Ardını oxu...
Kürd qızı Məhsa Əmininin öldürülməsindən sonra İranda bir andaca genişlənən aksiyalar dövlətin müxtəlif təzyiq qruplarına nəzarətini zəiflətdi. Üsyanın genişləndiyi bir dövrdə isə İran rəsmi mənbələrindən KİV-ə bir məlumat sızdırıldı:

“İraq sərhədindən ölkəyə kürd terrorçuları daxil olub. Onlar özləri ilə xeyli silah-sursat gətirib”.

Rəsmi Tehranın bu kəşfiyyat məlumatına reaksiyası çox sərt oldu. 24 sentyabrda İranın İnqilab Keşikçiləri Korpusu Şimali İraq Kürd Muxtariyyətində yerləşən “anti-İran qüvvələri”nə qarşı yeni hərbi əməliyyatlara start verdi. Bir həftədən çox davam edən əməliyyatda kürd terror qrupları və partiyaların qərargahları, habelə, təlim düşərgələri PUA və artilleriya atəşləri ilə vuruldu.

İran və kürd terror qrupları arasında toqquşmalar oktyabr ayında da bütün şiddəti ilə davam etdi. Demək olar ki, hər gün Şimali İraqla sərhəd ərazilər bombalandı. Bununla paraleldə İran İnqilab Keşikçiləri korpusundan yeni bir təhdid mesajı gəldi:

“Bəzi qonşular sərhəd xətlərində mövcud olan münafiq və separatçı terrorçuları ölkədən çıxarıb regionu bu şeytanlardan təmizləməsə, İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri birbaşa müdaxilə etməyə hazırdır” – korpusun 8 oktyabr tarixli bəyanatında deyilirdi.

Bu isə Şimali İraq Kürd Muxtariyyətinin İran tərəfindən işğal ediləcəyi, ya da ən yaxşı halda burada bufer zona yaradacağı mənasına gəlir. Bəs İranla bu terror təşkilatları arasında gərginliyin artması Azərbaycan üçün gələcəkdə hansı təhlükələr formalaşdıra bilər?

Təbriz Araşdırmalar İnstitutunun eksperti Babək Şahidi Pressklub.az-a eksklüziv açıqlamasında bu məsələ ilə bağlı qorxulu proqnozlar verib:

“Məhsa Əmininin etnik kürd olması İranda baş verən aksiyalar fonunda ölkədəki kürdlərin siyasi aktivliyinin artmasına səbəb oldu. Bunu görən İKDP (İran Kürdüstanı Demokratik Partiyası) başda olmaqla kürd siyasi-militar qruplar mövcud vəziyyətdən istifadə etməyə qərar verdilər. KOMALA, İKDP və PKK terrorçuları İraq-İran sərhədini keçib, ölkəyə daxil oldu. Hətta bu təşkilatların üzvləri Kürdüstan bayrağı ilə Qərbi Azərbaycan ostanının xiyabanında yürüş təşkil etdilər. Soruşa bilərsiz ki, Güney Azərbaycanla Kürdüstan bayrağının nə əlaqəsi? Deməli, İKDP, KOMALA və PKK-nın İran Kürdüstanına dair yaratdıqları xəyali xəritələrdə Urmiya, Xoy, Sulduz, Tikantəpə, Üşnəviyyə kimi Azərbaycan şəhərləri Kürdüstanın tərkibində göstərilib. Vəziyyət çox kritikdir. Ölkəyə sızan kürd terrorçular özləri ilə xeyli silah da gətirib. Və onların bir qismini, iddialara görə, sivil dəstəkçilərinə paylayıb. Burada məqsəd, İrandakı iğtişaşlar dərinləşərsə, Kürdüstanı qurmaq üçün terror aktlarını artırmaq, gerilla savaşına başlamaq və yerli kürdləri təşkilatlandırmaqdır. Bu işdə ən böyük zərbə isə biz azərbaycanlılara dəyə bilər. Diqqət yetirsək, PKK\PYD Suriyanın şimalında həm ərəbləri, həm də türkmənləri köçə məcbur etdi. Onlar eyni işi İraqda, Kərkükdə də təkrarladılar və minlərlə türkmən yurd-yuvalarından didərgin düşdü. Təəssüf hissi ilə deyə bilərəm ki, molla rejiminin daxili nəzarəti daha da zəifləyərsə, eyni ssenari Güney Azərbaycanda da yaşana bilər. Kürdlər artıq burada bir çox şəhərlərimizi “özününküləşdirib”. Münbit şərait yetişəndə isə İraq və Suriyadakı təcrübələrini Güney Azərbaycanda da təkrarlamağa cəhd edəcəklər. Bu isə Azərbaycan və Naxçıvanla sərhəddə terrorçuların nəzarət etməsinə gətirib çıxara bilər”.

Mövzuyla bağlı Pressklub.az-a danışan təhlükəsizlik eksperti İlham İsmayıl isə Azərbaycan və onun sərhədləri üçün ciddi bir təhlükənin formalaşacağına inanmır:

“PKK\PJAK-a qarşı İranın çox sərt mövqeyi var və bu qruplar daha çox İraqla sərhəddə fəaliyyət göstərirlər. Onların İranın içərilərindən bu boyda ərazini maneəsiz keçib Güney Azərbaycana gəlmələri, burada təxribat törətmələri şəxsən mənə qeyri-mümkün görünür. Və əlavə edim ki, kürd terrorçulara Güney Azərbaycan və Naxçıvandan qabaq Sənəndəc vilayəti maraqlıdır. Onların əsas məqsədi orada bir müxtariyyat əldə etməkdir. İransa bu məsələdə heç cür güzəştə getmir və həm sərhəddə, həm də ölkənin daxilində onları rahat nəfəs almağa qoymur. Ona görə də mən bu təşkilatların İranda güclənəcəyinə və gələcəkdə Güney Azərbaycan şəhərləri və Naxçıvan üçün hansısa təhdid yaradacağına inanmıram” –deyə, İ.İsmayıl bildirib.

