Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.
İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığını bildirib:
"Vətəndaş bilməlidir ki, hökümət bir bank üzrə 100 min manata qədər əmanəti sığortalayır. Belə ki, vətəndaşın gəliri 12 faizdən, xarici valyutada isə gəliri 2.5 faizdən aşağıdırsa, əmanətləri sığortalanır. Vətəndaş banka pul yatırarkən bəzən manata etibar etmir. Deyirlər manat risklidir. Dolları isə banka qoymaq istəmir. Bu zaman fikirləşir ki, 2.5 faizə görə banka niyə görə pul qoyum. Daha yüksək faiz verən banka isə etibar etmir. Hər bir vətəndaşın risk profili var. Əgər vətəndaş qısa müddətə nə isə alacaqsa, yığdığı pulu banka qoyması lazım deyil. İlk olaraq banklarda kifayət qədər depozit portvelləri var. Əgər banklara vəsait lazımdırsa, bu zaman faizi qaldırmalıdır. Amma faizlərə baxanda görürük ki, kifayət qədər yüksək deyil. Son aylar müəyyən qədər artım olsa da, ümumi olaraq əvvəlki illlərə görə depozit faizləri düşüb. Bu o deməkdir ki, bankların vətəndaşdan gələn pula ehtiyacı yoxdur. Bank vətəndaşın pulunu götürdükdən sonra bu pula faiz qoyub satmalıdır. Yəni bankdan kredit götürənlər də olmalıdır. Burada vətəndaşın və bankın ayrı-ayrı maraqları var. Son illər inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxarıb".