Hesab edirəm ki, aşağıda göstərilən bu qayda işçilərin əmək və işsizlikdən sığorta almaq hüququnun pozulması ilə nəticələnir. Əmək müqaviləsi ləğv edilmiş və işsizlik sığorta pulu almaq hüququ olan işçilərə - bu ödəniş nədən,işdən azad olunduqları gün və ya gündən deyil, qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır? Bu Qərarı qəbul edənlər nədən fikirləşmirlər ki, işçinin işsizlik sığortası almaq hüququ qeydiyyata alınan gündən deyil, Əmək müqaviləsi ləğv olunduğu gündən yaranır. Bu barədə olan fikrimi sadə bir misalla izah edirəm, məsələn: 2023-cü ilin iyul ayının 31-də əmək müqaviləsi ləğv edilmiş işçi, 01 avqust 2023-cü ildə işsiz kimi qeydiyyata alınarsa, ona işsizlik sığortası 01 sentyabr 2023-cü ildın başlayaraq ödəniləcək. Nəticədə, işsiz qalan, işsizlik sığortası almaq hüququ olan işçi, 1 ay üçün işsizlik sığortası pulu ala bilməyəcək, bu sahədə hüququ pozulmuş olacaq AR-sı Nazirlər Kabinetinin 28 dekabr 2017- ci il tarixli, 620 saylı "Sığorta ödənişinin verilməsi Qaydasının ”nın 4.6-c maddəsi: Sığorta ödənişi - sığorta olunmuç işçilərin “Məşğulluq haqqında” AR-sı Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Azər Quliyev. Teref.az