İctimai nəqliyyatda şagirdlər üçün gediş haqqı problemi:
Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir.

Onların bu hərəkəti sürücüləri özündən çıxarır. Hətta bəzi sürücülər şagirdlərin arxasınca qışqır-bağır salaraq "hamınıza evdən çıxanda yol pulu verirlər, qəsdən vermirsiniz. "Köpək uşağı" gediş haqqını verməsəniz sizi avtobusa qoymayacam. Gedin evdə deyin ki, sürücü belə dedi" deyə onları aşağılayırlar.

Bəzi sürücülər isə şagirdlər avtobusa minməsin deyə bilərəkdən nəqliyyat vasitəsini məktəbin yanındakı dayanacağa 100 metr qalmış saxlayır. Şagirdlər gecə saatlarına kimi gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur.

Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azı 30, iki uşağa isə 60 manat ödəyir.

İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?

4 çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın 60-70%-i şəxsi mülkiyyətdədir:

"Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Uşaqlar üçün xüsusi abonomentlər verilməlidir, ya da minumum qiymətə onlara satılmalıdır. Bunun həlli yolu budur. Bakının özündə 30-40 şirkət fəaliyyət göstərir. Onların hərəsinə bir məktub yazsan ki, şagirdlərdən gediş haqqı alınmasın, bu düz olmaz. Amma SSRİ vaxtında xüsusi bir aylıq abonomentlər var idi. Onun birini alanda bir ay avtobusda, trolleybuslarda, hətta metroda da istifadə etmək olardı. Bunun üçün xüsusi qanun lazım deyil, Nazirlər Kabineti 17-18 yaşına çatana qədər şagirdlər üçün qərar çıxartmalıdır. Bunu müzakirə edib, təkliflər vermək olar".

Sabiq deputat Etibar Əliyev isə burada bir nizamsızlıq, xaos hökm sürdüyünü xatırladıb:

"Şagirdlər avtobusdan pulsuz istifadə etməlidir. Belə hadisə ilə mən də rastlaşmışam və buna görə mənə də müraciət ediblər. Avtobus sürücüləri məktəbin yanında saxlamırlar. Bu hal nizamlanmalıdır, onsuz da valideynlərin kifayyət qədər təhsilə xərci çıxır. Bu gün ibtidai sinif şagirdləri də müəllim yanına hazırlığa gedirlər. Bu küllü miqdarda vəsait edir, valideynlərin büdcəsi dağılır".

Etibar Əliyev hesab edir ki, əgər məktəbdə normal təhsil olsa, valideyn bu vəsaiti övladının geyiminə və qidalanmasına xərcləyər:

"Yay aylarında dincəlməsinə də xərcləyə bilər. Bu pul valideynlərdən çıxır. Sovet vaxtı daimi bir kart verərdilər ki, bununla da bir aylıq avtobusdan istifadə etmək olardı. Avtobusa ödənilən vəsaitdən 80% ucuz başa gəlirdi. Bu sistemə keçid etmək lazımdır. Bu vəsiqələrin hər biri şagirdlərə verilməlidir. İkincisi, isə sürücülərin avtobusu saxlamaması, şagirdləri nəqliyyata götürməməsində bir tərbiyyəsizlik hökm sürür. Bu uzun illərdir ki, belədir, amma heç bir qurum ölçü götürmür".

Etibar Əliyev deyir ki, problem onun deputat olduğu illərdə Milli Məclisdə qaldırılıb:

"Mən özüm bu məsələni parlamentdə qaldırdım, amma məsələ müzakirə olunmadı və belə də qaldı. Gündə bir şagirdə gediş haqqı bir manat edir. İndiki əmək haqqı ilə şagirdə çəkilən xərc uzlaşmır. Düşünürəm ki, ən azı şagird sayı çox olan məktəblərə avtobus ayrılmalıdır. Dərsə gecikmə halları bütün dünyada qəbul olunmur. Şagird və valideynlərin bu məsələdə özlərinə bəraət qazandırmaları haqlıdır. Sürücü sən niyə şagirdi avtobusa minməyə qoymursan axı. Elm və Təhsil Nazirliyi bu kimi məsələlərə müdaxilə etmiş olsaydı, problem həllini tapardı".

Etibar Əliyev vurğulayıb ki, şagirdi avtobusa minməyə qoymayan sürücü cəzalanmalıdır:

"Bu şagirddir, cəmiyyətin gələcəyidir. Təhsil haqqında qanunda da bu var. Şagirdi avtobusa söyüşlə, təhqirlə mindirirlər, bu da onların psixologiyasına təsir edir. Bu məsələni heç psixoloqlar da qaldırmır. Bir neçə nəfər cəzalansa və bunu təbliğatı aparılsa, heç kəs şagirdi gediş haqqı vermədiyi üçün təhqir etməz. Şagird məktəbə nəylə getməlidir? Piyada? "Valideyn sənə pul verir, amma siz vermirsiniz” fikirində şagirdə böhtan atılır. Hardan bilirsən ki, doğrudan da pul veriblər? Bunlar gənc nəsili, yeniyetmələri bilərəkdən zəhərləyirlər. Düşünürəm ki, burada Elm və Təhsil Nazirliyindən nəsə ummaq yersizdir. Onlar nəsə etmək istəsəydilər, bunu çoxdan edərdilər”.

Bahar Rüstəmli
 

Bölmənin digər xəbərləri

02 Yanvar 2025 DSMF - tərəfindən hansı əsaslardan Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununin bu 2 maddəsi tətbiq olunmur
02 Yanvar 2025 Yaşayış minimumu 285 manat oldu
02 Yanvar 2025 Bu bankdakı əməliyyat dələduzkuq deyil nədir? - Mərkəzi Bankda bunu görməzdən gəlir...
01 Yanvar 2025 Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb
01 Yanvar 2025 Bakı sakininə qaza görə 12 min manat borc gəldi
31 Dekabr 2024 ABŞ Ukraynaya 3,4 milyard dollar yardım ayırıb
30 Dekabr 2024 Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar?
29 Dekabr 2024 Her beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF
29 Dekabr 2024 Azərbaycan Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddətini dəyişəcək
28 Dekabr 2024 "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
27 Dekabr 2024 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)
27 Dekabr 2024 Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf
27 Dekabr 2024 Pensiya və maaş artımları bu tarixdən veriləcək
26 Dekabr 2024 Culfa sakini dalağı çıxarılan oğlunun pensiyasının kəsilməsinə ETİRAZ EDİR – Rəsmi qurumlar isə...
26 Dekabr 2024 Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
25 Dekabr 2024 Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
24 Dekabr 2024 Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
23 Dekabr 2024 Əmək və icra intizamının pozulmasına görə işçiyə tədbiq olunan əmək intizam tənbehi - - Əmək müqaviləsinin ləğvi ilə nəticələnməməlidir.
23 Dekabr 2024 Naxçıvanda çörək qıtlığı hiss edilir
22 Dekabr 2024 “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem

Dünyapress TV

Xəbər lenti