Türkiyə siyasətində “zəlzələ” -
Türkiyədə prezident və parlament seçkilərinə rəsmən start verilməsinə sayılı günlər qalmış müxalifət düşərgəsində “zəlzələ” baş verdi. 6 partiyanın (CHP, İYİ, DEVA, Gələcək, Səadət, Demokrat partiyaları) birləşdiyi Millət İttifaqı vahid namizədini müəyyənləşdirə bilmədi. Martın 3-də Səadət Partiyasının ofisində keçirilən görüşdə İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Klıçdaroğlunun namizədliyini qəbul etməkdən imtina etdi. Daha sonra partiyasının İdarə Heyəti üzvləri görüşən Akşener, qərargahındakı toplantıdan sonra keçirdiyi mətbuat konfransında “altılı masa”nı sərt dildə ittiham etdi. O, bildirdi ki, seçkilərdə vahid namizəd kimi İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və ya Ankara Bələdiyyəsinin başçısı Mansur Yavaşın namizəd olmasını istəyib. Amma 5 partiya lideri bu təklifi rədd edib. Akşener bəyan edib ki, o siyasi alver və notarius rolunu oynayan masada qala bilməz.

CHP lideri Kamal Klıçdaroğlu “onlar mənim bələdiyyə başqanlarımdır və öz işlərinin başındadırlar, namizəd olmaq fikirləri yoxdur” deyə Meral Akşenerə cavab verib. Qeyd edək ki, Millət İttifaqının digər üzvləri yekdilliklə Kamal Klıçdaroğlunun vahid namizədliyini müdafiə edib.

M.Akşenerin masadan ayrılmasının ardınca digər partiyalar ittifaqın davam etdirilməsinə dəstəklərini ifadə ediblər. Habelə İYİ Partiya sədrinin namizəd olmağa çağırdığı İmamoğlu və Yavaş da CHP sədrinin namizədliyini dəstəklədiklərini bildiriblər.

Müxalifət düşərgəsində baş verən bu hadisə hakim AKP-ni sevindirib. Bu düşərgədən M.Akşenerə “yuvana qayıt” çağırışları səslənib. İYİ Partiya hələlik hansı addım atacağını, seçkilərdə öz namizədi ilə iştirak edib-etməycəyini müəyyənləşdirməyib. Akşener bu gün bələdiyyə sədrləri ilə bir araya gəlib və jurnalistlərə açıqlama verməkdən imtina edib.

CHP lideri Kamal Klıçdaroğlu isə İYİ Partiyanın yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib. O, dünənki müraciətində Türkiyədəki bütün xalqların maraqlarını ifadə etdiyini bəyan edib və dolayısı ilə kürd kökənli seçicilərdən, habelə dolayısı ilə HDP-dən dəstək istəyib. Bundan əvvəl isə o, Sol Partiyanın başqanı Öndər İşləyən və sol təmayüllü İşçi Partiyasının başqanı Ahmed Şıkla bir araya gəlib. Daha sonra partiyadan müxalifətin vahid namizədinə dəstək ifadə olunan bəyanat yayılıb.

Dünən həmçinin Böyük Birlik Partiyası baş verən hadisələrlə bağlı bəyanat yayıb. Partiya müxalifətin seçkilərdə vahid namizədlə çıxış etməsini dəstəkləyib, habelə “altılı masa”da iştirak etmək niyyətini açıqlayıb.

Beləliklə, Türkiyə siyasətində dünənki qarmaqarışıqlıdan bir gün sonra proseslərin necə inkişaf edəcəyinə dair müəyyən aydınlıq yaranıb. Ehtimal etmək olar ki, Millət İttifaqının tərkibi kiçik partiyalarla genişlənəcək. Dünənə qədər İttifaqa yeni partiyaların qoşulmasını Meral Akşener əngəlləyib. O, həm sol partiyalarla, həm də kürd kökənli seçicilərin dəstəklədiyi HDP ilə əməkdaşlığa kəskin mənfi münasibət bəsləyib. İYİ Partiyanın masanı tərk etməsindən sonra Səlahəttin Dəmirtaşın lideri olduğu HDP-nin Millət İttifaqının namizədini dəstəkləyəcəyi gözləniləndir. Çox güman, bu partiya öz namizədi ilə seçkilərə qatılmayacaq. Rəy sorğularına görə, HDP-nin Türkiyə cəmiyyətində 11-13 faiz civarında səsi var. İYİ Partiyanın reytinqi isə bu rəqəmdən bir qədər yüksək – 15-18 faiz aralığında dəyişirdi. Müşahidəçilərin qənaətinə görə, “altılı masa”dan ayrılması Meral Akşenerin nüfuzuna ciddi zərbə vuracaq. Artıq yerli media 70 mindən artıq üzvün İYİ Partiyanı tərk etdiyini yazır. Onların sırasında tanınmış isimlər də var.

M.Akşenerin təklifi Əkrəm İmamoğlu və Mansur Yavaş tərəfindən rədd edildikdən sonra o bildirib ki, İYİ Partiyanın öz namizədi ilə seçkilərə qatılması ehtimalı var. Daha bir ehtimal onun Məmləkət Partiyasının sədri Məhərrəm İncə və Zəfər Partiyasının sədri Ümid Özdağla ittifaq quracağıdır. M.İncə artıq M.Akşenərə çağırış edib və ona baş nazirlik postu təklif edib. Qeyd edək ki, rəy sorğularında bu siyasətçilərin reytinqi 2-3 faiz aralığında dəyişir.

Bəs Millət İttifaqı Kamal Klıçdaroğlunun namizədliyi ilə seçkilərə qatılsa, uğur qazanmaq şansları varmı? Əlbəttə, blokun ikinci ən böyük partiyası – İYİ Partiyanın masadan ayrılması onun şanslarına zərbə endirib. Zəlzələdən əvvəl keçirilən rəy sorğularında Millət İttifaqının hakim Cumhur İttifaqından 5-7 faiz daha çox səs toplayacağı görünürdü. Birinci ssenaridə HDP öz namizədi ilə seçkilərdə iştirak edərsə, heç bir namizədin 50+1 faiz səs qazanmaq imkanı olmadığı görünürdü. İkinci ssenaridə HDP-nin Millət İttifaqının namizədini dəstəkləməsi halında vahid namizədin birinci turda səslərin 52-55 faizini qazanaraq, qalib gəldiyini ortaya qoyurdu.

Zəlzələdən sonra vəziyyət kifayət qədər dəyişib. Reytinq təşkilatlarının açıqlamalarına görə, təbii fəlakətdən öncə yüksəlişdə olan hakim Cumhur İttifaqının səsləri 5-7 faiz azalıb. Müxalifətin dəstəyi isə əksinə, yüksəlib. Amma “Altılı masa”da baş verən böhrandan sonra hazırkı prezident Ərdoğanın namizədliyi ilə seçkilərdə iştirak edəcək hakimiyyətin şanslarının artacağı şübhəsizdir. Qarşıdakı günlərdə Millət İttifaqının itirdiyi səsləri bərpa edib-edə bilməyəcəyi sual doğurur. Bu, cəmiyyətin Meral Akşenerin qərarına münasibətindən, habelə HDP-nin ittifaqın vahid namizədinə dəstək verib-verməyəcəyindən xeyli dərəcə asılıdır.
pressklub

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb

Dünyapress TV

Xəbər lenti