Read more...
Rusiyanın Azadlığı Legionu ilə birgə Belqoroda hücum etmiş Rusiya Könüllüləri Korpusunun komandiri Denis Nikitin “Vaqner” rəhbəri Priqojinin qiyamı ilə bağlı video-müraciətlər yaymaqdadır.

Axar.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada şəhər döyüşünün hələ başlamadığını bildirib.

O deyib ki, buna baxmayaraq, xəbərləri izləyirik və vaxtın çatdığını başa düşürük:

“Əgər siz özünüzün və ölkənizin taleyinə sahib olmaq istəyirsinizsə, sizin vaxtınız gəldi. Hələlik Putin rejimi yıxılmayıb, FSB, Rosqvardiya onu müdafiə edirlər”.

O, insanları “Molotov kokteyli” hazırlamağa da çağırıb və növbəti müraciətini gözləməyi xahiş edib.

İkinci müraciətində isə Nikitin “Məşhur “qayığın” heç vaxt olmadığı kimi yelləndiyini” vurğulayıb:

“Bir çox siçovul artıq dənizə düşüb, amma hamısı deyil! Fəal müqavimət vaxtı gəlir, amma unutmayın ki, Rusiya Federasiyasının repressiv aparatı həddən artıq yüklənsə də, hələ də işləyir! Onun qurbanı olmayın, hər birinizə ehtiyacınız var!”
Read more...
Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər.
Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib.
 
Read more...
NATO-nun üç hərbi gəmisi İsveç paytaxtının Frihamnen limanına yollanır.

İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter vəziyyəti şərh edib:

“Bu, normal səfərdir. Gəmilər limana tədarüklərini artırmaq və heyətə istirahət vermək üçün daxil olacaqlar. Adətən ildə 30-a yaxın belə hal olur”.
Bildirilir ki, NATO gəmilərini krallığın sahil mühafizəsi və dəniz polisi müşayiət edir.

Mənbə: TASS
 
Read more...
ABŞ Rusiyadakı vəziyyət fonunda “Vaqner” özəl hərbi şirkətinə qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq niyyətindədir.

Məlumata görə, ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməklə Rusiya rəhbərliyinin “tərəfini tuta biləcəyindən” ehtiyat edir. Vaşinqton belə vəziyyətdə bu və ya digər tərəfi dəstəklədiyi kimi görünmək istəmir.

Bildirilir ki, Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə “Vaqner”ə qarşı iyunun 27-də əlavə sanksiyalar tətbiq etməyi planlaşdırıb.
Mənbə: TASS
 
Read more...
“Vaqner“ Rostova çatan çeçenləri tərksilah etdi -
“Vaqner" Rostova çatan çeçenləri tərksilah edib.

Rusiya KİV-də bu barədə görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Read more...
Rusiyada “Vaqner” özəl hərbi şirkətinin kolonlarının hərəkətinə dair ilk kadrlar yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkənin Rusiya seqmentində paylaşılıb.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin bir qədər əvvəl açıqlamasında belə demişdi:

“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”.
 
Read more...
Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

Bu barədə “Report” “BBC”nin Rusiya xidmətinə istinadən xəbər verir.

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

Bundan başqa Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

Rusiyanın “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin qiyam qaldırması barədə xəbərlər ciddiləşir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”in Sankt-Peterburq şhəərindəki ofisinə Milli Qvardiyanın hissələri yeridilib.

Rusiyanın dövlət mediasına və teleqram kanallarına Priqojinin hər hansı açıqlamasını xatırlatmaq qadağan edilib. Priqojindən isə açıqlamalar gəlməkdə davam edir.

“Ölkəmizin rəhbərliyi ədalət sözünü unudub və buna görə də cəzalandırılacaqlar. Şoyqu Qızıl Meydanda asılacaq və Leninlə birlikdə məqbərədə uzanacaq, - deyə, o bildirib.

***

Xəbər verdiyimiz kimi, Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edir.

Bu barədə şirkətə aid sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Ətraflı

“Vaqner” düşərgələrinə raket hücumu həyata keçirilib. Çox sayda qurban var. Hücuma şahid olan döyüşçülərin sözlərinə görə, arxadan zərbə endirilib, yəni hücum Rusiya Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən həyata keçirilib”, - deyə paylaşımda qeyd edilib.

“Çox sayda döyüşçümüz həlak olub. Buna necə cavab verəcəyimiz barədə qərar qəbul ediləcək. Növbəti addım bizimkidir”, - deyə şirkətin rəhbəri Yevgeni Priqojin qeyd edib.

Priqojinin sözlərinə görə, “Vaqner”in mövqelərinə hücuma şəxsən Rusiya Müdafiə Naziri Sergey Şoyqu rəhbərlik edib.

“Müdafiə naziri “Vaqner”i məhv etmək üçün əməliyyat aparmaq məqsədilə xüsusi olaraq Rostova gəlib. O, bizi məhv etmək üçün qaranlıqda artilleriyaçılardan və helikopter pilotlarından istifadə edib”, - deyə Yevgeni Priqojin vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib və yalan məlumat adlandırıb.

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in düşərgələrinə zərbə endirməsi ilə bağlı bütün məlumatlar və videokadrlar reallığı əks etdirmir və informativ təxribatdır”, - deyə nazirlikdən bildirilib.

Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Prezident Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür.

“Vaqner” özəl hərbi şirkəti Yevgeni Priqojinin son iddiaları sosial şəbəkənin Rusiya seqmentində böyük təlaşla qarşılanıb.

Oxu.Az xəbər verir ki, müxtəlif sosial şəbəkə hesablarından, sosial şəbəkə istifadəçiləri tərəfindən vəziyyətin aradan qaldırıması üçün çağırışlar edilir.

Bəziləri “Vətəndaş müharibəsi”, digərləri isə “qardaş qırğını” baş verməsindən narahatlıqlarını ifadə edirlər. Paylaşımlarda müvafiq hallara yol verilməməsi üçün “Vaqner” və Rusiya rəhbərliyinə müraciətlər edilir.
 


 
Read more...
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işi açılıb.

Buna səbəb kimi onun silahlı üsyana çağırış edən ifadələr səsləndirməsi göstərilib.

Bu barədə Milli Antiterror Komitəsindən məlumat verilib.

Komitədən Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıblar.

“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”, - deyə komitədən bildirilib. (Mənbə: TASS)
 
Read more...
Ukrayna qoşunları iyunun 23-də Rusiya ordusunun şəxsi heyətinin cəmləşdiyi ərazilərə 10 zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket və artilleriya bölmələri şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, atəş mövqelərində 12 artilleriya bölməsini, iki elektron döyüş texnikasını və bir hava hücumundan müdafiə qurğusunu vurub.

"Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", - Baş Qərargah xəbərdarlıq edib.
 
Read more...
“Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, müdafiə qüvvələri hazırda fəaliyyətlərini plan üzrə davam etdirirlər: “Biz düşməni zəiflətmək, onları ehtiyatlarını artırmaq imkanlarından məhrum etmək istəyirik”.

N.Qumenyuk Ukrayna ordusunun düşmənin planlarını puç etdiyini söyləyib.

Bununla da Rusiyanın maddi-texniki təminatının zəifləyəcəyini xatırladan N.Qumenyuk hesab edir ki, bu, düşmənə həm psixoloji, həm də maddi təsir edəcək.

Qeyd edək ki, Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Məlumata görə, körpü hərəkətə bağlanıb.
 

Dünyapress TV

Xəbər lenti