Taksi sürücüsü:
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. Onun sözlərinə görə, bununla nazir məşğul olur: “Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”.

Vahid taksi sisteminin yaradılmasını hələ 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) təklif etmişdi. Qurumdan bildirilmişdi ki, Bakıda taksilərlə bağlı pərakəndə vəziyyət mövcuddur və bu vəziyyəti düzəltmək üçün vahid taksi sistemi gərəkdir.

2020-ci ildə də BNA bununla bağlı bir konsepsiyanı təqdim etdi. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin, kvotanın tətbiqi və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı. Üstəlik, vahid tarif da təklif olunmuşdu.

“Taksilərə taksometrin qoyulması da vacibdir”

Milli Məclisin deputatı Azər Badamov “Turan”a bildirib ki, vahid taksi xidmətini yaratmaqdansa, bu xidmət üçün norma və tələblər müəyyənləşsə, daha yaxşı olar: “Çünki taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət olmadığından onların texniki vəziyyətinin normalara uyğun olub-olmadığını sürücüdən soruşan yoxdur. Ona görə də xoşagəlməz hallar taksi xidmətində çox baş verir”.

Onun sözlərinə görə, taksi sürən insanın sağlamlığı və avtomobilinin təmizliyinə riayət edilməsi ilə bağlı da normalar hazırlanmalıdır: “Həmçinin taksilərə taksometrin qoyulması da vacibdir”.

Deputat hesab edir ki, vahid taksi xidməti olsa, bu, rəqabət mühitinin davam etməsinə mənfi təsir göstərəcək.

“95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur”

Bakı Nəqliyyat Agentliyindən (BNA) isə “Turan”a bildirilib ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: “Onların heç biri taksi deyil. Taksilərlə bağlı Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş norma və qaydaları var. Həmin “taksilər” isə nə bu normalara uyğun gəlirlər, nə də fərqlənmə nişanını alıb fəaliyyət göstərirlər”.

“İşçi Masası” Həmkarlar İttifaqları Koalisiyasının baş koordinatoru Afiyəddin Məmmədov isə AzadlıqRadiosuna deyib ki, dövlətin bu formada özəl sektora müdaxiləsi doğru deyil: “Bu müdaxilə taksi sürücülərinin problemlərini həll etməyəcək, əksinə, daha böyük problemləri, o cümlədən korrupsiya mənbələri yaradacaq”.

“Bu isə qanunaziddir”

Afiyəddin Məmmədov dövlətin problemləri qanunla tənzimləməli olduğunu düşünür. Onun sözlərinə görə, şirkətlər sürücünü işə götürərkən onu fərdi sahibkar kimi qeydiyyatdan keçməyə məcbur edirlər və onlarla xidmət müqaviləsi bağlayırlar: “Bu isə qanunaziddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əgər görülən iş işəgötürənin əsas fəaliyyət sahəsinə aiddirsə, o zaman əmək fəaliyyətinin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu da o deməkdir ki, sərnişindaşıma ilə məşğul olan şirkət sürücülərlə əmək müqaviləsi bağlamalıdır”.

“Bu rəqabət fonunda da qiymətlər optimallaşır”

İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə isə, Azərbaycanda taksi xidməti çox azsaylı fəaliyyət sahələrindən biridir ki, nisbətən rəqabət var: “Bu rəqabət fonunda da qiymətlər optimallaşır. Bu da bugünkü şəraitdə alıcılıq gücü az olan Azərbaycan vətəndaşı üçün nisbətən uyğundur”.

Ekspert qeyd edib ki, həmin şərtlər aradan qaldırılsa, bu, son nəticədə xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq: “Çünki rəqabət olanda xidmətin keyfiyyəti artır. Belə bir şəraitdə hökumətin vahid taksi xidməti layihəsini icra etməklə prosesi öz nəzarətinə götürməsi və vahid təriflərə keçid son nəticədə həm xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, həm də qiymətlərin əlçatanlığı zəifləyəcək”.

“Heç əhalini düşünmürlər?”

Taksi fəaliyyəti ilə məşğul olan və adının çəkilməsini istəməyən bir paytaxt sakini isə AzadlıqRadiosuna belə müzakirələrdən narahat olduğunu deyib: “Məmurlar indi də bizim qəpik-quruşa göz dikib? Bəs bu bahalıq vaxtı heç əhalini düşünmürlər?”.
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya
09 Aprel 2025 "Dövlət bu cür müavinətlərin marağında olmalıdır" — Uşaqpulu yenidən GÜNDƏMDƏ
08 Aprel 2025 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
08 Aprel 2025 Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar ?
07 Aprel 2025 "Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu?" - ETİRAZ
06 Aprel 2025 Çoxuşaqlı anaların erkən pensiyaya çıxması üçün YENİ TƏKLİF - VİDEO
05 Aprel 2025 Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 19,8 MİLYON MANAT ZƏRƏR VURUB
03 Aprel 2025 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər: “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!”
03 Aprel 2025 İstiliyin verilməsi bu tarixdə dayandırılacaq
02 Aprel 2025 “Kupça”sız evlərə amnistiya niyə verilmir? - AKTUAL
02 Aprel 2025 Deputatdan TƏKLİF: "Üç və daha çox uşağı olan analara pensiya yaşında GÜZƏŞTLƏR tətbiq edilsin"
02 Aprel 2025 Azərbaycanda kommunal güzəştlər OLACAQMI? - AKTUAL
01 Aprel 2025 Prezidentdən MÜHÜM FƏRMAN - Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
30 Mart 2025 Əfqanıstanda bayram qabağı əfv elan olundu
29 Mart 2025 Sənədsiz evlər probleminin həlli niyə gecikir?
28 Mart 2025 Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...

Dünyapress TV

Xəbər lenti