Ardını oxu...
Yaxın günlərdə “3+3” platformasının növbəti iclası Türkiyədə baş tuta bilər.

Rusiya Xariciş İşlər Nazirliyinin məbtuat katibi Mariya Zaxarova son mətbuat konfrasında bildirib ki, Türkiyədə “3+3” formatında xarici işlər nazirlərinin görüşü gözlənilir.

Platformanın növbəti görüşündə Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri iştirak edəcəklər.

Maraqlıdır, Türkiyədə bu görüşün baş tutma ehtimalı nə qədərdir? Əgər belə bir görüş baş tutacaqsa, regionla bağlı hansı məsələlər müzakirə olunacaq?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az” -a şərhində qeyd edib ki, “3+3” formatında görüş baş tuta bilər:

“Ola bilsin ki, önümüzdəki aylarda “3+3” platformasının növbəti görüşü baş tutsun. Əgər təşəbbüs iştirakçı ölkələr tərəfindən müsbət qarşılanarsa, bu görüş baş tutacaq.

O ki qaldı görüşdə hansı məsələlərin müzakirə olunacağına, bu, bir qədər qaranlıq qalır. İnanmıram ki, görüşdə ciddi bir nəticə əldə etmək mümkün olsun. Ola bilər ki, tərəflərin müzakirə gündəminə regiondakı münaqişələr, nəqliyyat kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər daxil olacaq.

Çünki altılıq platformanın içərisindəki bəzi dövlətlər üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Rusiya regionda yeni kommunikasiyaların açılmasında maraqlıdır. İran da regional əməkdaşlığı dəstəkləyir, amma Tehran bu kimi məsələlərdə daha çox öz maraqlarına üstünlük verir.

Eyni zamanda, bu görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi də müzakirə predmentinə çevrilə bilər. Amma növbəti görüşün ciddi nəticə verəcəyini indidən proqnozlaşdırmaq bir qədər çətindir.

Ümumi götürəndə əsas odur ki, “3+3” platformasının növbəti görüşü baş tutsun və platforma tam olaraq fəaliyyətə başlasın. Ondan sonrakı mərhələlərdə regionla bağlı bir çox önəmli məsələləri müzakirə etmək olar”.
Ardını oxu...
ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris bəyan edib ki, Donald Trampla CNN-də yeni teleduelə hazırdır. "Çox gecdir", - Tramp cavab verib.

Bu barədə Harrisin seçkiöncəki kampaniyası sentyabrın 21-də məlumat verib. CNN teleduelin oktyabrın 23-də keçirilməsini təklif edib. Məlumatı "dw.com" nəşri yayıb.

ABŞ vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CNN telekanalının Respublikaçılar Partiyasından öz opponenti Donald Trampla yeni debatlara dəvətini qəbul edib.

Donald Tramp bu dəvətdən imtina edib. "Növbəti debatların problemi ondadır ki, həddən artıq gecdir, səsvermə artıq başlayıb", - o, bu barədə Şimali Karolina ştatında mitinqdə bəyan edib və qeyd edib ki, artıq üç ştatda vaxtından əvvəl səsvermə keçirilir.

Ötən həftə Tramp həmçinin öz rəqibi ilə yeni debatlardan imtina edib. "Üçünçü debat olmayacaq!" (ilk debat Baydenlə, ikincisi Harrislə olub-red.), - o, "Truth Sosial" platformasında böyük hərflərlə yazıb.

Bu telekanalın təklif etdiyi debatlar studiyada tamaçıların iştirakı olmadan saatyarım davam etməlidir. Görüş zamanı namizədlər moderatorların suallarını cavablandırmalıdır.

Bu təklif bu yaxınlarda, sentyabrın 11-də "ABC News" telekanalında Tramp və Harris arasında baş tutan debatlar fonunda verilib. Bu debatlardan sonra hər iki namizəd özünün qalib olduğunu bəyan edib.

Lakin bu debatları 67 milyondan çox adam izləyib və teledueldən sonra keçirilən sorğular göstərib ki, Harris bir qədər üstünlüklə qalib gəlib. Ekspertlər də eyni fikirdədir.

İyunun 27-də Trampın prezident Baydenlə teledebatları keçirilib, tamaşaçılar və ekspertlərin dəyərləndirmələrinə görə, bu teledebatlar Bayden üçün uğursuz olub.

Bir neçə həftədən sonra Ağ Ev rəhbəri öz namizədliyi geri götürüb və vitse-prezident Kamala Harrisin namizədliyini təklif edib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-nin Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə Azərbaycanın xarici siyasət idarəsi Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar Tehrana başsağlığı vermişdi.
 
Ardını oxu...
Azərbaycan və Ermənistan Sovet İttifaqının dağılmasından sonra ilk dəfə münasibətlərinə yenidən baxmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini tanımaq imkanı əldə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti “Ermənistan və Azərbaycanın böyük sülh şansı var” sərlövhəli məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, iki hərbi əməliyyat – 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrındakı birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan de-fakto Ukraynanın Qərbin milyard dollarlarla ölçülən maliyyə və siyasi dəstəyinə sahib olmaqla 2014-cü ildən uğrunda mübarizə apardığı şeyi əldə edib – 1991-ci ildə SSRİ-nin dağılmasından sonra beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz milli suverenliyini bərpa edib.

Məqalə müəllifi vurğulayıb ki Azərbaycan postsovet dövründə ilk dəfə bütün ərazisi üzərində suverenliyini həyata keçirir.

Müəllif həmçinin Birinci Qarabağ Müharibəsinin 1988-ci ildə – hələ Sovet İttifaqı dağılmamış, Sovet Vətəndaş Müharibəsi kimi başladığını da xatırladır. “1994-cü ildə müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsi Ermənistanın işğalı altında qalmışdı”, – o yazır.

“Sovet İttifaqının dağılmasından sonra ilk dəfə tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz qonşuluqlarını yenidən nəzərdən keçirmək imkanı əldə edib. Bakı və İrəvan hökumətləri, deyəsən, bunu başa düşür: tərəflər arasında dialoq gedir. Dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri, habelə baş nazirin müavinləri, xarici işlər nazirlikləri və xarici siyasət məsələləri üzrə baş müşavirlər səviyyəsində təmaslar saxlanılır. İki ölkənin hökumət nümayəndələri artıq yeddiyə yaxın görüş keçiriblər”, – məqalədə deyilir.

Müəllif rəsmi açıqlamalara istinad edərək, Aİ və ya ABŞ-nin iştirakı olmadan Bakı ilə İrəvan arasında aparılan ikitərəfli danışıqlar formatının effektiv olmasına diqqət çəkir.

“Bildirilir ki, yaxınlarda Berlində daha bir görüş olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi dialoqa da, görünür, təmin edilib”, – qəzet yazır.

Qeyd edilənlərin yekunu olaraq müəllif vurğulayır ki, noyabrda Bakıda keçirilməsi planlaşdırılan COP29 iqlim konfransına qədər sülh sazişinin imzalanıb-imzalanmayacağı hələ dəqiq deyil. “Lakin hər iki tərəf artıq diplomatik münasibətlərin qurulmasını müzakirə edir”, – o yazır.
 
Ardını oxu...
VII çağırış Milli Məclisin deputatı seçilmiş şəxslər aşağıdakılardır:

– 1 Saylı Şərur-Sədərək Seçki Dairəsi – Ziyafət Əsgərov;

– 2 Saylı Şərur-Kəngərli Seçki Dairəsi – Siyavuş Novruzov;

– 3 Saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi – Səttar Möhbalıyev;

– 4 Saylı Naxçıvan Şəhər Seçki Dairəsi – Eldar İbrahimov;

– 5 Saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi – Ülviyyə Həmzəyeva;

– 6 Saylı Ordubad-Culfa Seçki Dairəsi – Vüqar Rəhimzadə;

