Dərslər 1 aydır başlayıb, şagirdlərin bir çoxu isə hələ də dərsliksizdir -
Təhsil eksperti: “İldən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, hər il daha çox qüsur, səhv ortaya çıxır...”

Yeni tədris ilinin başlanmasından bir ay ötməsinə baxmayaraq, ölkə üzrə məktəblərin heç də hamısına dərsliklər paylanılmayıb. Xüsusən də yuxarı sinif şagirdləri 2-3 dərslikdən başqa digər kitabları ala bilməyiblər. Mövcud vəziyyətdən həm müəllimlər, həm də valideynlər narazıdır, şagirdlər dərslərə boş-boşuna gedib-gəlir.

Bəs səbəb nədir? Hər il dərsliklər üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrıldığı halda orta təhsil ocaqlarımız niyə indiyədək dərsliklərlə tam təmin olunmayıb?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Ötən il çap edilən dərsliklər məktəblərə paylanılıb. Sadəcə, 7-10-cu siniflər üzrə dərslik çatışmazlığı var ki, bu problem də bu günlərdə öz həllini tapacaq”.

Təhsil eksperti Kamran Əsədova görə, şagirdlərin dərslikləri ala bilməməsi birbaşa Elm və Təhsil Nazirliyinin səriştəsizliyinin, fəaliyyətsizliyinin nəticəsidir: “Artıq orta məktəblərdə KSQ, BSQ-lə başlayır, amma şagirdlərin kitabı yoxdur, onlar dərsləri mənimsəməyiblər. Ola bilsin ki, Bakı və digər böyük şəhərlərdə bəzi şagirdlər PDF variantdan dərslikləri endirib, oradan oxuya bilsinlər. Amma 600 minə yaxın şagirdimiz dağlıq, internet imkanı olmayan ərazilərdə yaşayır və yaxud valideynlərin öz övladlarına telefon və yaxud planşet almaq imkanı yoxdur. Bunlar ciddi məsələlərdir. Nəticə şagirdlərin zəruri bilikləri öyrənə bilməməsinə gətirib çıxaracaq. Hətta gələn həftədən şagirdlərə kitablar verilsə belə 15 sentyabrdan 15-oktyabra qədər keçirilməyən, mənimsənilməyən mövzular hansı formatda təqdim ediləcək?

Sadəcə dəhşətli, biabırçı vəziyyətdir. Bir daha qeyd edirəm ki, mövcud vəziyyət səhlənkarlığın nəticəsidir. Halbuki adəti üzrə avqust ayında artıq bütün dərsliklər təhvil verilməli, hazır vəziyyətdə olmalı idi. Lakin ilk dəfədir ki, müvafiq qurumların səhlənkarlığı ucbatından şagirdlərimiz bu günə qədər dərsliklərlə təmin olunmayıb. Necə olur ki, bütün kitablar satışdadır, amma nazirlik həmin dərslikləri alıb, məktəblərə paylamaq istəmir? Niyə valideynlər öz ciblərindən pul verib dərslik almalıdır? Belə çıxır ki, nazirlik kitabları satışa çıxarıb, pul qazanmağa çalışır".

Digər təhsil eksperti Elşən Qafarov isə qeyd etdi: “Azərbaycan dərslik üçün dövlət tərəfindən ayrılan vəsaitə görə üçüncü yerdədir. Hər il dövlət büdcəsindən maliyyələşərək, milyonlarla kitab çap olunur. Görünür ki, nazirliyin bu məsələ ilə bağlı işləyən əməkdaşlarının başı hansısa layihələrə və kadr seçiminə, təyinatına, imtahan oyunlarına qarışdığı üçün ölkədə ciddi dərslik problemi var. Məlum olduğu kimi, dərsliklər 2000-ci ildən etibarən dövlət hesabına təmin olunur və o vaxtdan bu günə qədər hələ belə biabırçılıq olmamışdı. Ölkənin bütün ərazilərində, bütün siniflər üzrə dərslik çatışmazlığı var.

Dərsliklərlə bağlı prosedur belədir ki, may ayında proqnozlar götürülür, avqust ayının sonuna qədər isə dərsliklər məktəblərə çatdırılmalıdır. Hər il prosedur belə aparılırdı. Bu il isə qeyd etdiyim kimi, nazirliyin əməkdaşları bu məsələni unutduqları üçün mövcud vəziyyət ortaya çıxıb. Çox təəssüflər olsun ki, ildən-ilə təhsilimizin yaxşılaşacağına ümid etsək də, əksinə, ildən-ilə çox sayda ciddi qüsurlar, səhvlər müşahidə olunur".
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya
09 Aprel 2025 "Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ
08 Aprel 2025 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
08 Aprel 2025 Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar ?
07 Aprel 2025 "Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu?" - ETİRAZ
06 Aprel 2025 Çoxuşaqlı anaların erkən pensiyaya çıxması üçün YENİ TƏKLİF - VİDEO
05 Aprel 2025 Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 19,8 MİLYON MANAT ZƏRƏR VURUB
03 Aprel 2025 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər: “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!”
03 Aprel 2025 İstiliyin verilməsi bu tarixdə dayandırılacaq
02 Aprel 2025 “Kupça”sız evlərə amnistiya niyə verilmir? - AKTUAL
02 Aprel 2025 Deputatdan TƏKLİF: "Üç və daha çox uşağı olan analara pensiya yaşında GÜZƏŞTLƏR tətbiq edilsin"
02 Aprel 2025 Azərbaycanda kommunal güzəştlər OLACAQMI? - AKTUAL
01 Aprel 2025 Prezidentdən MÜHÜM FƏRMAN - Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
30 Mart 2025 Əfqanıstanda bayram qabağı əfv elan olundu
29 Mart 2025 Sənədsiz evlər probleminin həlli niyə gecikir?
28 Mart 2025 Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...

Dünyapress TV

Xəbər lenti