunun qarşısını almaq üçün oktyabrdakı seçkiləri gözləsin ki...

- Müxalif qüvvələr, QHT-lər şüarlar səsləndirir ki, xalq “Gürcü arzusu”nun hakimiyyətinə qarşıdır. Lap yaxşı, demək ki, xalqın müxalifləri dətəklədiyini düşünürlər. O zaman oktyabrda seçkilər vasitəsilə indiki hakimiyyəti uzaqlaşdırsınlar. Yəni ki, özlərinə inanırlarsa, bu yolu tutmalıdırlar. Qəbul olunan qanun Quran ayəsi deyil ki... Yeni parlamentin bunu ləğv etməsi mümkündür.

Ümumiyyətlə, az-çox seçki sistemi, seçki institutu çalışan ölkələrdə küçə inqilabı cinayətdir. Bu, ölkənin sabitliyinin pozulmasıdır. Ölkədə sabitlik pozularkən də xarici qüvvələr bundan öz maraqları naminə istifadə edirlər. Yəni bu, istifadəyə münbit şərait yaradır. Mən “Gürcü arzusu”nun nümayəndələrinin bir çoxu ilə bu barədə şəxsən danışmışam, nə baş verdiyi ilə maraqlanmışam. Əmin edirəm ki, indi küçələrdə aksiya keçirənlərin 99 faizi qəbuluna etiraz etdikləri qanunu oxumayıb. Onların etiraz etdikləri məsələ başqadır.

- Demək istəyirsiniz ki, etirazlar haqsızdır?

- Mən demirəm ki, etiraz etməkdə haqsızdırlar. Gürcü xalqı etirazçı xalqdır, 20 ildir ki, gürcü xalqı siyasi cəhətdən aktivdir. Ona görə də, etirazlar təbiidir. Mənim demək istədiyim odur ki, indi etiraz aksiyalarına çıxanların biri sosial məsələdən narazıdır, biri işsizlikdən narazıdır, biri rusların ölkəyə gəlməsindən narazıdır, biri torpaqların işğalda qalmasından narazıdır, biri qiymətlərin artmasından narazıdır və s. “Xarici agent” haqqında qanunun qəbulunu bəhanə edirlər, etirazlarını başqa məsələlərə bildirirlər. Bu, yaxşı bir şeydir, demokratiyanın formalarından biridir. Amma aksiyadan istifadə edib ölkədə qarışıqlıq yaratmaq, ölkəni xaosa yuvarlamaq doğru yanaşma deyil. Qarşıdan seçki gəlir, getsinlər iştirak etsinlər, narazı olduqları hakimiyyəti dəyişsinlər.

Etirazçılar bildirirlər ki, sözügedən qanun “Rusiya qanunu”dur. Amma “Gürcü arzusu”ndan olan deputatlar deyirlər ki, bu, “Rusiya qanunu” deyil, qanun 1937-ci ildə ABŞ-da qəbul edilmiş qanunun gürcü dilinə tərcüməsidir. Adolf Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra ABŞ-da neo-nasist qruplar yarandı, onları Almaniya maliyyələşdirməyə başladı. O zaman ABŞ-da qanun qəbul edildi ki, xaricdən maliyyə alan QHT-lər, media, siyasətçilər mütləq agent kimi qeyd olunmalıdır. Yəni ki, ilk dəfə “Xarici agentlər” haqqında qanun ABŞ-da qəbul olunub. Gürcüstan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, bu qanunu qəbul etməklə istəyirlər ki, Rusiyadan gələn pullar işarələnsin. Çünki bu gün Rusiyada 8-9 siyasi partiya var ki, açıq-aşkar Rusiyaya meyilli çıxışlar edirlər. Ruspərəst QHT-lər var ki, onların təsirlərini azaltmaq lazımdır. Məlumdur ki, Gürcüstanda ilk dəfə seçkilər “barajsız” olacaq, bir faiz belə səs qazanan parlamentdə yer qazanacaq. Təsəvvür edin ki, Rusiyanın maliyyələşdirdiyi partiyalar maliyyə hesabına hərəsi iki-üç, yaxud beş mandat qazanacaqsa, Gürcüstan Parlamenti nə günə düşəcək?!

- Müxalifət bu qanunun Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını alacağını iddia edirlər...

- İnsaf naminə deyək, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiya siyasətindən nə vaxt imtina edib? Əksinə, Avropa İttifaqına üzvlüyə namizədlik bu hakimiyyətin dövründə qazanılıb. Üzvlüklə bağlı tədbirlər anşlaqla keçirildi. Gürcüstan bayrağının yanında mütləq Avropa İttifaqının bayrağı dalğalanır. Yəni ki, “Gürcü arzusu” Avropaya inteqrasiyadan imtina etməyib.

Hesab edirəm ki, gürcü müxalifəti seçkilərlə hakimiyyətə gələ bilməyəcəyini anlayır, görür. Seçkilərə beş ay qalmış küçə inqilabına cəhd göstərir, etirazlarla hakimiyyəti dəyişmək istiqamətində addımlar atır. Bunun başqa izahı yoxdur. Demokratiya odur ki, xalq seçkilərdə gedib səs verir, çoxluq qazanan hakimiyyətə gəlir və onlar da öz qanunlarını, ideyalarını həyata keçirirlər. “Gürcü arzusu” pisdirsə, getsinlər seçkilərdə əleyhinə səs versinlər, bu siyasi qüvvələri hakimiyyətdən uzaqlaşdırsınlar. Demokratiya elə bu deməkdir. Küçələrdə etiraz etmək, polislə toqquşmaq demokratiya deyil.

- Dediniz ki, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiyadan imtina etməyib. Amma Qərb dairələri də bu qanuna qarşıdır və Gürcüstan hakimiyyətinin etirazçılara qarşı davranışını pisləyir...

- Qərbin də yanaşması qəribədir. Qərb görmür ki, ölkədə qeyri-sabitlik yaranır? Onda belə çıxır ki, Qərbin bəzi dairələri də anlayır ki, indiki müxalifət “Gürcü arzusu”nu uda bilməyəcək, etirazlar yolu ilə vəziyyətin dəyişdirilməsinə çalışır. Bu, yersiz yanaşmadır, demokratiya prinsiplərinə ziddir. Etirazlar hər zaman olmalıdır. Mən gürcü xalqının aktiv olmasını alqışlayıram. Amma hansı oyunların aləti olduqlarını da görməlidirlər.
 
 
 

Dünyapress TV

Xəbər lenti