Ardını oxu...
İsrail müsəlman ölkələri ilə münasibətlər qurmaq üçün fəaliyyətini genişləndirir.
Teref.az “EurAsia Daily”ə istinadən xəbər verir ki, Sudanın İsraillə “İbrahim razılaşması”na qoşulan növbəti müsəlman ölkəsi olması ehtimalı var.
Bildirilir ki, son günlər Təl-Əviv və Xartum arasında intensiv danışıqlar gedir. Rəsmi ABŞ-ın tərəflər arasında vasitəçi kimi çıxış etdiyi qeyd olunur.
Sudan 2020-ci ilin oktyabrında “İbrahim sazişləri”nə qoşulmaqda maraqlı olduğunu elan edib və üç ay sonra ABŞ Maliyyə Naziri Stiven Mnuçinin iştirakı ilə sazişin deklorativ hissəsini imzalayıb. Lakin o zaman Xartum Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən fərqli olaraq, İsraillə müvafiq sənədə tam şəkildə qol çəkməyib.
2021-ci ilin oktyabrında Sudanda baş verən hərbi çevrilişdən sonra İsrail rəsmiləri ölkələr arasında diplomatik münasibətlərin qurulması şanslarının azaldığına işarə ediblər.
Lakin İsrailin hərbi-siyasi rəhbərliyi ilə Sudan ordusunun yüksək rütbəli üzvləri arasında ABŞ-ın xahişi ilə münasibətlər normallaşdıqdan sonra İsrail nümayəndə heyətlərinin Sudana səfəri barədə bir neçə xəbər yayılıb.
Bundan əlavə, İsrail indi Mavritaniya və İndoneziya da daxil olmaqla digər müsəlman ölkələri ilə də razılaşmalar əldə etməyə ümidlidir.
Publika.az
 
Ardını oxu...
İstanbuldakı konsulluqlarını bağlayan 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA TRT Haberə istinadən xəbər verir ki, Türkiyədəki “təhlükəsizlik təhdidi” səbəbi ilə İstanbuldakı konsulluqlarının fəaliyyətinə ara verən Almaniya, Niderland, Britaniya və İsveçrə ilə yanaşı, ümumilikdə 9 ölkənin səfirləri XİN-ə çağırılıb.
Ardını oxu...
Belarus prezidenti Aleksandr Lukaşenkonun Zimbabveyə səfəri başa çatıb.

Hava limanında rəsmi qonaq fəxri qarovul dəstəsi, musiqi və keçi ilə yola salınıb. Video sosial şəbəkələrdə yayılıb.

Bildirlib ki, dördayaqlı yerli fəxri qarovul dəstəsinin ştat üzrə işçisidir. Keçinin buynuzları, dırnaqları və quyruğu rənglənib.

Qeyd edək ki, Lukaşenkonu hava limanında Zimbabve lideri Emmerson Mnanqaqva şəxsən yola salıb və o, Belarus rəhbərinə bu səfərin yaddaqalan anlarını əks etdirən fotoalbom təqdim edib.

Xatırladaq ki, yanvarın 31-də Lukaşenko Zimbabve prezidentinə traktor hədiyyə edib, əvəzində isə şir müqəvvası alıb.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokman Bakıya gəlib. O həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək. Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir.

ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib. Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu Azərbaycanın da maraqlarına uyğundur.
"Atlas" Araşdırmalar Mərkəzi
DİA.AZ
Ardını oxu...
Hollandiyanın İstanbul Beyoğlu Baş Konsulluğu Konsulluq ətrafında baş verə biləcək etiraz nümayişləri və Qərb hədəflərinə artan təhlükə səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb.

Hollandiyanın İstanbul Baş Konsulluğundan verilən açıqlamada İstanbul Beyoğlu Baş Konsulluğunun 30 Yanvar tarixindən etibarən müvəqqəti olaraq bağlanacağı açıqlanıb.

Bəyanatda aşağıdakılar yer alıb:

“Hollandiyanın İstanbuldakı Baş Konsulluğu ətrafında baş verə biləcək etirazlar və Qərb hədəflərinə artan təhlükə səbəbindən Hollandiyanın İstanbuldakı Baş Konsulluğu 30 Yanvar 2023-cü il tarixindən etibarən müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanacaq”.
 
Ardını oxu...
Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun olmasından sonra digər məsələlər də gündəmə gəlib.

Belə ki, terror nəticəsində səfirliyin 1 əməkdaşı şəhid oldu, 2 nəfər isə yaralandı. Rəsmi Tehran isə yenə də anti-Azərbaycan mövqeyini nümayiş etdirdi.

İran səfirliyi qoruma öhdəliyini yerinə yetirmədiyi kimi məsələni başqa tərəfə də yönəltməyə cəhd etdi. Terrordan sadəcə saatlar keçdikdən sonra İranın dövlət kanalı terrorçudan müsahibə aldı.

Molla rejiminin bu hadisəni araşdırmayacağı yalandan məişət məsələsi kimi təqdim etmək cəhdlərindən də göründü. Reallıq budur ki, bu terrorun baş verməsi də elə İran dövlətinin son zamanlar ölkəmizə qarşı sərgilədiyi düşmən mövqeyinin təzahürüdür.

Bütün bunların fonunda İranla olacaq münasibətlər də yenidən gözdən keçirilməlidir. İranın bu hərəkətlərindən sonra bölgə üçün olduqca əhəmiyyətli olan “3+3” formatı da qüvvədən düşür.

Çünki İran qonşuluqda səmimi olmadığını hər fürsətdə biruzə verir. Məhz bu səbəbdən də rəsmi Tehran dinindən və məzhəbindən asılı olmayaraq, Azərbaycana düşmənçilik edən istənilən ölkənin ən yaxın dostu olur.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni kommunikasiyaların açılmasında bir neçə istiqamət vardı:

“Bu istiqamətdə “2+2” və “3+3” formatlar nəzərdən keçirilirdi. Burada hamının maraqlarının təmsil olunması qismində ən uğurlusu isə “3+3” formatıdır. Amma istər Azərbaycan, istərsə də region ölkələri üçün ən faydalısı məhz “2+2” formatıdır.

Əslində “3+3” formatı hamının maraqları təmsilçiliyi qismində daha stabil sülhün olması üçün vacib idi. Vətən müharibəsindən sonrakı dövrdə İran yeni kommunikasiyalarda bir neçə imtiyaz istədi və buna qismən nail oldu. Hətta layihələrdə hamının iştirakçılığını təmin etmək üçün rentabelliyi bizə o qədər də maraqlı olmayan layihələrə də start verdik.

Söhbət Türkmənistan-Azərbaycan-İran kommunikasiya layihəsindən gedir. İran Azərbaycana qarşı düşmənçilik siyasəti aparmasına baxmayaraq, iqtisadi, enerji və kommunikasiya layihələrində fərqli yanaşma sərgiləyirdi. Hərçənd ki, rəsmi Tehran Zəngəzur dəhlizi məsələsində başqa fikirlər danışırdı və bizə qarşı düşmənçilik edirdi”.

Politoloq vurğulayıb ki, İranın bu gün Ermənistanla birgə həyata keçirməyə start verdiyi layihələr regional və regionlararası aspektdən heç kim üçün maraqlı deyil:

“Çünki o həm İrandan gəlir, həm də Ermənistan orada vasitəçidir. Ermənistanın “Şimal-Cənub” dəhlizi çərçivəsində bundan öncə üzərinə götürdüyü öhdəliklərdən heç birini yerinə yetirməyib.

İrəvan istər Avropa Komissiyası və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində layihələrə maliyyə yardımı alsa da, öhdəliyini icra etməyib. Yəni İran və Ermənistanın operatorluğundakı yeni imkanlar dünya üçün maraqlı deyil. Çünki onlar, iqtisadi anlamda rentabeliyi yoxdur, siyasi və təhlükəsiz anlamımda isə güvənli layihələr deyillər”.
 
 
 
Ardını oxu...
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”.
İrana edilən hücumlar xəbərdarlıq xarakteri daşıyırdı, hücumdan bir gün sonra Qətər xarici işlər nazirinin nüvə danışıqları üzrə Tehrana mesaj aparması da bu ehtimalı gücləndirən məqamdır: Vaşinqton ata biləcəyi addımları praktiki olaraq göstərdi;
İndi İranın davranışı hadisələrin inkişafına yön verəcək. Daxili vəziyyət, beynəlxalq arenada təklənmək təhlükəsi (İrana hərbi müdaxilə Rusiya üçün mövcud vəziyyətdə sərfəli ola bilər) İranın anlaşması zərurətini yaradır. Hərçənd, Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Abdullahian bildirdi ki, “bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”.
İstisna deyil ki, növbəti zərbələr İranın nüvə obyektlərinə endirilsin.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb

“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb: “Amma tam dayanıb. Orada biz 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur”.

Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır:

“Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
 
Ardını oxu...
“Ukrayna müharibəsindən sonra Qərb milli azlıqların öz müqəddəratını təyinetmə məsələsini arxa plana keçirib”.

Alman politoloq Aleksandr Rahr “Power Factor” verilişində Ermənistanın News.am saytının əməkdaşının suallarını cavablandırarkən belə deyib.

Alman politoloq erməniləri məyus edərək deyib ki, Qərb Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Onun fikrincə, Qərb Bakıya real təzyiq göstərə bilməz, çünki orada tamamilə fərqli oyunçular üstünlük təşkil edir: “Avropanın beynəlxalq siyasətdə təsiri çox azdır. Bəlkə Amerika bu problemlərin həllinə qarışsaydı, o zaman nəyəsə ümid etmək olardı”.

Politoloq hesab edir ki, son 30 il ərzində, 1990-cı ildən 2020-ci ilə qədər Ermənistan Qərb ölkələrində özünə çox dəstəkçi tapa bilərdi. “Çünki Qərb analitikləri beynəlxalq hüquqda faktiki olaraq nəyin üstünlük təşkil etdiyi - dövlətin suveren ərazisinin toxunulmazlığı və ya xalqların öz müqəddəratının müəyyənləşdirməyi, özünüidarəetmə prinsipi barədə çox mübahisə edirdilər. Bu mübahisələr nəticəsində Kosovo müstəqillik əldə etdi və bu, Ermənistanın xeyrinə idi. Ermənilər özlərini belə əsaslandıra bilərdilər ki, Dağlıq Qarabağda da onlar öz milli azlıqlarını Azərbaycandan qoruyur, ona görə də dünya birliyinin bir hissəsi Ermənistanın tərəfində idi. Ukraynada müharibə başlayandan və ondan əvvəl baş verən münaqişələrdən sonra isə vəziyyət dəyişdi. Bütün Qərb ölkələrində milli azlıqların öz müqəddəratını təyinetmə hüququ arxa plana keçdi. Ermənistan da bu məsələdə ciddi dəstəyini itirdi, çünki beynəlxalq hüquq Qərbdə fərqli şərh olunmağa başladı. Ona görə də Qərb Azərbaycanın mövqelərini dəstəkləyəcək”, - politoloq vurğulayıb.
 
Ardını oxu...
Biz AB ekspertlərinin “Ermənistan-Azərbaycan sərhədi bölgəsindəki vəziyyətə nəzər salmasından” əlavə qiymətləndirmə görmürük. Əgər Brüssel həqiqətən də səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyasının fəaliyyət şərtlərini razılaşdırardılar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“AB-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırıb çıxarmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vurmağa qadirdir. Biz əminik ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində yerləşdirilən Rusiya sərhədçiləridir. Onlar yerlərdə vəziyyətin inkişafını nəzərə alaraq, AB müşahidəçilərinin davranışına reaksiya verəcəklər. Qeyd edirik ki, İrəvanda KTMT ilə bağlı işləri məntiqi sona çatdırmadan AB-nin xeyrinə seçim etməyə üstünlük veriblər. Əgər erməni müttəfiqlər hələ də KTMT-nin potensialı ilə maraqlanırsa, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, - deyə sözçü bildirib.
Axar.az
 

Dünyapress TV

Xəbər lenti