Ardını oxu...
Yeni tədris ilinin köhnə problemlərindən biri də siniflərdə müşahidə olunan şagird sıxlığıdır.
Əlbəttə ki, 30-45 nəfərin bir sinifdə oxuması təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Məsələ ilə bağlı TİA. Az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, xüsusilə ibtidai siniflərdə bu hal dözülməzdur. Onun sözlərinə görə, belə sıxlıqda sinfidəki hər şagirdlə məşğul olmaq praktik cəhətdən mümkün deyil:
“Sözügedən problemlə bağlı konkret Elm və Təhsil Nazirliyi üzərindən nəsə demək olmur, çünki məsələnin obyektiv və subyektiv səbəbləri var. Bu gün nə qədər məktəblər tikilir. Elə məktəblər var ki, yer baxımından orada əlavə tikili aparmağa imkan yoxdur. Ümumiyyətlə, sıxlıq problemini bütün respublika üçün xarakterik hesab etmək olmaz. Sıxlıq həmin ərazilərdədir ki, orda məskunlaşma çoxdur. Təsəvvür edin, bizim təhsil qanununda siniflər 20 nəfərdən formalaşır. Belə olan halda bir sinifdə 30-45 nəfər şagirdin olması yolverilməzdir.

Misal üçün, lisey, gimnaziya, özəl məktəblərdə təhsil səviyyəsi adı ümumtəhsil məktəblərindən ona görə yüksəkdir ki, həmin məktəblərin müəyyən sərbəstliyi var ki, onlar sinifləri 12-15 nəfərdən komplektləşdirsin. Bu özü bariz nümunədir ki, sıxlıq təhsilin keyfiyyətinə necə təsir göstərir. Problemin qarşısı almaq üçün siniflər bölünə, sinif otaqları çatışmırsa, məktəblər ikinövbəliliyə keçirilə bilər. Hazırda bəzi məktəblərdə bu tətbiq olunsa da, əksər məktəblərdə bu həm valideynlərin həm də müəllimlərin etirazı ilə qarşılanır. Valideynlər istəmirlər ki, uşaqları ikinci növbədə oxusun. Baxın, Sovet dönəmində məktəblərdə sıxlıq məsələsi yox idi, ona görə ki, məktəblər altı günlük və iki növbəli idi. İndi dövr dəyişib. Bəzi məktəblər var ki, elit məktəblər kimi ad çıxarıblar, hanı istəyir ki, uşaqlarını o məktəbə qoysun. Yaxud da heç kimi 100-200 metr kənara getmək istəmir. Əvvəllər həmçinin yaşadığın ərazi üzrə məktəb seçə bilirdin.
Sonra bizim təhsildə demokratikləşmə, humanistləşmə prinsiplərini nəzərə alaraq valideynlərə məktəbi seçmək səlahiyyəti verildi. Bu da özünü doğrultmadı. Çünki belə olan halda əksəriyyət hansısa məktəbi hansısa müəllimi seçəcək. Bu da praktiki cəhətdən problemlər yaradır.
Problemin hazırda ən effektiv həll yolu 30-40 nəfər şagirdin bir sinifdə oxumasındansa, ikinövbəli təhsil sisteminə keçmək lazımdır”.

Aytac

TİA. Az
 
Ardını oxu...
Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

Onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

Həmçinin, etirazçılar Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidən keşik çəkiblər. Paşinyan yalnız polisin müdaxiləsindən sonra məzarlığa daxil olub. Polislə qarşıdurma nəticəsində 30 nəfərin saxlanıldığı açıqlanıb.

Görünən odur ki, Ermənistandakı daxili vəziyyət getdikcə ağırlaşmağa davam edir. Artıq əsgər ailələri övladlarını müharibədə itirmək istəmirlər və buna görə də addımlar atırlar.

Hətta orada valideynlərlə polis arasında da tez-tez qarşıdurmaların yaşandığı müşahidə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, proseslərin bu şəkildə davam etməsi Ermənistanın orduya əsgər tapmaqda çətinlik yaşamasına gətirib çıxara bilər. Reallıq budur ki, erməni əhalisi revanşistlərdən fərqli olaraq artıq müharibə istəmir. Çünki müharibənin onlar üçün necə böyük fəlakətlərə yol açdığını çox yaxşı başa düşürlər. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistandakı mövcud vəziyyət məhz ölkədəki siyasi-hərbi rəhbərliyin yarıtmaz fəaliyyəti, ordudakı özbaşınalıq və Nikol Paşinyanın xarici siyasətdəki uğursuzluqlarla bağlıdır:

“Paşinyanın qeyri-stabil siyasəti Ermənistanı ağır vəziyyətə salıb. Digər tərəfdən, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın nəticələri də erməni cəmiyyətini tamamilə iflic hala salıb. Məhz Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki “S-300” kompleksinin atıcı qurğusu, radiolokasiya stansiyası, çoxlu sayda hərbi obyekti, onlarla döyüş məntəqəsi və 100-dən artıq canlı qüvvəsi məhv edilib. Hətta Ermənistan hakimiyyəti onların bir çoxu haqqında məlumat da vermir. Artıq ölkənin daxilindəki revanşist qüvvələr və əsgər anaları cəmiyyətləri hər gün Ermənistan parlamenti qarşısında mitinqlər keçirirlər. Onlar övladlarını hərbi xidmətə yola salmaq istəmirlər.

Əsgər anaları övladlarının nə üçün, kim üçün ölməli olduğuna dair suallar verirlər. Lakin bu sualların qarşısında Ermənistan hakimiyyəti aciz durumda qalır”.

Millət vəkili əlavə edib ki, hətta Ermənistanda gənclərin hərbi xidmətə çağırılması ilə bağlı çətinliklərlə üz-üzədir:

“Çünki ailələr dövlətin əsgərinin yanında olmadığı üçün övladlarını hərbi xidmətə göndərmək istəmirlər. Təbii ki, bunların hər biri böyük problem yaradır. Hətta əsgər valideynləri açıq-aşkar Ermənistan hakimiyyətinə ultimatum göndərirlər ki, övladlarını hərbi xidmətə göndərməyəcəklər. Oradakı vəziyyət hər gün çətinləşir, Paşinyan və onun komandası olduqca ağır durumla üz-üzə qalıb”.

Deputat qeyd edib ki, rəsmi İrəvan Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməlidir:

“Yəni Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, yekunda sülh müqaviləsinin imzalanması məsələsi var. Ermənistan rəhbərliyi qarşısında duran rassional şərtlərə əməl etməli və ölkənin gələcəyini düşünməlidir”.
Ardını oxu...
Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Era Layıhələndırmə və İnşaat” MMC (VÖEN- 2305458161) olub.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi “Era Layıhələndırmə və İnşaat” MMC -yə 800 kub metr odun yanacağı üçün 37 min 300 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Gəncə Regional Mədəniyyət İdarəsi tender elanını 31.08.2022-ci il tarixində edib. Tenderin qalibi olan “Era Layıhələndırmə və İnşaat” MMC isə bundan cəmi 29 gün əvvəl – 02.08.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təsis olunduqdan cəmi bir ay sonra 37 min mantalıq tenderin qalibi olan MMC “Gəncə şəhəri, Əziz Əliyev, ev 227” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rafatov Ələkbər Elburus oğludur.
Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Mədəniyət Nazirliyi daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan edib.
 

Ardını oxu...
 
 

 
Xəbər verildiyi kimi, Rusiya-Ukrayna müharibəsi təkcə dünyanın energetika və iqtisadiyyatına ciddi zərbə vurmayıb, həm də dünyada ərzaq buğdasının istehsalı və istehlakında dolaşıqlıq yaradıb. Bu problemlər həm də Azərbaycanda ərzaq buğdasının istehsalında qarşıya yeni və ciddi vəzifələr qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev problemlərdən ən az zərərlə çıxmaq üçün 19 iyul 2022-ci il tarixdə “Əzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzaladı. Bu artıq məsələnin nə qədər ciddi və məsuliyyətli olduğuna bir işarədir.

 

***

Gəlirik mətləbə: yaxşı, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini başa düşdük, bəs Ağcabədi rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi niyə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanını saya salmır, sabotajla məşğuldur? Və polis şöbəsinin mayoru Gülmalı Orucov qanunsuz hərəkəti ilə uzun illərdir buğda və digər kənd təsərrüfatı məhsullarının peşəkar səviyyədə istehsalı ilə məşğul olan fermer Abdullayev Teyyub Əli oğluna əməllicə problem yaradıb. Əslində, aşağıda bəhs ediləcək problem fermerə deyil, hələ də Ermənistanla bitib-tükənməyən müharibənin ağrılarını yaşayan Azərbaycan xalqına yaradılıb.

Beləliklə, Ali təhsilli sahibkar-fermer, Azərbaycanda hər il təkcə 8 min ton soğan istehsalçısı, eləcə də kartof, taxıl, qarğıdalı və s. vacib kənd təsərrüfatı məhsulları istehsal edən T.Abdullayevin Prezident İlham Əliyevə müraciətini təqdim edirik:

Çox hörmətli cənab Prezident!

Mən ali təhsilli fermer olaraq, uzun illərdir xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğulam. Dövlətimizdən indiyədək bir manat da olsun kredit, yaxud hansısa yardım almadan bütün bu işləri öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.

Azərbaycanın Ağdam, Ağcabədi və İsmayıllı rayonlarında torpaq sahələrini icarəyə götürərək hər il buğda, arpa, qarğıdalı, soğan və s. kənd təsərrüfatı məhsullarını istehsal edirəm, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçiləri də bu fəaliyyətimlə yaxından tanışdırlar. Mənim Ağcabədi rayonu ərazisində uzun illərdir icarəyə götürdüyüm torpaq sahəmdə taxıl və soğan əkinim vardır.

