Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
Bakı şəhər sakini Sultanov Rizvan Səməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqsız yerə onun əlillik pensiyasını kəsib:

“Mən, Sultanov Rizvan Səməd oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 4 ildir ayağımda ciddi problemlərin olmasına baxmayaraq, mənə əlillik dərəcəsi vermirlər. İmtina səbəbi olaraq bildirilir ki, əlillik meyarları təsdiq olunmamışdır.

Bu, müharibənin fəsadıdır, açıq-aydın görünür. Xəstəxanadan çıxıram, reabilitasiya mərkəzlərinə gedirəm. İş qüvvəm yoxdur. Çörək pulu qazanıb, ailəmə baxa bilmirəm.

Hazırda iş İnzibati Məhkəmədədir. Mən, haqqım olan əlilliyimi tələb edirəm. Xəstəxanada yatdığım müddətdə bütün həkimlər deyirlər ki, sənə əlillik düşür. Lakin nazirlik imtina verir. Dizdən aşağı ayağım qatlanmır, sağ ayağımı ancaq əsanın köməyi ilə hərəkət etdirirəm. Mənim əlilliyimi hərbi komissiyanın üzvü Şücaət Əliyev kəsmişdir. 16 il pensiya almışam, sonradan kəsiblər.

Hakimin ədalətli qərarını gözləyirəm. Ayağımda inkişaf yaxşı getmir. Ayağımın sümüyü əriyib, tamamilə yox olub. Bu səbəbdən də ayaq üstə dura bilmirəm".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Sultanov Rizvan Səməd oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişləri əsasında 03.07.2021, 05.03.2022 və 16.12.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

"Agentliyin həkim-ekspertlərinin hər bir müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib".

Bölmənin digər xəbərləri

08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq

Dünyapress TV

Xəbər lenti