– 7 Saylı Səbail Seçki Dairəsi – Nigar Arpadarai;

– 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi – Azay Quliyev;

– 9 Saylı Binəqədi İkinci Seçki Dairəsi – Kəmaləddin Qafarov;

– 10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsi – Elşad Musayev;

– 11 Saylı Binəqədi-Qaradağ Seçki Dairəsi – Səbinə Xasayeva;

– 12 Saylı Xəzər Birinci Seçki Dairəsi – Soltan Məmmədov;

– 13 Saylı Xəzər İkinci Seçki Dairəsi – Gülşən Paşayeva;

– 14 Saylı Xəzər-Pirallahi Seçki Dairəsi – Günay Əfəndiyeva;

– 15 Saylı Yasamal Birinci Seçki Dairəsi – Ülvi Quliyev;

– 16 Saylı Yasamal İkinci Seçki Dairəsi – Erkin Qədirli;

– 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi – Göydəniz Qəhrəmanov;

– 18 Saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi – Rasim Musabəyov;

– 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi – Hikmət Məmmədov;

– 20 Saylı Nərimanov İkinci Seçki Dairəsi – Samir Vəliyev;

– 21 Saylı Nəsimi-Binəqədi Seçki Dairəsi – Məlahət İbrahimqızı

– 22 Saylı Nəsimi-Yasamal Seçki Dairəsi – Asim Mollazadə;

– 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi – Ziyad Səmədzadə;

– 24 Saylı Nizami Birinci Seçki Dairəsi – Könül Nurullayeva;

– 25 Saylı Nizami İkinci Seçki Dairəsi – Əli Əhmədov;

– 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi – Fazil Mustafa;

– 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi – Arzuxan Əlizadə;

– 28 Saylı Sabunçu Üçüncü Seçki Dairəsi – Eldar Quliyev;

– 29 Saylı Sabunçu Dördüncü Seçki Dairəsi – Azər Allahverənov;

– 30 Saylı Suraxanı Birinci Seçki Dairəsi – Sevinc Fətəliyeva;

– 31 Saylı Suraxanı İkinci Seçki Dairəsi – Qaya Məmmədov;

– 32 Saylı Suraxanı Üçüncü Seçki Dairəsi – Afət Həsənova;

– 33 Saylı Xətai Birinci Seçki Dairəsi – Zahid Oruc;

– 34 Saylı Xətai İkinci Seçki Dairəsi – Mixail Zabelin;

– 35 Saylı Xətai Üçüncü Seçki Dairəsi – Pərvanə Vəliyeva;

– 36 Saylı Xətai-Suraxanı Seçki Dairəsi – Qüdrət Həsənquliyev;

– 37 Saylı Qaradağ Seçki Dairəsi – Aydın Hüseynov;

– 38 Saylı Gəncə Birinci Seçki Dairəsi – Naqif Həmzəyev;

– 39 Saylı Gəncə İkinci Seçki Dairəsi – Pərvin Kərimzadə;

– 40 Saylı Gəncə Üçüncü Seçki Dairəsi – Musa Quliyev;

– 41 Saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi – Müşfiq Cəfərov;

– 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsi – Hicran Hüseynova;

– 43 Saylı Sumqayıt İkinci Seçki Dairəsi – Tahir Mirkişili;

– 44 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi – Mehriban Vəliyeva;

– 45 Saylı Sumqayıt Dördüncü Seçki Dairəsi – Səbinə Salmanova;

– 46 Saylı Sumqayıt Beşinci Seçki Dairəsi – Elnarə Akimova;

– 47 Saylı Sumqayit-Abşeron-Qaradağ Seçki Dairəsi – Zaur Şükürov;

– 48 Saylı Abşeron Birinci Seçki Dairəsi – Nigar Məmmədova;

– 49 Saylı Abşeron İkinci Seçki Dairəsi – Rizvan Nəbiyev;

– 50 Saylı Abşeron Üçüncü Seçki Dairəsi – Ramid Namazov;

