Ardını oxu...
Türkiyənin İYİ Partiyasında kütləvi istefalar baş verib.
Bakupost az xəbər verir ki məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, Kayseri üzrə millət vəkili Dursun Ataş və İzmir üzrə millət vəkili Ümid Özlalənin istefasından sonra daha 41 siyasətçi sözügedən partiyadan ayrılıb.
Onların arasında İYİ Partiyasının Şırnak filialının rəhbəri Mehmet Yılmaz İlçi də var.
Qeyd edək ki, İYİ Partiyasının sədri Müsavat Dərvişoğludur.
 
Ardını oxu...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Ardını oxu...
Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir deputat ayrılıb.

Partiyanın sədr müavini, İzmir deputatı Ümit Özlale istefa verib.

O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:

"Bu gündən etibarən partiyadakı vəzifələrimdən və partiyamdan istefa verdiyimi ictimaiyyətə elan edirəm".

Beləliklə, Ümit Özlalenin istefasının ardından İYİ Partiyanın deputat sayı 30-a düşüb. Xatırladaq ki, ötən həftə də partiyanın Kayseridən seçilən deputatı Dursun Ateş istefa verdiyini açıqlayıb.
 
 
 
Ardını oxu...
Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. XİN rəsmisi qeyd edib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Vurğulanıb ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt Konstitusiya və digər sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır: "Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə, bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil". Həmçinin A.Hacızadə bəyan edib ki, Ermənistan tərəfinin "sülh sazişində daxili qanunvericiliyə istinad edilməməsi" iddiası tamamilə əsassızdır: "Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik. Kommunikasiyaların açılması məsələsində də Ermənistan baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb". Nazirlik rəsmisi vurğulayıb ki, hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil: "Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub".
Politoloq Abutalıb Səmədov "Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişində yer alan 16 bəndin 13-nün tam razılaşdırıldığını, 3 bənddə isə qismən razılıq olduğunu deyir.
Ekspert vurğulayıb ki, İrəvan hökumətinin başçısı bunun yetərli olduğunu düşünür və təklif edir ki, əldəki razılaşmalara dayanaraq sülh imzalansın: "Azərbaycanın bunu qəbul etməməsi təbiidir. Hətta 16 bəndin 15-i belə razılaşdırılsa, sadəcə, 1 mühüm məsələnin qalması, sazişdə yer almaması ortadakı sənədin imzalanmasını qeyri-mümkün edəcək. Azərbaycanın mövqeyi odur ki, qalıcı sülhü təmin edəcək sənəd imzalansın. Güman edirəm ki, İrəvan konstruktiv yanaşma sərgiləyərsə, yerdə qalan 3 bəndi də qısa müddətdə razılaşdırmaq olar. Ancaq konstitusiya ilə bağlı dəyişiklik mütləq həllini tapmalıdır. Erməni tərəfinin iddia etdiyi ki, preambulanın dəyişdirilməsi üçün referenduma getməyə ehtiyac yoxdur. Bunu parlament üçdə iki səs çoxluğu ilə reallaşdıra bilər. Ermənistan konstitusiyasının 202-ci maddəsində referenduma çıxarılacaq maddələrin siyahısı var və preambula orada yoxdur. Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentə üçdə iki səs çoxluğu var. 107 yerdən 71-i hakim partiya təmsilçisidir. Yəni istək olsa, Ermənistan Bakının tələbini rahatlıqla yerinə yetirə bilər. Mübahisəli məsələləri qısa müddətdə həll edib sülh sazişini imzalamaq olar".
Siyasi şərhçinin qənaətincə, Paşinyanın natamam sülh sazişi sənədini imzalamaqla bağlı israrının kökündə müəyyən məqamlar dayanır: "Baş nazir yaxşı bilir ki, Azərbaycan yarımçıq sənədə imza atmayacaq. Bu da Ermənistana özünü "sülhpərvər tərəf" kimi göstərməyə imkan verəcək. Guya, əslində, İrəvan hökuməti sülh istəyən, hətta bunda israr edən tərəfdir, Azərbaycan isə buna yaxın durmur. Ancaq bu, qeyri-konstruktiv və uğursuz gedişdir. Qərb ölkələri də Ermənistanın niyyətini başa düşməli və İrəvan hakimiyyətinə zəruri təlimatlar verməlidirlər ki, yaxın aylarda sülh sazişini imzalamaq mümkün olsun. Paşinyanın özünü "sülhsevər" şəxs kimi göstərmə cəhdləri də nəticəsiz qalacaq. Təxribatlardan, pozucu fəaliyyətindən və ikiüzlü siyasətdən əl çəkmədən normal dövlətə çevrilmək, regional əməkdaşlıq qurmaq mümkün olmayacaq".
Ardını oxu...
“İstefamla bağlı xəbəri sizin saytınızdan oxudum. Digər sayta verdiyim açıqlamada mənə aid olan sözlər də var, aid olmayanlar da. Mənə aid olan odur ki, doğrudan da kiminsə arzusu, istəyi var, amma ondan mənim xəbərim yoxdur. Kimsə nəsə arzulayır, nəsə deyir. Bu, hər kəsin öz işidir”.

Bunu Musavat.com-a istefa xəbərini şərh edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O bildirib ki, sentyabrın 15-də KXCP-nin Ali Məclisinin sessiyası olacaq:

“Həmin sessiyada durumun dəyərləndirilməsi olacaq. Ötən sessiyadan bu sessiyaya qədər görülən işlər, digər məsələlər və perspektivlər müzakirə olunacaq. Seçkinin nəticələri, seçkidə iştirakımızla bağlı verilən qərar da qiymətləndiriləcək. Sessiya istənilən məsələni müzakirə edə bilər.

Həmkarınız mənə istefa verən, istefa xəbəri yayılan partiya rəhbərlərini nümunə gətirib, mən isə demişəm ki, başqa partiyanın, başqa şəxslərin işlərinə qoşulmuram. Hər kəs sərbəstdir. Mənim onlara qoşulmağa haqqım yoxdur. Mən başqa partiyalarla maraqlanmıram. Hesab edirəm ki, bu, mənim tərəfimdən doğru olmazdı. Elə partiya var ki, mütləq qurultay keçirməlidir, elə partiya var ki, qurultaysız özünü buraxmalıdır. Bu, bizim işimiz deyil. Ən azından bunu öz işim hesab etmirəm”.

“Sizdən sonra partiyaya kimin rəhbərlik etməyini istərdiniz?” sualına isə Mirmahmud Mirəlioğlu belə cavab verib:

“N qədər adam var. Ad çəkə bilmərəm”.

M. Mirəlioğlu qeyd edib ki, onun partiyadan getmək fikri yoxdur:

“Heç vaxt da olmayıb. Nəyin necə olmasından asılı olmayaraq siyasi fəaliyyətimi davam etdirəcəm”.
 
Ardını oxu...
Ukraynanın Avropa İttifaqına inteqrasiyası səylərimizin mərkəzindədir.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 4-cü Krım platforması sammiti ilə əlaqədar videomüraciəti zamanı deyib.

O qeyd edib ki, bu yay Ukraynanın Aİ-yə qoşulması ilə bağlı rəsmi danışıqların başlaması tarixi hadisədir: “Ukrayna onu dəstəkləyən böyük bir ailəyə qoşulur”.

Avropa Komissiyasının prezidenti bu vaxta qədər Ukraynaya 118 milyard avrodan çox dəstək göstərdiklərini də vurğulayaraq əlavə edib ki, bu dəstəyin davamı gələcək.

“Ukraynalılar ədalət, demokratiya və Avropa gələcəyini cəsarətlə tələb etdilər. Aydındır ki, Krım və Sevastopol Ukraynadır. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər”, - o bildirib.

Ursula fon der Lyayen onu da diqqətə çatdırıb ki, Avropa cinayətlərin hər birini sənədləşdirmək üçün Ukraynanın yanındadır:

“Birlikdə ədalətin bərqərar olmasını təmin edəcəyik. Çünki ədalətsiz sülh sülh deyil. Biz avropalılar ukraynalılar qədər sülh istəyirik, amma ədalətli və davamlı sülh. Həqiqi sülh elə bir şeydir ki, müharibənin təkrarlanmasına şərait yaratmır, insanlara öz gələcəkləri barədə düşünməyə imkan yaradır. Məhz buna görə də Ukraynanın Avropa İttifaqına inteqrasiyası bizim səylərimizin mərkəzindədir. Birlikdə azad və demokratik Ukrayna üçün birləşərək davam edəcək və qalib gələcəyik”.
Ardını oxu...
Misir prezidenti Əbdülfəttah əs-Sisi Avropa ölkələrindən İsrailə Qəzza zolağına hücumlarını dayandırması üçün təzyiq göstərmələrini istəyib.

Redaktor.az xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi MENA-nın məlumatına görə, Qahirəyə gələn Almaniya prezidenti Frank-Valter Ştaynmayer 25 ildən sonra Misirə səfər edən ilk Almaniya prezidenti olub.

Prezident Sisi və Almaniya prezidenti Ştaynmayer paytaxt Qahirədə birgə reyd görüşü keçirib.

Sisi deyib ki, o, alman həmkarı Ştaynmayerlə bir sıra regional məsələləri, həmçinin Əddis-Əbəbənin on ildən artıqdır ki, Qahirə ilə razılaşmaqdan imtina etdiyi Efiopiya İntibah bəndi böhranını müzakirə edib.

İsrailin Qəzza zolağına hücumlarına işarə edən Sisi, Avropa ölkələrinin Qəzzada atəşkəs üçün İsrailə təzyiq etməsinin və İsrailin aclıqdan fələstinlilərə qarşı silah kimi istifadə etməsini rədd etməsinin əhəmiyyətini vurğulayıb.

Sisi qeyd edib ki, ölkəsi ABŞ və Qətərlə sabitliyi təmin edəcək və Qəzzada iztirablara son qoyacaq razılaşma üzərində çalışır.
 

Ardını oxu...
  

ABŞ prezidenti postuna namizəd olan Donald Tramp və Kamala Harrisin debatı keçirilib. 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, debat zamanı ən çox adı hallanan Putin olub. Namizədlər onun adını 12 dəfə çəkib, Rusiya sözünü 11 dəfə işlədiblər.

Tramp deyib ki, o, Putin və Zelenskini tanıyır və ona hörmət edirlər, bunu Bayden haqqında demək olmaz. Respublikaçı vəzifəyə başlamazdan əvvəl Ukrayna münaqişəsini həll edəcəyinə söz verib və əlavə edib ki, belə bir müharibə onun dövründə başlamazdı. O, Baydeni Rusiya Federasiyası ilə təmasların olmamasına görə qınayıb və xatırladıb ki, Rusiya nüvə silahına malikdir.

Harris əmin edib ki, Trampın Ukrayna cəbhəsində hərbi əməliyyatları 24 saat ərzində dayandırmaq planı yalnız Kiyevə yardımdan imtina etməkdən ibarətdir. Eyni zamanda o, qələbə qazanacağı təqdirdə, ABŞ-ı dünyanın ən güclü ordusu ilə təmin edəcəyinə söz verdi.

Ardını oxu...
Terror aktlarından tutmuş çevrilişlərə və media kampaniyalarına qədər bir çox çətinliklərlə üzləşmişik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Ümumi Qərargahında keçirilən Vilayət Başçıları Yığıncağındakı açıqlamasında deyib.

"İşimizə mane olmaq üçün qarşımıza maneələr qoyuldu. Özlərini ölkənin sahibi kimi görən elitalardan, paytaxt dairələrindən, kəşfiyyat təşkilatlarından çoxlu hücumlar olub. Hər hiyləni sınadılar, hər vasitəyə əl atdılar. Biz bütün bu hücumları sipər etdik, dəf etdik, millətimizin köməyi ilə onların tələlərinə qalib gəldik. Biz imkan vermədik ki, bir ovuc təkəbbürlü şəxsiyyətlər millətə ağalıq etsinlər. Ən çətin günlərimizdə belə ümidimizi kəsmədik. Biz həmişə demişik ki, Allah və millət də bizə bəsdir", - Ərdoğan qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, müxalifət acınacaqlı vəziyyətdədir: "Ətraf mühitin talanları tüğyan edir. İzmirdə balıq nəfəs ala bilmir. Onların öz işlərindən xəbərsizliyi hətta öz bazalarının səbrini də tükəndirir.

Verdikləri vədləri yerinə yetirmək üçün heç bir səy göstərilmir, bunun əvəzinə davalar, çəkişmələr və oyunlar var. Millətin iradəsini təhqir edən şəxsi İzmirə fəxri qonaq yerləşdirdilər. Atatürkün partiyasını himayəçi partiyaya çevirdilər. Millətin iradəsinə hörmət etmək lazımdır. Özgür Özəlin millətə üzrxahlıq borcu var".
 
 
 
    
Ardını oxu...
İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov əvvəllər Rusiya prezidenti yanında regionun daimi nümayəndəsi vəzifəsini tutmuş Mikayıl İlesi senator təyin edib.

Bu barədə Kalimatov Telegram kanalında yazıb.

"Mən Federasiya Şurasında Rusiya Federasiyasının senatoru Mikayıl İlezova səlahiyyətlərin verilməsi haqqında fərman imzaladım. Mən İnquşetiya Respublikası hökumətinin istefası haqqında fərman imzaladım, Nazirlər Kabineti yeni tərkib formalaşana qədər fəaliyyətini davam etdirəcək", - Kalimatov yazıb.\\Redaktor.az
 

Dünyapress TV

Xəbər lenti