Ermənistan parlamenti ilkin oxunuşda “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Gununsesi.info xəbər verir ki, səsvermə nəticəsində 63 deputat layihənin lehinə, 7 deputat isə əleyhinə səs verib. Hakim partiyanın deputatları hesab edirlər ki, bu sənəd Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət anlamına gəlmir, əksinə, siyasi iradənin ifadəsi və Aİ-yə ünvanlanan bir mesajdır. Ancaq müxalif “Ermənistan” fraksiyasının deputatları bu addımı seçkilər öncəsi daxili siyasi maraqlara xidmət edən xarici siyasət avantürası və biabırçı blef kimi qiymətləndirirlər.