Ötən il “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Mövsümov əraziyə gələrək qonşuluğumdakı əkin fəaliyyəti ilə məşğul olan vətəndaşlara kompensasiya təklif edərək onların icarəsində olan torpaq sahələrini almaq qərarına gəlmişdir. Mənim icarəmdə olan torpaq sahəsini isə 2008-ci ildə Ağcabədi rayon sakinləri- Həsən və Faiq Kazımov qardaşlarına 30 min dollar pul verərək torpaq üzərində olan əmlaklarla, o cümlədən iki ədəd subartezian quyusunu almışam. İndiyədək həmin torpaq sahəsində yuxarıda qeyd etdiyim kimi, ərzaq buğdası və soğan əkirəm. Adı çəkilən sahədə əkin sahəsi olan rayon sakini M.Cəfərov isə “Azərşəkər” MMC-nin rəsmi nümayəndəsini aldadaraq təklif edilən kompensasiyanı mənim istifadəmdə olan torpaq sahəsinə görə də məndən xəbərsiz almışdır. Mən bununlda bağlı xəbər tutanda Ağcabədi rayon Polis Şöbəsinə şikayət verdim, rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi Yusif Məhərrəmov fakt üzrə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş ərizəm əsasında HK-1/-200 saylı materialı araşdırdı. Müstəntiq mənim və şahidlərin izahatlarını araşdıraraq bu qənaətə gəlmişdir ki, məsələ mülki xaraxterli olduğundan məhkəməyə müraciət edilməlidir. Halbuki ortada birbaşa dələduzluq cinayəti var idi. Çünki mənim xəbərim və icazəm, razılığım olmadan icarəmdə olan torpaq sahəsinə görə Mürşüd Cəfərov 100 min manatdan çox kompensasiya almışdır. O, Ağcabədi rayon Polis Şöməsinin müstəntiqinə verdiyi izahatında bunları təsdiq etmişdir. Həmin etiraflar müstəntiqin qərarında da vardır.

Beləliklə, mən 23 iyun 2022-ci ildə “Azərşəkər” MMC-nə, Ağcabədi rayon İcra Hakimiyyətinə və vətəndaş Cəfərov Mürşüd Muradxan oğluna qarşı mülki iddia qaldırdım. Bakı şəhəri Nizami Rayon Məhkəməsində icraata qəbul olunmuş iddia üzrə artıq 3 dəfə məhkəmə prosesi baş tutub və sonuncu dəfə iş baxılması üçün müvafiq qaydada hazırda Ali Məhkəmənin icraatındadır (Hakimlər kollegiyası:Abidin Hüseynov, Zaur Əliyev və Əhməd Nurməmmədov).

Çox hörmətli cənab Prezident!

Neçə gün əvvəl Ağcabədidəki əkin altında olan torpaq sahəmdə buğda səpininə başlayan mexanizator mənə məlumat verdi ki, sahənin suvarılmasında istifadə olunan subartezian quyularının sökülməsi üçün əraziyə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Dərhal sahəyə gəldim. Ağcabədi rayon Enerji Satışı İdarəsinin əməkdaşları ilə bərabər söküntü işinə rəhbərlik edən isə Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucov idi (ad və soyadını sonradan öyrəndim, özünün kimliyini soruşanda rədd cavabı verdi). Mən ərazini hər il olduğu kimi bu il də şumladığımı, Prezidentin çağırışına sahibkar kimi səs verərək bu il də buğda səpmək üçün hazırluq işlərini gördüyümü, sahəyə gübrə verildiyini və s. onların diqqətinə çatdırdım. Onu da bildirdim ki, məsələ məhkəmə baxışındadır və mənə hər hansı bir qurumdan torpaq üzərində fəaliyyətimi müvəqəti də olsa, dayandırmağı bildirən olmayıb. Hətta sonradan adını öyrəndiyim Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucova cənab Prezidentin ərzaq buğdası ilə bağlı Fərmanını xatırlatdım, dedim ki, mən Türkiyədən baha qiymətə toxum gətirmişəm, sahə gübrələnib, əkin yeri də göz qabağındadır, xahiş edirəm, artezianlara dəyməyin. Lakin mayor Orucov “Mənə dəxli yoxdur, sökülməlidir!” deyib dirəniş göstərdi. Mən ondan hansı sənəd, məhkəmə qərarı, yaxud tapşırıq olduğunu sübut edən bir rəsmi sənəd göstərməsini xahiş edəndə Ağcabədi Enerji Satışı İdarəsinin rəsmi şəxsləri də ona bildirdilər ki, yaxşı, gəlin artezianları gərginlikdən ayıraq, sonra lazım gələrsə sökülər. Mayor Orucov kobud surətdə “Get məhkəmə sənədini və Ağcabədi RPŞ-nin müstəntiqinin qərarını gətir, sonra qaytarıb yerinə qoyarıq, indi isə sökülməlidir!”, -deyərək özbaşınalıq etdi. Halbuki o, Ağcabədi RPŞ-dən gəlirdi və mübahisəli torpaqla bağlı (hansı ki, mübahisələndirən başqaları yox, mən özüməm) həmin sənədə baxa bilərdi.

Cənab Prezident!

Beləliklə, hazırda payızlıq əkin mövsümüdür. Əraizi şumlanıb, gübrələnib və səpinə hazırlanıb. Belə bir məqamda Ağcabədi RPŞ-nin mayoru (özünü təqdim etmədiyi üçün vəzifəsini də dəqiq bilmirəm) vəzifə səlahiyyətlərini aşaraq mən sahibkarın bütün işini problemə çevirdi. O, bircə gün gözləyə bilərdi ki, mən məhkəmə qərardadlarını və Ağcabədi RPŞ-nin məlum qərarını ona təqdim edim. Axı onu bu əraziyə kim və hansı tapşırıqla göndərmişdi, hələ də müəmmalı olaraq qalır. O, əvvəlcədən mənə məlumat verərdi və mən vəkilimdəki lazımi sənədləri ona təqdim edə bilərdim. Mayor Orucov isə artezianları sökdürüb sonra məndən sənəd istəyir. Bu nə dərəcədə qanuni və ədalətlidir?

Cənab Prezident! Sonradan məlum oldu ki, Ağcabədi rayon İcra Hakimiyyətindən sahənin boşaldılması, əkinin dayandırılması barədə göstəriş verilib. Axı mən həmin torpaqda uzun illərdir ərzaq buğdası əkirəm. Halbuki yuxarıda qeyd etdim, “Azərşəkər”in icraçı direktoru Nail Mövsümov Ağcabədi ərazisində ayrı-ayrı vətəndaşların istifadəsində olan torpaq sahələrini heç bir rəsmi sənəd vermədən, qeydiyyat aparılmadan pul verib alır, sonra həmin torpaq sahəsini kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara ikiqat qiymətə satır. Məsələn, ötən il şəxsən mən Nail Səfixanova 24 min manat pul verərək 20 hektar torpaq sahəsini 1 il müddətinə icarəyə götürüb taxıl əkmişəm. Pulun verilməsi isə qeydiyyatsız aparılıb. Belə çıxır ki, biz fermerlər dövlət başçımızın tapşırığına uyğun olaraq buğda əkmək üçün ikiqat qiymətə “Azərşəkər” MMC-nin torpaq satmaqla məşğul olan rəsmilərindən torpaq almalıyıq???

Cənab Prezident, xahiş edirəm, təcrübəli fermer kimi, komissiya göndərilsin və mənim sahələrimlə digərlərinin əkin sahələrini və məhsul çıxımını müqayisə etsinlər. Mən təkcə bu il Hollandiyadan gətirilmiş toxum və qabaqcıl becərmə təcrübəsini tətbiq etməklə hər hektardan 200 sentner dənlik qarğıdalı götürmüşəm. Bu məhsuldarlıq inanmıram ki, başqa sahələrdə olsun. Sadəcə, bəzi məmurlar bunu da əlimizdən almaq istəyirlər. Bu hərəkət ölkəmizin ərzaq təhlükəsizliyinə qarşı açıq sabotajdır.

Xahiş edirəm, tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz və Ağcabədi rayonnun İcra başçısı ilə “Azərşəkər” MMC-nin məsul şəxslərinin qanunsuz əməllərinin qarşısı alınsın.

Redaksiyadan: Məsələ ilə bağlı Ağcabədi RİH başçısı Rafil Hüseynovla əlaqə saxlamaq cəhdimiz hələki baş tutmur. Eləcə də yaranmış problemlə əlaqədar olaraq “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyevlə də əlaqə saxlamaq mümkünsüz kimidir. Redaksiya tərəfindən A.Mehdiyevə rəsmi müraciət göndəriləcək. Necə ola bilir ki, tanınmış fermerin buğda əkininə imkan verilmir, amma o məcbur edilir ki, “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Səfixanovdan ikiqat qiymətə (qanunsuz əsaslarla satılır, verilən pul qeydə alınmır, təyinatı müəmmalıdır və s.) torpaq alıb buğda əksin.

“Təzadlar”ın Araşdırma Qrupu

 

XalqXeber.Az
Ardını oxu...
Deyir, qulaq gündə bir şey eşitməsə, kar olar.

Azərbaycan da elə bir ölkədir ki, gündə bir absurd hadisə baş vermək məcburiyyətindədir. Alın yazımızdır…

“Göyçə-Zəngəzur Respublikası” yaradılıbmış.

Sosial şəbəkəyə baxırsan, hamı lağ edir, gülür, məsxərəyə qoyur. Bir qrup insan da var ki, deyir, niyə lağ edirlər? Gözəl ideyadır.

Ay insan, ay vətəndaş, yaradılış ideya ola bilməz! Yaradılış ideyanın həyata keçirilməsi deməkdir. İdeya var idi? Yox! İnfrastruktur qurulmuşdu? Yox! Öncə fikir yaranır, sonra o fikir ideyaya çevrilir. Fikir belə yox idi. Yəni sənin yaratdığını kim, niyə ciddiyə alsın? Ermənini boş ver, sənin öz cəmiyyətin bunu məsxərəyə qoyursa, nədən və niyə danışırsan?

Ümumiyyətlə, Azərbaycan ən gözəl ideyaların, ən gözəl fikirlərin qəbiristanlığıdır. İdeya imiş…

Hələ deyənlər var ki, ermənilər də “Dağlıq Qarabağ Respublikası” yaradıblar, biz niyə yaratmayaq? Tarixdən xəbərləri yoxdur, bu başqa məsələ. Heç olmasa, gördüklərini dərk et, ay insan!

Ermənilər “Dağlıq Qarabağ”ı 1988-ci ildə yaratmayıblar. Heç işğal etdikdən sonra da yaratmayıblar. Ermənilər uzun illərdir bu ideya uğrunda çalışıblar. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə 26 noyabr 1924-cü ildə çap olunub. Bu hələ işin rəsmi tərəfidir, düşünün, bunun infrastrukturu nə vaxt qurulub. Bizim cəmiyyət ideologiyasız, Allah ümidinə, gününü yola verərək yaşayır. Hansı ideologiyadan danışmaq olar? Ancaq bəyənmədiyimiz ermənilərin uzun illərdir “Böyük Ermənistan” ideologiyası var. Dənizdən-dənizə dövlət arzuları var. Düzdür, bu da absurddur, ancaq buna inanırlar. Hindlilərin böyük hissəsi də inəyə tapır. Nə edək? Uşaqlarının beynini bununla yuyurlar. Bir ideologiya arxasında birləşirlər və onun üçün çalışırlar. Hər şeyə əl atırlar. Pullar xərcələyirlər, deputatlar alırlar, kanallara, qəzetlərə çıxırlar. Biz nə edirik? Ermənilərin güclü diasporu var. Bəziləri xaricdə oturub heç bir dəfə də gəlmədiyi ölkəsi üçün çalışır. Milyarder olur, milyonunu üzünü görmədiyi, bəlkə, heç görməyəcəyi dövləti üçün iş görür. Bizimkilər nə edir? Ver yeyim, ört yatım…

Erməni jurnalist, politoloq xaricə gedir, yaşadığı ölkənin həyatına ayaq uydurmağa çalışır. Bizimkilər? Nə isə…

30 ilə yaxın müharibə şəraitində yaşadıq. Sülh olmadığı üçün hələ də yaşayırıq desəm, yalan olmaz. Nə bir dünyaya təsir edəcək media qurumumuz var, nə Türkiyədən başqa sözümüzü deyəcəyimiz bir yer. 30 il müharibə şəraitində yaşayan ölkənin barmaqla sayılacaq qədər hərbi reportyoru var. Ancaq erməni tərəfinin təkcə mənim tanıdığım (şəxsən yox, görün buradan da bir şey çıxara bilərsinizmi) adlarını çəkə biləcəyim bizimkilərdən çox hərbi reportyoru, bloqeri var. Bunun günahkarı kimdir? Hər halda, mən deyiləm. İki tərəf də 44 günlük müharibə zamanı xarici jurnalistlər üçün qapısını açmışdı. Erməni tərəfi xaricdən gələnləri dağ başına qaldırmadı, özününkünü aşağılayıb, onları üstün tutmadı, ancaq Azərbaycan cəmiyyəti də, bəzi məmurlar da, türklər demiş, “gömdü”, bir o qaldı, xaricdən gələnlərə heykəl qoysunlar.

Siyasətçiləri götürək. Guya fərli bir iş görüb, çıxışlar edə bilirdilər? Onsuz da tək bacardıqları danışmaqdır. Fikir yox, ideya yox, əsaslandırma yox. Sonra da çıxıb deyirlər ki, bizə lağ edirlər.

Lağ erməni etmir ha, özününkülər edir. Özününkü bunu edirsə, gör erməni xəbəri tutsa, nələr edər.

Ölkədə bu qədər problem var. Regionda son dərəcə ciddi və təhlükəli oyun gedir. “Göyçə-Zəngəzur Respublikası” yaradırlar. Hələ Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Xankəndinin deputatı Tural Gəncəliyev “Twitter” hesabında yazıb ki, “Yaşasın “Göyçə-Zəngəzur Respublikası”. Kağız üzərində yaradılmış nəsnənin nəyi yaşasın? Ermənilərin Qarabağdakı qondarma dövləti ilə “Göyçə-Zəngəzur Respublikası”nın fərqi bilirsiniz nədir? Onların ideyası otaqda, nə bilim, mağarada, kilsədə yaranıb, sonra sahəyə keçiriblər bunu. Ancaq Tural Gəncəliyevin “yaşasın” dediyi respublika ofisdə, biznes mərkəzdə yaranıb. Anlada bildim? Bir ara Tural Gəncəliyev Xankəndidə ofis axtarışında idi. Soruşmaq ayıb olmasın, o ofisdən nə xəbər?

Bilirəm, əminəm ki, ölkə gündəmi ilə oynayırlar. Əcəb edirlər. Haqq edirik. Bu cəmiyyət hər gün geri gedir. Hər gün daha çirkinləşir. O gün hərbi ekspert Tərlan Eyvazovla dərdləşirdim. Şəhidin yas yerində yığılan pulun oğurlanmasına bərk əsəbləşmişdi. Deyir, müstəqillik ərəfəsində mitinqlər vaxtı xalqa çağırış edildi ki, ruslar bəhanə axtarır, ona görə də Bakıda oğurluq etməyin, bəhanə verməyin. Təsəvvür edirsiniz, hətta Elçibəyin otağına Bakıdakı “qanuni oğru”lar məktub yollayıblar ki, narahat olmayın, Bakıda oğurluq olmayacaq və olmayıb da. Görün haradan hara gəlmişik. Bunları danışandan sonra ərklə tapşırdı ki, bu məsələni geniş araşdırma elə. Artıq başlamışam…

Haradan hara gəlmişik.

Ölmüşük, basdıranımız yox…

Səxavət Məmməd
 
Ardını oxu...
“Hərbi xidmətdə vərəmin ağır formasına tutulub, ordudan tərxis olundum. Müraciət müddətini ötürdüyümü səbəb gətirib, Dövlət Sığorta Şirkəti sığortamı ödəmədi. Xəstə canımla illərlə yollarda qaldım, heç nə əldə edə bilmədim. Sonra da mənə mülki əlillik təyin edildi. Halbuki, mən sağlamlığımı hərbi xidmətdə olarkən səngərlərdəki yaş torpaqların üstündə yata-yata itirmişdim. Heç kəs o sənədlərin üzünə baxmadı. Sığortadan əlimi üzdüm, 55 manat pensiya alırdım, sonradan 180 manata qalxmışdı. Ancaq indi onu da ala bilmirəm”.

TEREF.AZ xəbər verir ki, bunu Meydan TV-yə Şəmkirin Mehirli kənd sakini olan 39 yaşlı Eldəniz Əsgərov deyir. Onun sözlərinə görə, 2002-ci ildə hərbi xidmətə gedib. Xidmətini yerinə yetirən zaman sağlamlığını itirib. Xidmətin 10-cu ayında ordudan tərxis olunub. Evə döndükdən sonra xəstəxanaya müraciət edib, ona “ağciyərin fibroz kavernoz vərəmi, infiltrasiya mərhələsində xroniki diffuz bronxit, 2-ci dərəcəli tənəffüs çatışmazlığı” diaqnozu qoyulub. Bu diaqnozla Şəmkir rayon Ağciyər Xəstəlikləri Xəstəxanasında qeydiyyata düşüb. İllərdir ki, bu xəstəliklə mübarizə aparır, hazırda da müalicələr alır. Bir neçə il əvvəl Dövlət Sığorta Şirkəti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun “C” bəndində göstərilən müddəti ötürdüyünü əsas gətirməklə ona sığorta ödəməkdən imtina edib.

Eldəniz Əsgərov xəstəliyini hərbi xidmətdə qazansa da, ona hərbi yox, mülki əlillik təyin edilib. Ancaq 5 ay əvvələdək 2-ci qrup əlilliyi ləğv edilib.

Bərpa Mərkəzindəki növbələr, əsəb, həyəcan…

Sentyabrın 9-da Əlillərin Bərpa Mərkəzində müvafiq komissiyadan keçərkənsə, ondan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnsitutundan əlavə sənədlər alıb komissiyaya təqdim etməsi istənilib. Sonra başına nələr gəlib, özü danışır:

“Bakıya gələndə onsuz da vəziyyətim ağır idi, üstəlik də komissiyadan keçmək üçün sıxlıqda növbə tutmaq, gözləmək, əsəb, həyəcan… Təsəvvür edin ki, ümidlə gəlib komissiya üzvləri oturan otağa çatırsan, arxayınsan ki, tələb etdikləri bütün sənədləri toplamısan, bu, kəndlə Bakı arasında sonuncu sürünməyindir, artıq əlilliyin təsdiqlənəcək və təqaüdün bərpa olunacaq. Komissiya üzvlərisə səni daha bir neçə sənəd dalıyca göndərməklə məyus edir. Halbuki, əvvəldən deyə bilərdilər ki, gələndə filan xəstəxanadan filan sənədləri də gətir. Vaxtını, olan-qalan sağlamlığını kəndlə paytaxt arasında, sonra da Bərpa Mərkəzindəki insan növbələrində itirəndən sonra baxırsan ki, çox gecdir, arayışı alacağın xəstəxanadakı həkimlər də gedib, qalmağa yerin də yoxdur, kəndə qayıtmalısan”.

