Himalay Məmişov müharibə veteranlarına verilən 80 manatın çox olduğunu "isbat" etdi...
Himalay Məmişov müharibə veteranlarına verilən 80 manatın çox olduğunu

Hər axşam bir saat toyda oxuyub 500 manat alan müğənni-xalq artistinə ayda 300 manat vermək olar, amma təsadüfən düşmən gülləsinə tuş gəlməyən, sağ qalan müharibə veteranına 80 manatdan çox vermək olmaz...

ƏƏSMN nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bəyan etdi ki, "veteranlara verilən 80 manat komunal xərclərini ödəməyə imkan verir, hətta hesablamalara görə, hər bir veteranın kommunal xərcini ödəyir və 20 manat artıq qalır"! - deyir.

DSMF sədri Himalay Məmişov belə deməklə, əslində Qarabağ müharibə veteranlarına bəslədiyi antipatiyanı açığa çıxardı. Himalay Məmişovun işlətdiyi söz özünün yox, hakimiyyət tərəfdən onun qulağına fısıldadılmış sözdür. Çünki hakimiyyət müharibə veteranlarına təyin olunmuş 80 manat aylıq təqaüdü 200 manata qaldırmaq istəmir.

Halbuki müharibə veteranlarına 2019-cu ildə təyin olunmuş 80 manat 5 il bundan öncə verilməyə başlayıb. Keçən müddətdə sosial-iqtisadi, komunal, təqaüd, minimum əmək haqqı və digər bu kimi ödənişlər bir neçə dəfə artırılıb, hər nəfərə düşən ehtiyac zənbili və qiymətlər sürətlə artıb.

DSMF sədri Himlay Məmişov və ondan yuxarıda oturanlar nəzərə almır ki, hər ay əməkdar artistə 150 manat, xalq artistinə 200 manat, (artistlərin hər axşam toylardan qazandıqları azmış kimi) heç bir elmi ixtirası olmayan, təqaüdə çıxan fəlsəfə doktoruna təqaüddən əlavə 300 manat, professora 400 manat pul verən dövlət, torpağı canı bahasına qoruyan və təsadüf nəticəsində müharibənin od - alovundan çıxan müharibə veteranına isə ayda 80 manat vermək sadəcə, vicdansızlıqdır!..

Müharibə veteranlarına ən az aylıq təqaüd verilməsinin başqa bir səbəbi də odur ki, müharibə veteranları arasında onminlərlə məmurun nə övladı, nə də qohum-əqrabası yoxdur!
Ona görə də, Azərbaycanda dövlət vəzifəsi tutan bütün məmurları müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin ağır vəziyyəti maraqlandırmır.

Ölkə Prezidenti tapşırıq, göstəriş verib, israr etsə də, ölkənin məmur korpusu öz bildiyini edir, əksər vaxt da ölkə başçısına saxta məlumatlar verib, işi bitmiş hesab edirlər.

Mütəxəssislərin hesablamalarına görə, əgər dövlət müharibə veteranlarına və qazilərə hər ay 500 manat təqaüd versə, il ərzində dövlət 30 milyon manat pul xərcləməli olar. Amma elə məmurlarımız var ki, dövlətdən ildə 50 milyondan çox pul mənimsəyir.

Rüşvət və korrupsiya əməlinə görə, neçə-neçə həbs olunmuş və hazırda ev dustaqlığına buraxılmış sabiq DSMF sədri Səlim Müslümovun mənimsədiyi 2,5 milyardı, Azərbaycan Beynəlxalq Bankın sabiq müdiri, hazırda özü həbsdə olan, arvadı Londonda lüks həyat sürən Cahangir Hacıyevin dağıtdığı 16 milyard manat və çoxsaylı rüşvətxor məmurların xaricə daşıdıqları milyardlarla pulun yanında ildə 30-50 milyon pulun qazilərə və müharibə veteranlarına verilməsi Azərbaycan kimi torpağının altı da, üstü də qızıl olan dövlət üçün nədir ki?!..

Görəsən, Himalay Məmişov kimi məmurların oğlu, bacısı oğlu, qardaşı oğlu və digər qohumlarının övladları şəhid, qazi, müharibə veteranı olsaydı, onlara belə yad münasibət bəsləyərdimi?! Belələri camaat qarşısına çıxıb yaramaz-yaramaz danışanda xəcalət çəkib, utanmırlar?!..
paralel.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti