Avropa İttifaqı sursat və raket istehsalını artırır - Plan təsdiqlənib
Avropa Parlamenti mövcud qıtlığı aradan qaldırmaq üçün Avropa İttifaqında (Aİ) sursat və raket istehsalının artırılması planlarını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Avropa Parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sursat İstehsalına Dəstək Aktı (ASAP) Ukraynaya döyüş sursatı və raketlərin tədarükünü sürətləndirmək və təşkilata üzv ölkələrə arsenallarını doldurmağa kömək etmək üçün hazırlanıb.

Sənəd Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
 

Dünyapress TV

Xəbər lenti