Bred Pitt təqaüddə nə edəcək? -
Keçmiş həyat yoldaşı Ancelina Coli ilə gündəmdən düşməyən Hollivud ulduzu Bred Pitt təqaüdlə bağlı danışıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Bred müxbirlərin təqaüd barəsində verdikləri sualların cavabında deyib:

“Sadəcə orta yaşımı keçdim. Heç bir zaman 5 illik plan quran adam olmamışam. O gün üçün mənə nə düzgün gəlirsə, onu da edirəm. Hələ də elə çalışıram və belə davam edəcəm”.

Qeyd edək ki, aktyorun son filmi “Bullet Train”nin ( Sui-qəsd qatarı) avqustun 5-də kinoteatrlarda nümayişi gözlənilir.
 
 
 

Dünyapress TV

Xəbər lenti