Lakin kürd terrorçuların güney Azərbaycan şəhərlərində əllərində Kürdüstan bayrağı və üzərilərində silahlarla gəzdiyini əks etdirən videogörüntülər var. Habelə, Türkiyə KİV-nin iddiasına görə İranın Azərbaycanla sərhəddə yaxın Germi, Biləsuvar, Meşkinşəhr və Muğan yaşayış məntəqələrində kürd terrorçuların təlim düşərgələri yaradılıb.

Beləliklə, İran PKK-sının Güney Azərbaycanda və Azərbaycanla sərhəddə fəallaşması təlaş doğurur. Eyni zamanda, kürdlərin, bu gün olmasa belə, molla rejiminin devrilməsindən sonra silahlanması, “İran Kürdüstanı” xəritəsi boyu əraziləri ələ keçirməsi və burada etnik təmizləmə siyasəti aparması təhlükəsi realdır. Axı, onlar eyni ssenarini Səddam rejimi devriləndə İraqda, Əsəd rejimi sarsılanda isə Suriyada reallaşdırıb. Belə bir vəziyyətdə Azərbaycanla Türkiyə qonşuluqda bir “Kürdüstan proyekti”nin formalaşdırılmasına imkan verə bilməz. Buna səbəb, əvvəla, sərhədlərin təhlükəsizliyi probleminin aktuallaşacağı ilə bağlıdır. Digər tərəfdən, PKK terroru bu torpaqlarda fəaliyyətə başlasa milyonlarla güney azərbaycanlının qaçmağa cəmi iki məmləkəti qalacaq: Türkiyə və Azərbaycan…

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, gələcəkdə bu təhlükələrdən sığortalanmanın ən uğurlu yolu məhz Zəngəzur dəhlizidir. Bu dəhliz, əvvəla, terrorçuların ikinci vətənləri sayılan Ermənistanda gizlənmələrinin qarşısını alacaq. Bundan savayı, kürd terroru ilə 40 ildən çox mübarizə aparıb zəfər qazanan Türkiyə ilə Azərbaycanın Ermənistan üzərindən quru yolla əlaqəsi bölgədə terror təhdidini minimallaşdıracaq…
Nicat İsmayılov
 
Ardını oxu...
“Orta Asiyanın Türk Respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək. Dünyanın iqtisadi inkişafının "motoru" Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib-keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq”.
Bakupost.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, yeni modeldə Orta Asiyanın Türk Respublikalarının üzərinə böyük rol düşür, onlar körpü, müxtəlif fraqmental lider ölkələr arasında bufer zona rolunda olacaqlar:
“Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Əslində bütün dünya bu gün post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır, ölkələr onilliklərə hesablanmış "vizion" qurur.
Yeni dünyada Türk Cümhuriyyətlərinin unikal rolunun olması üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yaradılması çox önəmlidir. Bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər, Orta Asiya Türk Respublikaları üçün biz Türkiyədən "bir köynək" daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü "oyun qurucu" rolunu gücləndirməli, Azərbaycan isə Orta Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Azərbaycan Xəzərin o tayında böyük "yumşaq güc"ə malikdir, biz bunu ölkədə yaşayaraq anlamasaq da, Xəzərin o tayı bizə Avropa kimi baxır, bizi Avropa sayır, bunu doğru dəyərləndirməliyik. Hər şey çox tez dəyişir-dəyişəcək, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir, bu yeni formatda Türkiyə fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər. Bunun üçün Türk Dövlətləri Birliyinin (TDB) işlək koordinasiya institutları yaranmalıdır, TDB ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 milyonluq bazardır, bu qurum gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas oyun qurucularından biri olacaq.
Bu gün 10-20-30 il önə baxmağı bacarmaq, gələcəyin təməlini düzgün qoymaq zamanıdır...”
 
Ardını oxu...
Oktyabrın 11-i Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusu müzakirə edilib.

Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov AŞPA-nın qərarını alqışayıb:
"Məruzəçisinin iki illik mandatı olacaq. Azərbaycanda jurnalistlərin, tənqidi səslərin boğulmasının qarşısının alınması üçün sanki bir institut yaranır. Bütün jurnalistlər, bloqerlər, ölkə daxilində, ölkə xaricində olan siyasi fəallar hamısı onları müdafiə edə biləcək, bəyanatlarla çıxış edə biləcək yeni bir tərəf əldə edir".

AŞPA-nın Hüquq məsələri və İnsan Hüquqları Komitəsinin üzvü olan deputat Erkin Qədirli məsələnin qoyuluşu ilə razı olmadığını bildirib:
Problem var, yanlış anlaşılmasın. Problem araşdırılmalıdır, ciddidir. Jurnalistlərin müdafiəsi önəmli məsələdir. Ancaq burda hazırlanan mətn çox zəifdir, yersizdir və heç problemə aidiyyatı yoxdur".

Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan digər üzvü, müzakirələrdə iştirak edən Yeni Azərbaycan Partiyası deputatı Kamal Cəfərov qərəzli yanaşma olduğunu deyir:
"Bilirsiniz, hər ölkənin öz daxili problemləri var. Azərbaycan da, o cümlədən, istisna deyil. Ancaq siz də yaxşı xatırlayırsınız, bir neçə ay bundan öncə erməni minaları nəticəsində azərbaycanlı jurnalistlər həlak oldu, həyatlarını itirdilər. Mən çox istərdim ki, həmin jurnalistlərlə bağlı burda çıxışlar olsun, qətnamə təşəbbüsləri olsun, kənar dinləmələr və tədbirlər keçirilsin. Amma çox təəssüf, bunu görmürük".

"Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" haqqında AŞPA-nın bir qrup deputatı yaz sessiyasında qətnamə layihəsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs sənədində deputatlar jurnalist və LGBT fəalı Əvəz Hafizlinin öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.

Məruzəçi Hanna Bardell növbəti iki il ərzində mövzunu araşdıraraq AŞPA üçün ətraflı hesabat və qətnamə layihəsi hazırlayacaq.

amerikaninsesi
 
 
 
Ardını oxu...
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda çıxış edən STM rəhbəri, millət vəkili Zahid Oruc deyib ki, ermənilərin son 30 ildəki "qəhrəmanlarının" əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Onun sözlərinə görə, Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməliydi. Qurum sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir. Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.
DİA.AZ xəbər verir ki, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin bu təşəbbüsünü çox yüksək dəyərləndirib. Professor bildirib ki, deputat Zahid Oruc çox ciddi bir məsələ qaldırıb: "Zahid müəllimin ifadələrinin arxasında mühüm məqamlar dayanır. Terrorçuluq, vəhşilik erməni toplumunun xislətində var. Sətiraltı bəyan olunur ki, Ermənistanın "qəhrəman" saydığı şəxslərin hamısının əsas fəaliyyəti məhz terror və kütləvi qətllər olub. Deməli, ermənilər üçün "qəhrəmanlıq" türklərə soyqırım tətbiq etmək, günahsız, sivil insanları öldürməkdir. Bu, əsaslandırılmış, həm də ağılla irəli sürülmüş siyasi ideyadır. Bunu inkişaf etdirmək lazımdır. Azərbaycan dövləti tərəfindən əksər beynəlxalq qurumlara, məhkəmələrə kifayət qədər müraciətlər olub. Bu mənada görülən işlər təqdirəlayiqdir. Ukraynanın bərpası üçün ayrılan 500 milyard dollar isə ABŞ-ın layihəsidir. Amerika gözünü Rusiyanın sərvətlərlə zəngin olan torpaqlarına dikib. Vaşinqton bir neçə dəfə artıq xeyir götürməsə, heç bir halda heç bir yerə sərmayə qoymur. Ukrayna da yem kimi istifadə olunur. Zelenskini sevdikləri üçün ona yardım etmirlər".
C.Nuriyev növbəti kütləvi məzarlıqların da üzə çıxacağından əmin olduğunu deyib: "Dörd minə yaxın itkin vətəndaşımızın hamısı Ermənistana aparılmayıb. Əksəriyyəti işğal olunmuş torpaqlarımızda qul, nökər kimi işlədilib, işgəncələrlə öldürülüblər. O baxımdan erməni vəhşiliklərinin tamamilə ifşa olunması üçün ciddi işlər görülməlidir. Məsələ Milli Məclisə daşınmalı, yeni qanun layihəsi hazırlanmalıdır. Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, bütövlükdə Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni hərəkətləri, işğal və dəymiş ziyan barədə qanun layihəsi hazırlanmalıdır. Qanunla müvafiq qurumların üzərinə öhdəlik, məsuliyyət qoyulmalıdır. 30 il ərzində Azərbaycana vurulmuş ziyan tam hesablanmalı, təzminatın məbləği müəyyənləşməlidir. Bunlar dəqiq hesablandıqdan sonra Ermənistandan kompensasiya tələb edilməlidir. Təbii ki, Zahid müəllimin də təklifi ağlabatan və çox yerindədir. Almaniya borc müqabilində Yunanıstanın iki adasını alıb, yəni belə presedent var. Onsuz da Ermənistan böyük məbləğdə borcu ödəmək gücündə deyil. Əvəzində Azərbaycan Zəngəzuru təzminat kimi geri ala bilər".
Ardını oxu...
Azərbaycanla Ermənistan bir yandan sülh və delimitasiya prosesinin həyata keçirilməsi üçün razılaşır, təkliflərə açıq olduqlarını bəyan edir, digər tərəfdən isə sərhəddə atəşkəs pozulur.

Bunu həm münaqişənin qalıqları kimi qiymətləndirmək olar, həm də qarşı tərəfin və maraqlı güclərin təzyiqi kimi də.

Azərbaycan tərəfi demarkasiyanı həll etdiyi üçün sahədə qazandığını masada təmin etməlidir. Artıq bundan sonra bütün güc diplomatların üzərinə düşməlidir. Son sərhəd toqquşmasından sonra hər iki tərəfin cəmiyyəti artıq müharibə ab-havasından çox uzaqdır. Əslində, son sərhəd toqquşmasına gətirib çıxaran təxribatı planlaşdıran güclərin məqsədlərindən biri həm də bu ola bilər. Təbii ki, başqa məqsədlər də olmamış deyil. Misal üçün, Ermənistan ərazisində yeni münaqişə ocağının yaranma ehtimalı da vardı. Azərbaycan ordusu sadəcə vaxtında və yerində durmağı bacardı. İndiki mövqelərdən bir qədər irəli artıq yaşayış məntəqələri demək idi. Bu isə yeni müharibə dalğası və yaxud yeni münaqişə ocağı kimi qiymətləndiriləcəkdi.

Məsələ ondadır ki, Azərbaycan tərəfi uzun zaman idi ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı bölgə ilə bağlı rəsmi olaraq heç bir açıqlama vermirdi. Ən son rəsmi Bakı həmin ermənilərin öz vətəndaşı olduğunu və onlarla bağlı məsələnin də daxili işi olduğunu bəyan etdi.

Əslində, proses elə bir həddə gəlib ki, Ermənistan, demək olar, Qarabağdan tamamilə qopub, Qarabağ xərçəngini kəsib atıb. Bu baxımdan, Azərbaycan tərəfinin əli daha güclüdür, ancaq ərazidə Rusiya qüvvələrinin olması müəyyyən suallar yaradır. Azərbaycan ermənilərlə necə danışmalıdır? Hər nə olmasından aslı olmayaraq, təmas qaçınılmazdır. Rəsmi Bakı ya özünə ermənilər içərisində bir masada oturmaq üçün mənbə tapmalıdır. Ya da dolayısı ilə işlər görməlidir. Arayik Arutyunyan Azərbaycan üçün mənbə ola bilməz. Çünki onun cinayət əməlləri və Azərbaycana qarşı məlum iddiaları var. Bundan əlavə, Azərbaycan prokurorluq orqanları Arayikin məhkəmə qarşısına çıxarılacağını bəyan etmişdi. Hərbiqarşısına də mümkün görünmür. Çünki hərbi müdaxilə zamanı itkilər və ya böyük köç problemlər yarada bilər. Rusların ərazidə olması da hərbi müdaxiləni imkansız edir. Qalır sivil üsullar. Misal üçün Şuşada yerli kanalın açılıb erməni dilində verilişlərin verilməsi mümkün ssenaridir. Rəsmi Bakı əlindəki imkanlardan istifadə edərək kənar yayımları dayandırıb özünü bu məkana yerləşdirməlidir. Bu elə bir şeydir ki, bunun üçün nə rusu, nə də hansısa bir ölkəni nəzərə almağa gərək var. Birbaşa təmasın çətin olduğunu nəzərə alsaq, Azərbaycan dolayı yollara əl atmalıdır. Hər iki tərəfin qanlı keçmişi var. Bunun üçün xeyli sayda layihələr həyata keçirilməlidir. Kitablar yazılmalı, filmlər çəkilməlidir. Bu, “Yaradılış” dastanını deyil ki, “ol” deyincə olsun.

Təkcə siyasi, geosiyasi yox, həm də cəmiyyətlərin hazırkı vəziyyəti də imkan verir ki, təməllər atılsın. Hər iki tərəfdən buna qarşı çıxanlar, satqınlıqda ittiham edənlər olacaq. Həmin erməni əhalisinin Azərbaycana adaptasiyası üçün də qurbanlar lazım olacaq. Bu dəfə qurban dedikdə qan, şəhid nəzərdə tutmuram. Söyüləcək, təhqir ediləcək, satqın adlandırıla biləcək qurbanlar. Niyə bu qədər ağır? Çünki Azərbaycanda erməni sözü söyüş, təhqir kimi istifadə edilir, erməni tərəfdə isə türk sözü öldürülməli, yandırılmalı düşmən anlamı verir. Üstəgəl, müharibə travmaları.

Bütün bunları nəzərə alanda proses düşünüldüyü qədər də sadə və asan deyil.

Proses niyə bu qədər çətin görünür? Çünki hər iki cəmiyyətin təhsil və mədəni inkişaf səviyyəsi hər keçən il irəli getmək yerinə, daha da geriləyir. Əslində, tərəflər silaha, sursata yatırım edib, ancaq müharibədən sonrakı sülhə heç bir investisiya qoymayıb. Buna görə də proses bu istiqamətdə dalana dirənib. Problemi həll etməyin başqa bir yolu da Qafqazsayağı olardı. Yəni Azərbaycan tərəfi işğaldan azad etdiyi yerlərə əhalinin köçməsini təmin edir və proses təbii yolla həllə qovuşur. Bu da vaxt alacaq cinsdən həll yolu sayılır.

Məsələ ondadır ki, bölgədə hər kəs sülh istəmir. Sülh istəməyənlər üçün də nə erməni, nə türk, nə itkilər maraqlıdır, bunlar onlar üçün sadəcə olaraq statistikadır.

Sülh, müharibə, maraqlar, qazanclar, layihələr, oyunlar – bunların fonunda biz nə istəyirik? Öncə bunun qərarını vermək lazımdır.

Səxavət Məmməd

www.yenicag.az
 
 
 

Bu, heç də “qardaş xalqlar”, “barışıq”, “hamını bir masa arxasında oturtmaq cəhdləri” ilə bağlı deyil

2022-ci il Nobel Sülh Mükafatı laureatlarının adları elan olunan kimi sosial şəbəkələrdə müzakirələr, tənqidlər başladı: istifadəçilər təəccüblənirlər ki, Ukraynada genişmiqyaslı qanlı müharibə aparan Rusiya və ona dəstək olan Belarus nümayəndələrini necə qalib elan etmək olar?

Yaxşı, gəlin bunu anlamağa çalışaq: ruslar və belaruslar üçün Nobel mükafatı tamamilə təsadüfdür, yoxsa hələ də əsəb üçün əsas var?

Oktyabrın 7-də Ukrayna tarixində ilk dəfə olaraq Nobel Sülh Mükafatıb aldı. Öz missiyasını Ukraynada və ATƏT regionunda insan ləyaqətinin təbliği, insan hüquqlarının, demokratiyanın və həmrəyliyin yaradılması adlandıran Ukraynanın “Vətəndaş Azadlıqları Mərkəzi” hüquq müdafiə təşkilatı mükafatı qazandı. Yeri gəlmişkən, təşkilat “EuromaidanSOS”, “Let My People Go”, “#SaveOlegSentsov” təşəbbüslərinin təsisçisidir.