– 51 Saylı Şirvan Seçki Dairəsi – Heydər Əsədov;

– 52 Saylı Yevlax Seçki Dairəsi – İlham Məmmədov;

– 53 Saylı Yevlax-Mingəçevir Seçki Dairəsi – Əli Hüseynli;

– 54 Saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə;

– 55 Saylı Siyəzən-Quba-Xizi Seçki Dairəsi – Müşfiq Məmmədli;

– 56 Saylı Şabran-Xaçmaz Seçki Dairəsi – Mahir Süleymanlı;

– 57 Saylı Xaçmaz Şəhər Seçki Dairəsi – Ağalar Vəliyev;

– 58 Saylı Xaçmaz Kənd Seçki Dairəsi – Sevil Mikayılova;

– 59 Saylı Quba Seçki Dairəsi – Əlibala Məhərrəmzadə;

– 60 Saylı Quba-Qusar Seçki Dairəsi – Anatoliy Rafailov;
– 61 Saylı Qusar Seçki Dairəsi – Azər Badamov;

– 62 Saylı Kürdəmir Seçki Dairəsi – Əminə Ağazadə;

– 63 Saylı Haciqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov;

– 64 Saylı Salyan Seçki Dairəsi – Sadiq Qurbanov;

– 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi – Günay Ağamalı;

– 66 Saylı Saatli Seçki Dairəsi – Əziz Ələkbərov;

– 67 Saylı Sabirabad Seçki Dairəsi – Əhliman Əmiraslanov;

– 68 Saylı Sabirabad-Şirvan Seçki Dairəsi – Kamal Cəfərov;

– 69 Saylı Biləsuvar Seçki Dairəsi – Bəhruz Məhərrəmov;

– 70 Saylı Neftçala Seçki Dairəsi – Tənzilə Rüstəmxanlı;

– 71 Saylı Cəlilabad Şəhər Seçki Dairəsi – Malik Həsənov;

– 72 Saylı Cəlilabad Kənd Seçki Dairəsi – Elman Nəsirov;

– 73 Saylı Masalli-Cəlilabad Seçki Dairəsi – Fəzail İbrahimli;

– 74 Saylı Masalli Seçki Dairəsi – Məşhur Məmmədov;

– 75 Saylı Yardimli-Masalli Seçki Dairəsi – Musa Qasımlı;

– 76 Saylı Lənkəran-Masalli Seçki Dairəsi – Cavanşir Paşazadə;

– 77 Saylı Lənkəran Şəhər Seçki Dairəsi – Fariz İsmayılzadə;

– 78 Saylı Lənkəran Kənd Seçki Dairəsi – Anar İsgəndərov;

– 79 Saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov;

– 80 Saylı Lerik-Astara Seçki Dairəsi – Vasif Qafarov;

– 81 Saylı İmişli Seçki Dairəsi – Razi Nurullayev;

– 82 Saylı İmişli-Saatli Seçki Dairəsi – Səyyad Salahlı;

– 83 Saylı Beyləqan Seçki Dairəsi – Şahin İsmayılov;

– 84 Saylı Füzuli Seçki Dairəsi – Vüqar Bayramov;

– 85 Saylı Füzuli-Ağcabədi Seçki Dairəsi – Aqil Abbasov;

– 86 Saylı Ağcabədi Seçki Dairəsi – Tahir Rzayev

– 87 Saylı Qobustan-Şamaxi-Ismayilli Seçki Dairəsi – Şahin Seyidzadə;

– 88 Saylı Şamaxi Seçki Dairəsi – Tamam Cəfərova;

– 89 Saylı İsmayilli Seçki Dairəsi – Novruzəli Aslanov;

– 90 Saylı Ağsu Seçki Dairəsi – Elçin Mirzəbəyli;

– 91 Saylı Göyçay Seçki Dairəsi – Samir Hacıyev;

– 92 Saylı Göyçay-Ağdaş Seçki Dairəsi – Məzahir Əfəndiyev;

– 93 Sayli Ağdaş Seçki Dairəsi – Sahib Alıyev;

– 94 Saylı Ucar Seçki Dairəsi – Ramil Həsən;

– 95 Saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi – Jalə Əliyeva;

– 96 Saylı Goranboy-Naftalan Seçki Dairəsi – Bədəl Bədəlov;

– 97 Saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi – Anar Məmmədov;

– 98 Saylı Bərdə-Tərtər Seçki Dairəsi – Xanlar Fətiyev;

– 99 Sayli Bərdə Seçki Dairəsi – Fatma Yıldırım;

– 100 Saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi – Kamran Bayramov;

– 101 Saylı Samux-Şəmkir Seçki Dairəsi – Mübariz Qurbanlı;

– 102 Saylı Şəmkir Şəhər Seçki Dairəsi – Sahibə Qafarova;

– 103 Saylı Şəmkir Kənd Seçki Dairəsi – Nurlan Həsənov;

– 104 Saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova;

– 105 Saylı Tovuz-Gədəbəy Seçki Dairəsi – Arzu Nağıyev;

– 106 Saylı Tovuz Seçki Dairəsi – Nizami Səfərov;

– 107 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi – Ülviyyə Ağayeva;

– 108 Saylı Ağstafa Seçki Dairəsi – Azər Əmiraslanov;

– 109 Saylı Qazax Seçki Dairəsi – Səməd Seyidov;

– 110 Saylı Balakən Seçki Dairəsi – Nəsib Məhəməliyev;

– 111 Saylı Zaqatala-Balakən Seçki Dairəsi – Azər Kərimli;

– 112 Saylı Zaqatala Seçki Dairəsi – Asif Əsgərov;

– 113 Saylı Qax-Şəki Seçki Dairəsi – Əli Məsimli;

– 114 Saylı Şəki Şəhər Seçki Dairəsi – Vüqar İsgəndərov;

– 115 Saylı Şəki Kənd Seçki Dairəsi – Cavanşir Feyziyev;

– 116 Saylı Qəbələ Seçki Dairəsi – Elşən Musayev;

– 117 Saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi – Eyvaz Qurbanov;

– 118 Saylı Ağdam-Xocalı Seçki Dairəsi – Elman Məmmədov;

– 119 Saylı Ağdam Seçki Dairəsi – Bəxtiyar Əliyev;

– 120 Saylı Cəbrayil-Qubadli Seçki Dairəsi – Ceyhun Məmmədov;

– 121 Saylı Laçin Seçki Dairəsi – Rövşən Muradov;

– 122 Saylı Xankəndi Seçki Dairəsi – Tural Gəncəliyev;

– 123 Saylı Kəlbəcər Seçki Dairəsi – Mircəlil Qasımlı;

– 124 Saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi – Polad Bülbüloğlu;

– 125 Saylı Zəngilan-Qubadli Seçki Dairəsi – İmamverdi İsmayılov.
 
Ardını oxu...
Sabah saah 15:00-da Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

“AzPolitika” xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin təsdiq olunması ilə bağlı müraciətinə baxılacaq. Həftənin ilk günlərində isə VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək.

Məlumatlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, iclasda Sahibə Qafarovanın yenidən Milli Məclisin spikeri seçiləcəyi ehtimalı yüksəkdir. Lakin bu 100 faizli məsələ deyil. Spikerin dəyişəcəyi variantı da istisna deyil. Unutmayaq ki, YAP-ın keçmiş icraçı katibi Əli Əhmədov Baş nazirin müavini kimi mötəbər postdan götürülüb və parlamentə göndərilib. Düzdür, bəzi məlumatlara görə Əli Əhmədov birinci vitse-spiker də seçilə bilər. Amma qeyd etdiyimiz kimi, onun spiker olacağını da istisna etməməliyik.

Qeyd edək ki, VI çağırş parlamentdə birinci vitse-spiker postunu Əli Hüseynli tutub. O, həm də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Mənbə bildirir ki, Ə.Hüseynli komitə sədri postu ilə kifayətlənəcək.

Digərlərinə gəlincə, müxalifət partiyalarının parlament rəhbərliyində kürsüsü qorunub saxlanılır. Yenə ən çox mandata sahib olan partiyanın nümayəndəsi vitse-spiker olacaq. 3 millət vəkili olan Vətəndaş Həmrəyliyi Partiyasından deputat seçilmiş Fəzail İbrahimlinin yenidən sədr müavinliyinə əsas namizəd olacağı gözlənilir.

Bitərəflərin nümayəndəsinə gəlincə, VI çağırş Milli Məclisdə bu postu tutmuş Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğuna görə onu yeni şəxs əvəzləyəcək. Mənbələr yeni deputat seçilmiş "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin keçmiş sədri Şahin Seyidzadənin vitse-spikerliyə namizəd olacağını qeyd edirlər.

Məlumatda o da bildirilir ki, Milli Məclisin komitə sədrləri və sədr müavinlərinin sırasında da bəzi dəyişikliklər gözlənilir. Bəzi müxalifət nümayəndələri əvvəlki çağırış parlamentdə olduğu kimi komitə sədrinin müavinləri olacaq.


Məlumatlı mənbə qeyd edir ki, VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olmuş Səməd Seyidovun da postu ilə vidalaşacağı gözlənilir. Onu parlamentə yeni üzv seçilmiş diplomatlardan biri əvəz edə bilər.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da yeni çağırış parlamentdə vəzifə tutmayacağı ehtimal olunur. Mənbə onun postunu YAP-ın siyahısı ilə deputat seçilmiş başqa xanım millət vəkilinin tutacağını qeyd edib.
 
Ardını oxu...
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

 
Ardını oxu...
ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

O, "ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?" sualına belə cavab verib:

"Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.

Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.

Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:

"Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.

Bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı.

Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik".
 

Ardını oxu...
“Türkiyə özünün xarici siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır. Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır. Amma bu, tamamilə qarayaxmadır”.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada bir oteldə təşkil edilən mərasimdə deyib.

O bildirib ki, xarici siyasətinə görə Türkiyəni tənqid etmək qlobal prosesləri düzgün başa düşməmək deməkdir: “Biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi bütün təşkilatlarla əlaqələri inkişaf etdirməyə çalışırıq. Türkiyə bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün bundan daha təbii bir şey yoxdur”.

Ərdoğan əlavə edib ki, Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə qardaş ölkələrlə də əlaqələri inkişaf etdirib. O bildirib ki, Türkiyə bunun üçün bütün imkanlardan istifadə edir: “Üzümüzü Qərbə çevirmişik. Amma bu, o demək deyil ki, Şərqlə əlaqələrimizi inkişaf etdirməyəcəyik”.

Türkiyə lideri deyib ki, ölkəsinin yeni konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, hazırkı konstitusiya Türkiyə demokratiyasına uyğun deyil: “Yeni konstitusiya ilə bağlı nə istədiyimizi, qırmızı xətlərimizin nə olduğunu heç bir şübhə yeri qoymadan dəfələrlə izah etmişik. Demokratik siyasətdə fikir bildirilməsinin qarşısı təbii ki, alına bilməz. Hətta onlarla razılaşmasaq və ya onları yanlış hesab etsək də, zorakılığı təşviq etmədikcə, terrorizmi tərifləmədikcə və ya təhqir etmədikcə bu fərqli fikirlərə tolerantlıq göstərməliyik.

Dövlət başçısı Türkiyənin konstitusiya dəyişikliyində qərarlı olduğunu bildirib.
Ardını oxu...
Sentyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak arasında görüş olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib”, məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, “bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb”.

“Bu xüsusda, 16 sentyabrda Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb”, məlumatda qeyd edilir.

Görüş zamanı postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə ABŞ tərəfinə məlumat verilib.

“Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib”, Xarici İşlər Nazirliyi qeyd edir.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın Azərbaycan səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan və sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir.

Sentyabrın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.

“Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti