Ardını oxu...
Ukrayna qoşunları iyunun 23-də Rusiya ordusunun şəxsi heyətinin cəmləşdiyi ərazilərə 10 zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket və artilleriya bölmələri şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, atəş mövqelərində 12 artilleriya bölməsini, iki elektron döyüş texnikasını və bir hava hücumundan müdafiə qurğusunu vurub.

"Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", - Baş Qərargah xəbərdarlıq edib.
 
Ardını oxu...
“Məqsədimiz rusların logistik marşrutlarını məhv etməkdir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, müdafiə qüvvələri hazırda fəaliyyətlərini plan üzrə davam etdirirlər: “Biz düşməni zəiflətmək, onları ehtiyatlarını artırmaq imkanlarından məhrum etmək istəyirik”.

N.Qumenyuk Ukrayna ordusunun düşmənin planlarını puç etdiyini söyləyib.

Bununla da Rusiyanın maddi-texniki təminatının zəifləyəcəyini xatırladan N.Qumenyuk hesab edir ki, bu, düşmənə həm psixoloji, həm də maddi təsir edəcək.

Qeyd edək ki, Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Məlumata görə, körpü hərəkətə bağlanıb.
 
Ardını oxu...
Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekorna "səmimi qəbul"a görə təşəkkür edib.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.

“Silahlı qüvvələr naziri Sebastyan Lekorna səmimi qəbula və açıq söhbətə görə təşəkkür edirəm. Ermənistan-Fransa dostluq münasibətləri ruhunda Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq layihələri ilə bağlı müzakirələri davam etdirdik”, - Papikyan yazıb.

Ermənistan müdafiə naziri iyunun 20-dən Parisdə işgüzar səfərdə olub.
 
Ardını oxu...
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.
Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “GlobalFirePower” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır

Aysel Mənsimova - politoloq
 
Ardını oxu...
Ukraynanın “Ukroboronprom” şirkəti min km uçuş məsafəsi olan yerli pilotsuz uçuş aparatının sınağını uğurla həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nataliya Sad bildirib.“Bizim pilotsuz uçuş apatarımız 1000 km uğurla istifadə etdikdən sonra”, – deyə o, “Facebook”da Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk və şirkətin direktoru Yuri Qusevin şəklini də əlavə edərək yazıb.

“Ukrayna Pravda” nəşrinin mənbələrinə görə, söhbət 2023-cü il mayın 3-də həyata keçirilən döyüş PUA-sının sınağından gedir.

Ukraynanın UNIAN agentliyinin məlumatına görə, pilotsuz aparat 75 kq-a qədər çəkisi olan döyüş başlığını daşıya biləcək və 1000 km-ə qədər uçuş məsafəsinə malik olacaq. 2022-ci ilin avqustunda məlum oldu ki, “Ukroboronprom” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birlikdə hərbi pilotsuz sistemlərin inkişafı proqramı hazırlayıb.
Ardını oxu...
İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
 
Ardını oxu...
Hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Bildirilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib:

“Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”.

Nəşrin məlumatına görə, Bakının bu təklifinə yaxın zamanda müsbət cavab verilmə ehtimalı böyükdür.

Qeyd edək ki, 15 iyunda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizi və rus sülhməramlıları atəşə tutmasından sonra post müvəqqəti olaraq bağlanıb.
 
Ardını oxu...
“İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil”.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.
 

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazır.

O, NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.

“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib və Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
 
 


 

Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar var: avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə ediblər;

Ermənilər iddia edirlər ki, 1 nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Hərçənd, onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür.

Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca: mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür;

İkincisi, ermənilər Azərbaycan ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir: Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür;

Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını ispat etmək üçün gətiriblər: əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar; onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir;

Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər:

1. Azərbaycan Qarabağda genişmiqyaslı anti-terror əməliyyatına başlayarsa, sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək;
2. Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq;
3. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmaq və üçüncü ölkələri – Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə (mümkünsə hərbi müdaxilə) nail olmaq;
4. Sərhəddə təxribatlarla danışıqlar masasında “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq və s;

Diqqətçəkən məqamlardan biri də Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra – bu gün müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsidir. Fransa son günlər Ermənistanın silahlandırılması fəaliyyətini genişləndirib.

Asif Nərimanlı

Dünyapress TV

Xəbər lenti