Abbas Səhhət  -
Şamaxıdan didərgin düşmüş, ev-eşiyi, əlyazmaları yanmış, itmiş... ömrü puç olmuş məhbub...
Biz, məktəb kitablarından o fövqəladə şeiri əzbərləmişdik... "könlümün sevgili məhbubu..." deyə.
Lakin bizdən gizlətmişdilər ki, Vətənə "könlümün sevgili məhbubu" deyənlərimizi rus törəməsi, gerçək bir rus mahiyyəti olan bolşeviklər bir-bir tapıb, ya özləri, ya da ərsəyə gətirdikləri daşnakların əli ilə məhv edirdilər.
Bu tarixi bizlərdən gizlədiblər. O şeiri bəh-bəhlə söyləmişik, lakin qanlı göz yaşlarını görməmişdik.
Gör... ədəbiyyatımızın nə qədər niskilləri, nakamları, əməyi itmiş mücahidləri var...
Olsaydı əlimdə bir ixtiyarım... bir Ədəbiyyat Fondu qurardım...
Romançı yazıçılara sifarişlər verərdim, məsələn: Abbas Səhhət haqqında roman yaz, deyə...
3-4 illik də maaş ödəyərdim, araşdır və yaz...
Hüseyn Cavid, Yusif Vəzir, Müşfiq, Hadi, Əliağa Vahid, Əbdürrəhim bəy, Nəcəf bəy, Seyid Əzim... sayı hesabı yoxdur münəvvərlərimizin... xalqın dərdinə şam kimi əriyənlərimizin... və hər birinin həyatı neçə roman edər. Hər biri bir ayrı dərd... və bir ayrı dərs...
Seyid Əzim əlyazmaları üzərində "bunları heç zaman kitab kimi görməyəcəm" deyə gözyaşı tökərmiş. Çünkü rus hökuməti bir türk-müəlmanın kitab nəşr etdirməyinə izin vermirdi.
Seyidin gözyaşlarını görə bilirsinizmi...
Döymədiyi qapı qalmamışdı, ağız açmadığı məmur yox idi...
Urus məmurların qapısından peşman qayıdışlarını hiss edirsinizmi...
Dünya xalqlarında belə silsilələr çoxdur...
İndiyə qədər mümkün olmurdu, çünkü bütün böyük şəxsiyyətlərimizin qatillərinin izi gedib Kremlə çıxır. İndi... istəsək mümkün olar, amma istəsək...
Mehriban Vezir
Teref.az
Belə bir istək isə yalnız dövlət ağlının məhsulu ola bilər...
Dövlət ağlının... ağılla idarə olunan dövlətin...
s.a. Bu gün Abbas Səhhətin ad günü imiş, sağ olsun xatırladanlar...
 

Dünyapress TV

Xəbər lenti