Britaniyalı supermodel Naomi Kempbell 15 sentyabr tarixində Heydər Əliyev Mərkəzini ziyarət edib.
"DogruXeber.az" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Naomi Kempbelli mərkəzdə yaradılan şərait, Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə yaxından tanış edib.
Naomi Kempbell Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Bakıdadır.