“Avtovağzalda vəziyyətim ağırlaşdı, təcili yardm gəldi”

Eldəniz Əsgərov kəndə qayıtmaq üçün Beynəlxalq Avtovağzala gedib, ancaq elə oradaca vəziyyəti ağırlaşıb. Ətrafdakılar təcili yardım çağırıb, ilkin tibbi yardımlar göstəriləndən sonra zar-zor gedib kəndinə çıxıb. Ancaq vəziyyəti düzəlməyib:

“Rayonda baxıb dedilər, ağciyərin deşilib, sən xəstəxana rejimində ciddi müalicə olunmasan, öləcəksən. Xəstəxanasından göndəriş alıb Bakıya – Ağciyər Xəstəlikləri İnsitutuna gəldim. Müayinələr nəticəsində də təsdiqləndi ki, bəli, ağciyərim deşilib. Məni cərrahiyyə şöbəsinə yerləşdirdilər, hazırda da burdayam, müalicə olunuram”.

“Bezdim axı…”

İndi əlilliyinin yenidən təsdiqlənməsi üçün Eldəniz Əsgərovun dərdi xəstəxanada yataq rejimində olduğuna görə Bərpa Mərkəzindəki komissiyanın tələb etdiyi sənədləri aparıb təqdim edə bilməməsidir. Deyir, ya Əlillərin Bərpa Mərkəzindən kimsə gəlib sənədləri götürsün, ya da xəstəxana göndərsin. Sənədlərin yubanması əlilliyin təsdiqlənməsinə, bu isə təqaüd təyinatının gecikməsinə səbəb olur.

“Səngərlərdə yata-yata ağciyərimi çürütmüşdüm, ancaq sığorta ödəməmək üçün məni mülki əlil kimi qeydə aldılar. 180 manat pensiya verirdi, elə sağlamlığıma dəyməzdilər, özüm sağlam canımla işləyib, özümü dolandırardım, onsuz da verdiyi pensiya heç dərmanlarıma çatmırdı, onu da kəsdi. Məni get-gələ saldıqlarından küçələrdə üstümə təcili yardım gəldi, bu da nəticəsi. İndi də deyirlər, dur, canın çıxsın, götür sənədlərini gətir çatdır, yoxsa əlillik təyin etməyəcəyik. Mən nə edim? Özümü yandırım bu xəstəxanada? Axı çıxış yolu qoymurlar əlilə… Niyə zülm verirlər bizə? Məqsədləri nədir? Bezdım axı mən…”

“Müalicə başa çatmamış ona hər hansı sənəd təqdim edilə bilməz”

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-yə bildirilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Eldəniz Əsgərovun müalicəsi davam etdirilir. Müalicə başa çatmamış ona hər hansı sənəd təqdim edilə bilməz:

“Eldəniz Əsgərov yalnız müalicə bitdikdən sonra ona verilən sənədi qeydiyyatda olduğu poliklinikaya təqdim edə biləcək. Daha sonra isə qeydiyyatda olduğu poliklinika tərəfindən Forma 88 doldurularaq tələb olunan Komissiyaya göndəriləcək”.
Ardını oxu...
Azərbaycan-Ermənistan arasındakı gərginlik üzərindən böyük güclər artıq açıq oynayırlar.
Hesab etmirəm ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanın Ermənistanın sözdə ərazisini işğal etməsinə görə İrəvana səfər edib. Niyə “sözdə”? Çünki faktiki olaraq iki ölkə arasında bu günə qədər nə sərhəd olub, nə də qarşılıqlı sərhədlərin tanınması. Məsələ Rusiyanın açmaq istədiyi nəfəsliyi açılmadan boğmaqdır.
Rusiya Ukrayna ərazisinə hücum etdikdən sonra Qərb Kremlə ən ağır sanksiyalar tətbiq edir. Rusiya sanksiyalar altında boğulur. Bundan çıxış yolu kimi də cənub və şərqi görür. Bu isə Zəngəzur dəhlizi ilə reallaşa bilər. Rusiya xeyli zamandır ki, Ermənistana təzyiqlər edir.
Paşinyan da məsələnin dəhliz olduğunu bilir. Yəni Ermənistan tərəfi onlara qarşı edilən təzyiqin nəyə görə edildiyinin fərqindədir. Sərhəddəki döyüş toqquşmasından sonra İranın sayını itirdiyimiz qədər dediyi “İran regionda sərhədlərin dəyişməsinə icazə verməyəcək” bəyanatının arxasında da məhz dəhliz yatır. Çünki Zəngəzur dəhlizi açılarsa, İranın həm Bəndər-Abbası limanının aktivliyi aşağı düşəcək, həm də narkotik trafikini itirəcək. Nəinki İran, regiondakı bütün güclər qazancının davasını aparır.
ABŞ Ermənistan ərazisindən dəhlizin açılmasına göz yumsa, Rusiyaya tətbiq etdiyi sanksiyalar effekt verməyəcək. Rusiya üçün böyük nəfəslik açılmış olacaq. Ona görə də Ermənistanın yanında olmaq üçün bu cür addımı atır. İş o yerə gəlib çıxıb ki, hər zaman didişən, bir-birinə düşmən münasibəti bəsləyən ABŞ ilə İran eyni mövqedən çıxış edir.
Maraqlar…
Eynilə Ukraynada olduğu kimi Cənub Qafqazda da ABŞ ilə Rusiya rəqabət içərisindədir. Əslində uzun illərdir bu rəqabət var, sadəcə indiki məqamda bu açıq müstəviyə keçib. Tərəflər mövqeyini ortaya qoyub. İş o yerə gəlib ki, BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini göstərən 4 qətnaməsinin altında imzası olan ABŞ indi Azərbaycanı təcavüzkar adlandırır.
Maraqlar…
Bundan sonra top Rusiyadadır. Rusiyanın bir neçə variantı var. Ya Ermənistanla münasibəti istiləşdirərək rəsmi İravanı ABŞ-nin caynağından qoparmalıdır, ya da Ermənistana yerini göstərmək üçün ən müxtəlif vasitələrdən istifadə etməlidir. Bu vasitələr arasında iqtisadi sanksiyalar, satdığı silahların, qazın və digər məhsulların pulunu tələb etmək ola bilər. Bundan əlavə, Rusiyanın faktiki olaraq Ermənistanda hərbi bazası var. Bir ölkənin başqa bir ölkədə hərbi baza saxlaması heç şübhəsiz hər zaman təhlükə mənbəyidir.
Məsələ təkcə bununla da bitmir.
Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur.
Son hadisələr zamanı bir çoxları sual etdi ki, Rusiya nə əcəb susur? Susmur, sadəcə olaraq Azərbaycanın vurduğu hər şillədən özü vurmuş kimi həzz alır. Qarabağ münaqişəsini yaradan, qarşı tərəfə dəstək verən, münaqişəni idarə edən ölkə indi dəstək verdiyi tərəfin şillələnməsini izləyir. Hardan hara…
Məsələnin təhlükəli tərəfi də budur.
Azərbaycan həmişəkindən daha çox hesablamalar aparmalı, atacağı addımları yüz dəfə ölçüb-biçməlidir. Böyük güclərin savaşında ən kiçik yalnışlığa belə yol verilməməlidir.
 
Ardını oxu...
"Bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbə yalnız güc hesabına baş verib".

"Report" Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun idarə heyətinin sədri Fərid Şəfiyev bildirib.

"Sosial şəbəkələrdə bəzi siyasətçilər və fəallar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlı olduğunu iddia edirlər və bu məsələdə Azərbaycan hökumətini günahlandırırlar.

Təbii ki, onlar Azərbaycana qarşı məlum 907-ci düzəlişin 1992-ci ildə məhz həmin Konqresdə o dövrdə Azərbaycanda hakimiyyətdə olan Elçibəy hökumətinə qarşı qəbul edildiyini unudublar. Həmin il Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı və erməni birləşmələri Xocalıda soyqırımı törətdilər. Həmin fəallar bəlkə ABŞ və Fransa nümayəndələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, məsələn Şuşaya niyə səfər etmədiklərini də izah edə bilərlər. Bəlkə bu hökumət onların yolunu bağlayıb? Ən son nə zaman ABŞ nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın təcavüzündən qorunmalı olduğuna dair fikir səsləndirib. Onlar bunu heç 1992-1993-cü illərdə də deməmişdilər. Halbuki, Birinci Qarabağ müharibəsində Ermənistana kimin hərbi dəstək göstərdiyi və 2016-cı ildə Azərbaycana kimin təzyiq etdiyi bəlli idi.

Bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbə yalnız güc hesabına baş verib. İşğalçı Ermənistan torpaqlarımızı öz istəyi ilə tərk etməyib. Bəlkə kiminsə xəbəri yoxdur, lakin təəssüflər olsun ki, bu ölkə Azərbaycana qarşı iddialardan əl çəkməyib, hətta Brüsseldə bu və ya digər formada qondarma "DQ" məsələsini gündəmə gətirməyə çalışıb. Bu işdə Fransa və ABŞ da Minsk qrupunun fəaliyyətinin bərpası məqsədi ilə müəyyən mənada Ermənistana köməklik edirlər. Rusiyanın maraqları isə təbii ki, öz yerindədir.

Biz bu günlərdə yenə də şəhid verdik. Bütün məsələləri yaxın zamanlarda həll etməliyik. Problemlər gələcək nəsilə miras qalmamalıdır. Reallıqdan uzaq olan şərhlərə uymamalıyıq.

Azərbaycan xalqı çox çətin dövr yaşayıb, faciələr görüb. Ölkə daxilində biz hər hansı məsələ ilə bağlı mübahisə edə bilərik, amma xarici təzyiq və təhdidlərə qarşı birləşməliyik", - o qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti