Ardını oxu...
Ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur keçirilir. Foruma dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. Artıq bir neçə yüksək səviyyəli və xüsusi önəmə malik görüşlər keçirilib. Eyni zamanda yanvarın 17-də Davosda Çinin CGTN (ChinaGlobalTelevisionNetwork) televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.
Tranzit və logistika məsələri ilə yanaşı qeyd edilib ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda bu istiqamətdə böyük potensial vardır və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. İndi bu birləşməlidir. Bu gün bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycanda 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcəkdir.
Həmçinin Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı vardır.
Ölkə başçısı cənab İlham Əliyev öz müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi iqtisadi inkişaf və tərəqqi məhz ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində nail olunub. Ən başlıcası isə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanin sərkərdəliyi ilə qazanılan şanlı Qələbə ölkəmizin nüfuzunu xeyli artırıb.
İstər ölkə vətəhdaşları, istərsə də ölkəmizdən xaricdə yaşayanlar, aparıcı dünya ölkələrinin rəhbərləri bilirlər ki, Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Bu da Prezidentimizin və ölkəmizin nüfuzunu yüksəldib. Prezident İlham Əliyev açıq siyasət yürüdür, hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır. Hər il Prezidentin regionlara təxminən 30-40 səfəri təşkil olunur. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Bu da Prezident İlham Əliyev siyasətinin əsasını təşkil edir.
Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru
Teref.az

 
Ardını oxu...
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olunub.

Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd edib.

Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulanıb və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
 
 
 
Ardını oxu...
İran Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyaya birləşdirilməsini tanımır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "TVT World" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərə baxmayaraq, İran Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır.
 
Ardını oxu...
Rusiyanın Ukraynaya qarşı müharibəsi təxminən bir ilini tamamladığı bir vaxtda, Çinin işğaldan qısa müddət əvvəl bəyan etdiyi ikitərəfli münasibətlərlə bağlı “sərhədsiz dostluq” konsepsiyasını nəzərdən keçirə biləcəyinə dair əlamətlər müşahidə edilir.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsindəki uğursuzluğunu heyrətlə seyr edən və eyni zamanda daxili problemlərlə məşğul olan Çin indi Rusiyanın izlədiyi xəttin mənfi təsirlərini minimuma endirməyə, Qərblə münasibətlərini düzəltməyə çalışır.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünə başlamazdan cəmi 20 gün əvvəl Putin Çin Prezidenti Si Tsinpin-lə görüşmüşdü.

Bu tarixi görüşdə iki lider “sərhədsiz dostluqdan” danışaraq, “əməkdaşlıq xaricində hər hansı bir sahənin qalmayacağını” bildirmişdi.

Britaniyanın aparıcı qəzetlərindən olan “Financial Times” öz mənbələrinin həmin görüşdə iki liderin Ukraynadan da danışdıqlarını təsdiqlədiyini yazır.

Qəzetin eyni mənbələrə əsaslanan xəbərində Putinin bu görüşdə Si Tsinpin-ə Rusiyaya hücum edilərsə, “hər vasitəyə əl atacaqlarını” dediyi qeyd edilir. Amma maraqlısı odur ki, Putin bu görüşdə Çin liderinə Ukraynanı işğal etməyə hazırlaşdığını deməyib.

Pekinin incə balansları
Çin Prezidenti Si Tsinpin-in Rusiyanın işğal planlarından xəbərsiz olduğuna əmin ola bilmərik, lakin Çinin BMT Təhlükəsizlik Şurasının mart ayında Moskvanı pisləyən qətnaməsinin əleyhinə səs vermək əvəzinə bitərəf qalması Pekinin əvvəldən təmkinli bir mövqe xətti tutduğuna işarədir.

Müharibənin əvvəlində Çin ictimaiyyətinin bir hissəsi Rusiyanın atdığı addımları həvəslə dəstəklədi və Putinin "xüsusi hərbi əməliyyat" adlandırdığı işğalı elan edən çıxışının Çin dilinə tərcümə edilmiş videoları internetdə geniş şəkildə paylaşıldı.

Lakin rəsmi səviyyədə Pekin strateji qeyri-müəyyənlik xəttini qorudu.

Çin hökuməti bir tərəfdən müharibənin başlamasına NATO-nun Avropada genişlənmə strategiyasının səbəb olduğunu bildirərək ABŞ-ı günahlandırır, digər tərəfdən isə Rusiyaya dəstək verməyə tələsmirdi.
ABŞ-ın aparıcı qəzetlərindən olan "Washington Post" Rusiyanın dəfələrlə Çindən texnoloji və maliyyə dəstəyi istədiyini iddia edib.

Qəzetin xəbərində qeyd olunur ki, Si Tsinpin “Moskva ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq” yollarını axtarmağa etiraz etməsə də, bütün danışıqlar gərgin keçib.

“Washington Post” qəzetinin xəbərini əsaslandırdığı mənbə “Çinin Rusiyanın içinə düşdüyü çətinlikləri anladığını, lakin öz qeydinə qalmalı olduğunu da” bildirir.

Zərərləri minimuma endirmək üçün səylər
Ukraynada müharibə başlayandan sonra Rusiya və Çin liderləri yalnız bir dəfə, sentyabrın ortalarında Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq forumda görüşüblər.

Həmin vaxt həm də Ukrayna qüvvələrinin əks-hücumunun, cəmi bir neçə həftə əvvəl rusların ilhaq etdiyi geniş əraziləri geri almağa başlamasının ilk günləri idi.

Görüşdən sonra Putin Ukrayna müharibəsi ilə bağlı "çinli dostların balanslı mövqeyini" məmnunluqla qarşıladığını deyib.

Si Tsinpin də öz növbəsində Çinin “fövqəlgüclər kimi Rusiya ilə birlikdə hərəkət etməyə və dünyaya sabitlik və müsbət enerji gətirəcək liderlik rolunu öz üzərinə götürməyə” hazır olduğunu bildirib.

Lakin kameralar qarşısında bir-birinin kürəyinə əl vuraraq dəstək ifadə etmənin arxasında daha mürəkkəb bir reallıq var idi.

Ukraynadakı müharibə Çin üçün həlli asan olmayan və ya çözülməsi elə də rahat olmayacaq bir sıra problemlər yaradıb.
Avropada qismən Rusiya ilə müharibənin başlaması ilə meydana gələn enerji böhranı yaşayış rifahına da öz təsirini göstərib və bu da avropalı istehlakçıların daha az Çin malları alması demək idi.

Digər tərəfdən, Çinin Rusiyanın Ukrayna işğalını açıq şəkildə pisləməkdən imtina etməsi Pekinin Qərblə münasibətlərində gərginlik yaradırdı. Çinin iki ən böyük ticarət tərəfdaşı ABŞ və Avropa İttifaqıdır.

2022-ci ilin ilk altı ayında Rusiyaya yeni Çin investisiyaları qoyulmadı. Şərhçilər bunun Çinin ehtiyatlı mövqeyinə və ABŞ-ın yeni bir beynəlxalq sanksiya dalğasına tuş gəlməmək səylərinə işarə etdiyini bildirir.
Rusiya-Çin münasibətləri üzrə ekspert Leonid Kovaviç “sərhədsiz dostluq” anlayışının atılan addımlarda əks olunmadığı ilə həmfikirdir. “Bütün Qərblə münasibətləri çətinləşdirmək Çinin maraqlarına zidd olardı”, - deyə o bildirir.

Çinin ABŞ ilə münasibətlərinin uzun müddət gərgin qalacağı nəzərə alınsa, "onun heç olmasa Avropa İttifaqı ilə münasibətlərini korlamaması vacibdir", - deyə Kovaçiç davam edir.

Kadr dəyişikliyi siyasət dəyişikliyinin əlamətidirmi?
Ötən ilin sonunda Çinin yeni xarici işlər naziri təyin edilən Çin Qanq yanvarın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü.

Görüşdən sonra “Moskvanın istəyi ilə” verilən rəsmi bəyanatda “Çin-Rusiya münasibətlərinin üçüncü tərəflərə qoşulmamaq, münaqişə və təcavüz etməmək prinsiplərinə əsaslandığı” qeyd olundu.

Bu bəyanatda istifadə olunan dil ötən ilin fevralında Putin və Tsinpin arasında keçirilən görüşdən sonra səsləndirilən “sərhədsiz dostluq” anlayışından, hətta iki liderin sentyabr görüşündə səslənən “iki böyük fövqəldövlət olmaq” fikrindən də uzaqdır.

Çin Qanqın xarici işlər naziri təyin edilməsindən sonra üç il Xarici İşlər Nazirliyinin sözçüsü işləmiş Jao Lician vəzifəsindən azad edildi.

Jao Lician Çinin siyasətini müdafiə etmək və müxaliflərini tənqid etmək üçün istifadə etdiyi kəskin dili və döyüşkən üslubu ilə "döyüşçü canavar" ləqəbini almışdı və o, Qərbə qarşı şübhəli və sərt ritorikası ilə tanınan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə müqayisə edilir.
Bəzi şərhçilər Jao-nun göz qabağında olan xarici işlər sözçüsü vəzifəsindən arxa planda bir vəzifəyə təyininin göstəriş üçün olduğu qənaətindədir. Digərləri isə bunu Çinin digər ölkələrlə münasibətlərdə gərginliyi azaltmaq üçün atdığı mühüm taktiki addım kimi şərh edir.

Covid-ə qarşı mübahisəli “sıfır tolerantlıq” siyasətindən əl çəkərək sosial ədalət və ortaq rifah ritorikasını yumşaltmaqla ticarətdə inamı bərpa etməyə çalışan Çin üçün xarici əlaqələrin yaxşılaşdırılması həyati əhəmiyyət kəsb edir.

Çindəki hökumətyönlü siyasi şərhçilər anonim olaraq deyirlər ki, Çin administrasiyası Moskvanın Ukrayna ilə bağlı uğursuzluğundan və geosiyasi yanlış hesablamalarından məyusdur.

Çinin birdən-birə öz rəsmi ritorikasını anti-Rusiya xəttinə çevirəcəyi gözlənilmir. Lakin Pekin çox güman ki, ehtiyatlı və praqmatik yanaşma ilə hərəkət edəcək, Rusiyanın Ukraynadakı hədəflərinə çata bilməməsi və bu prosesdə böyük beynəlxalq gərginlik yaratmasının özünə vura biləcəyi zərəri minimuma endirməyə çalışacaq.
amerikaninsesi
 
Ardını oxu...
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iki günlük işgüzar səfəri zamanı ABŞ və Kanadanı Ukraynaya tanklar göndərməyə çağıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

ABŞ-a səfərindən əvvəl o, dövlət katibi Entoni Blinkenlə danışıqlar aparacağını bəyan edib.

Gündəliyin əsas məsələsi Ukrayna olacaq.

“Böyük Britaniya, ABŞ və Kanada 80 ilə yaxındır ki, qaydalara əsaslanan nizam-intizamı müdafiə edərək vacib olanda həmişə bir-birinin arxasında olublar. Bu gün biz Putinin qeyri-qanuni müharibəsinə qarşı həmrəyik və Ukrayna xalqının son nəticədə qalib gəlməsini təmin etmək üçün unikal güclü müdafiə və təhlükəsizlik əlaqələrimizdən istifadə etməyə davam edəcəyik”, – Kleverli bildirib.
KİV-in məlumatına görə, Kleverli amerikalıları və kanadalıları Britaniyadan nümunə götürməyə inandırmaq üçün Kiyevə tanklar və zirehli maşınlar verməklə bağlı Londonun vədindən istifadə edəcək. Onun ukraynalıların müharibədə qalib gələ bilmələri üçün lazımi döyüş vəsaitləri ilə tez bir zamanda təmin edilməsinin vacibliyini vurğulaması gözlənilir.
 
Ardını oxu...
Rusiya bir sıra beynəlxalq konvensiyalardan çıxır.
Ölkə başçısı Vladimir Putin Avropa Şurasının Rusiyaya münasibətdə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Buraya insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında, terrorçuluğa qarşı mübarizə üzrə konvensiyalardır.
Rusiyada Avropa Şurasının müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsinə digər məsələlərlə yanaşı, Avropa Şurasının Nizamnaməsi də daxildir.
TASS
 
Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında planlaşdırılan görüş təxirə salınıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki yanvarın 17-də Moskvada planlaşdırılan görüş tərəflərin razılığı ilə daha sonraya təxirə salınıb.
Teref.az
 
 
 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısını Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...

 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar, elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər.
Yəni Putin deyir ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir.
Rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib, kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb? Və ya Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb.
Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, say 100 mini keçib.
Putin ölümə göndərdiyi gəncləri də düşünmür. Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir.
Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
“Putin Muəmmər Qəddafi kimi devrilərək, alçaldıcı tale yaşamaqdansa, hakimiyyəti öz varisinə verərək, Qara dəniz sahilində yerləşən və 1 milyard funt-sterlinq dəyəri olan sarayında həyatını davam etdirəcək”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Putinin keçmiş referentlərindən Abbas Qalyamov Ukrayna mətbuatına açıqlamasında deyib.

Qalyamov bildirib ki, Putin seçkiləri saxtalaşdırmağa çalışsa da, bu müsbət nəticə verməyəcək: “O, çox güman ki, Moskva meri Sergey Sobyanı, Baş nazir Mixail Mişustini və ya Aparat rəhbərinin müavini Dmitri Kozakı prezidentliyə namizəd göstərəcək. Hər halda Qəddafi ilə müqayisədə bu, Putin üçün yaxşı seçimdir”.

“Putin şəxsi təhlükəsizliyinə zəmanət alacaq. Öz varisini hakimiyyətə gətirəcək və təqaüdə yollanacaq. O, ömrünün qalan günlərini Gelencikdəki sarayında sakit başa vurmaq imkanı əldə edəcək”, - Qalyamov bildirib.
 

Dünyapress TV

Xəbər lenti