Ardını oxu...
Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü üzərində iş gedir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz bunun üzərində işləyirik. Deyə bilərəm ki, hələlik təfərrüatı açıqlamamağa razılaşdıq, hər şey o qədər də sadə deyil, biz sakit diplomatiya prinsipləri üzərində diskret işləməliyik", - o, jurnalistlərə deyib.
 
Ardını oxu...
Türkiyədə prezident və parlament seçkilərinə rəsmən start verilməsinə sayılı günlər qalmış müxalifət düşərgəsində “zəlzələ” baş verdi. 6 partiyanın (CHP, İYİ, DEVA, Gələcək, Səadət, Demokrat partiyaları) birləşdiyi Millət İttifaqı vahid namizədini müəyyənləşdirə bilmədi. Martın 3-də Səadət Partiyasının ofisində keçirilən görüşdə İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Klıçdaroğlunun namizədliyini qəbul etməkdən imtina etdi. Daha sonra partiyasının İdarə Heyəti üzvləri görüşən Akşener, qərargahındakı toplantıdan sonra keçirdiyi mətbuat konfransında “altılı masa”nı sərt dildə ittiham etdi. O, bildirdi ki, seçkilərdə vahid namizəd kimi İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və ya Ankara Bələdiyyəsinin başçısı Mansur Yavaşın namizəd olmasını istəyib. Amma 5 partiya lideri bu təklifi rədd edib. Akşener bəyan edib ki, o siyasi alver və notarius rolunu oynayan masada qala bilməz.

CHP lideri Kamal Klıçdaroğlu “onlar mənim bələdiyyə başqanlarımdır və öz işlərinin başındadırlar, namizəd olmaq fikirləri yoxdur” deyə Meral Akşenerə cavab verib. Qeyd edək ki, Millət İttifaqının digər üzvləri yekdilliklə Kamal Klıçdaroğlunun vahid namizədliyini müdafiə edib.

M.Akşenerin masadan ayrılmasının ardınca digər partiyalar ittifaqın davam etdirilməsinə dəstəklərini ifadə ediblər. Habelə İYİ Partiya sədrinin namizəd olmağa çağırdığı İmamoğlu və Yavaş da CHP sədrinin namizədliyini dəstəklədiklərini bildiriblər.

Müxalifət düşərgəsində baş verən bu hadisə hakim AKP-ni sevindirib. Bu düşərgədən M.Akşenerə “yuvana qayıt” çağırışları səslənib. İYİ Partiya hələlik hansı addım atacağını, seçkilərdə öz namizədi ilə iştirak edib-etməycəyini müəyyənləşdirməyib. Akşener bu gün bələdiyyə sədrləri ilə bir araya gəlib və jurnalistlərə açıqlama verməkdən imtina edib.

CHP lideri Kamal Klıçdaroğlu isə İYİ Partiyanın yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib. O, dünənki müraciətində Türkiyədəki bütün xalqların maraqlarını ifadə etdiyini bəyan edib və dolayısı ilə kürd kökənli seçicilərdən, habelə dolayısı ilə HDP-dən dəstək istəyib. Bundan əvvəl isə o, Sol Partiyanın başqanı Öndər İşləyən və sol təmayüllü İşçi Partiyasının başqanı Ahmed Şıkla bir araya gəlib. Daha sonra partiyadan müxalifətin vahid namizədinə dəstək ifadə olunan bəyanat yayılıb.

Dünən həmçinin Böyük Birlik Partiyası baş verən hadisələrlə bağlı bəyanat yayıb. Partiya müxalifətin seçkilərdə vahid namizədlə çıxış etməsini dəstəkləyib, habelə “altılı masa”da iştirak etmək niyyətini açıqlayıb.

Beləliklə, Türkiyə siyasətində dünənki qarmaqarışıqlıdan bir gün sonra proseslərin necə inkişaf edəcəyinə dair müəyyən aydınlıq yaranıb. Ehtimal etmək olar ki, Millət İttifaqının tərkibi kiçik partiyalarla genişlənəcək. Dünənə qədər İttifaqa yeni partiyaların qoşulmasını Meral Akşener əngəlləyib. O, həm sol partiyalarla, həm də kürd kökənli seçicilərin dəstəklədiyi HDP ilə əməkdaşlığa kəskin mənfi münasibət bəsləyib. İYİ Partiyanın masanı tərk etməsindən sonra Səlahəttin Dəmirtaşın lideri olduğu HDP-nin Millət İttifaqının namizədini dəstəkləyəcəyi gözləniləndir. Çox güman, bu partiya öz namizədi ilə seçkilərə qatılmayacaq. Rəy sorğularına görə, HDP-nin Türkiyə cəmiyyətində 11-13 faiz civarında səsi var. İYİ Partiyanın reytinqi isə bu rəqəmdən bir qədər yüksək – 15-18 faiz aralığında dəyişirdi. Müşahidəçilərin qənaətinə görə, “altılı masa”dan ayrılması Meral Akşenerin nüfuzuna ciddi zərbə vuracaq. Artıq yerli media 70 mindən artıq üzvün İYİ Partiyanı tərk etdiyini yazır. Onların sırasında tanınmış isimlər də var.

M.Akşenerin təklifi Əkrəm İmamoğlu və Mansur Yavaş tərəfindən rədd edildikdən sonra o bildirib ki, İYİ Partiyanın öz namizədi ilə seçkilərə qatılması ehtimalı var. Daha bir ehtimal onun Məmləkət Partiyasının sədri Məhərrəm İncə və Zəfər Partiyasının sədri Ümid Özdağla ittifaq quracağıdır. M.İncə artıq M.Akşenərə çağırış edib və ona baş nazirlik postu təklif edib. Qeyd edək ki, rəy sorğularında bu siyasətçilərin reytinqi 2-3 faiz aralığında dəyişir.

Bəs Millət İttifaqı Kamal Klıçdaroğlunun namizədliyi ilə seçkilərə qatılsa, uğur qazanmaq şansları varmı? Əlbəttə, blokun ikinci ən böyük partiyası – İYİ Partiyanın masadan ayrılması onun şanslarına zərbə endirib. Zəlzələdən əvvəl keçirilən rəy sorğularında Millət İttifaqının hakim Cumhur İttifaqından 5-7 faiz daha çox səs toplayacağı görünürdü. Birinci ssenaridə HDP öz namizədi ilə seçkilərdə iştirak edərsə, heç bir namizədin 50+1 faiz səs qazanmaq imkanı olmadığı görünürdü. İkinci ssenaridə HDP-nin Millət İttifaqının namizədini dəstəkləməsi halında vahid namizədin birinci turda səslərin 52-55 faizini qazanaraq, qalib gəldiyini ortaya qoyurdu.

Zəlzələdən sonra vəziyyət kifayət qədər dəyişib. Reytinq təşkilatlarının açıqlamalarına görə, təbii fəlakətdən öncə yüksəlişdə olan hakim Cumhur İttifaqının səsləri 5-7 faiz azalıb. Müxalifətin dəstəyi isə əksinə, yüksəlib. Amma “Altılı masa”da baş verən böhrandan sonra hazırkı prezident Ərdoğanın namizədliyi ilə seçkilərdə iştirak edəcək hakimiyyətin şanslarının artacağı şübhəsizdir. Qarşıdakı günlərdə Millət İttifaqının itirdiyi səsləri bərpa edib-edə bilməyəcəyi sual doğurur. Bu, cəmiyyətin Meral Akşenerin qərarına münasibətindən, habelə HDP-nin ittifaqın vahid namizədinə dəstək verib-verməyəcəyindən xeyli dərəcə asılıdır.
pressklub
Ardını oxu...
İsrailin ən böyük media orqanlarından olan “i24news” Güney Azərbaycanda baş verən olaylardan bəhs edən iri məqalə təqdim edib. “Tehran’s 'new old fear': Southern Azerbaijan wants independence” (Tehranın “yeni-köhnə qorxusu”: Güney Azərbaycan müstəqillik istəyir) adlı məqalədə deyilir ki, İranda 25-30 milyon Azərbaycan türkü yaşayır. Onlar İran əhalisinin üçdə birini təşkil edir.
Təbriz şəhərinin azərbaycanlılar üçün xüsusi rəmzi mənasına diqqət çəkən müəllif Ariel Kogan qeyd edir ki, XX əsrdə Təbrizdə 3 dəfə (1908,1920,1978) inqilab olub.
Məqalədə deyilir ki, İran azərbaycanlılarının etiraz hərəkatının əsas problemlərindən biri koordinasiyanın olmaması idi. Tələblər arasında mədəni muxtariyyətin verilməsindən müstəqilliyə qədər müxtəlif fikirlər vardır. Ən azı səkkiz əsas hərəkat azərbaycanlıların maraqlarından çıxış edirdi. Bəziləri gələcək Güney Azərbaycanı İranın azəri bölümü kimi görür, bəziləri Türkiyə və Azərbaycana bənzəyən qərbləşmiş dövlət modeli arzusundadır.
“Amma son vaxtlar hər şey dəyişdi: Güney azərbaycanlıların tarixi-mədəni mərkəzi olan Təbrizdə bütün təşkilatlar birləşdi. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Tələbə Hərəkatı, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Mərkəz Partiyası birgə səyləri nəticəsində ortaya fərqli bir etiraz növü çıxıb.
Şəhərin əsas yerləri, hökumət binaları və hətta SEPAH-ın binaları bu hərəkatların loqoları və Müstəqil Güney Azərbaycanın bayrağı olan vərəqlər yapışdırılır. Yerli sosial şəbəkələrdə müxtəlif keyfiyyət və ölçüdə afişa və vərəqələrin videoları yayılır. Digər fəaliyyət fləş-mobla bağlıdır: yüzlərlə insan Təbrizdə tanınan binaların qarşısında üzlərini örtən vərəqələrlə şəkil çəkdirir. Bu birgə aksiyaları həmin video və şəkilləri yayımlayan “Günay AZfront” Telegram kanalı təşkil edir”…
Göründüyü kimi, Güney Azərbaycanda ciddi proseslər gedir. Əvvəllər fərqli firqələrdə fəaliyyət göstərən təşkilatlar bir araya gəliblər. Bu isə Güneydə molla rejiminə qarşı dirənişi daha da gücləndirib. Bu birlik molla rejiminin azərbaycan türklərinə təzyiq imkanlarını da ciddi şəkildə aşağı salıb. “i24news” belə yazır.
Güney Azərbaycanın azadlığı uğrunda mübarizə davam edir...
https://www.i24news.tv/en/news/middle-east/iran-eastern-states/1677754384-iran-s-new-old-fear-southern-azerbaijan-wants-independence?fbclid=IwAR0xi6OnBykfhtBLy4L4YlxQHMjFEb2rgjRkM1pBB-NOyb92V7Bx4TbH-ws
Elbəyi H.sənli
Teref.az
 
Ardını oxu...
Türkiyədə Prezident postuna potensial namizədlərdən biri sayılan İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu seçkilərdə iştirak etməyəcək.

Pressklub.az xəbər verir ki, İmamoğlu bu barədə “Halk TV”də qatıldığı proqramda seçkilərdə namizəd olaraq adının hallanmasına münasibət bildirib.

İmamoğlunun sözlərinə görə, onun prezident seçkilərində namizəd olması məsələsi gündəmdə deyil: “Hər CHP-linin (Cümhuriyyət Xalq Partiyası) namizədi partiya sədridir. Mənim də namizədim partiya sədri Kamal Kılıçdaroğludur”.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.
 
Ardını oxu...
“Narahat olmayın, bütün daşlar yerinə oturacaq”.

Türkiyə mediası xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiya sədri Meral Akşenerin “altılı masa”da prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı açıqlamasına münasibət olaraq bildirib.

“Narahat olmayın, bütün daşlar yerinə oturacaq. Yolumuza davam edirik”, – deyə Kılıçdaroğlu vurğulayıb.

Qeyd edək ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İyi partiyanın sədri Meral Akşener “altılı masa”nı tərk etdiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Akşenerin bu addımından sonra bir çox üzv İyi partiya sıralarını tərk etdiyini açıqlayıb.

İyi Partiya Ümumi İdarə Heyətinin üzvü Bülent Gürsoy və bir çox partiya üzvü Akşenerin CHP sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləməyəcəyi fikrindən sonra partiyadakı vəzifəsindən istefa verib.

Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə müxalifəti təmsil edən "Millət İttifaqı"nın 12-ci toplantısı başa çatıb.

Cebhe.info xəbər verir ki, "altılı masa" bu dəfə prezidentliyə namizədi müəyyən etmək üçün toplanıb.

Toplantıdan sonra ortaq namizəd çıxarmaqla bağlı razılıq əldə olunduğu açıqlanıb:

"Millət İttifaqı"nı təşkil edən siyasi partiyaların liderləri olaraq, 28-ci Dönəm Parlamenti və 13-cü Prezident seçkilərində prezidentliyə ortaq namizəd və keçid prosesi ilə bağlı yol xəritəsi üzərində razılıq əldə etdik. Sədrlər öz partiyalarının səlahiyyətli orqanlarına məlumat verdikdən sonra 6 mart 2023-cü ildə yekun bəyanatı ictimaiyyətlə bölüşmək üçün Səadət Partiyasının ev sahibliyi ilə yenidən görüşəcəyik".

Qeyd olunub ki, növbəti toplantı 6 mart saat 15:00-də Səadət Partiyasının ev sahibliyində keçiriləcək.
 
Ardını oxu...
“Böyük iyirmiliyə” (G20) daxil ölkələrin xarici işlər nazirləri Hindistanın Nyu Delhi şəhərində keçirilən görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə vahid yanaşma nümayiş etdirə bilməyiblər və bu səbəbdən bu məsələ barədə heç bir bəyannamə qəbul edilməyib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib ki, Ukrayna münaqişəsinə münasibətdə ölkələrin mövqelərində fərqlər və barışmaz fikir ayrılıqları var.

ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu tədbirdə heç bir görüş nəzərdə tutulmasa da, onlar hər halda 10 dəqiqəlik söhbət ediblər.

ABŞ rəsmiləri bildiriblər ki, Blinken bu qısa söhbətdə Lavrova üç xatırlatma verib: ABŞ müharibənin bitməsi üçün Ukraynaya lazım olduğu qədər kömək edəcək, Rusiya öz qərarına yenidən baxaraq Yeni START müqaviləsində iştirakını bərpa etməlidir, Rusiya ABŞ vətəndaşı Pol Vilanı azadlığa buraxmalıdır.

Rəsmilər Lavrovun cavabı barədə məlumat verməyiblər. Rusiya xəbər agentlikləri bildirirlər ki, Lavrov və Blinken ayaqüstü, yeriyərək söhbət ediblər.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “Böyük iyirmilərin” (G20) sammitinə kölgə salıb. O bunu bir sıra ölkələrin Çinə Moskva ilə münasibətlərindən müharibəyə son qoyulması üçün istifadə etməsinə edilən çağırışlara cavab olaraq deyib.

Gözlənildiyi kimi, G20 qrupunun Nyu Delhidə keçirilən sammitində əsas mövzu Ukrayna müharibəsi olub. Hindistan və dünyanın ən böyük iqtisadiyyatları müharibənin təsirlərini azaltmağın yollarını müzakirə edirlər.

Hindistanın Baş naziri Narendra Modi sammiti açarkən qrup üzvlərini Ukrayna müharibəsinə görə yaranmış fikir ayrılığını aradan qaldırmağa çağırıb. Lakin son 8 ayda ilk dəfə olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni otaqda olan Blinken dərhal sammitdə hökm sürən atmosferi dəyişməyə çalışıb: "Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsi, mülki hədəflərin bilərəkdən dağıdılması kampaniyası və onun BMT Nizamnaməsinin təməl prinsipləri üzərinə hücumu bu görüşə kölgə salıb”.

Blinken ardınca deyib: "Biz Ukraynaya dəstəklə yanaşı qlobal çətinliklərə diqqətli olmaqda və onlarla mübarizədə aparıcı rol oynamaqda qalırıq. Bu dünyanın ehtiyacı və gözləntisi deyildi”.
Ardını oxu...
Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış sessiyası keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən bağlanış sessiyasında çıxış edən Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığını bəyan edib. Bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. O, müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq yaşayan əhalinin tam suverenliyini bərpa etmələri üçün dialoqa şərait yaradılmasının əhəmiyyətini vurğulayıb.

“Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”, - deyən Forrest Mikael Jozept Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.

Digər çıxış edənlər - Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə COVID-19 pandemiyasının insanlara çoxtərəfli əməkdaşlıqların əhəmiyyətini nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, bütün dövlətlər birgə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilər. Bu səbəbdən Qoşulmama Hərəkatı belə qlobal məsələlərin müzakirəsi üçün əlverişli platformadır.

Həmçinin qeyd olunub ki, pandemiya miqrantlar və köçkünlərlə bağlı bərabərsizliyi daha da dərinləşdirib, onlar üçün ciddi problemlər yaradıb. Bundan əlavə, dünya əhalisinin üçdəbiri hələ də COVID-19 vaksininin ilk dozasını qəbul etməyib. Diqqətə çatdırıb ki, dünya gələcəkdə yeni pandemiyaların olmasından sığortalanmayıb, ona görə də insanlar gələcəkdə potensial pandemiyalara və onun yarada biləcəyi çətinliklərə hazır olmalıdırlar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın sədrliyi müddətində Hərəkat bir çox yeniliklərə addım atıb. Natiqlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndiriblər.

Sonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sammit iştirakçılarına dərin minnətdarlığını bildirərək qeyd edib ki, tarixindən, siyasətindən və mədəniyyətindən asılı olmayaraq, Hərəkat üzvləri eyni prinsiplər ətrafında birləşiblər. Nazir vurğulayıb ki, bu Sammit həmrəylik, əməkdaşlıq və multilateralizmin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində ikitərəfli gündəlikdə duran məsələlər üzrə səmərəli görüşlər keçirilib və müzakirələr aparılıb.

C.Bayramov, həmçinin vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.

Bununla da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü başa çatıb. \\Manset.az
Ardını oxu...
Amerikalıların böyük əksəriyyəti hesab edir ki, ABŞ-ın indiki Prezidenti Co Bayden yenidən bu posta seçilmək üçün "çox qocadır".

"AzPolitika.info" xəbər verir ki, bunu "New York Post" nəşri "Yahoo News/YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələri əsasında hazırladığı yazıda bildirib.

Qeyd olunur ki, Bayden yenidən namizədliyini versə və seçilsə, növbəti prezidentlik müddətini 82 yaşında başlayıb, 86 yaşında bitirəcək. Bu yaş dövrü isə ABŞ kimi ölkəni lazımi səviyyədə idarə etmək üçün kifayət qədə problemli görünür.

Yazıda istinad olunan sorğunun nəticələrinə görə ABŞ vətəndaşlarının 71 faizi hesab edir ki, Bayden növbəti prezidentlik müddəti üçün çox qocadır. Hətta sorğuda iştirak edən Demokratlar partiyasının seçicilərinin az qala yarısı - 48 faizi də bununla razılaşır. Onların yalnız 34 faizi hesab edib ki, Baydenin yaşı onun növbəti dəfə seçilməsi üçün əngəl ola bilməz.

Qeyd edək ki, Bayden hələ də 2024-cü ildə keçiriləcək Prezident seçkisində iştirakı ilə bağlı qəti qərar verməyib.

Dünyapress TV

Xəbər lenti