Zelenski Vilnüsdən qayıtdıqdan sonra ölkəsinin kəşfiyyat rəisləri ilə müşavirə keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitinin keçirildiyi Vilnüsdən qayıtdıqdan sonra ölkəsindəki təhlükəsizlik vəziyyəti ilə bağlı xüsusi xidmət orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

Müşavirələrdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyukla olub. Bundan əlavə, ölkə başçısı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Xarici Kəşfiyyat Xidmətinin sədri Oleksandr Litvinenko ilə görüşüb.

“Biz vəziyyəti çox diqqətlə təhlil edirik – müharibə ilə bağlı hər şeyi və daxili təhlükəsizlik üçün vacib olan hər şeyi”, - Zelenski deyib.
 

Dünyapress TV

Xəbər lenti