Azərbaycan və Türkiyə Ermənistanla sülh prosesini müzakirə edib
Sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

“Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb”, Xarici İşlər Nazirliynin məlumatında deyilir.

Səfir Serdar Kılıçın Azərbaycana səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan sülh proesini müzakirəsindən bir gün sonraya təsadüf edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında deyilir ki, ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb və Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib.

“Dövlət katibi Blinken tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası qaydalarına dair razılaşmanı alqışladı. Dövlət katibi Blinken və baş nazir Paşinyan ABŞ və Ermənistan arasında əlaqələrin genişləndirilməsi, o cümlədən enerji, ticarət və investisiya, təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Dövlət katibi ABŞ-ın Ermənistan xalqına və bütün Qafqaz regionuna fayda verəcək firavan, demokratik və müstəqil Ermənistanı dəstəkləmək üçün davamlı səylərə sadiqliyini bir daha təsdiqləyib”, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Rusiya Baş nazirnin müavini Aleksey Overçuk isə sentyabrın 14-də Ermənistana səfəri zamanı jurnalistlərlə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini şərh edib.

“Demək istəyirəm ki, blokun açılması üç dövlətin liderlərinin əldə etdiyi və 9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa hazırdır və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, o qeyd edib.

Xatırladaq ki, son günlər Azərbaycanın Ermənistanın ərazisi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına quru yolunun açılması barədə üçtətəfli bəyanatda yer alan “Zəngəzur dəhlizi” məsələsi ətrafında İran, Rusiya, Azərbaycan və Ermənistan tərəfindən ziddiyyətli fikirlər səslənməkdədir. İran bu yolun açılmasının əleyhinə, Rusiya və Azərbaycan isə lehinə çıxış edir. Bu arada Ermənistan həmin yolda daşımalara nəzarətin bu ölkənin təhlükəzilik qüvvələrinin nəzarətində olmasını istəyir.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək

Dünyapress TV

Xəbər lenti