Əlbəttə, bu, soydaşlarımızla fəxr etmək, belə zəfər xəbərlərinə sevinmək üçün bir səbəbdir. Ancaq bu, bir çox ukraynalı üçün həm də çəlləkdən “bir qaşıq bal”dır. Ona görə ki, ölkəmizin təşkilatı ilə birlikdə Nobel Sülh Mükafatını həm də ruslar və belaruslar qazanıblar. Bunlardan biri SSRİ-də siyasi repressiyaları öyrənmək üçün yaradılmış “Memorial” qeyri-hökumət təşkilatıdır (Rusiya Federasiyasında “xarici agent” kimi tanınıb və bu yaxınlarda ləğv edilib, lakin fəaliyyətini davam etdirir); ikincisi, belaruslu siyasi məhbus, “Vyasna” İnsan Haqları Mərkəzinin rəhbəri Ales Bialiatskidir. Ukraynanın bir çox vətəndaşı belə şəriklilikdən hiddətlənib. Onlar hesab edirlər ki, Nobel Komitəsinin qərarı üç xalqı – Ukrayna, Rusiya və Belarus xalqlarını barışdırmaq üçün növbəti cəhddir. Niyə bu qənaətə gəldiniz sualına belə cavab verilir: Çünki Nobel mükafatının təsisçisinin vəsiyyətinə görə, o, “xalqlar arasında dostluq münasibətlərinə ən böyük və ya ən yaxşı töhfə verənə” verilməlidir.

Ardını oxu...

Son yeddi ayda Rusiya terrorundan yorulan cəmiyyətimiz bu mövzuda xüsusilə aktivləşdi. Onlar mükafatı “Slavyan bazarı” ilə müqayisə edir, gələn il Şimali və Cənubi Koreyadan namizədlərin mükafatı almalarını təklif edir və hesab edirlər ki, Nobel mükafatının təşkilatçıları cizgi filmindəki “Leopold pişiyi” rolunu oynayırlar. Sovet məkanına aid deyildiyi kimi: "Uşaqlar, gəlin birlikdə yaşayaq!".

Bəziləri bu seçimdən əsəbiləşərək təklif edirlər ki, “Vətəndaş Azadlıqları Mərkəzi” mükafatdan imtina etməlidir. Çünki bu nominasiyada rusların və belarusların şəriki olmaq yaxşı deyil.

Aydındır ki, sosial şəbəkələrdə qəzəbli şərhlər yazmaq hardasa anlaşılandır. Onlar ən kiçik bir səbəbini görüb indiki Nobel Sülh Mükafatını tənqid etməyi öhdəsinə götürdülər. Ukraynalı laureatların fikri, xüsusən də “Vətəndaş Azadlıqları Mərkəzi”nin rəhbəri Aleksandra Matviyçukun açıqlaması heç kəsi maraqlandırmır. “Mən şadam ki, rəhbərlik etdiyim Mərkəz bu gün “Memorial” və “Vyasna”dan olan dostlarımız və tərəfdaşlarımızla birlikdə Nobel mükafatı aldıq”, - o qeyd edib. Və bildirib ki, onlar Belarus və Rusiya diktatura rejimlərinə qarşı cəsarətli müqavimət göstərirlər.

Ales Bialiatski Belarusun "Vyasna" Hüquq Müdafiə Mərkəzinin rəhbəri və Lukaşenko rejiminin siyasi məhbusudur (hələ də günahsız şəkildə dəmir barmaqlıqlar arxasındadır). 1997-ci ildən bu təşkilat Belarusda repressiyaların və digər insan hüquqlarının pozulmasının monitorinqini aparır. Müxalifətçi 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyalarında fəal iştirak edib. Onun 2021-ci ildə həbsi “Vyasna”nın Lukaşenkoya qarşı mitinqlərin iştirakçılarına kömək etməsi və siyasi məhbuslar haqqında məlumatların toplanması ilə əlaqələndirilir.

“Memorial” İnsan Haqları Cəmiyyəti isə Rusiyada insan hüquqlarının pozulması hallarını qeydə alır, qaçqınlar və siyasi məhbuslar üçün maarifləndirici proqramlar və hüquqi məsləhətləşmələr aparır. Vaxtilə “Memorial”ın nümayəndələri Stalin repressiyaları qurbanlarının böyük məzarlarını aşkar etmişdilər. Ümumiyyətlə, qurum sovet dövründə edam edilmiş, həbs edilmiş və ya təqiblərə məruz qalmış milyonlarla günahsız insanın xatirəsinin bərpası ilə məşğuldur.

“Memorial” Rusiya Federasiyasında bütün etiraz edənlər kimi "xarici agent" elan edilib və 2021-ci ildə Rusiyada məhkəmənin qərarı ilə qeydiyyatı ləğv edilib. Lakin hüquqi qeydiyyatsız da işini davam etdirir. Təşkilat dövlət orqanlarını nüfuzdan salmaqda və “SSRİ-nin terrorçu dövlət imicini yaratmaqda” ittiham olunurdu. Hamı Putinin SSRİ sevgisi haqqında bilir, ona görə də bu cür ittihamlar təəccüblü deyil.

Və nəhayət, təəccüblüdür ki, cəmiyyətimizə kifayət qədər açıq şeyləri izah etmək lazımdır: Nobel Sülh Mükafatı dövlətlərə yox, insanlara və təşkilatlara verilir. Və bu, heç də “qardaş xalqlar”, “barışıq”, “hamını bir masa arxasında oturtmaq cəhdləri” ilə bağlı deyil, şərlə mübarizə aparanlarla bağlıdır. Bəli, mükafat Ukraynaya qarşı işğalçı müharibəni dayandırmadı. Lakin bu, onların imperiyaya qarşı mübarizəyə verdiyi töhfələri inkar etmir.

Müəllif: Olqa Robeyko

Mənbə: UNİAN

Müəllif: Ayna.az
 
 
 
Ardını oxu...
Praqa bəyanatında ən vacib məqamlarından biri sərhədlə bağlıdır: razılaşmaya görə, Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərəcək;
Bu, Avropanın və Ermənistanın maraqlarına uyğun bənd kimi görünür:
- Qərb bu missiya ilə bölgədə iştirakçılıq payını artırır və Rusiya qarşısında güc balansını müəyyən qədər təmin edir;
- Ermənistan bu missiya ilə sərhədin delimitasiyasında istəyini təmin edə biləcəyini hesab edir: Rusiyanın təsirini azaldır; delimitasiyanın SSRİ xəritələri ilə müəyyən edilməsinin gündəmdən çıxarmaq və Azərbaycanın bu xəritələrə əsaslanaraq, sərhəd xəttini hərbi müstəvidə bərpa etməsi perspektivinin qarşısını almaq imkanı qazana bilər;
Bu, Azərbaycanın sərhədlə bağlı planına uyğun görünmür və “Bakı niyə buna getdi” sualını yaradır.
Burada Bakının hansı gediş etdiyi və nə planlaşdırdığına diqqət etmək lazımdır.
Birincisi, Azərbaycan son sərhəd insidenti zamanı nəzarəti bərpa etdiyi mövqelərdən geri çəkilmir: bəyanatda bununla bağlı heç bir qeydin olmaması sərhəd döyüşlərində əldə edilən nəticələrin buna görə Bakıya ən çox təzyiq edən Qərbdə qəbul edildiyi deməkdir;
İkincisi, “sərhəddə monitorinq missiyası” Azərbaycan yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək: Əliyev missiya ilə Azərbaycan ərazisinə daxil olmadan əməkdaşlıq etmək məsələsində razılaşıb;
Bu məqamın siyasi proseslərə təsir edəcəyi aydın görünür:
- Bakı Avropanın istəklərini müəyyən qədər nəzərə almaqla yanaşı, müşahidə missiyasını öz ərazisinə qoymamaqla Rusiyanın da maraqlarını nəzərə aldı;
- Ermənistan Avropanı öz ərazisində, həm də bölgədə Rusiyaya rəqib kimi gətirir və bu, Moskvanın maraqlarına qarşı ciddi gedişdir;
- Rusların İrəvana qarşı Azərbaycanın maraqlarının nəzərə alındığı gediş edəcəyi perspektivi güclənir;
Əliyev Qərbin Azərbaycana qarşı cəbhə almasına imkan vermir, Rusiyanın Ermənistana qarşı cəbhə almasına zəmin yaradır.
Və proseslərin mümkün inkişafında birinci istiqaməti – İrəvan-Moskva qarşıdurmasını formalaşdırır.
Bunun fonunda ikinci istiqamət – Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsi perspektivi də var. Bakı bu perspektivdə də sərhədin delimitasiyasının Ermənistanın istədiyi kimi olması imkanlarını zəiflədir.
a) Aİ və Fransanın “mülki missiyası” bölgədə davamlı yox, maksimum iki ay müddətində qalacaq və əsas işi delimitasiya-demarkasiya komissiyasına kömək etməkdir: Bakının komissiyanın gündəliyinə daxil etdiyi sərhədin SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipi dəyişmir;
b) Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır;
c) Azərbaycan və Ermənistan Praqa bəyanatında BMT və Alma-Ata bəyannaməsinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü tanısa da, bu, sərhədin delimitasiya edilməsi qarşısında ciddi əngəl deyil: delimitasiyadan sonra ərazilər beynəlxalq sənədlərdə sərhəd müqaviləsinə uyğun təspit edilə bilər;
Beləliklə, Bakı Qərb cəbhəsini neytrallaşdırır, Moskva-İrəvan qarşıdurmasına zəmin yaradır və Rusiya-Qərb toqquşmasını “müşahidə missiyası”nın yerləşəcəyi Ermənistan ərazisinə köçürür.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Praqada liderləri bir araya gətirən Avropa Siyasi Birliyi ideyası Fransa prezidenti Emmanuel Makrona məxsusdur. Paris Ukraynanın Avropa İttifaqına qısa müddətdə üzvlüyünün əleyhinə olduğu üçün bu ölkəni və digərlərini bir araya toplamaq üçün Avropa İttifaqı nəzdində Avropa Siyasi Birliyi təsis edilməsini lazım bilib, Brüssel bu ideyanı dəstəkləyib. Tədbirə 44 dövlət dəvətlidir, bunlardan 17-i Avropa İttifaqının üzvü deyil. Avropa Siyasi Briliyinin konkret nə ilə məşğul olacağı hələlik bəlli deyil, ancaq hiss olunur ki, bu format ATƏT-ə bənzər quruma çevrilə biləcək. ATƏT Azərbaycanın, Gürcüstanın və Ukraynanın ərazi bütövlüklərinin qorunması məsələlərində sinifdə qaldı, eyni zamanda Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı da işlək mexanizmə çevrilmədi. Yeni təsisatın işlək olması üçün imkanlar var. Misal üçün Praqadakı toplantı çərçivəsində, Serbiya-Kosovo, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Türkiyə-Yunanıstan dialoqunun genişlənməsinə şərait yaradılacaq. Heç bir nəticə olmasa belə Avropa Siyasi Birliyi platforması ölkə liderlərinin görüşüb fikir mübadiləsi aparması üçün münbit müstəvidir.
Yeni platforma Rusiyanın xoşuna gəlməyəcək. Ancaq Ukraynada gücünü itirən Rusiyanın diplomatik zəmində prosesə mane olacağı ehtimalı azdır. Azərbaycan və Ermənistanın Avropa İttifaqına üzvlük hədəfləri yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan Brüssellə dialoqun genişlənməsində maraqlıdırlar.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Bakıda “Nə alsanız 1 manat” başlıqlı mağazalara yəqin ki, hər biriniz rast gəlmisiniz. Kifayət qədər populyarlaşmışdı deyə az qala hər addımbaşı belə ucuz satış mərkəzləri qarşımıza çıxırdı. Bəs düşünmüsünüzmü insanların təəccübünə səbəb olan bu tendensiya birdən-birə necə və harada yarandı?

Bu tip mağazalar Çində daha geniş yayılmasına baxmayaraq, əslində Azərbaycana Avropadan gəlib. Zaman-zaman bu qitədə ucuz və keyfiyyətsiz məhsulların daha çox satışını həyata keçirmək üçün bu cür kampaniyalar aparılıb. Yarandığı vaxtlar kiçik əşyalar satışa çıxarılırdısa, sonralar piştaxtaları geyim və böyük məişət avadanlıqlarına qədər hər çeşiddən olan məhsul bəzədi. Azərbaycanda da elə Avropadakı kimi oldu, təkcə 1 manatlıq məhsullar deyil, həm də qiyməti keyfiyyəti qədər olan məişət avadanlıqları, kosmetik vasitələr, hətta geyimlər müştərilərə təqdim olundu.

İnsanlara keyfiyyətsiz məhsulların “bir qiymətin gücü” prinsipi ilə daha asan satılması ənənəsi bu gün də ayaqdadır. Amma “manatlıq” mağazalar artıq təkcə yol kənarlarında yaşamır, həm də böyük supermarketlərə siraət edib. Xüsusilə də Çindən, Pakistandan və digər Asiya ölkələrindən aşağı keyfiyyətli məhsullar idxal olunaraq, ABŞ və Avropa məhsulu kimi müştərilərə təqdim edilir.

DİA.AZ publika.az-a istinadən xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Avropanın bir sıra ölkələrində satılan “Pepco” məhsullarını Azərbaycana gətirib. O “Pepco” ki, Avropanın “manatlıq” mağazalar şəbəkəsidir və əslində, müştərilərinə də məhsullarını o cür təqdim edir. Şəbəkə “hamısı bir dollara” sloqanı ilə geyim, ev heyvanları üçün yemək, oyuncaqlar, gözəllik məhsulları və məişət əşyalarından tutmuş dərman vasitələrinə qədər müxtəlif məhsullar təklif edir. 1999-cu ildə zəncir biznesinin əsası qoyulsa da, 2003-cü ildə Cənubi Afrikanın “Pepkor” şirkəti “Poundstretcher”in 14 mağazasını alır və növbəti il Polşada “Pepco” markasını təqdim edir. Polşadan başqa, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Xorvatiya, Litva, Sloveniya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya və Serbiya da daxil olmaqla, əksər Avropa ölkələrində fəaliyyət göstərir.

Bəs, “Araz”ın Avropa brendi kimi təqdim etdiyi bu şirkət həqiqətənmi Avropanındır? Məhsullar Avropadamı istehsal edilir?

“Araz” supermarketlər şəbəkəsinin 17 filialında “Pepco” çeşidləri müştərilərə “ucuz və keyfiyyətli” məhsul adı altında satılır. “Pepco” məhsullarını Avropa brendi kimi təqdim edən “Araz” qeyd etdiyi keyfiyyətə təminat verirmi? Təsəvvür edin ki, 10-15 manata Avropa brendi olan ayaqqabı alırsınız. Hətta 1-2 manata da geyimlər var, onların sayı daha çoxdur. İndi oxucuların beynini bu sualı yola bilər: 3-5 manatlıq geyim necə keyfiyyətli ola bilər? Avropada bir fincan qəhvənin 10 avro olduğu bir vaxtda bu qiymətə yüksək keyfiyyətli kostyum almaq olarmı? Hər kəs bu sualın cavabını çox yaxşı bilir.

Adi bir müqayisə: Avropadan idxal olunan ikinci əl məhsulların satıldığı “Memi” mağazalarında təqdim edilən geyimlər belə onlardan qat-qat bahadır. Bəs, nədir “Pepco”nu bu qədər üstün edən?! Həm keyfiyyətli, həm ucuz, həm də Avropa brendi...

Azərbaycan alıcısının Avropanın “manatlıq” mağazasının məhsullarını bəlkə də şübhə duymadan almaq istəyi satışı iri supermarket şəbəkələrinin həyata keçirməyidir. Avropa brendi kimi təqdim etdiyi “Pepco”-nun əslində hansı ölkəyə aid olduğunu “Araz” niyə gizlədir? Satışın daha çox Avropa ölkələrində aparılması nə zamandan brendin və istehsalın da ora aid olduğunu göstərir?

“Steinhoff International Holding”in rəsmi saytında qeyd edilib ki, “Pepco” Cənubi Afrika brendi sayılır. “Cənubi Afrikanın “Steinhoff” şirkətinə məxsus olan və hazırda Varşava Birjasında çoxmillətli pərakəndə satış şəbəkəsidir”, – məlumatda deyilir. Yəni, “Pepco” çoxmillətli satış şəbəkəsidir və Avropa brendi sayılmır. “Araz” “Pepco”nu əslində, Afrika brendi kimi təqdim etməlidir. Amma bu gün nədənsə “Avropanın keyfiyyətli və ucuz məhsulu” reklamını aparmaqla Azərbaycan alıcısını bir neçə dəfə aldatmış olur.

Əslində, “Pepco” “manatlıq” mağaza olduğunu və orada hansı keyfiyyətdə məhsul satıldığını gizlətmir, bunu açıq şəkildə bəyan edir və auditoriyasını açıqlayır. Bəs “Araz” niyə gizlədir?

Başqa bir mənbəyə baxaq: “East Value Research” araşdırma mərkəzinin məlumatına görə, “Pepco” əksər məhsulların 1 funt sterlinqə satışını həyata keçirir. Şəbəkənin geyimlərinin pərakəndə satış qiymətləri uşaq bədən kostyumu üçün 1 funt sterlinqdən qadın paltosu üçün 20 funt sterlinqə qədər dəyişir və çeşidin 90%-i 10 funt sterlinq və ya daha aşağı qiymətə satılır. Yəni, orada nadir hallarda 10 funtdan baha nə isə tapıb almaq olar. Bu gün reallıqdır ki, qiymət keyfiyyətin göstəricisidir. “East Value Research”ün araşdırması isə onu göstərir ki, “Pepco”nun məhsullarının keyfiyyət göstəriciləri qiyməti kimi aşağıdır.

“Pepco” brendləri Çin, Honq-Konq, Banqladeş, Pakistan və Hindistanda da mövcuddur. Məhsul bu ölkələrin xüsusilə zəngin olmayan təbəqəsini geyindirməyi və digər məhsullarla təmin etməyi hədəfləyir. Şirkətin rəsmi saytında qeyd edilib ki, “Pepco”nun qarşıdakı hədəfi orta səviyyədə yaşayan və aşağı gəlirləri olan şəxslərə diqqət yetirməkdir.

Məsələyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov da münasibətini bildirib.

O qeyd edib ki, artıq geyimlər ərzaq qiymətinə satışa çıxarılır. E.Hüseynov hesab edir ki, qiymətin aşağı olması həmin məhsulun saxta olması ehtimalını yüksəldir.

“Aşağı qiymətə satılan geyimlər təbii olaraq istehlakçılarda şübhə yaradır. Neçə illərdir ki, Bakının mərkəzində mağaza fəaliyyət göstərir, brend məhsullarının etiketini oxşar məhsullara vuraraq dəfələrlə ucuz qiymətə satır. Burada qiymətin aşağı olması həmin məhsulun saxta olmasının sübutudur. Azərbaycan əmtəə bazarının bütün seqmentlərində saxta mallar mövcuddur və istisna olunmur ki, daha çox ərzaq satışı ilə məşğul olan mağazaların satdığı geyimlər də saxta olsun. Çin dünyada hər şeyi saxtalaşdıran ölkəduir. Məhsul çox ucuz qiymətə satılırsa, ola bilsin ki, Çindən ölkəmizə idxal olunsun. Çünki Azərbaycanda xüsusilə istehlakçının rəğbətini qazanan məhsulun bir neçə həftə sonra onun saxta növləri gətirilir. Buna nəzarət edən dövlət qurumları təəssüflər olsun ki, susurlar. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 95-ci ildə qəbul edilib və bundan sonra dəyişməyib, heç bir müasir tələbələrə də cavab vermir”, - AİB sədri qeyd edib.

P.S. Yazıda adıçəkilən qurum və şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Bəzilərimiz "vaxt var idi..." deyib keçmişin həsrəti ilə yaşayır. Mən qətiyyən. Vaxt elə bu vaxtdır. Və gördüyümüz zamanların ən yaxşısı elə bu vaxt, bu zamandır...
Sübut?
Bir məktəblinin döyülməsi ilə aləm bir-birinə dəyib.
Fb-nin ən ciddi simaları etiraz edir, olayın peşini buraxmır, yazır, yazır...
Aztv mövzu ətrafında hoqqabazlıq edir...
Xidmətçi medianın ictimai problemlərdən danışmaq üçün əlinə fürsət düşür....
Nazirlik işi "nəzarətə götürür"... nəzarətə götürənləri də fb əhli nəzarətə götürür. Ovçu gözlərdən heç nə yayınmır...
Fitrətən məsləhətçi millət olduğumuzdan kimsə məsləhətini əsirgəmir...
Fb hər kəlməyə həssasdır, kimi qınayır, kimi söyür, kimi ittiham edir.
Bu fürsətdə həm də fb-nin geniş salonlarında qanacaq sərgisi açılır...
Sonu nə ilə bitəcək, bu da önəmlidir...
Amma o həsrətini çəkdiyiniz zamanlarda bu kimi vəhşiliklər hər gün, hər saat baş verirdi, nə dil bilirdi, nə dodaq...
İndi zaman başqadı, cidanın çuvala sığmayan vaxtıdı...
Vaxt elə bu vaxtdı...
Yeni məsuliyyətlər yaranır: həm döyən, həm döyülən tərəf üçün...
Həm də döyməyə meylli olanlar üçün...
Qəzetlərə danışan məktəb təmsilçilərinin yerlərdə olan səviyyəsi ortaya çıxır...
Hər kəs öz olayını, həyəcanını, özünə vəsfini yazır... nələr tökülür ortaya: əməllər, ağıllar...
Olayın sonunda alan da, satan da gizli qalmayacaq... elə satılmayan da...
Çox ibarətamiz işləklər baş verir... bu, birinci deyil...
Bu "vaxt" xoşuma gəlir... "vaxt var idi..."yə boş verin...
Mənim də sizlər kimi problemlərimin sayı yoxdur. Çoxunun da öhdəsindən gələ bilmirəm....
Amma və lakin... gördüyümüz və görmədiyimiz vaxtların ən gözəli elə bu vaxtdır... İNTERNET ƏSRİ...
 

Dünyapress TV

Xəbər lenti