Terminallar niyə qəpiklə ödəniş qəbul etmir?
Son zamanlar bəzi market və mağazalarda vətəndaşlardan xırda pul (qəpiklər) qəbul edilməməsi barədə şikayətlər artır. Bu hal qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. İş o yerə çatıb ki, bəzi ticarət müəssisələri hətta bəzən böyük məbləğdə pulu manatlıqlarla qəbul etmirlər.

Bəs görəsən xırda pulun istənməməsinə əsas səbəb nədir? Belə halla qarşılaşan şəxsin hansı hüquqları var?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, bəzi hallarda pulun satıcı tərəfindən qəbul edilməməsi satıcının kaprizindən ortaya çıxan hal olur.

O ki qaldı xırda pulun, qəpiklərin qəbulu zamanı ortaya çıxan narahatlıqlara, burada bir neçə məqam var:

"Əsas hal ondan ibarətdir ki, mağaza sonra qəpikləri kiməsə qaytarmalıdır. Həmin vaxt müştəri özü bunu götürməkdən imtina edir. Bu ödənişlərdə ortaya çıxan əsas problemin səbəbi budur. Əgər yadınızdadırsa o vaxt 100 dollarlıqla bağlı problem aktual idi. Hansı ki 1996-cı ildən bəri olan dollarları qəbul etmirdilər. Amerikada belə bir şey yox idi, orada qəbul olunurdu. Bəs bankların çətinliyi nə idi? Banklar aldığı köhnə pulu başqasına verə bilmirdi, qalırdı əlində. Bank zatən pulu dövr etmək üçündür. Lakin əhali arasında süni ajiotaj yarandı, problem oldu. Daha sonra məsələ işıqlandı və hazırda elə tip problem qalmayıb. İndi 1996-cı ilin pulu götürülür, heç bir narahatlıq da yaranmır. Yenə də təkrar edirəm mağazalar xırda 3-5 qəpiyi kiməsə verə bilmir deyə götürmək istəmirlər. Belə halda mağaza həmin qəpikləri yığıb banka apara, orada dəyişə bilərlər. Lakin bu halda da kassir üçün 1 kq qəpiyi saymaq çətin olur. Bütün belə məsələlər mağazanı narahat edir".

Həll yoluna gəldikdə isə ekspert deyir ki, vətəndaşların çoxu xırda pulları ödəniş terminallarında əridə bilər. Lakin terminallar aşağısı 1 manat pul qəbul edir. Bunun özü də problem yaradır:

"Ödəniş terminalları tərəfdən məsələyə baxanda onlara da haqq vermək olur ki, terminalın məhdud tutumu var, onu 1, 3 və ya 5 qəpiklə doldursaq tez-tez xidmət etmək lazım gələr. Bu da onların xərcini artıracaq, artan xərc artan kamisiyalara səbəb olacaq".

Son olaraq ekspert vurğulayır ki, bütün hallarda heç kəsin xırda pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Onlar dollar, sent və avronu qəbul etməyə bilərlər. Lakin ölkədə qanunvericilik tələb edir ki, ödənişin formasından asılı olmayaraq qəbul olunmalıdır. Müştəri ödəniş formasını özü seçə bilər kartla və ya nəğd formada. Müştəriyə xidmət edən şəxslər ona post terminal verməli və ya qəpikləri mütləq şəkildə qəbul etməlidirlər. Bu onların borcudur".

Hüquq demişkən vəkil Sevinc Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, bu halda istehlakçı hüquqları pozulur. Bununla bağlı qanun da var:

"Azərbaycan Respublikası ərazisində dövrüyyədə olan pul vahidi AZN-dir. Dövlət tərəfindən qəbul edilən pul vahidi istər qəpik, istərsə də manat olsun bunun heç bir fərqi yoxdur. İmtina səbəbi qanunsuzdur. Heç kəs deyə bilməz ki mənə qəpik verməyin və s.".

Vəkil deyir ki, eyni hal vətəndaşa da aiddir. Vətəndaşın da pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Tək mağazalarda yox, cərimələrin ödənilməsində də bu hal aktualdır. Xatırlayıram ki, bu hal bir dəfə də yaşanmışdı. Məhkəmədə böyük məbləğdə pulun qəpiklə ödənilməsi həyata keçirilmişdi. Vətəndaşın istehlakçı kimi hüququdur ki pulu dövriyyəyə buraxılan istənilən pul vahidi ilə ödəsin".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara əsasən, manat və qəpiklər ölkənin rəsmi pul vahididir və istənilən məbləğdə qəbul edilməlidir. Bu tələb "Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar Haqqında Qanun" və Mülki Məcəllədə təsbit olunub.

Belə halla rastlaşan şəxs, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Onlar istehlakçı hüquqlarını müdafiə etmək üçün məsul qurumdur. Belə qanun pozuntuları aşkarlanarsa, mağaza və ya marketlərə qarşı cərimə tətbiq oluna bilər. Antiinhisar xidməti həm fiziki, həm də hüquqi şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir.

 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti